Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

65 
ması məsləhətdir. Çirkab suların bioloji üsulla təmizlənməsi sxemi 
3 saylı şəkildə göstərilmişdir. 
 
Torpağa çirkab sular elə bir miqdarda verilməlidir ki,  onun 
nəmliyi optimal nəmliyə uyğun olsun.Belə olduqda bitkilər üçün 
əlverişli su rejimi yaranmaqla bərabər, çirkab suların tərkibindəki 
maddələr torpaq mikroflorası  tərəfindən daha sürətlə parçalanır. 
Parçalanma nəticəsində  əmələ  gələn qeyri-üzvi maddələr bitkilər 
tərəfindən asanlıqla mənimsənilir. Bioloji üsulla təmizlənmiş çir-
kab sularla yem, texiki bitkilərin suvarılması müsbət nəticə verir. 
Su mənbələrini çirklənmədən qorumaq, su ehtiyatını artırmaq 
üçün mühüm və prespektivli sahələrdən biri də  təsərrüfat-məişət, 
sənaye və iri heyvandarlıq komplekslərinin çirkab sularıdır. Bun-
lardan respublikamızın şəhər və iri yaşayış məntəqələri ətrafı sahə-
lərində  kənd təsərrüfatı bitkilərinin suvarılmasında istifadə edilir. 
Çirkab sulardan bu məqsədlə istifadə olunmasının  əsas üstünlüyü 
ətraf mühitin mühafizəsi ilə yanaşı, əksər bitkilərdən yüksək məh-
sul götürülməsinə  şərait yaradan qiymətli gübrələrin  əldə edil-
məsidir. 
Ümumiyyətlə çirkab sularla suvarmanın nəinki kənd təsərrü-
fatında, eləcədə xalq təsərrüfatında da böyük əhəmiyyəti vardır. 
Beləki çirkab sulardan suvarmada istifadə edildikdə  kənd təsər-
rüfatı bitkilərinin məhsuldarlığı artmaqla yanaşı, su ehtiyatlarına 
qənaət olunur, digər tərəfdən  ətraf mühitin çirklənməsinin qarşısı 
alınır. Bunları nəzərə alaraq çirkab sulardan suvarmada və təmiz-
lənərək digər məqsədlər üçün istifadə edilməsi işləri günü-gündən 
genişləndirilməlidir.  
 
5.4. Suvarmada şor (duzlu) sulardan istifadə 
 
Dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da,  İtaliyada, 
Hindistanda,  Əlcəzairdə, Tunisdə,  İsraildə, Türkmənistanda, Av-
straliyada və digər ölkələrdə şor sulardan suvarmada istifadə olu-
nur. Tədqiqatlar göstərir ki, şor suların suvarmada istifadəsi xüsusi 
əhəmiyyət kəsb edir. Ayrı-ayrı ökələrdə alimlər  şor sularla kənd 
təsərrüfatı bitkilərinin suvarılmasının  əhəmiyyətini öyrənirlər və 


66 
hazırda bu istiqamətdə elmi-tədqiqat işləri davam etdirilir. 
İsraildə  dəniz sularından suvarmada istifadə edilməsi işlərinə 
1949-cu ildən başlandığı qeyd olunur.U.Boyko və E.Boyko tərə-
findən aparılan təcrübələr dəniz suyunun suvarmada istifadə olun-
ma mümkünlüyünü bildirdilər. Onlar həm də  Qırmızı  dənizin 
suyuna adi şirin su qarışdırmaqla kənd təsərrüfatı bitkilərini suvar-
mışlar. Burada suvarma suyundakı duzun konsentrasiyasını  təx-
minən Aral və Xəzər dənizlərinin sularındakı konsentrasiyaya ya-
xın olduğunu bildirmişlər.  Bu  Aral  və  Xəzər dənizlərinin sahillə-
rində böyük suvarma sahələrinin olmasına marağı artırmış və kənd 
təsərrüfatı bitkilərinin  əkilməsi üçün əlverişli  şərait olduğunu 
göstərir. 
Dəniz sularından suvarma üçün istifadə edilməsi haqqında Hin-
distanda da geniş  tədqiqat işləri aparıldığı bildirilir.Bu tədqiqat 
işlərinin Hindistan dövləti üçün böyük əhəmiyyəti olduğu gös-
tərilir. Çünki burada 10 miyon hektara yaxın dənizkənarı qumlu 
sahələr vardır ki, onun 8, 6 milyon hektara qədəri dəniz suları ilə 
suvarıla bilər.Alimlər qeyd edirlər ki, dəniz suyuna mineral 
maddələrin qarışdırılmasından sonra suvarma bitkilərin inkişafına 
və  məhsuldarlığına müsbət təsir göstərir.Hesablamalar zamanı 
məlum olur ki, bu şirin su ilə suvarılan sahələr qədər məhsul verir. 
İspaniyada dəniz suları ilə suvarmanın öyrənilməsi üçün təcrübə 
stansiyaları yaradılmışdır.Suvarma üçün Biskay körfəzinin su-
yundan istifadə olunduğu göstərilir. Tədqiqat zamanı  məlum olur 
ki, burada suyun duzluluğu 31-37 q/l arasındadır.Həmin su ilə 
suvarılmış qarğıdalı 30-35 s/ha, pomidor 300s/ha, kartof 300 s/ha, 
çuğundur 315 s/ha, arpa 21 s/ha məhsul vermişdir. 
B.B.Şumakovun məlumatlarında göstərilir ki, Türkmənstanda 
Xəzər dənizinin suları ilə meyvə bağları suvarılırmış, Krasnovodsk 
şəhəri yaxınlığında bağça bitkilərinin Xəzər dənizinin suları ilə 
suvarıldığı bildirilir.Bundan sonra alimlər dəniz suyuna suvarma 
mənbəyi kimi baxmış  və digər bitkilərin dəniz suları ilə suvarıl-
ması üçün tədqiqat işlərini davam etdirmişlər. 
Dəniz suları ilə yanaşı kollektor-drenaj sularından suvarmada 
istifadə olunduğu haqqında da geniş  məlumatlar vardır.Məsələn: 


67 
Orta Asiya vadilərindən hər il təxminən 20-25 km
3
 həcmində şor 
kollektor-drenaj suları axıdıldığı  İ.S.Raboçev tərəfindən müəyyən 
olunmuşdur. Həmin sularla bir neçə milyon hektar sahələr suvarıla 
bilər. İ.S.Raboçev göstərir ki, duzluluğu 5-7 q/l-ə qədər olan kol-
lektor-drenaj suları düyü və yem bitkilərinin suvarılması üçün ya-
rarlıdır. 
Estoniya  Əkinçilik və Meliorasiya Elmi Tədqiqat  İnstitutunun 
əməkdaşı O.Y.Valinq dəniz suyunun suvarmada istifadəsi ilə 
əlaqədar çöl təcrübələrini Riqa və Fin körfəzləri sahilində müxtəlif 
torpaq-iqlim  şəraitində aparmışdır.Təcrübələrdə  kələm, çuğundur 
və qarayonca daha yaxşı məhsul vermişdir.Dəniz suyu ilə suvarıl-
mış  kələm 640 s/ha məhsul vermişdir.Kələmin dəniz suyu ilə 
suvarılma məhsulu əksər hallarda şirin su ilə suvarılmış varantdan 
yüksək olduğu bildirilir. Çuğundur dəniz suyu ilə suvarıldıqda 285 
s/ha məhsul verdiyi halda, şirin su ilə suvarıldıqda cəmi 250 s/ha 
məhsul vermişdir. O.Y.Valinqin tədqiqatlarından məlum olur ki, 
Baltik dənizinin suyu məhsulun keyfiyyətinə mənfi təsir göstərmir 
və torpağın fiziki-kimyəvi tərkibini dəyişdirmir. 
Respublikamızda da şoran torpaqların yuyulması zamanı kol-
lektor-drenaj sularından suvarmada istifadə olunmasının  əhəmiy-
yəti bir çox alimlər tərəfindən öyrənilmiş  və hazırda da bu yö-
nəmdə geniş  tədqiqat işləri aparılır.Azərbaycan Hidrotexnika və 
Meliorasiya Elmi Tədqiqat  İnstitutunun  əməkdaşları  Ə.K.Beh-
budov, X.F.Cəfərov, M.K.Rəhimov, B.A.Əliyev və digər alimlərin 
tədqiqat işləri buna bariz nümunədir. 
H.A.İbrahimovun tədqiqat işlərində göstərilir ki, kollektor-
drenaj suları ilə pambığın suvarılması öz effektini bir o qədərdə 
itirmir.Bununla yanaşı H.M.Hüseyinovun Şimali Müğanda 
apardığı tədqiqatlarda göstərilir ki, duzluluğu 5, 33 q/l olan drenaj 
suları suvarmada istifadə oluna bilər.Buna əsasən H.M.Hüseyinov 
təklif edir ki, Kür-Araz düzənliyindən hər il Xəzər dənizinə 1, 2 
milyard m
3
 həcmində kollektor-drenaj suları tökülür ki, bu da yem 
bitkilərinin suvarılması üçün istifadə oluna bilər. 
Yuxarıdakılara əsaslanaraq deyə bilrik ki, dəniz suları prespek-
tivli suvarma mənbəyidir. Ancaq dəniz suları ilə suvarma apar-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə