Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   66

62 
Zəif qələvili sulardanda suvarma üçün istifadə etmək yaxşı 
nəticə vermir. Məsələn: tərkibində soda olan sularla suvarma apa-
rıldıqda torpağın fiziki-kimyəvi xassələri pisləşir, münbitliyi aşağı 
düşür. Belə sularla suvarılan sahələr şorlaşmağa məruz qalır. 
Suvarma suyunun keyfiyyət göstəricilərindən biri də suyun tem-
peraturudur. Suvarma məqsədilə çox soyuq sudan istifadə etmək 
əlverişli deyildir. Çünki, o bitkilərin yetişməsinə  və  məhsuldar-
lığına mənfi təsir edir.Bunları  nəzərə alaraq suvarma zamanı çox 
soyuq sudan istifadə olunarsa, onda suvarmadan əvvəl belə sular 
xüsusi hovuzlarda, su anbarlarında qızdırılması daha yaxşı olardı. 
Araşdırmalar nəticəsində  məlum olmuşdur ki, kənd təsərrüfatı 
bitkilərinin suvarılması zamanı suyun temperaturu 15-20
0
-dən çox 
olması onların inkişafını artırmaqla yanaşı  məhsuldarlığada müs-
bət təsir göstərir. 
Respublikamızın  ərazilərini suvarmaq üçün əsas su mənbələ-
rindən olan çay suları suvarma üçün daha əlverişli və yararlıdır. 
Belə ki, çay sularının tərkibi qida maddələri ilə zəngin olur. 
 
5.3. Çirkab suların təmizlənməsi və suvarmada rolu 
 
Su çatışmamazlığı probleminin həlli dünya tədqiqatçıları qarşı-
sında duran ən mühüm məsələlərdəndir. Çünki su mənbələrinin su 
ehtiyatı sabit olaraq qalır, əksinə suya olan tələbat günü-gündən ar-
tır. Buna səbəb sənaye müəssisələrinin, suvarılan əkin sahələrinin, 
əhalinin sayının və suya olan tələbatın artmasıdır. Digər tərəfdən 
isə çaylara və göllərə sənaye tullantı sularının axıdılması nəticəsin-
də mövcud su ehtiyatlarının yararsız hala salınmasıdır.Bu vəziyyət 
mövcud su ehtiyatlarından səmərəli istifadə edilməsini və yeni su 
ehtiyatı mənbələrinin axtarılıb aşkar edilməsini tələb edir. Belə su 
ehtiyatlarından biri şəhərlərin tullantı sularıdır.  
Dünyanın bir çox ölkələrində tullantı sularının təmizlənməsi və 
onlardan kənd təsərrüfatı bitkilərinin suvarılmasnda geniş istifadə 
olunur.Ədəbiyyat məlumatlarına görə Avstriyada tullantı sularının 
40%,  İngiltərədə 33%, Almaniyada 26%-dən çoxu suvarma üçün 
istifadə olunur. O cümlədən respublikamızda da tullantı – çirkab 
sulardan kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilir. 


63 
Hələ 1967-ci ildə Abşeronda layihə olunmuş qapalı suvarma şəbə-
kəsilə 778 ha sahədə zeytun və badam bağlarının suvarılmasında 
mexaniki üsul ilə təmizlənmiş kanalzasiya tullantı sulardan istifadə 
edilmişdir. 
Tullantı suları yığıldığı mənbələrə görə bir neçə qrupa bölünür. 
Məsələn: Təsərrüfat məişət və  sənaye obyeklərinin, maldarlıq 
təsərrüfatlarının tullantı suları, qarışıq sular, sel suları və s. 
A.N.Kostyakovun məlumatlarına görə  təsərrüfat-məişət suları-
nın tərkibində 1m
3
-suda 90q azot, 1,5q fosfor, 40q kalium oksidi 
və s. kimi üzvi və mineral maddlər var.Bu da onu göstərir ki, təsər-
rüfat-məişət çirkab sularının tərkibində lazımı  qədər qida mad-
dələri vardır ki, bununlada kənd təsərrüfatı bitkilərinin, xüsusilədə 
yem bitkilərinin suvarılması  məqsədəuyğun hesab edilir. Ancaq 
elə sənaye-məişət çirkab suları vardır ki, onun tərkibində daha ar-
tıq zərərli üzvi və mineral maddələr olduğundan suvarma üçün 
yaramır. 
Qarışıq çirkab suları həm sənaye, həm də təsərrüfat-məişət çir-
kab sularının qarışığıdır. Buna görədə onların çirklənmə  dərəcəsi 
və  zərərliliyi müxtəlifdir.  Əgər suvarma norması 5000 m
3
/ha 
olarsa, qarışıq çirkab suları ilə hər bir hektar sahəyə təxminən 200-
350 kq azot, 100-200 kq kalium və 50-125 kq fosfor daxil edilir. 
Ancaq qeyd etmək lazımdır ki, qarışıq çirkab suları suvarmada is-
tifadə olunmazdan əvvəl analiz edilərək, müxtəlif qarışıqlardan 
təmizlənməlidir. Tədqiqatlar sübut edir ki, maldarlıq təsərrüfatla-
rının tullantı suları üzvi maddələrlə daha zəngindir.Ona görədə 
belə sularla kənd təsərrüfatı bitkilərinin suvarılmasında geniş 
istifadə olunur. Ancaq onuda qeyd etmək lazımdır ki, tullantı çir-
kab sulardan istifadə edərkən onlar təmizlənməli, sanitar qaydalara 
riayət olunmalıdır. Çünki belə tullantı suların tərkibində  əhəmiy-
yətli üzvi və mineral maddələr olduğu kimi, xəstəlik törədici 
mikrob və viruslarda vardır. Tullantı çirkab suları  nəinki suvar-
mada, hətta çaya və ya göllərə töküldükdə də təmizlənməlidir. Əks 
təqdirdə suda olan canlıların məhv olmasına səbəb ola bilər. 
Tədqiqatlar göstərir ki suvarma üçün istifadə ediləcək təmizlənmiş 
tullantı suları neytral reaksiyalı (pH=5+-8) olmalı, onların mineral-


64 
lığı 1,5q/l-dən artıq olmamalıdır, lazımi keyfiyyət göstəricilərinə 
cavab verməlidir. Tullantı sularının tərkibində fenol və digər üzvü 
birləşmələr icazə verilən həddən artıq olmamalıdır. 
Tullantı çirkab sularını  təmizləmək, onu yararlı hala salmaq 
üçün bir çox üsullardan istifadə olunur. Bunlar aşağıdakılardır. 
Mexaniki, kimyəvi, fiziki, bioloji və s. 
Mexaniki təmizləmə üsulunda sudakı əriməmiş vəziyyətdə olan 
qarışıqlar xaric edilir. Bu qarışıqların xaric edilməsi süzdürülmə, 
durultma, sızdırma yollarla və hidrosiklonlar vasitəsilə yerinə yeti-
rilir. Suyun süzdürülməsi vasitəsilə müxtəlif hərəkətli və  hərə-
kətsiz torlardan istifadə olunur. Yığılan mexaniki qarışıqlar daş-
qıran maşınlarla xırdalanır. Süzdürülmə yolla sudakı iri, 15-20mm-
dən böyük olan qarışıqlar tutulur. 
Kimyəvi təmizləmə üsulu çirkab suları kolloid hissəciklərdən 
və  ərimiş maddələrdən azad etmək məqsədilə istifadə olunur. 
Kimyəvi təmizləmə üsuluna kooqulyantlama, neytirallaşdırma və 
oksidləşdirmə aiddir. Kimyəvi kooqulyantlar ən çox hamamların, 
kimya, neft, toxuculuq və digər sənaye müəssisələri çirkab sula-
rının təmizlənməsində istifadə olunur. 
Tullantı çirkab suların fiziki-kimyəvi təmizlənməsində sorbsiya
filtirasiya, kristallaşma, elektroliz, ion və yandırma üsulundan isti-
fadə olunur. 
Suvarma sahələrində çirkab suların biokimyəvi üsulla təmizlən-
məsi bilavasitə  kənd təsərrüfatı sahələrində aparılır.Bu məqsədlə 
bioloji nohurlardan, sızma və suvarma sahələrindən torpaq vasi-
təsilə təmizlənmədən daha geniş istifadə olunur. Son zamanlar çir-
kab sularının təmizlənməsi və zərərsizləşdirilməsi xüsusi suvarma 
əkin sahələrində yerinə yetirilir. Burada toplanan tullantılar torpaq-
ların rekultivasiyası zamanı istifadə olunur. Çirkab suların bioloji 
üsulla təmizlənməsi zamanı xüsusi sahə ayrılmalıdır.Bu sahə əkin 
üçün yararsız olur.Həmin sahələr çirkab sularının təmizlənməsi , 
zərərsizləşdirilməsi və bitkilərin suvarılması üçün lazımı tikintilər 
və avadanlıqlarla təmin olunmalıdır. Belə sahələrdə çirkab suların 
torpaq-biloji təmizlənməsi gedir. Bioloji üsulla çirkab suların tə-
mizləndiyi sahədə qrunt sularının dərinliyi 3-5 m-də  dərində ol-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə