Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)


Torpaqda nəmliyin toplanma və itmə səbəbləri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   66

35 
4.2. Torpaqda nəmliyin toplanma və itmə səbəbləri 
 
Quru torpağa görə çəki və həcm faizi ilə hesablanan torpaqdakı 
suya torpağın nəmliyi deyilir.Bu nəmlik torpaq üçün su ehtiyatı 
hesab edilir. Torpaqdakı nəmlik ən az miqdardan tutmuş torpağın 
ən böyük su tutma həcminə  qədər dəyişir.Torpağın nəmliyi onun 
fiziki xüsusiyyətlərindən, sukeçirmədən, nəmlik tutumu həcmin-
dən, kapilyarlığında və  nənlənmə prosesinin digər xüsusiyyətlə-
rindən asılıdır. 
Torpaqda nəmliyin toplanması əsas etibarı ilə atmosfer çökün-
tüləri hesabına olur. Çöküntünün xarakteri, düşmə vaxtı, miqdarı 
və s torpağın özünün bir sıra şərtləri və xüsusiyyətləri ilə sıx surət-
də bağlıdır. Bu bağlılıq torpaqda nəmliyin toplanmasına və bu-
xarlanmasına  əsaslı  təsir göstərir. Nəmliyin buxarlanması  və ya 
toplanması dedikdə onların bir-birinə əksliyi başa düşülür.Odur ki, 
hər iki məsələyə ayrıca olaraq toxunduqda belə digərinin necə 
olmasını təsəvvür etmək çətin deyil. 
Qeyd edildiyi kimi torpaqdan nəmliyin itməsi həm bitkilər 
tərəfindən və  həmdə torpağın öz səthindən suyun buxarlanması 
hesabına olur. Burada yalnız bilavasitə torpağın özü ilə  əlaqədar 
məsələlər şərh edilir. 
Torpaqdan suyun buxarlanması torpaq səthinin xarakteri ilə çox 
əlaqədardır. Girintili-çıxıntılı torpaq səthindən buxarlandırıcı  səth 
çox olduğundan suyun buxarlanması da düz-hamar səthə nisbətən 
çox olur. Bu məsələ cəhətlərlə də yəni mailliyin istiqaməti və də-
rəcəsindən də asılıdır. Məsələn: 15
0
 maillikdə torpaq səthindən 
suyun buxarlanma miqdarı  cənub cəhətində 100% qəbul edilirsə, 
şərqda 86%, qərbdə 84% və şimal cəhətində isə 71% təşkil edir. 
Torpaqdan suyun buxarlanması torpağın relyefindən də asılıdır. 
Hündür yerlərdə aşağı yerlərə nisbətən torpaqdan suyun buxarlan-
ması daha intensiv gedir. Çünki hündür yerlərdə havanın hərəkəti 
nisbətən artıq olur. 
Yerli bitki örtüyünün tərkibinin də torpağın su rejiminə  təsiri 
böyükdür. Tarlaya yaxın olan yerlərdə meşə örtüyünün bu məsə-
ləyə müsbət təsirini yaddan çıxarmaq olmaz.Meşə örtüyü altında 
düşən yağmurun 85%-i torpaqda toplanır.Meşə qarın sahədə sax-


36 
lanmasını, onun yavaş-yavaş əriyərək torpağa hopmasına, atmosfer 
havasının nəmli saxlanmasını, küləyin sürətinin azalmasını  və s 
təmin edir, bununlada suyun torpaqda toplanmasına və bitkilərin 
transpirasiya əmsalının aşağı düşməsinə şərait yaradır. 
Meşə bitkilərinin dərin gedən kökləri, meşə altında hər il çox 
toplanan üzvi qalıqlar atmosfer çöküntülərinin torpaq səthində 
yaxşı saxlanmasını  təmin edir və maillik üzrə onların axmasının 
qarşısını alır. 
V.R.Vilyams göstərir ki, su ayrıclara və mailliklərin yuxarı üç-
dən bir hissəsində torpağın yaxşı su keçirməsi ilə əlaqədar olaraq 
torpaq səthindən su axmı çox azdır. Odur ki, burada su ehtiyatı 
yağmurların mqdarı və düşmə tezliyindən asılıdır. 
Mailliyin orta və aşağı üçdən bir hissəsində torpaq səthindən su 
axımı başlayır. Maillik azaldıqca hopmuş su süxuru doldurulmuş 
olur və qruntda amilliyə görə su axmağa başlayır.Amma üçdən iki 
hissəsində süxurun az su keçirməsinə görə get-gedə süxur su ilə 
dolur və qrunt sularının səviyyəsi getdikcə artır, mailliyin aşağı 
hissəsində bəzi hallarda su hətta torpaq səthinə çıxır.Burada suyun 
hərəkət sürəti azalır, ancaq ümumi miqdarı artır. 
Su ayrıclarında qida maddələrinin miqdarı azalır, vadidə isə 
daim artır.Bitkiləri və növbəli  əkinləri  ərazidə yerləşdirərkən bu 
cəhətləri nəzərə almaq lazımdır.  
Torpaqda suyun toplanması  və onun saxlanmasına torpaq 
strukturası  əsaslı təsir göstərir.Bu məsələ V.R.Vilyams tərəfindən 
tam işıqlandırılmışdır. Bunlar aşağıdakılardan ibarətdir. 
Mexaniki tərkibinə görə qumsal torpaqlar suyu tez buxarlandı-
raraq tezdə qurudurlar. Qumsal torpaqlar gilli və gillicəli torpaq-
lara nisbətən az su saxlamaq qabiliyyətinə malikdir. 
Su rejiminə görə strukturalı  və strukturasız torpaqlar bir-birin-
dən kəskin fərqlənirlər. Strukturasız torpaqlarda suyun hansı mən-
bədən gəlməsindən asılı olmayaraq torpağa daxil olması proqressiv 
surətdə azalır. Odur ki, zəif yağışlar belə torpağa hopa bilmir və 
torpaq üzərində maillik boyunca olaraq çaylara, dənizlərə axıb 
gedir, yaxud çala-çüxurlarda axmazlar, gölməçələr  şəklində top-
lanıb qalır. Torpaq isə susuzluqdan korluq çəkir. 
Torpağın qiymətli narın hissələri, humus digər qida maddələri 


37 
də su ilə maillik boyu yuyulub axıdılır, nəticədə torpaq qida mad-
dələrindən kasıblayır. Strukturasız torpaqlarda hopan su damlası 
sonrakı yağmurların torpağa hopması üçün çətinlik yaradır.Yazda 
qarın əriməsindən əmələ gələn su da torpağa daxil ola bilmir.Gilli 
torpaqlar iki ay ərzində 2m dərinliyə qədər ancaq islanırlar. 
Qışda strukturasız torpaqların üst qatında olan su tamam dona-
raq buz kristalları  şəklində torpağın üzərini örtür.Alt qatlardan 
yuxarıya qalxan su buxarlarıda gəlib həmin don qatında su və buz 
halında toplanıb donmuş qatı qalınlaşdırır.Bu səbəbdən də  qış 
çöküntüləri torpağa hopmayaraq tamamilə torpaq səthi ilə maillik 
boyunca əkinçilik üçün səmərəsiz axıb gedir. 
V.R.Vilyamsa görə strukturasız torpaqlarda əgər yağmurların 
yarısı qar və yarısı yağış şəklində düşərsə bunların yalnız 15-20%-i 
qədəri torpağa hopub ehtiyat su şəklində toplana bilir.Yalnız az 
davam edən və çiskin yağışlar torpağa tam daxil ola bilir və yağış 
kəsən kimi də tez buxarlanır. 
Strukturasız torpaqlarda az da olsa toplanmış  nəmlik ehtiyatı 
davamiyyətli olmur.Yaz vaxtı sahə qar örtüyündən azad olan kimi 
torpaq isinməyə başlayır və torpaq səthindən intesiv buxarlanma 
gedir.Belə torpaqlarda kapiliyarlıq başdan-başa bir kütlə  təşkil 
etdiyindən alt qatlarda olan nəmlik bu kapilyarlarla arası kəsilmə-
dən yuxarı, torpağın qurumaqda olan üst qatına, səthə doğru qalxır. 
Suyun belə qalxması torpağa onun daxil olduğu kimi get-gedə 
azalmır,  əksinə suyun kapilyarlarla yuxarı qalxma sürəti adətən 
proqressiv olaraq arta-arta gedir.Ancaq bu sürət yalnız hərarət və 
küləyin təsiri ilə əlaqədar olaraq bir bərabərdə qalmır, dəyişilərək 
artıb-azala bilər. V.R.Vilyamsın göstərdiyi kimi strukturasız tor-
paqlarda suyun yaz ehtiyatı əsən isti və quru küləklərin təsirindən 
1-2 gün ərzində torpaqdan tam buxarlana bilər. 
Yağmurlardan sonra strukturasız torpaqların üst qatı, səthi hə-
mişə nəm olur və nəm halını uzun müddət saxlayır.Yəni torpaqda 
olan nəmliyin son damlayacan buxarlanmasına qədər torpağın üst 
qatı  nəmli olur. Çünki torpaq nəmliyi tam buxarlanana qədər 
kapilyar məsamələrl fasiləsiz olaraq yuxarı ötürülür ki, bu da tor-
pağın üst qatının daima nəm halda saxlanmasına səbəb olur. Belə 
hal bəzən təsərrüfatçılarda torpaqda nəmik ehtiyatı haqqında səhv 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə