137
asılıdır. Əsas bitkinin xüsusi çəkisinin yüksək olduğu növbəli
əkinlər, təsərrüfatın istiqamətinə və ixtisaslaşma dərəcəsinə uyğun
olmaqla bərabər, həm də ümumi məhsul istehsalını artırdığına görə
daha üstün hesab edilirlər. Az münbit olan torpaqlarda tətbiq edilə-
cək növbəli əkinlərdə isə, sələf bitkilərinin sahəsi artırıla bilər. Hər
hansı tarlada əvvəlki ildə istifadə edilən bitki və ya herik, sonra
əkilən bitki üçün sələf adlanır. Sələf bitkilərinin qarşısında duran
əsas vəzifə, torpağın münbitliyinin artırılmasını təmin etməkdən
ibarətdir. Deməli, münbit torpaqlarda tətbiq edilən növbəli əkin-
lərdə əsas bitkinin xüsusi çəkisini artırmaq mümkün olduğu halda,
az münbit torpaqlarda əksinə, əsas bitkini sələflərlə daha tez əvəz
etmək lazım gəlir. Ona görə də, növbəli əkinlərin səmərəli sxem-
ləri seçilərkən, istehsal ediləcək məhsulun miqdarı və ərazinin
torpaq-iqlim şəraiti nəzərə alınır.
Növbəli əkində tarlaların sayı və həcmi bitkilərin nisbətindən,
sahənin relyefindən, təbii sərhədlərindən, torpaq örtüyündən və s.
asılı olaraq müəyyən edilir. Çoxtarlalı və uzun rotasiyalı növbəli
əkinlərə nisbətən, qısa rotasiyalı növbəli əkinlərdə tarlanın həcmi
artıq götürülür ki, bu da texnikadan səmərəli istifadə etməklə, aq-
rotexniki tədbirlərin keyfiyyətlə yerinə yetirilməsinə imkan verir.
Ərazinin torpaq və iqlim şəraitindən, istehsal ediləcək məhsulun
miqdarından və ixtisaslaşma dərəcəsindən asılı olaraq, bəzi halda
təsərrüfatın bütün sahələrində ancaq bir bitki becərilir ki, bu cür
bitki monokultura adlanır.
Növbəli əkin tarlalarında bitkilərin növbələşdirilməsi hər il və
yaxud vaxtaşırı ola bilər. Əgər hər hansı bitki eyni tarlada bir neçə
il əkilib, sonra başqa bitki ilə əvəz edilirsə, bu təkrar əkin adlanır.
Bu zaman hər hansı bitkinin eyni tarlada əkilmə vaxtı rotasiya
müddətindən artıq olmamalıdır. Əsas bitkinin xüsusi çəkisi artıq
olan növbəli əkinlərdə həmin bitki daha çox təkrar əkilir.
İxtisaslaşmanın dərinləşdirildiyi ərazilərdə yaradılan təsərrüfat-
larda, daha əhəmiyyətli bitkilərin əkin sahəsinin genişləndirildiyi
şəraitdə, təkrar əkinlərdən daha çox istifadə olunur.
Müəyyən edilmişdir ki, təkrar əkilən pambıq, kartof və taxıl sa-
hələrindən, yüksək aqrotexniki qulluq şəraitində bir neçə il normal
məhsul əldə etmək olur.
138
Eyni qrupa aid olan bitkilər qonşu tarlalarda yerləşdirildikdə və
ya təkrar eyni sahədə əkildikdə həmin bitkilərin zərərvericiləri
daha çox artır.
Təkrar əkinlərdən istifadə etdikdə, buğda sahəsində payızlıq
sovka, pambıqda pambıq sovkası, kartofda kolarada böcəyi və s.
geniş yayılır. Bitkilər öz həyat fəaliyyəti dövründə, torpaqda
sonrakı bitki üçün zəhərli olan (kolinlər)və mikroorqanizmlərin
inkişafını ləngidən (fitonsid) maddələri toplayır. Eyni qayda ilə
bəzi mikroorqanizmlər bitkiləri və ya başqa mikroorqanizmləri
məhv edən maddələr (antibiotiklər) ifraz edirlər. Fasiləsiz və təkrar
əkinlərlə həmin birləşmələr artaraq torpağın «zəhərlənməsinə»
səbəb olur. D.N.Pryanişnikov bitkilərin növbələşdirilməsinin bio-
loji səbəblərindən bəhs edərək qeyd edirdi ki, “torpaqda qida mad-
dələrinin çatışmazlığı mineral gübrə səpməklə, onun sturukturunun
yaxşılaşdırılması peyin vermək və becərmələr aparmaqla bərpa
edildiyi halda, xəstəlik və zərərvericilərə qarşı növbəli əkinsiz
mübarizə aparmaq çətindir”. Yəni düzgün növbəli əkinlər yüksək
fitosanitar əhəmiyyətə malik olmaqla məhsulun alaqlar, xəstəlik və
zərərvericilər tərəfindən itirilməsinin qarşısını alır.
Bitkilərin növbələşdirilmiş qaydada becərilməsinin zəruriliyini
müəyyən edən iqtisadi səbəblərə:-əkin sahələrin quruluşunu
düzgün müəyyən etməklə torpaqlardan səmərəli istifadə edilməsi,
ən az vəsait sərf etməklə yüksək və keyfiyyətli məhsul əldə olun-
ması və s. amillər daxildir.
Əgər bir bitki rotasiya müddətində və daha çox eyni tarlada
əkilərsə, bu fasiləsiz əkin adlanır. Bəzi halda fasiləsiz əkin və
monokultura anlayışı sinonim kimi işlədilir. Lakin, növbəli əkində
fasiləsiz əkin mümkün olmadığı halda, monokultura istifadə edilə
bilər. Monokulturanın daxil olduğu növbəli əkində sələf, herik
tarlasından ibarət olur. Məsələn;- herik, taxıl, taxıl növbəli əkini.
Müxtəlif bitkilər, bioloji xüsusiyyətlərindən və becərilmə tex-
nologiyasından asılı olaraq, növbəli əkinə müxtəlif tələbat göstə-
rirlər. Pambıq və kartof növbəli əkinə az, taxıl bitkiləri orta, şəkər
çuğunduru və günəbaxan isə çox tələbkardır.Növbəli əkinlərin
hazırlanmasına, təsərrüfatın əsas istiqaməti və onun ixtisaslaşma
dərəcəsi müəyyən edildikdən sonra başlanılır.
139
Növbəli əkində bütün bitkilərin birlikdə suvarma planı öz-öz-
lüyündə növbəli əkində suvarma sistemini təyin edir. Təsərrüfatda
mövcud olan suvarma norması hidromodul və təşkilatı şəraitdən
asılı olaraq təyin edilir.Suvarma planı növbəli əkində növbələşən
bitkilərin vegetasiya dövrlərindən asılı olaraq tərtib edilir.(məsələn
yazlıqlarda-may, sentyabr;payızlıqlarda-oktyabr, iyun;kövşənlik
əkinlərdə-iyul, oktyabr və s.).
Suvarılacaq ərazi. əkiləcək bitkilərin tərkibindən asılı olaraq,
növbəli əkin sahələrinə, növbəli əkin sahələri isə öz növbəsində
suvarma tarlalarına bölünür.Bu zaman təsərrüfatın ərazisinin bir
hissəsi yaşayış məntəqəsi, meyvə bağı. Üzümlük, otlaq sahəsi və
digər məsələlər üçün ayrılır.
Növbəli əkin sahələrinin planda yerləşdirilməsi: Ümumiy-
yətlə növbəli əkin, suvarılan əkin və digər sahələri planda yerləş-
dirərkən aşağıdakı şərtlər əsas götürülməlidir. Meyvə bağı və
üzümçülük üçün yaşayış məntəqəsinə yaxın, qrunt suyu səviyyəsi
yer səthindən aşağıda olan sahələr; Meşəliklər üçün mürəkkəb
relyefli, qalın torpaq qatı olan sahələr; tərəvəz və yem bitkiləri
üçün yaşayış məntəqəsinə yaxın, yaxşı torpaq qatına malik sahələr;
çəltik üçün relyefin alçaq yerlərində, qrunt suyu səviyyəsi yüksək
olan , su keçirmə qabiliyyəti pis olan torpaq sahələri seçilməlidir.
Növbəli əkin sahələri bərabər ölçüdə tarlalara bölünür.Bu
zaman çalışmaq lazımdır ki, sahələrin həcmi bərabər olsun və ya
5-10% fərq edə bilər.Suvarma sahələrinə bərabər olan tarlaların
sahələri 20 ha-dan 120-ha-ya qədər ola bilər.Becərilməsinə çox
əmək sərf edilən bitkilərin (tərəvəz, bostan, tütün və s) sahələri
nisbətən kiçik (20 ha-dan 60 ha-ya qədər), az əmək sərf edilən
bitkilərin (taxıl, pambıq, yonca və s) tarlalarının sahəsi isə 80-100
hektar və daha artıq götürülə bilər.
Növbəli əkin sahələrinə daxil olan tarlalar, eyni böyüklükdə ol-
maqla bərabər. Becərmədə istifadə ediləcək kənd təsərrüfatı maşın-
larının maneəsiz işləməsi üçün əlverişli relyef, torpaq, hidrogeoloji
və aqromeliorativ xüsusiyyətlərinə görə oxşar olmalıdırlar.
Növbəli əkin sahələrini tarlalara bölərkən nəzərə almaq lazımdır
ki, sahə dördkünc olsun.Sahədə maşın və traktorun işləməsini
Dostları ilə paylaş: |