133
lərin müxtəlif növbələşdirilməsi aparılan, 10 tarlalı növbəli əkinlə-
rin tətbiqi daha yaxşı nəticə verdiyi müəyyənləşdirilmişdir. Məsə-
lən 10 tarlalı rotasiyaya birinci tarlada əvvəlcə buğda olur, sonra
noxud və həmin ildəcə qarğıdalı (ikinci dəfə məhsul almaq üçün)
olur, ikinci tarlada arpa səpilir və örtük bitkisi kimi yonca səpilir;
üçüncü tarlada yonca bitkisinin ikinci ili, qalan tarlalarda isə pam-
bıq yetişdirilir.
İkinci 10 tarlalı növbəli əkində birinci və ikinci tarlada həmin
bitkilər səpilir, ikinci tarlada təkrar qarğıdalıdan sonra yaşıl gübrə
məqsədilə noxud becərilir, qalan tarlalarda isə pambıq yetişdirilir.
Orta və şiddətli şorlaşmış torpaqlarda doqquz-on tarlalı növbəli
əkinlərdə yonca altında iki tarla ayrılması məsləhət bilinir.
Çəltik növbəli əkinləri quruluşlarına görə pambıq növbəli
əkinlərinə oxşardır.Əsas bitki olan çəltik növbəli əkində yonca və
digər bitkilərlə növbələşir.Lakin pambıqdan fərqli olaraq çəltiyin
təkrar səpinində onun məhsulu tez azalır.Ona görədə çəltik növbəli
əkinlərinə yoncadan başqa dənli paxlalı, cərgəarası becərilən və
çəltik səpinlərinin arasını kəsən digər bitkilər daxil edilir.
Nümunəvi sxemli çəltik növbəli əkininə misal olaraq aşağı-
dakıları göstərmək olar.
I.1-3-cü tarlalar çəltik, 4-cü tarlada dənlilər yonca örtüklü
səpində, 5-6-cı tarlada yonca;
II.1-2-ci tarlada çəltik, 3-4-cü tarlada yonca, 5-6-cı tarlada
çəltik, 7-ci tarlada faraş tərəvəzlər, cərgəarası becərilənlər və s.
Alaqlanması yüksək olan çəltik növbəli əkinlərinə məşğullu
herik daxil edilir və növbəli əkin sxemi aşağıdakı kimi növbələşə
bilər.
I.soya və noxud dən üçün
II.paxlalılarla birlikdə qarğıdalı
III və IV çəltik
V. soya dən üçün
VI-VII çəltik
Üçyarpaq yonca səpilən rayonlarda 6 və 7 tarlalı növbəli əkinlər
tətbiq olunur.
1. Üçyarpaq yonca örtüklü arpa
2. Üçyarpaq yonca
134
3-4. çəltik
5. soya dən üçün
6-7. çəltik
Yaxud
1. soya dən üçün
2. -3. Çəltik
4.Soya yaşıl gübrə üçün
5-6. çəltik
Ukraynanın yeni çəltikçilik bölgələrində növbəli əkinlərində,
çəltiklə yanaşı payızlıq buğda, arpa, dənli-paxlalı və digər bitkilər
becərilir.
Suvarılan növbəli əkinlərdə şəkər çuğunduru adətən yoncadan
sonra ikinci il, bəzən isə birinci ildə yerləşdirilir.Çuğundur üçün
yaxşı sələflər dənli-paxlalılar, qarğıdalı, tərəvəz bitkiləri və
gübrələnmiş payızlıq buğdadır.
Tədqiqatlar zamanı suvarılan torpaqlarda şəkər çuğunduru 5
tarlalı növbəli əkində aşağıdakı sxemdə yerləşdirilməsi məqsədə-
uyğun hesab edildiyi göstərilmişdir.
1. Yonca
2. Tərəvəzlər
3. Qarğıdalı
4. Şəkər çuğunduru
5. Yonca örtüklü buğda
Sələf bitkisindən sonra torpağın yüksək münbitliyi və tarlaların
alaqlardan təmizliyi qarğıdalının becərilməsi üçün əsas şərtdir.
Əgər suvarılan növbəli əkin daxilində yonca səpini varsa onda qar-
ğıdalı ilə növbəli əkin aşağıdakı sxemdə yerləşdirilməsi məslə-
hətdir.
1. Yonca
2. Buğda
3. Qarğıdalı
4. Darı
5. Qarğıdalı, günəbaxan, kartof
6. Yonca örtüklü yazlıq dənlilər.
Dənli bitkilərlə yüksək dərəcədə doldurulmuş növbəli əkinlərdə
növbələşdirmə aşağıdakı ardıcıllıqla aparıla bilər.
135
1. Yonca örtüklü yazlıq dənlilər.
2. Yonca
3. Payızlıq buğda
4. Yazlıq buğda
5. Qarğıdalı
6. Yazlıq buğda
Suvarmada əsas məqsəd yerli torpaq-iqlim şəraitinə uyğun
olaraq bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq onların suya
olan təlabatını ödəməkdən ibarətdir.
Münbit torpaqlardan səmərəli istifadə olunması əkinçilik mədə-
niyyətinin yüksək olmağı göstərir ki, tarla işlərinin vaxtında və
keyfiyyətli aparılması, alaqlara qarşı mübarizə, zərərvericilərdən
və xəstəliklərdən qorunmasına növbəli əkinə düzgün riayət et-
məklə əldə oluna bilər.
Əkin sahələrindən səmərəli istifadə etməklə, torpaq münbitliyi-
nin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldar-
lığının yüksəldilməsi istiqamətində aparılan aqrotexniki və təşki-
lat-təsərrüfat tədbirləri içərisində növbəli əkin sistemi xüsusi
əhəmiyyət kəsb edir.
İstiehsal ediləcək məhsulun miqdarına və əkin sahələrinin quru-
luşuna uyğun olaraq, müəyyən ərazinin tarlalarında illər üzrə
bitkilərin və herik tarlalarının növbələşməsi və torpağın buna mü-
vafiq olaraq becərilməsi və gübrələnməsi sisteminə növbəli əkin
deyilir. Növbəli əkinlər, tarlalarda bitkilərin düzgün növbələşliril-
məsinə uyğun torpaqbecərmə və gübrələmə sistemləri ilə əla-
qələndirildiyi halda daha yüksək səmərə verir.
Kənd təsərrüfatı bitkilərin elmi əsaslandırılmış qaydada növbə-
ləşdirilməsi, torpaqda qida maddələrinin miqdarının artırılmasını
və onlardan səmərəli istifadə olunmasını, əlverişli su-fiziki xü-
susiyyətləri yaratmaqla torpaqların eroziyadan qorunmasını, alaq
otlarına, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparıl-
masını təmin edir.
Müxtəlif kənd təsərrüfatı bitkiləri qida maddələrinə eyni tələbat
göstərmir. Məsələn, taxıllar torpaqdan azot və fosforu çox, kaliu-
mu isə az götürdükləri halda, cərgəarası becərilən bitkilər kalium-
136
dan daha çox istifadə edirlər. Paxlalı bitkilər əksinə, kaliumdan
daha çox istifadə edirlər. Paxlalı bitkilər, köklərində olan simbioz
(müştərək) bakteriyaların hesabına yerüstü orqanlarında və köklə-
rində daha çox azot toplayırlar. Ona görə də, cərgəarası becərilən
bitkilərin dənli və dənli-paxlalı bitkilərlə növbələşdirilməsi, tor-
paqda qida maddələrinin birtərəfli istifadə edilməsinin qarşısını
alır.
Bitkilərin məhsulu vasitəsilə, onların istifadə etdikləri qida
maddələrinin bir hissəsi torpaqdan kənarlaşdırılır, bir hissəsi isə
kök və kövşən qalıqları vasitəsilə torpağa qaytarılır. Bitki qalıqları
vasitəsilə fosfor və kaliumun 50%-i, azotun isə 60%-i torpağa
qaytarılır.
Növbəli əkinlər layihələşdirilərkən bitkilərin bioloji xüsusiy-
yətləri nəzərə alınmaqla, onların tarlalarda müəyyən edilmiş ardı-
cıllıqla növbələşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə növbəli
əkin üçün ayrılan ərazi, becərilən bitkilərin əkin sahələrinə görə
bərabər tarlalara bölünür. Bu zaman tarlaların həcmi arasında olan
fərq 5%-dən artıq olmamalıdır. Hər bir tarlada bir və yaxud eyni
qrupa daxil olan bir neçə bitki əkilir. Hər bir növbəli əkin müəyyən
sayda tarlalardan təşkil olunur.
Nəzərdə tutulmuş bitkilərin və ya heriyin növbəli əkin tarla-
larında yerləşdirilməsi, növbəli əkin sxemi adlanır.
Növbəli əkin sxemində nəzərdə tutulan hər hansı bitkinin və ya
heriyin bütün tarlaları keçərək, öz əvvəlki tarlasına qayıtdığı müd-
dətə rotasiya dövrü deyilir. Sadə növbəli əkinlərdə rotasiya müd-
dəti tarlaların sayına uyğun olur. Məsələn, əgər növbəli əkinə dörd
tarla ayrılarsa rotasiya müddəti 4 il, beş tarla ayrılarsa 5 il və s ola-
caqdır.
Tarlalar üzrə bitkilərin növbələşməsini göstərən cədvəl rotasiya
cədvəli adlanır. Növbəli əkin dövriyyəsində istifadə edilən hər bir
bitkinin hansı ildə, hansı tarlada yerləşdiyini rotasiya cədvəlinin
köməyi ilə müəyyən etmək olur.
Növbəli əkinlərin əsasını əkin sahələrinin quruluşu, yəni əsas və
sələf bitkilərinin nisbətləri təşkil edir. Həmin nisbət təsərrüfatın
istiqamətindən, ixtisaslaşma dərəcəsindən, istehsal ediləcək ümumi
məhsulun miqdarından, torpaqların münbitlik dərəcəsindən və s.
Dostları ilə paylaş: |