Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

38 
təsəvvür yaradır.Üst qatda nəmliyin olmasına görə alt qatın quru 
olması haqqında düşünülmür və torpaqda nəmliyin çox olması 
fikirinə səbəb olur. Üst qatda nəmliyin daima çox olması torpağa 
havanın keçməsinə  də maneçilik törədir və torpaqda hava 
çatışmamazlığı, ondan doğan digər çatışmamazlıqlar da baş verir. 
Deməli strukturasız torpaqlarda su ehtiyatı az və davamsızdır, 
nizamlanması çətindir.Onların su rejimi kortəbii olduğu kimi, belə 
torpaqlarda becərilən bitkilərin məhsuldarlığı və məhsul sabitliyidə 
kortəbii xarakter daşıyır. Suvarma əkinçiliyində strukturasız tor-
paqlarda suya ehtiyacın xeyli artıq olması və suvarma ilə əlaqədar 
olaraq təkrar şorlaşma ehtimalı nəzərə alınmalıdır. 
Strukturalı torpaqlarda vəziyyət tamam başqa cürdür.Su torpağa 
kapilyar məsamələrlə deyil, qeyri-kapilyar makroməsamələrdən 
sızmaqla daxil olur. Yağışın intensivliyi xarakteri və iriliyindən 
asılı olmayaraq hamısı tamamilə  və asanlıqla torpağa daxil olur
hopur.Qışda alt qatlardan torpağın üzərinə qalxan su buxarları da 
soyuq səthlə təmasda olaraq su şəklinə çevrilib kapilyarları doldu-
rur və orada donaraq buz şəklində qalır. Qeyri-kapilyar məsamə-
lərdə donmuş su olmur. 
Yazda qar sularıda mütamadi əriyərək torpağın qeyri- kapilyar 
məsamələri tərəfindən sızaraq tam udulur və mailliyə görə sərfəsiz 
axıb getmə halları olmur. 
Strukturalı torpaqlarda toplanmış su ehtiyatı çox davamiyyətli 
olur. Torpaq səthindən buxarlanma strukturasız torpaqlarda nisbə-
tən çox az bir səthdən gedir. Çünki su əsasən kapilyar borularla 
yuxarı qalxaraq buxarlanır. Dənəvər torpaqlarda isə bu kapilyar-
larla sahə boyunca bircinsli kütlə  şəklində deyil, yalnız struktur 
aqreqatlarının içərisində olur.Nəmlik bu aqreqatların bir-biri ilə 
toxunduğu nöqtələrə ötürülür. Bu nöqtələrin toxunma məsafələri 
aqreqatlar içərisindəki narın hissələrin bir-biri ilə toxunduğu ka-
pilyar məsamələrdən çox böyük olur. Ona görədə suyun buxarlan-
ması yalnız torpaq səthində hava ilə bilavasitə təmasda olan bir-iki 
qat üstdəki kapilyarlarla həyata keçirilir və böyük məsamələrin 
çox olması, aqreqatların toxunma nöqtələrində də məsamənin bö-
yük olması hesabına buxarlanmış suyun yerinin doldurulmasıda 
mümkün olmur. Torpaq səthində olan nəmliyin tez quruması, onla-


39 
rın həcmcə kiçilməsinə səbəb olur və üst iki qat torpaq dənələrinin 
alt qatlarla kapilyar əlaqəsi daha artıq dərəcədə  kəsilir, su bu-
xarının xaricə atmosferə çıxması yalnız osmotik yolla ola bilir. Bu 
isə kapilyarlarla suyun torpaq səthindən itməsindən qat-qat aşağı 
olur. 
Deməli strukturasız torpaqlardan fərqli olaraq yağmurlardan 
sonra torpağın üst nazik bir qatı tez quruyur və elə bil ki, atmos-
ferlə bir təcrid qatı  əmələ  gətirir, nəticədə buxarlanmanın qarşısı 
alınır.Torpağa havanın işləməsi isə qeyri-kapilyar məsamələrlə 
daima həyata keçirilir. Strukturalı torpaqlarda su ehtiyatı illik 
yağmurların 85%-ni təşkil edir. 
Strukturalı torpaqlara malik olan yerlərdə suyun delüvial axımı 
kəsilir, torpaqların eroziyaya məruz qalması tamamilə aradan 
qalxır, ölkənin su rejimi, o cümlədən çayların su rejimi bir qərarda 
qalır və s. 
Strukturasız torpaqlarda isə bunun əksinə olaraq suyun dağıdıcı 
təsiri daha çox nəzərə çarpır.Dərə  və çüxurlar artır, suyun 
torpaqdan səmərəsiz axımı çoxalır, yararlı torpaq sahələri azalır, 
qida maddələri ilə zəngin olan əkin qatı artıq dərəcədə yuyulur və 
səmərəsiz olaraq çaylara, dənizlərə axıdılır.Çayların su rejimi 
pozulur, ikinci dərəcəli çaylar isə yayda tamamılə quruyur.Kənd 
təsərrüfatında sudan səmərəli istifadə etmək məqsədilə xüsusi su 
anbarları, digər hidrotexniki qurğuların tikilməsi lazım gəlir.Bu 
zaman çaylar enerji mənbəyi kimi öz əhəmiyyətini itirir. 
 
4.3. Bitki kökləri yerləşən torpaq qatında su balansı 
 
Bitki kökləri yerləşən torpaq qatında su balansı iqlim hava 
şəraitini, torpağın xüsusiyyətləri, bitkilərin bioloji xüsusiyyətləri
kök sistemlərinin böyümə xarakteri, becərmə və s-dən asılıdır. 
Torpaqda suyun toplanması  əsasən atmosfer çöküntüləri hesa-
bına olur. Əlbətdə suvarma əkinçiliyində suvarma sularının və üzə 
yaxın olan yerlərdə isə qrunt sularının da böyük əhəmiyyəti vardır. 
Suların torpağa daxil olma qaydalarına, hərəkətinə  və onda 
əmələ gələn su sərfinə su rejimi deyilir. 
Ədəbiyyat məlumatlarından məlumdur ki, hidrosferin su ehtiy-


40 
yatı 1,45 milyard km
3
-ə bərabərdir. M.Lvoviçə görə onun 60 mil-
yon km
3
-i yeraltı layların, 24 milyon km
3
-i buzlaqların, 24 min 
km
3
-i atmosferin və 83 min km
3
-i torpaq nəmliyinin payına düşür, 
qalan əsas hissəsi (1,31 milyard km
3
) dünya okeanının suları təşkil 
edir.Yer səthindən su buxarlanaraq atmosferə qalxır və sonra 
çöküntü  şəklində yer səthinə düşür.Onun bir hissəsi torpağa və 
süxurlara hopur, digər bir hissəsi isə axaraq çaylara, oradan göl, 
dəniz və okeanlara tökülür.Bununla suyun tam dövranı başa çatır, 
sonra yeni su dövranı başlayır. 
Çay və atmosfer sularının dövranı bir və ya bir neçə aya, göl 
sularınınkı 2-3 ilə, okeanda isə su dövranı təxminən 2600 ilə başa 
gəlir. Buzlaq və yeraltı suların az bir qismi döranda iştirak edir, 
qalanı isə su dövranından kənarda qalır. 
Yeraltı layları dolduran su müəyyən müddətdən sonra Yer sət-
hinə  çıxmalıdır.lakin neft və qaz yataqlarında rast gəlinən sedi-
mentasiya tipli sular milyon illərdən bəridir ki, suyun təbiətdə 
dövranında iştirak etməmiş və yatıb qalmışdır. 
Atmosfer çöküntüləri və torpaq nəmliyi ümumdünya suyunun 
cüzi bir hissəsini təşkil edir. Odur ki, onun qədrini bilməli və onun 
torpaqda toplanma, saxlanma və səmərəli istifadə yollarını bilmək, 
onu həyata keçirmək lazımdır. 
Okeanlardakı su yer şarındakı suyun 98%-ni təşkil edir və şirin 
suların payına yalnız 2%-i düşür, onunda əksər hissəsi buzlaqlarda 
cəmlənmişdir. Torpaqdan suyun məsarifini bitki yerləşən qatdan 
suyu aşağı qatlara hopması, torpaq səthindən atmosferə buxar-
lanması və bitkilər tərəfindən istifadə olunması təşkil edir. 
Torpağın su rejimi illik və mövsüm üzrə tərtib edilən su balansı 
ilə xarakterizə olunur. Su balansı-torpaqda ana süxurlar və atmos-
fer arasında  əmələ  gələn nəmlik mübadiləsini xarakterizə edir. 
Torpağın ayrı-ayrı  məntəqələrin və rayonun su balansı bir çox 
dəyişən qiymətlərdən ibarətdir. Su balansının hesablanması bir çox 
alimlər, o cümlədən A.A.Rode və B.A.Kovda tərəfindən tərtib 
edilmişdir. 
Əgər atmosfer çöküntülərinin illik miqdarı torpaqdan suyun 
məsarifindən artıq olarsa bu zaman torpağın su balansı müsbət olur 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə