140
nəzərə alaraq sahənin uzunu 600-1000m olması məsləhətdir.
Əvvəlcə təqvimi müddətlər üzrə suvarma təyin dilir.Suvarma
normasının miqdarı torpağın su-fiziki xassələrini və bitkinin in-
kişaf fazalarını nəzərə alaraq müəyyənləşdirilir.Bunun üçün Elmi
Tədqiqat İdarələrinin tövsiyələrindən və qabaqcıl təsərrüfatların iş
təcrübələrindən istifadə olunur. Müxtəlif bitkilərin suvarma reji-
mini sələflərin suvarma hesabatını nəzərə almaqla müəyyənləş-
dirmək lazımdır.
Suvarma planı suvarılan bitkilərin sahəsini göstərməklə deka-
dalar üzrə qrafik formasında tərtib etmək və suvarma normasını,
suyun miqdarını (hər suvarma üçün zəruri olan) və s göstərmək
lazımdır.Məsələn.
85, 1x600/51060 burada
Suvarılan sahə suvarma normasına vurularaq surətdə yazılmış,
suvarma üçün sərf olunan suyun miqdarı məxrəcdə yazılmışdır.
Bir dekadada növbəli əkin tarlasına daxil olunan ümumi suyun
miqdarı aşağıdakı formula üzrə hesablanır.
Q=3, 6xqxSxnxt
Burada:Q-bir dekadada suyun miqdarı m
3
-lə.
S-növbəli əkinin sahəsi , hektarla
q-hidromodul, l/san (0, 42 l/san)
n-bir dekadada işçi gücünün miqdarı
t-suvarmanın müddəti (uzanma vaxtı)bir sutkada saatla (20 saat)
Çəltiyin növbəli əkində yeri. Çəltik becərilən zaman ixtisas-
laşmış növbəli əkin tətbiq edilir. Çəltik bitkisini növbəli əkində
düzgün yerləşdirdikdə məhsuldarlığı xeyli yüksəlir. Çəltik növbəli
əkinləri 5-9 tarlalı ola bilər. Çəltik təkrar əkilən illərdə bitkinin in-
kişafı üçün əlverişli aqrometeoroloji şəraitin yaradılması vacibdir.
Bu məqsədlə quraq yerlərdə bitən bitkilər, yonca, üçyarpaq, xəşən-
bül tarladan eləcə də təmiz və məşğullu herik altından çıxarılmaqla
fasilə edilir. Beləliklə növbəli əkin ottarlaları və herik briqadala-
rında yerləşdirilir. Çoxillik paxlalı otların becərilməsindən sonra
çəltik fasiləsiz olaraq 3 il, herik tarlasından sonra iki ildən artıq
olmayaraq əkilir. Ottarlalı briqadanın əsas təyinatı torpağı təzə
üzvi maddələrlə zənginləşdirmək, alaqlarla mübarizə və yüksək
141
zülallı yem istehsal etməkdir. Herik briqadası isə birinci növbədə
meliorativ-təmir işlərinin, aralıq bitkilərin becərilməsinə, eləcə də
alaqlarla mübarizə aparılmasına xidmət edir. Ən yaxşı məşğullu
herik bitkiləri - noxud, payızlıq raps, lərgə, gülül, soya, eləcə də
paxlalılarla taxılların qarışıq əkinləridir.
Çəltik növbəli əkinlərində təmiz herik natamam komponentdir,
belə ki, herik tarlasında azot ammonium formasından nitrat for-
masına keçir, amma ondan sonra suya basdırma sərbəst, yəni
molekulyar (N
2
) azotun bərpa olunması və atmosferə uçması ilə
nəticələnir. Təmiz heriyin məşğullu heriklə əvəz edilməsi çəltiyin
daha qiymətli və zəruri mineral qidalanma elementlərinin itirilmə-
sinə səbəb olur.
Aparılmış təcrübələrlə müəyyən edilmişdir ki, növbəli əkində
çəltiyin sələfi torpağın münbitliyini artıran bitkilər olmalıdır. Çəl-
tik eyni tarlada bir neçə il becərilir. Ona görə də növbəli əkinlərdə
bu bitki növbəli əkin tarlasının 60-70%-ni tutur. Çəltik üçün
ayrılmış torpaqların hamarlanmasına, suvarma sisteminə çəkilən
xərclər özünü doğruldur. Respublikamızın Şəki-Zaqatala bölgə-
sində çəltik növbəli əkini təşkil etməklə vahid tarladan bir ildə iki
məhsul almaq mümkündür. Məsələn, payızda səpilən noxud və
çəltik, payızlıq arpa və çəltik.
Payızlıq bitkilər səpilən sahələr çəltik üçün istifadə edildikdə
onun alaqlanma dərəcəsi xeyli azalır.
Növbəli əkində 3 il çəltik becərildikdən sonra aralıq bitki kimi,
yaşıl gübrə məqsədilə paxlalı bitkilər becərilir. Çəltik növbəli
əkinlərinin aşağıdakı sxemləri vardır . 1-3 çəltik 4-dənli taxıl bitki-
ləri, bitkili herik 5-6-çəltik, 7-payızlıq taxılların yonca ilə qarışıq
səpini, 8-çoxillik paxlalı bitkilər.
Azərbaycanda ildə eyni sahədən 2 məhsul almaq məqsədilə tar-
laya payızda paxlalı bitkilər əkilir. Onların məhsulu yazda yığılır,
ya da yaşıl gübrə kimi torpağa verilir. Sonra tarla çəltik üçün
becərilir. Payızda arpanı yaşıl yem üçün əkib yazda istifadə etmək,
sonra isə həmin sahəni çəltik üçün becərmək mümkündür.
142
9.2. Suvarma şəraitində torpağın becərilmə xüsusiyyəti
Torpağın suvarma şəraitində səmərəli becərmə sistemi yalnız
çəltiyin, payızlıq və yazlıq buğdanın, pambığın, qarğıdalının və
kartofun başlıca sələflərinin, müxtəlif səpin üsullarının nəzərə
alınması ilə mənimsənilə bilər.
Pambıq bitkisi üçün torpağın hazırlanması payızda önkotancıqlı
kotanla 30-32 sm dərinlikdə aparılan əsas şum ilə başlanır.Yazda
torpaq üzərində qaysaq əmələ gəldikdə onu səpindən sonra ilk
günlərdə malalarla məhv edirlər, cücərtilər əmələ gəldikdən sonra
rotasiya malası ilə malalanır. Vegetasiya müddətində torpağı yum-
şaq, alaqlardan təmiz vəziyyətdə saxlamaq məqsədilə sistematik
olaraq cərgəaralarının becərilməsi davam etdirilir, ki onların sayı
altı və daha çox ola bilər. Pambıq bitgisi kvadrat-yuva üsulu ilə
yerləşdikdə uzununa becərmələrdən başqa 2-3 dəfə enin becərilə
bilər. Alaqları tamamilə məhv etmək məqsədilə onların kütləvi
surətdə cücərməsindən dərhal sonra tarla becərilir.Hər bir suvarma
apardıqdan sonra müəyyən dərinlikdə yumşaltma aparılır və bu iş
torpağın fiziki yetişkənliyi dövrdə, qaysaq əmələ gəlməmiş apa-
rılır.
Birinci cərgəarası becərmədə pəncələr-ülgüclər cərgələrin
yaxınlığında, 6-8 sm dərinlikdə aparılır, ekstirpatorlu pəncələr isə
cərgəaralarının ortasında 10-12 sm dərinlikdə aparılır. Cərgəara-
larının ortasında daha dərin becərmə aparılması ensiz suvarma
şırımları açılmasına səbəb olur və pambıq bitgisinin köklərinin
kəsilməsinin qarşısı alınır.
Qarğıdalını adətən başdan-başa səpilən dənlilərdən, çoxillik
otlardan və bəzən cərgəarası becərilən və paxlalı bitgilərdən sonra
yerləşdirirlər. Qarğıdalı üçün tarlanı 30-32 sm, çürüntülü qat ki-
fayət qədər dərin olmadıqda torpaqdərinləşdiricilərindən istifadə
olunur. Yazda əkin qabağı yaxud rütubət toplayıcı suvarma aparı-
lan tarlalarda alaqlar şaxta düşənədək yarımherik becərmələr yolu
ilə məhv edilir. O əkindən sonrakı üzləmələrdn və kultivasiya-
lardan, yazda isə torpağın səpinqabağı becərilməsindən ibarətdir.
Dondurma şumunun yaz malalamasından sonra iki dəfə kultivasiya
aparılır. Birinci kultivasiya 10-12 sm, ikinci toxumların basdırılma
Dostları ilə paylaş: |