Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)


V. Suvarma əkinçiliyi bölgələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

56 
V. Suvarma əkinçiliyi bölgələri 
 
5.1. Kənd təsərrüfatı bitkilərinin suvarılması 
 
Kənd təsərrüfatı bitkilərini quraqlığın zərərli təsirindən qoru-
maq üçün quraqlıq bölgələrdə onların vegetasiya dövründə süni 
surətdə suvarılması zəruridir. Kənd təsərrüfatı bitkilərinin suvarıl-
ması dünyanın bir çox ölkələrində geniş tətbiq edilir. Belə ki, əra-
zidə yağıntı çox az və yaxud heç olmadığından, kənd təsərrüfatı 
bitkilərinin suya olan tələbatı ancaq süni suvarma yolu ilə həyata 
keçirilə bilər. 
Suvarmada məqsəd kənd təsərrüfatı bitkilərindən yüksək, sabit 
məhsul  əldə etmək, torpağın su, hava və istilik rejimlərini təmin 
edib nizamlamaqdır. Suvarmanın effektliyi təbii  şəraitdən asılı 
olaraq dəyişirilir.Onun  ən yaxşı  nəticəsi təbii nəmliklə  təmin 
olmayan bölgələrdə daha tez nəzərə çarpır. 
Azərbaycanda suvarma tətbiq edilən  ərazilər öz iqlim, torpaq, 
relyef  şəraitlərinə görə biri-birindən müəyyən dərəcədə  fərqlənir. 
Bu baxımdan respublikanın ərzisi 10 təbii-iqtisadi zonaya bölünür. 
Bunlara aşağıdakılar daxildir: I-Gəncə-Qazax, II-Muğan-Salyan, 
III-Şirvan, IV-Mil-Qarabağ, V-Quba-Xaçmaz, VI-Şəki-Zaqatala, 
VII-Lənkəran, VIII-Abşeron, IX-Nəxçıvan, X-Dağlıq Qarabağ 
bölgəsi. 
Respublikamızda meliorasiyanın gələcək inkişafı yeni suvarılan 
torpaq sahələrinin istifadəyə verilməsindən, suvarma sistemlərinin 
yenidən qurulmasından, əkinə yarasız torpaqların meliorativ vəziy-
yətinin və su təminatının yaxşılaşdırılmasından, digər elmi tədqi-
qatların nəticələrinin geniş miqyasda tətbiqindən asılıdır.İndi və 
gələcəkdə respublikanın bölgələrində suvarılan torpaq fondunu 
dağlıq və dağətəyi  ərazilərin hesabına genişləndirmək mümükün-
dür. 
H.Q.Aslanovun apardığı  tədqiqat nəticəsində  məlum olmuşdur 
ki, dağlıq  ərazilərin torpaq-iqlim amillərinin kəmiyyət və  ərazi 
etibarilə paylanma xüsusiyyətləri, bitkilərin vegetasiya dövründə 
uzun müddətdə davam edən günəşli günlər, külli miqdarda istilik, 


57 
torpaqda bitki üçün lazım olan qida ehtiyyatı respublikanın dağlıq 
bölgəsində 1364, 2 min hektar ərazidə suvarma əkinçiliyini tətbiq 
etməklə kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul əldə 
etmək mümkündür.Dağlıq  ərazilərdə suvarma əkinçiliyinə yararlı 
torpaq sahələri 8 saylı cədvəldə göstərilmişdir. 
Cədvəl 8 
Azərbaycan respublikasının dağlıq ərazilərində 
suvarmaya yararlı torpaq sahələri (min hektarla)  
(H.Q.Aslanov1998)  
 
İqtisadi 
rayonlar 
Ümumi 
sahə 
Yüksəklik qurşaqları üzrə 
200-500 500-1000
1000-
1500
1500-
2000
2000-dən 
yuxarı
Mil-Qarabağ  189, 3
98, 8
68, 5
17, 1
4, 9
-
Kəlbəcər 
140, 2
45, 9
49, 2
24, 8
20, 3
-
Araz boyu 
70, 9
64, 2
6, 7
-
-
-
Qazax 
194, 0
133, 9
22, 7
21, 7
15, 7
-
Gəncə 
88, 6
39, 4
23, 9
8, 5
16, 7
0, 1
Şirvan 
192, 8
58, 5
103, 7
26, 5
3, 9
0, 2
Şəki 
273, 5
230, 7
41, 3
1, 5
-
-
Lənkəran 
113, 9
63, 4
31, 6
11, 7
7, 2
-
Xaçmaz 
203, 0
116, 2
68, 8
12, 6
5, 4
-
Naxçıvan MR  154, 3
-
96, 8
48, 1
9, 1
0, 3
Cəmi 
1620, 5 851, 0
513, 2
172, 5
83, 2
0, 6
 
Qeyd: Qarabağın dağlıq hissəsinin və Abşeron iqtisadi rayonunun dağətəyi 
sahələrini də nəzərə almaqla 
 
Respublikamızın kənd təsərrüfatı məhsulları istehsalının artırıl-
masında xüsusi çəkisi getdikcə artan dağlıq və dağətəyi ərazilərin 
suvarılması torpaqqoruyucu tədbirləri nəzərə almadan aparılmama-
lıdır. Bu tədbirlər sisteminə eroziyaya qarşı mübarizə, aqrotexniki, 
aqromeşəmeliorasiya, hidromeliorasiya və digər tədbirlər daxildir. 
Müəyyən edilmişdir ki, yağmurun illik miqdarı  təxminən 500 
mm-dən yuxarı olmayan zonalarda suvarmadan yüksək effekt əldə 
etmək olar.Ona görədə onları illər üzrə bölərkən nəzərə almaq la-
zımdır. Təbii yağmurların əksər hissəsi bitkilər tərəfindən istifadə 
edilmir. Onun bir çox hissəsi səthi axın zamanı itir, bir qismi 
bitkinin kökləri istifadə edə biməyən dərinliyə gedir, digər bir 
qismi isə torpaq səthindən buxarlanır. 


58 
Su rejimini yaxşılaşdırmaq üçün bölgələrdən asılı olaraq əsas 
tədbirlər aşağıdakılardır. 
1. Bütün rayonlar üçün ümumi tədbirlər-torpaqların çürüntü ilə 
mümkün qədər çox zənginləşdirilməsi, torpağın sturuktur halının 
yaxşılaşdırılması suyadavamlı  xırda topacıqlar miqdarının artırıl-
ması  və müvafiq məsaməlilik saxlanması, canlı  və ölü örtük kö-
məyi ilə yağıntıların dağıdğcı təsirindən torpağın qorunması, alaq-
ların məhv edilməsi, torpağın düzgün becərilmə sistemi, mədəni 
bitkilərin müvafiq sortlarının seçilməsi, bitkiləri ən yaxşı müddət-
lərdə əkib, onlara torpaqdakı rütubət ehtiyatından və yağıntılardan 
tam istifadə etmək imkanı yaradılması. 
2. Quraq rayonlarda - suvarma və tarlaqoruyucu zolaqlar salıb 
onlara müvafiq qulluq edilməsi,  əksərən çəpər bitkiləri vasitəsilə 
qarın sahələrdə tutulub saxlanması, torpağı payızda şırımlamaq və 
yamaclarda köndələn tirələr düzəltmək yolu ilə  ərinti sularını 
saxlamaq, torpağı dondurma şum edib faraş hamarlamaq, güclü su 
və külək eroziyasına məruz qalan torpaqları mulça tətbiq etməklə 
becərmək. 
3.Kifayət qədər rütubətli rayonlarda - rütubəti çox olan torpaq-
ların qurudulması, relyefdən asılı olraq yamacın uzununa və 
dioqanalı üzrə payızda tirələnməsi və şırımlanması. 
Suvarma torpağın münbitliyini bərpa edən elementlərdən biri 
olub bitkinin su təlabatını ödəməklə yanaşı, həm də torpağın istili-
yinə, hava rejiminə, kimyəvi tərkibinə  və ondakı bakteriyaların 
mikrobioloji fəaliyyətinə təsir göstərir. 
Bitkinin normal inkişaf etməsi üçün torpaqda hava ilə su ara-
sında olan nisbətin böyük əhəmiyyəti vardır. Bitkinin su-hava reji-
mi o zaman normal ola bilər ki, torpağın rütubəti tarla su tutumuna 
bərabər olsun. 
Bitkilərin sərf etdiyi suyun miqdarı xarici şəraitdən havanın 
temperaturu və rütubəti, işığın olması, torpağın rütubəti, münbitliyi 
və xüsusiyyətləri ilə yanaşı bitkilərin növündən və onların becəril-
məsindən asılıdır.Bitkilərin istifadə etdiyi suyun 99,8%-i transpira-
siyaya sərf olunur. 
Torpaqda nəmliyin itirilməsi torpaq şəraitindən, relyefdən, yerli 
şəraitdən, havadan və iqlimdən asılıdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə