Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

50 
4.Su kapilyarlarla yuxarıya doğru qalxdıqca qalxma sürəti 
zəifləşir. 
Təbii şəraitdə kapilyarların ölçüləri və suyun kapilyarlarla qalx-
ma sürəti və hündürlüyü torpağın mexaniki tərkibindən asılıdır. 
Buna görə geniş kapilyarlar ilə xarakterizə edilən qumlarda su bə-
zən birinci saat ərzində çox tez qalxmasına baxmayaraq, 0,5 metr-
dən yüksəyə qalxa bilmir. Gilli və xüsusən cillicəli torpaqlarda 
kailliyarlar çox nazik olduğu üçün su 4-5 m-ə və bəzən daha hün-
dürə qalxır. Ağır və bərk torpaqlarda isə bu proses üçün azı 2-3 ay 
sərf edilir. 
Gilli torpaqlar şəraitində suyun kapilyarlarla yuxarı qalxma 
hündürlüyünü orta hesabla 2-3 m qəbul etmək məsləhət görülür. 
Suyun kapilliyarlarla yuxarı qalxma sürəti və  səviyyəsi, suda 
həll olunan duzların tərkibindən və miqdarından asılıdır. Kravko-
vaya görə məhlulda natrium xlorid, natrium sulfat, kalsium karbo-
nat kimi duzların konsentrasiyası artanda suyun kapilyarlarla yuxa-
rı qalxması zəifləşir, məhlulda kalsium sulfat duzu olanda isə ək-
sinə artır. 
Müxtəlif torpaqlar üçün suyun kapilyarlarla yuxarı qalxma 
hündürlüyü 6 saylı cədvəldə göstərilir. 
 
Cədvəl 6. 
Torpaqda suyun kapilyarlarla yuxarı qalxma hündürlüyü  
(N.A.Kaçinskiyə görə)  
 
Torpaqların növü 
Suyun kapilliyarlarla maksimal 
hündürlüyə qalxması, sm-lə 
Gilli 400-500 
Ağır gilli 
300-400 
Orta gilli 
200-300 
yüngül gilli 
150-200 
Qum qarışıq 100-150 
Qum 50-100 
 
Tədqiqatlar sübut edir ki, yüngül mexaniki tərkibli torpaqlarda 
suyun kapillyarlarda hərəkət surəti və kapillyarlarla qaldırılan su-
yun miqdarı çoxdur, lakin kapillyarların su qaldırma qabiliyyəti 


51 
çox aşağıdır. Orta mexaniki tərkibli torpaqları əmələ gətirən hissə-
ciklərin ölçüləri və quruluşu elədir ki, burada həm torpağın kapil-
lyarlarının su qaldırma qabiliyyəti, həm də kapillyarlarla qalxan 
suyun miqdarı çoxdur. 
Ağır mexaniki tərkibli torpaqlarda kapillyarların su qaldırma 
qabiliyyəti çox yüksəkdir, lakin kapillyarlarda suyun hərəkət surəti 
və onlarla qaldırılan suyun miqdarı çox azdır. 
Torpağın su buxarlandırma qabiliyyəti:Torpaq özündə saxla-
dığı suyu müxtəlif sürətlə buxarlandırır.Torpağın səthindən suyun 
buxarlanmasına bir sıra amillər təsir göstərir. Bunlardan torpağın 
mexaniki tərkibi və strukturasının təsirini xüsusi qeyd etmək 
lazımdır. Torpaq narın olduqda hissəciklər arasında qalan məsamə-
lərin diametri kiçik olduğundan bu yolla rütubət torpaq səthinə 
asanlıqla qalxır və oradan intesiv buxarlanma gedir. 
 
4.6. Torpağın nəmlik xüsusiyyətləri 
 
Torpağın kapilyar və qeyri-kapilyar məsamələrinin su ilə tam 
dolması onun tam su tutumunu təşkil edir. Torpağın su tutumunda 
onun şişmə dərəcəsini də nəzərə almaq lazımdır.Məsələn kipləşmiş 
torpaq isladılarkən havada quru haldakı  məsamələrində yerləşə 
biləcək sudan çox su tutur. Bu yalnız  şişmənin hesabınadır. Tam 
su tutumuna malik olan torpaq su ehtiyatının hamısını saxlaya 
bilmir. Makro məamələrdə olan hissə öz ağırlğı ilə aşağıya doğru 
yönəlmiş olur və qravitasiya suyunu təşkil edir. 
Torpağın kapilyarlarında olan suya kapilyar su deyilir. Kapilyar 
su ilə tam doymuş hala torpağın kapilyar su tutumu deyilir. 
Su kapilyar borularda (qrunt suları  dərində deyilsə) daima ka-
pilyar su tutumuna bərabər miqdarda qala bilər. Kapilyar suyun 
hərəkət sürəti və qalxma hündürlüyü kapilyar məsamələrin ölçü-
sündən asılıdır. 
Tarla şəraitində, xüsusilə cənub rayonlarda torpaq az müddətdə 
kapilyar su tutumuna qədər islana bilər, çünki aşağıdan yuxarıya 
doğru qrunt sularının daimi axımı olmur.Bərk yağışlardan sonra 
torpaqda kapilyar su tutumuna qədər islanma gedir.Suyun bir 
hissəsi qravitasiya suyu ilə aşağı qatlara axdıqdan sonra torpaqda 


52 
tarla su tutumu halı başlayır. 
Qrunt suları  dərin olan yerlərdə torpaq tərəfindən saxlanılan 
suyun qrunt suları ilə  əlaqəsi olmadığından belə suya asılı halda 
qalmış su deyilir. 
Torpaqda su ehtiyatı aşağıdakı formula ilə tapılır. 
W=10000xHxPq/100=100HPq 
Burada: H-torpaq layının qalınlığı m-lə. 
P-torpağın həcm çəkisi q/m
3
 
q- tarla su tutumu şəraitində torpaq nəmliyi %-lə 
Tarla su tutumu torpağın mexaniki tərkibindən asılıdır və 
V.M.Romanova görə aşağıdakı hüdudlar arasında dəyişir. 
Torpaqda çürüntü maddəsi nə  qədər çox olarsa onun su tutu-
muda bir o qədər çox olar. 
Torpaq səthindən aşağı 30-40 sm-lik qatda üstdən torpaq təzyiqi 
olduğundan torpağın su tutumu nisbətən az olur. Təcrübələr gös-
tərir ki, tarla su tutumunun 50-60 %-dən aşağı  nəmlikdə olduğu 
halda, bitki özünü yaxşı hiss etmir və suvarmaq lazım gəlir.  
 
Cədvəl 7. 
Mexaniki tərkibindən asılı olaraq torpaqların tarla su tutumu  
( V.M.Romanova görə) 
 
Torpaqlar 
Su tutumu (torpaq 
həcminə görə %-lə )
Bir metrlik qatda su 
ehtiyatı hektarda m
3
-la
Qumlu 15-18
1500-1800
Qumsal 22-24
2200-2400
Gillicə 26-28
2600-2800
Gilli 34-38
3400-3800
Gilli qara torpaq
38-41
3800-4100
 
4.7. Torpaqda su rejimini nizamlamağın əsas məsələləri 
 
Məlum olduğu kimi torpaq münbitliyi eyni zamanda onun bitki-
ləri su ilə təmin etmək qabiliyyətidir.Odur ki, torpaq münbitliyinin 
artırılmasına doğru yönəldilmiş hər bir məsələ demək olar ki, eyni 
zamanda torpağın  su rejimini yaxşılaşdırmağa doğru yönəldilmiş 
məsələdir.Nəmliyə görə torpaq münbitliyini artırmaq  əsas iki 
istiqamətdə aparıla bilər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə