Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

29 
mirobioloji prosesləri kəskin surətdə  dəyişdirir, bitkilər üçün 
lazımlı qida maddələrinin çox toplanması istiqamətinə yönəldir.  
Qeyd edildiyi kimi, bitkilər 1000 hissə sudan yalnız 1,5-2,0 his-
səsini qida maddələri ilə birlikdə bilavasitə istifadə edirlər, qalan 
hissəsi isə buxarlanmaya sərf olunur.Bu göstərici ayrı-ayrı 
bitkilərdə müxtəlif olur. 1qram yerüstü kütləyə görə kartof 0,46, 
noxud 0,76, buğda 1,30, arpa 1,67, vələmir 1,94qram su sərf edir. 
A.Strijev tədqiqatlarından məlum olur ki, şəkər çuğunduru 1 
sentner məhsula 1, 0, kartof 20 və çovdar 100 sentner su tələb edir. 
Bir vegetasiya dövründə ağcaqayın 7 min litr, 100 illik fısdıq 9 
min litr su tələb edir.Qarğıdalının bir bitkisi böyümə  və inkişafı 
dövründə özündən 200 litr su keçirir. Kələmin bir başı bir sutkada 
bir kiloqram buğdanın gövdəsi isə 50 qrama qədər su sərf edir. 
Bitkilərin su buxarlandırmasına müxtəlif uyğunlaşmaları vardır. 
Məsələn meşə altında nisbətən az işıqlıqda inkişaf edən bikilər az 
su sərf etdiklərinə görə enli yarpaqlı olurlar. Onların kök sistemidə 
zəif inkişaf etmiş  və az sorma qabiliyyətli olur.Odur ki, meşə 
qırıldıqda belə bitkilər tez tələf olur və digərləri nisbətən yaranan 
şəraitə uyğunlaşmışlarla əvəz olunurlar. 
Quraqlıq bitkilərin yeraltı hissələri çox inkişaf etmiş olur. Mə-
sələn: Dəvətikanının kökü 20m dərinə işləyir. Xırda yarpaqlar (çox 
zaman tikana çevrilir) yaxşı mantar qata, yarpaqları artıq istidən 
mühafizə edən tükcükdən, ağızcıqların dərində yerləşməsi, bürkü 
vaxtı yarpaqların bükülməsi və s səhra bitkilərinə su çatışmamaz-
lığında dözümlülük qabiliyəti verir. Belə bitkilər su sərfi 
mədaxilindən 25% artıq olduqda belə dözürlər. 
Ümumiyyətlə bitkilərin öz kütlələrini əmələ gətirərkən hər va-
hid quru maddənin yaranması üçün sərf etdikləri suyun miqdarına 
transpirasiya əmsalı deyilir. 
Ayrı-ayrı bitkilərin transpirasiya əmsalı müxtəlif olur. Trans-
pirasiya  əmsalını bilərək alınan ümumi məhsulun yetişməsi üçün 
(bitki qalığı  və yeraltı hissənin miqdarınıda nəzərə almaqla) 
ümumi su sərfiyatını təxminən hesablamaq mümkündür. 
Transpirasiya  əmsalı  həmişə bir qaydada qalmır və çox böyük 
hüdudlar arasında tərəddüd edir.Çünki transpirasiyaya bir çox 


30 
amillər  əsaslı  təsir göstərir və onu dəyişdirir.Ona görədə  ədəbiy-
yatda eyni bir bitkinin müxtəlif transpirasiya əmsalı göstərilir. 
Professor A.A.Çerkasovun apardığı bir çox tədqiqatların 
nəticələrindən məlum olur ki, müxtəlif bitkilərin 1kq quru maddə 
yaratmaq üçün sərf etdikləri suyun miqdarı (transpirasiya əmsalı) 3 
saylı cədvəldə göstərildiyi kimi olmuşdur. 
 
Cədvəl 3. 
Müxtəlif bitkilərin 1kq quru maddə yaratmaq üçün  
sərf etdikləri suyun miqdarı 
Bitkilər Transpirasiya 
əmsalı K
tr
Bitkilər Transpirasiya 
əmsalı K
tr
 
Buğda 271-639 
Kartof 
285-575 
Çovdar 431-634 Kələm 250-600 
Arpa 404-664 
Qarpız 577-600 
Vələmir 423-874 Yemiş 597-621 
Qarğıdalı 239-495  Qabaq  686-834 
Hind darısı 239-308  Xiyar 
713 
Çəltik 395-811 
Pomidor 
500-650 
Noxud 365-747 
Üçyarpaq 
yonca 
330-731 
Darı 177-367 
Yonca 
568-1068 
Şəkər çuğunduru 304-377 
İynəyarpaq meşə 
ağac cinsləri 
573-1043 
Pambıq 368-650 Şam 110-123 
Kətan 400942 
Küknar 
80-242 
Çətənə 435-767 
 
 
Günəbaxan 490-577   
 
 
Transpirasiyaya təsir edən hər hansı bir amil olursa olsun, onun 
bitkinin transpirasiyasındakı yüksək əhəmiyyəti yalnız bitkinin qa-
lan amillərlə təmin olunduğu zaman həyata keçirilir.Məsələn əgər 
torpaqda bitkiyə lazım olan miqdarda qida maddələri yoxdursa 
bitki vahid quru maddə əmələ gətirmək üçün çox su sərf edir.Digər 
bir misal;işığın az düşməsi, yaxud zəif olması bitkinin üzvi maddə 
əmələ gətirməsi üçün su sərfiyyatını artırır və s. 
Bitki su ilə az təmin olunduqda da torpağa gübrənin, yaxud 
çatışmayan qida maddələrinin verilməsi və onun digər amillərlə 
təmin edilməsi transpirasiya əmsalına müsbət təsir göstərir. 


31 
Bitkilərin suya olan tələbatı onların növü və sortu ilə  bərabər 
yaşayış  şəraiti ilə  sıx bağlıdır.Onlardan istilik, işıq, hava, torpaq 
nəmliyi, qida maddələri, qida elementləri və bitkilərin bunlara mü-
nasibəti, torpaq məhlulunun reaksiyası, kəsafəti, makroelementlər, 
küləyin gücü, sürətini və s göstərmək olar.Təcrid olunmuş bir ami-
lin transpirasiyaya təsirinin öyrənilməsi həmişə mənfi nəticə verir. 
Xarici təsirlərdən başqa bitkinin yaşınında onun iş məhsuldarlı-
ğına təsiri böyükdür. Cavan yarpaq səthi, yaşlıya nisbətən intensiv, 
yəni məhsuldar işləyir və vahid quru maddənin  əmələ  gəlməsi 
üçün nisbətən az su sərf edir. 
Bitkilərin suya olan tələbatına vegetasiya dövrünün uzunluğu və 
ümumi yarpaq səthi əsaslı təsir göstərir.Əlbətdə vegetasiya dövrü 
uzun olan bitkilər çox da su sərf edirlər. 
Ümumi yarpaq səthi bitkilərin sıxlığı  və  hər bitkinin yarpaqla 
örtülmə dərəcəsi ilə əlaqədardır.Bitki sıxlığı dənli bitkilər, birillik 
yem bitkiləri və lifli bitkilər üçün, yarpaqla örtülmə  dərəcəsi isə 
paxlalılar və yağlı bitkilər üçün xarakterikdir. 
Məlumdur ki, yağlar zülallara nisbətən, zülallarda sulu karbon-
lara nisbətən yüsək kaloriyə malikdirlər. 1q yağ yanarkən 950, 
zülal 550, sulu karbonlar isə 400 kalori istilik verir.Bitki nə qədər 
yüksək kalorili maddələr sintez edərsə, onlrın vahid miqdarını 
yaratmaq üçün də bir o qədər çox su sərf edir.Odur ki, yağlı və çox 
zülallı məhsullar əmələ gətirən bitkilərin yuxarıda qeyd etdiyimiz 
kimi transpirasiya əmsalıda artıq, sulu karbonlu məhsullar  əmələ 
gətirənlərdə isə nisbətən aşağı olur. 
Bundan başqa azotsuz sulu karbonların plastidlər tərəfindən 
azotlu biləşmələrə çevrilməsi zamanı yüksək hərarət alınır ki, 
bunun nizamlanması üçün də çox su buxarlandırmaq lazım gəlir. 
Meteoroloji amillərdən transpirasiyaya ən çox təsir edən işıqdır. 
İşıq artdıqda ümumi transpirasiyada artır və bitki daha məhsuldar 
işlədiyindən transpirasiya əmsalı aşağı düşür. 
Səhərlər bitkilərdə transpirasiya ən az olur, sonralar artır və 
axşam tərəfi yenə su sərfiyyatı kəskin azalır.Nisbətən quru illərdə 
transpirasiya əmsalı artıq olur və məhsuldarlıq əksinə aşağı düşür. 
Küləkli havada hüceyrələrdən su buxarlanması  kəskinləşir, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə