Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   66

44 
Sorbsion su bərk səthin təsiri altında olduğuna görə birləşmiş su 
da adlanır və torpaq hissəciklərinin səthində monomolekulyar su 
qatı şəklində və yüksək sıxlıqda tutulub saxlanılır. 
P.İ.Andrianovun hesablamalarına görə bu monomolekulyar su 
qatının sıxlığı adi maye suya nisbətən bir yarım dəfə artıq olur. 
Hiqroskopik su.Havada quru torpağın özündə saxlaya biləcəyi 
suyun miqdarına hiqroskopik su deyilir.Bu da sorbsion suyun bir 
formasıdır.Ən çox möhkəm birləşmiş su torpaqda su buxarlarının 
diametri 0,01mm-dən kiçik olan torpaq hissəcikləri tərəfindən 
udulmasından alınır. Bununda miqdarı təxminən havada quru tor-
paqdakı hiqroskopik suyun miqdarına uyğun gəlir və torpaq sət-
hində su 10000 atmosfer qüvvə ilə saxlanılır.Bundan bitkilər 
istifadə edə bilmirlər. 
Belə möhkəm birləşmiş su molekuluna bir neçə qat su molekulu 
birləşir ki, bunlarda nisbətən az adsorbsiya edilmiş olur və molekul-
yar su qatına nisbətən az istiqamətlənmiş olurlar.Belə su qatı sülb 
maddələrin xassəsini daşıyır və ona xaricdən nisbətən seyrək əlaqəli 
su molekulları qatıda birləşir.Bunlar birlikdə maksimal hiq-
roskopikliyi təşkil edirlər ki, bundanda bitkilər istifadə edə bilmirlər. 
Deməli maksimal hiqroskopiklik müəyyən miqdar sıx və seyrək 
birləşmiş az miqdarda maye halda olan sudan ibarətdir.Qara 
torpaqlarda maksimal hiqroskopiklik soluxma əmsalına uyğun gə-
lir. Bu nəmlikdə bitkilər torpaqdan suyu ala bilirlər, ancaq trans-
pirasiyaya olan sərfiyyatı ödəyə bilmirlər. 
Belə  də hesab edirlər ki, torpaqda ümumi su ehtiyatı hiqro-
skopik nəmliyin iki mislinə bərabər olduqda bitkilər ondan istifadə 
edə bilirlər. 
İ.V.Kosovskaya öyrənmişdir ki, torpaq nəmliyi maksimal ikiqat 
hiqroskopikliyə bərabər olan zaman taxıllarda ikinci dərəcəli kök-
lərin inkişafı tamam dayanır və nəticədə məhsuldarlıq xeyli aşağı 
düşür. 
Torpaq nəmliyinin aşağı düşməsinə yazlıq buğda və  vələmir 
daha həssasdırlar. Darı bitkisi quraqlığa xeyli davamlıdır. Torpaq 
nəmliyi, hiqroskopik nəmliyə  bərabər olan zaman darıda düzüm 
köklərinin boyu dayanmağa başlayır. 


45 
Sorqo bitkisində ikinci dərəcəli köklərin böyüməsi hətta torpağın 
maksimal hiqroskopiklikliyindən də aşağı nəmlikdə davam edir. 
Suyun yarpaqlarda çatışmamazlığı bitkilərdə müvəqqəti və 
uzun müddətli soluxma əmələ gətirir. Ədəbiyyat məlumatlarından 
məlum olur ki, uzun müddətli soluxmanın zərərli təsirinin  əsas 
səbəbi bitkilərdə hidroliz prosesinin artmasında və sintez etmə 
qabiliyyətinin pozulmasındadır. 
Bitkilərin soluxma əmsalı  əsasən onların növündən, sortundan 
və inkişaf fazalarından asılı olaraq dəyişir və 14-19% ətrafında tə-
rəddüd edir. 
Torpağın dispersliyi, onda olan üzvi maddələrin miqdarı və tor-
paq məhlulunun osmotik təzyiqi nə  qədər çox olarsa, bitkilərin 
soluxma nəmliyinin miqdarıda bir o qədər çox olur. 
Osmotik buxarlanma mütləqdir.Çünki torpaq danələri arasında 
məsamələr həmin su buxarı ilə doymuş olur.Bundan başqa at-
mosfer havası da həmişə nisbətən su buxarı ilə az doymuş olur ki, 
bu da osmotik buxarlanma əmələ gətirir. 
Torpaq hissəciklərinin ümumi səthi nə qədər çox olarsa, onların 
su buxarlarını tutub saxlamalarıda bir o qədər artıq olur. Hissəcik-
lərin ümumi səthi ağır gilli torpaqlarda qumsal torpaqlara nisbətən 
artıq olur. Odur ki, hiqroskopik nəmliyin miqdarı qumsal torpaq-
larda 1,0, yüngül gilli torpaqlarda 3,1 və ağır gilli torpaqlarda isə 
6,5 təşkil edir. 
Pərdə suyu. Torpaq hissəcikləri tərəfindən nazik pərdə şəklində 
tutulub saxlanan suya pərdə suyu deyilir.Bu suya torpaq hissəcik-
lərini əhatə edən su pərdələrinin ətrafında olan su molekulları aid-
dir. Pərdə suyunun hərəkəti məhdud olur. Bu su torpaq hissəcikləri 
üzərində olan bir neçə qat molekulyar sudan ibarətdir. Bu su qalın 
pərdə olan yerdən nazik pərdə olan yerə doğru hərəkət edir. 
Kapilyar və qravitasiya su formaları sorbsion qüvvələrin təsirin-
dən azaddırlar və onlar sərbəst su formaları adlandırılır.  
Kapilyar su. Kapilyar su torpağın bütün kapilyar məsamələrin-
də yerləşən sudur və bitki tərəfindən istifadə olunan əsas su forma-
sıdır. Torpağın qida, hava və istilik rejimləri ilə sıx əlaqəsi olan bu 
su forması bitkilərin məhsuldarlığında mühüm rol oynayır. Əlbət-


46 
də bu şərtlə ki, torpağın struktur halı və quruluşu əlverişli olsun. 
Qravitasiya suyu. Ağırlıq qüvvəsi təsiri ilə torpağın məsamə-
ləri üzrə  hərəkət edən suya qravitasiya suyu deyilir.(Qravitasiya 
yunanca cazibə deməkdir). Torpaqda qravitasiya suyuna yağıntı-
dan və suvarmadan sonra təsadüf etmək olar.Qravitasiya suyu tor-
paqdan keçərək torpağın su yığılan təbəqəsinə  sızıb bütün məsa-
mələri dolduraraq qrunt sularını əmələ gətirir. 
Bu su forması dəyişkən keçid xarakterli olur və əsasən torpağın 
qeyri-kapilyar məsamələrində olan artıq su damlalarından ibarət-
dir.  Bu  su  həmişə qeyri-kapilyar məsamələrlə öz ağırlığı ilə  aşa-
ğıya doğru hərəkət edir. Öz hərəkəti zamanı onun bir hissəsi 
əlbətdə torpağın quru, yəni boş olan kapilyarlarına hopur, digər bir 
hissəsi bitki köklərinə toxunduğu zaman onlar tərəfindən istifadə 
olunur və bunlarla rastlaşmayan qalan başqa qismi isə aşağı qrunt 
sularına axır. Əgər eyni torpaqda həmişə kapilyar su forması olarsa 
bu zərərlidir, çünki havanı makrokapilyarlardan sıxışdıraraq onun 
yerinə keçir və bitki köklərinin tənəffüsünü, qida ilə  təminatını 
pisləşdirir.Əgər  qravitasiya suyu vaxtaşırı  və az davamiyyətli 
(yağmurlar yaxud suvarmalar zamanı müvəqqəti) olursa, onda 
əksinə torpağın qaz mübadiləsini yaxşılaşdırır. 
Kimyəvi birləşmiş su. Bu da torpaq hissəcikləri molekullarına 
daxil olur və bu su formalarından da bitkilər istifadə edə bilmirlər. 
Beləliklə, bitkiləri su ilə  təmin etmək nöqteyi-nəzərindən tor-
paqda olan su formalarını bitki üçün əlverişli su və  əlverişsiz su 
olmaqla ki qrupa bölmək olar. Yuxarıda göstərilən torpaq su for-
malarından qravitasiya və kapilliyar su formaları bitki üçün əl-
verişli su hesab edilir. Qrunt suyu, pərdə suyu, buxar halında olan 
su, hiqroskopik su və s su formaları isə bitki üçün əlverişsiz su 
hesab edilir. 
Ancaq bəzi alimlər qeyd edirlər ki, pərdə suyu torpaq hissəcik-
lərinin səthi üzərində çox yavaş  hərəkət etdiyinə görə bitkilər 
ondan azda olsa istifadə edirlər.Pərdə suyu torpaq hissəcikləri 
tərəfindən adsorbsiya olunmuş suya nisbətən xeyli zəif saxlanılır. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə