Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

164 
temperatur 16-18
0
C-dir. 
Kollanma prosesinə suya basdırma dərinliyi və suyun şəffaflığı 
təsir edir. 5 sm-ə  qədər su təbəqəsində kollanma sürətlə gedir
lakin hədsiz (15-20 sm) çox su qatında yan zoğlarda tumurcuqların 
əsasının qoyulması  və boy atma intensivliyi gecikir. Bulanlıqlı 
suda isə kollanma düyünündə (buğumu) işıqlanma azalır və 
zoğların əmələ gəlmə sürəti aşağı enir. 
Əlverişli şəraitdə yan zoğlar aşağı buğumaralarında əmələ gəlir. 
Belə zoğlar  əmələ  gəldikdə kök sistemi daha yaxşı inkişaf edir, 
yarpaqlar çox əmələ gəlir, Buda ki, bitki üzərində süpürgələrin bir 
bərabərdə yetişməsinə  gətirib çıxarır. Kollanmanın sonunda bö-
yümə konusu, onda (orada) süpürgə və sünbülcüyün rüşeym halın-
da formalaşması başa çatır. Bitki sıxlığı tamamilə kollanmanın 
intensivliyindən və davam etmə müddətindən asılıdır. 1 m
2
-də 
500-600 gövdənin olması optimal sıxlıq hesab edilir. Kollanma fa-
zasının ortalarında azotla yemləmə yan budaqlarda iri süpürgələrin 
əmələ gəlməsinə səbəb olur.  
Kollanma dövründə kombinə edilmiş su rejimi saxlanılır. Lazı-
mi miqdarda zoğların  əmələ  gəlməsinə  qədər su təbəqəsi 5 sm-i 
keçməməlidir. Onların formalaşması başa çatdıqda su təbəqəsinin 
dərinliyi 25-30 sm –ə qədər artırılır.  
Boruya çıxma fazası çəltikdə 8-9 yarpaq əmələ gəldikdə başla-
yır. Bu zaman küləşin yuxarı buğumaraları və süpürgənin rüşeym 
halı böyüyür. Boruya çıxmanın xarici əlaməti axırıncı yarpağın 
bitkinin küləşinə perpendikulyar olaraq yerləşməsidir. Bu fazada 
çəltik süpürgələrində  dənin  əmələ  gəlməsinə su və temperatur 
rejimi böyük təsir göstərir. Optimal su təbəqəsi 15 sm-dir. Sü-
pürgənəin formalaşmasının sonunda küləşin yuxarı hissəsindəki 
buğumarası hiss olunacaq dərəcədə uzanır.  
Çiçəkləmə süpürgə axırıncı yarpaq bükümündən çıxdıqda baş-
layır. Çəltikdə süpürgələmə  və çiçəkləmə fazası üst-üstə  dəüşür. 
Çəltik öz-özünü tozlayandır, çiçəklər çiçək pulcuqları örtülü olan 
zaman tozlanır. Çəltiyin çiçəkləməsi üçün optimal teperatur 27-
28
0
C, minimal 15-20, maksimsl isə 50
0
C-yə yaxındır. Havanın 
daha əlverişli nisbi rütubəti 70-80%-dir. 40%-dən aşağı rütubətdə 


165 
çəltik çiçəkləmir.  
Əsas süpürgənin çiçəkləməsi 5-7 gün davam edir. Süpürgədə 
boş sünbülcüklərin olmasına çiçəkləmə zamanı torpaqda nəmliyin 
çatışmaması, temperaturun aşağı olması (14-16
0
C) və azotun 
artıqlığı səbəb olur.  
Yetişmə 30-40 gün davam edir. Bu dövrə süd, mum və tam 
yetişmə fazaları daxildir. Tozlanmadan süd yetişkənliyin sonuna 
qədər 11-12 gün keçir. Mum yetişkənlik dövrü 20 günə  qədər 
davam edir, fazanın sonuna yaxın dənin tərkibində nəmlik 35%-ə 
qədər azalır. Mum yetişkənlikdən tam yetişkənliyə qədər 5-7 gün 
keçir. Mum yetişkənlik fazasının başlanğıcına qədər suyun tar-
ladan çıxarılması məhsulun kəskin azalmasına gətirib çıxarır.  
Çəltiyin bəzi sortları uzun müddət suya basdırılır, bəziləri dövri 
suya basdırılma tələb edir, bəziləri isə suyun az olmasına dözür. 
Suyun az olmasına dözən çəltik sortları illik atmosfer çöküntüləri 
1200-1500 mm olan dəmyə  şəraitdə becərilir, lakin onların məh-
suldarlığı aşağı olur. 
Uzun müddət suya basdırılma tələb edən sortlar respublikanın 
şoran torpaqlı bölgələri üçün əlverişli sortlar hesab edilir. Çünki 
həmin torpaqlarda çəltik becərməklə həm şoranlıq yuyulur, həm də 
yüksək məhsul əldə edilir. 
Səthində suyu saxlamaq qabiliyyətinə malik olan əksər torpaq 
tiplərində  çəltik becərmək mümkündür. Qumlu və daşlı torpaqlar 
suyu özündə yaxşı saxlaya bilmədiyiyindən çəltik  əkinləri üçün 
istifadə edilmir. Çəltiyin becərilməsi üçün istifadə edilən torpaqlar 
suyu özündə saxlamaqla bərabər humus və qidalı maddələrlə 
zəngin olmalıdır. 
Çəltik qida maddələrinə çox tələb göstərən bitkidir. Onun 
məhsuldarlığı torpaqda kifayət qədər qidalı maddələrin olmasından 
çox asılıdır. Sortun xüsusiyyətindən, torpaq-iqlim şəraitindən və 
tətbiq edilən becərmə texnologiyasından asılı olaraq aldığı qida 
maddələrinin miqdarı artıb-azala bilər. Bu bitki vegetasiya müd-
dəti  ərzində istifadə etdiyi qida elementlərinin çoxunu (70-80%) 
kollanma-çiçəkləmə fazaları arasında istifadə edir. Sonra qida 
maddələrinə tələbat azalır. 


166 
Çəltik çay vadilərinin lilli torpaqlarında daha yüksək məhsul 
verir. Ağır qranulometrik tərkibli, su saxlama qabiliyyəti yüksək 
olan zəif turş mühitli (pH=5, 0-6, 6) torpaqlarda bitki yaxşı inkişaf 
edir. B.A.Neunılovanın məlumatlarına görə çəltik toxumları oksi-
gen az olan mühitdə cücərə bilir. Çıxışdan sonra kökü oksigenlə 
təmin edən aeranxim hüceyrələrin hesabına inkişaf davam edir. 
Torpağın becərilməsi. Torpağın becərilməsində məqsəd, orada 
gedən biokimyəvi proseslərin sürətləndirilməsindən, aerasiyanın 
artırılmasından, kök sisteminin inkişafı üçün şəraitin yaxşılaşdırıl-
masından, alaq otlarının və  zərərvericilərin məhv edilməsini 
sürətləndirməkdən ibarətdir. Torpağın becərilməsinə  sələf bitkisi 
yığılan kimi başlamaq lazımdır. Çəltik ağır qranulometrik tərkibli 
torpaqlarda becərilir. Çəltik becərilən torpaqlar dərin şum edilməli, 
torpaq yaxşı  xırdalanıb yumşaldılmalıdır. Çəltik zəmisi su örtüyü 
altında qaldıqda torpağa hava daxil ola bilmir. Ona görə  də 
anaerob  şəraitdə torpaqda hidrogen–sulfid, dəmir birləşmələri və 
müxtəlif zəhərli maddələr toplanır. Bunun üçün erkən payız şumu 
ön kotancıqlı kotanla 25-28 sm dərinliyində aparılır. Şumun opti-
mal müddətdə aparılması  zəhərli maddələrin təsirinin azalmasına 
kömək edir. Şum tirə şəklində saxlanır ki, torpaq yaxşı havalansın. 
Dondurma  şumu yazda becərilib yumuşaldılır. Köküpöhrəli və 
kökümsovgövdəli  alaqlarla zibillənmiş torpaqlar bir neçə  dəfə 
becərilməklə onlardan təmizlənilir.  
Çəltik əkinləri üçün yaz şumunun aparılması səmərəli deyildir. 
Ona görə ki, yaz şumu ilə torpaqda əmələ gələn zəhərli birləşmə-
lərə və alaqlara qarşı mübarizə aparmaq az səmərə verir. 
Payızda aparılmış dondurma şumu ilk yazda malalanır, sonra 
isə sahə laydırlı kotanla pərşum edilir. Pərşumdan sonra sahəyə 
səpindən bir neçə gün əvvəl mala və kultivasiya çəkilir, torpağın 
səthini düzəldir, ləklər və onların tirələri çəkilir. Tirələr arasında 
bütün ləklərə suyun axması üçün tirələrarası şırımlar açılır. 
Şoran torpaqlarda kotana dərinləşdirici bərkidilir və yaxud 
laydırsız kotanla 3-5 ildən bir 40-50 sm dərinliyində yumşaldılır. 
Bu zaman sıxlaşmış  şum altı qat dağılır, aerasiya və su keçirmə 
qabiliyyəti yaxşılaşır. Belə torpaqları 2 mərtəbəli üsulda becərdik-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə