Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

47 
4.5. Torpağın su xassələri 
 
Torpağın su xassələri aşağıdakı kimi səciyyələnir:1) torpağın 
sututumu (susaxlama qabiliyyəti); 2) torpağın susızdırma qabiliy-
yəti; 3) torpağın suqaldırma qabiliyyəti; 4) torpağın su buxarlan-
dırma qabiliyyəti. 
Torpağın hüdudu tarla sututumu qabiliyyəti həddən artıq isladıl-
mış torpağın sərbəst suyu axdıqdan sonra uzun müddət özünü sax-
laya biləcəyi suyun miqdarına deyilir. Bu göstərici torpağın  əsas 
aqronomiki göstəricilərindəndir. Tarla sututumundan artıq olan su, 
torpaqda qısa müddətdə qalır, tezliklə  aşağıya doğru sızır. Tarla 
sututumuna bərabər miqdar su, torpağın norma həddində nəmlən-
məsinin yuxarı hüdududur. Kənd təsərrüfatı bitkilərinin istifadə 
edə biləcəyi nəmliyin aşağı hüdudu isə davamiyyətli soluxma 
nəmliyidir. 
Torpağın tarla sututumu Q.S.Tarasyuk, V.Y.Kobayev tərəfin-
dən müxtəlif üsullarla təyin edilmişdir. 
Torpaqda aşağıdakı sututumları vardır. 
a)  Torpaqda nisbi sututumu-buna torpağın kapilyar sututumu da 
deyilir. Torpaqda olan su bu zaman ancaq kapilyar boşluqlara dol-
durulmuş olur. 
b) Torpağın tam sututumu-onun kapilyar və kapilyar olmayan 
boşluqların hamısını doldurmuş suyun miqdarıdır. 
c)  Torpağın maksimal molekulyar sututumu-torpaqda molekul-
yar qüvvələr tərəfindən saxlanıla biləcək suyun miqdarıdır. 
Torpağın özündə bu və ya başqa miqdarda su saxlaması onun 
tərkibində olan müxtəlif maddələrdən asılıdır.Torpaq mexaniki tər-
kibcə ağır (gilli) olduqca onun özündə saxlaya biləcəyi suda artıq 
olacaqdır.Torpağın daxilində sudan şişmə qabiliyyəti artıq olan 
birləşmələr (kolloid maddələr, çürüntü) çox olduqda onun özündə 
su saxlamaq qabiliyyəti də artıq olacaqdır. 
Torpaqda olan duzlarda torpağın sututmuna təsir göstərir. 
Müəyyən olunmuşdur ki, nitrat və xloridlər torpağın sututmunu 
artırır.  Əksinə olaraq qələvilərin karbonat birləşmələri (K
2
SO
3, 
Na
2
SO
3
) torpağın sututmunu aşağı salır. 


48 
Müxtəlif mexaniki tərkibli torpaqların susaxlama həddi 5 saylı 
cədvəldə göstərilmişdir.  
 
Cədvəl 5. 
Müxtəlif mexaniki tərkibli torpaqların susaxlama həddi  
(B.M.Leqostayev və B.Konkova görə)  
 
Torpaq tipləri Ümumi 
məsaməliliyə görə
torpağın susaxlama 
qabiliyyəti, %-lə 
Torpağın susaxlama 
qabiliyyəti,  
Adi torpaqlar üçün 
Şorlaşmış torpaqlar üçün
Gilli 75-80  85-95 
Ağır gilli 
65-70 
75-90 
Orta gilli 
55-65 
70-80 
Yüngül gilli 
50-60 
60-70 
Qumlu 40-50  50-60 
Qumlu-gilli 35-40 
40-50 
Qum 25-35  30-40 
 
Torpağın susızdırma qabiliyyəti.  Suyu sızdırıb müəyyən  sü-
rətlə daha dərin təbəqələrə keçməsi, torpağın mexaniki tərkibindən 
və strukturundan asılıdır. Məsələn: iri dənəli qum və qumlu tor-
paqlar şəraitində su damcıları öz ağırlıq təsirindən sürətlə torpağın 
dərin təbəqələrinə keçir. Diametri 0, 01 mm-dən kiçik torpaqlarda 
su damcıları yuxarıdan aşağıya doğru çox yavaş hərəkət edir.  Su-
sızdırma qabiliyyətinin torpaqların suvarılması, yuyulması üçün 
böyük əhəmiyyəti vardır. Məsələn: daş, çınqıl, qum və s ilə qarışıq 
torpaq  şəraitində sahələrə verilən su, torpağın  şum təbəqəsindən 
tezliklə axıb daha dərin təbəqələrə yığışdığı üçün bitkilər sudan is-
tifadə edə bilmir. Yaxşı susızdırma qabiliyyətinə malik olan şoran 
torpaqlar yuyulduqda, su tez hopduğu üçün torpağın  şum təbəqə-
sindəki duzlar həll olunur və su ilə birlikdə aşağı təbəqələrə süzü-
lür. Əksinə mexaniki tərkibinə görə zəif susızdıran ağır torpaqlarda 
su torpağa tədricən hopduğu üçün bitki kökləri yerləşən təbəqədəki 
duzları su yuyub aşağı qatlara ötürə bilmir. Buna görə qeyd edilən 
hər iki halda, müvafiq becərmə tədbirləri tətbiq etməklə, torpağın 
susızdırma qabiliyyətini süni surətdə tənzimləmək mümkündür. 


49 
Kənd təsərrüfatı bitkiləri becərmək üçün yaxşı susızdırma 
qabiliyyətinə malik olan torpaqlardan, orta dərəcəli gilli torpaqlar 
daha məqsədəmüvafiq sayılır. 
Torpaqda suyun təsirindən  şişmə qabiliyyəti artıq olan kolloid 
maddələrin və çürüntünün çox olması onun susızdırmasını azaldır. 
Bu maddələr suyu özündə saxlayıb, şişərək suyun hərəkət edəcəyi 
yolları bağlayır. 
Torpağın suqaldırma qabiliyyəti:Suyun kapilyarlar vasitəsilə 
müəyyən hündürlüyə qalxmasına  torpağın suqaldırma qabiliyyəti 
deyilir. Torpaqdakı məsamələrin diametrindən asılı olaraq torpaq-
da suyun qalxma sürəti və qalxa biləcəyi hündürlük müxtəlif olur. 
Torpaq boşluğunun diametri böyük olduqca suyun yuxarı qalxma 
sürətidə böyük olacaq və syun qalxa biləcəyi hündürlük az olacaq. 
Əksinə torpaq boşluğunun diametri kiçik olduqda, suyun yuxarı 
qalxma sürətidə az olacaq və syun qalxa biləcəyi ümumi hün-
dürlük artıq olacaqdır. 
Torpağın suqaldırma qabiliyyəti bitkilərdən ötrü suvarmaların 
sayını, suvarma rejimini, ərazi üçün nə kimi meliorasiya tədbirləri 
müəyyən edilməsində böyük əhəmiyyəti vardır.Bu baxımdan 
təcrübələrdən aşağıdakılar məlum olmuşdur. 
1.Mexaniki tərkibinə görə yüngül, iri dənəvər torpaqlarda su 
kapiliyarlar vasitəsilə tez ancaq az hündürlüyə, xırda dənəvər ağır 
torpaqlarda isə su çox hündürlüyə çıxır. Lakin torpaq məsamələri-
nin diametri 2-2,5 mm olanda su kapiliyarlar vasitəsilə yuxarı 
qalxmır.Torpaq mikrostrukturlu, yəni onun diametri 0, 05-0, 1 mm 
olanda, suyun kapilyar üzrə daha sürətlə çox hündürə qalxması 
müşahidə olunmuşdur. 
2.Torpaq hissəcikləri çox parçalandıqda və ya torpaq bərkiyən-
də, yəni onlarda ən nazik kapilyarlar əmələ  gələndə (ağır gilli 
torpaqlarda) kapilyarlar üzrə suyun yuxarı qalxması  zəifləşərək 
tamam dayanır. 
3.Strukturlu torpaqlarda suyun yuxarı qalxma sürəti və hündür-
lüyü, struktursuz torpaqlara nisbətən zəif olur.Şorlaşmaya meyilli 
olan torpaqlarda struktur yaratmaq üçün növbəli  əkin tətbiq edil-
məsi məsləhət bilinir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə