Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

96 
nimsənilir. Torpağın yaxşı becərilməsi mədəni bitkilərin kök 
sisteminin torpağa işləməsini asanlaşdırır. 
Biri-biri ilə  əlaqədar olan ayrı-ayrı becərmə üsullarının komp-
leksi, elmi əsaslar üzərində müəyyən olunmuş vaxtda ardıcıl surət-
də  həyata keçirildikdə müəyyən torpaq-iqlim şəraitində torpağın 
münbitliyi xeyli artır. Becərmə üsullarının cəminə torpağın be-
cərmə sistemi deyilir. Torpaq-iqlim şəraitindən asılı olaraq becər-
mə sistemi aşağıdakı kimi qruplaşdırılır: 
a)  Torpağın dondurma becərilməsi sistemi; 
b) Yazlıq bitkilər üçün torpağın əkinqabağı becərilməsi sistemi; 
c)  Təmiz və bitkili heriklərin becərilməsi sistemi; 
d) Xam və dincə qoyulmuş torpaqların becərilməsi sistemi; 
e)  Səpindən sonra, vegetasiya becərmə sistemi. 
Suvarılan torpaqların becərilmə xüsusiyyətləri çox vaxt yerinə 
yetirilmə vaxtlarına və  bəzi keyfiyyətlərinə görə  fərqlənirlər. Bu-
nunla  əlaqədar olaraq suvarılmayan torpaqlar üçün yüksək səmə-
rəli olan tədbirləri mexaniki olaraq suvarılan torpaqlara aid etmək 
olmaz. 
Suvarma torpağa hərtərəfli təsir göstərir:  əkin qatının qurulu-
şunu, fiziki xassələrini, kimyəvi və mikrobioloji proseslərin sürə-
tini və istiqamətini, habelə üzvi maddələrin parçalanma və toplan-
masının xarakterini dəyişdirir. 
Suvarma zamanı torpaqda kipləşmə getdiyinə görə ümumi və 
qeyri-kapillyar məsamələr azalır, atmosferlə torpaq arasında olan 
qaz mübadiləsi pozulur və mikroorqanizmlərin fəaliyyəti zəifləyir. 
Suvarılan torpaqların struktur vəziyyəti pisləşdiyinə görə onun 
susızdırma və suqaldırma qabiliyyətləri zəifləyir. Qeyd edilən 
mənfi proseslərin qarşısını almaq üçün müvafiq torpaqbecərmə 
üsullarından istifadə edilir. 
Suvarılan  ərazilərdə torpağın becərilmə üsulu, müddəti və in-
tensivliyi, dəmyə şəraitində tətbiq olunduğu qaydada istifadə edilə 
bilməz. Suvarılan ərazilərdə torpağın becərilmə üsulları öz texno-
loji xüsusiyyətlərinə görə aşağıdakı işlərdən ibarətdir: Tarla səthi-
nin hamarlanması, torpağın  şum edilməsi, malalama, kultivasiya, 
torpağın sıxlaşdırılması və s. 


97 
Hamarlama: Suvarılan sahələrdə torpağın becərilməsi işinə üst 
səthin hamarlanmasından başlamaq lazımdır. Hamarlama apardıq-
da səpin və  səpinlərə qulluq işləri üçün yaxşı  şərait yaranır.Kənd 
təsərrüfatı bitkiləri suvarılarkən,  ərazinin nahamar olması sahədə 
suyun bərabər yayılmasına mane olur. Bəzi yerlərə su az yayılır, 
bəzi yerlərə isə  həddindən çox su düşdüyündən torpaq çox rütu-
bətlənir.Buna görədə torpaqların bərabər rütubətlənməsi üçün su-
varılan sahənin hamarlanması lazım gəlir. Topağın səpinqabağı 
hamarlaşdırılması, suvarılarkən suyun bərabər paylanmasını təmin 
etmək üçün yaxşı şəraitlər yaradır.  
Sahələrin suvarmaya hazırlanması işində hamarlanmadan geniş 
istifadə olunur. Buna görədə yerüstü suvarma üsulu tətbiq edilən 
sahələrdə torpağın hamarlanmasına diqqət yetirmək lazımdır. 
Suvarma  əkinçiliyi  şəraitində torpağın səthini hamarlamaq üçün 
ağır malala, qreyderlər və digər alətlər işlədilir. 
Suvarılan torpaqlarda şorlaşmanın və bataqlaşmanın qarşısını 
almaq üçün sahənin səthi hamarlanmalıdır ki, suvarmalar keyfiy-
yətlə yerinə yetirilsin. Çünki səthi hamar olan torpaqlarda suyun 
sahənin hər yerində bərabər paylanılmasına şərait yaranır. 
Hamarlama aparmaqla yüksək norma ilə suvarmanın mənfi 
təsirinin; -relyefin çökək yerlərində suyun toplanması  nəticəsində 
bataqlaşmanın və  şorlaşmanın, habelə su eroziyasının baş vermə-
sinin qarşısı alınır. Hamarlama həmçinin tarla işlərinin mexanik-
ləşmə  səviyyəsini yüksəldir ki, bu da əməyin məhsuldarlığının 
artırılmasına imkan verir. 
Suvarılan torpaqların becərilməsinin  əsas vəzifəsi  əkin qatına 
kəltənvari quruluş verməklə eyni zamanda ümumi və qeyri- kapill-
yar məsaməliliyin artırılması, habelə əsas əkində dövri olaraq əki-
naltı qatın daha strukturalı hissəcikləri becərməyə cəlb etməkdir. 
Hava-su rejimini yaxşılaşdırmaqla torpağın becərilməsi mikro-
bioloji proseslərin fəallaşmasına, su və mineral maddələrin yaxşı 
istifadə olunmasına səbəb olur, nəticədə suvarılan torpaqların 
münbitliyi yüksəlir. 
Şumun mikrorelyefini düzəltmək və sahəni hamarlaşdırmaq 
işində malalardan istifadə olunur. 


98 
Dondurma şumu: Torpağa üzvi maddələr verməklə onu müəy-
yən dərəcədə münbitləşdirmək mümkündür.Ona görə  əvvəlcə 
torpağı münbitləşdirmək, sonra şum qatını  dərinləşdirmək lazım-
dır. Torpaq münbitləşdikdə onun şum qatını  dərinləşdirməyin 
böyük  əhəmiyyəti vardır. Uzun müddət 20-22 sm dərinlikdə  şum 
aparılmış sahələrdə  həmin dərinliyi 25 sm-ə çatdırmaq olar. Son-
rakı illərdə  həmin dərinliyi ildə heç olmasa 1-2 sm artırmaqla 
şumun dərinliyini 30 sm-ə çatdırmaq mümkündür. 
Muğan-Salyan bölgəsində əsasən boz-çəmən torpaqlar yerləşir. 
Tədqiqatlar sübut edir ki, bu bölgənin torpaqlarının  şumlanma 
dərinliyini 30 sm-ə qədər artırdıqda yüksək məhsul alınır. 
Azərbaycanın suvarılan pambıqçılıq bölgələrində yoncalıq 
yalnız pambıq əkmək üçün dondurma şum edilir.Burada dondurma 
şumu sistemi aşağıdakı qaydada aparılır: yoncalıq üzlənmək  şərti 
ilə önkotancıqlı kotanla 25-30 sm dərinlikdə  şumlanır. Yoncalıq 
şumlandıqdan sonra yonca bitkilərinin təkrar cücərməməsi üçün 
önkotancığı 10-12 sm dərinliyə nizamlamaq lazımdır.Bu önkotan-
cıq yoncanın başını yeni zoğlar cücərən yerdən aşağı  kəsər və 
yoncanın təkrar cücərməməsinə imkan verməz.Əsas dondurma 
şumuna 2-3 həftə qalmış yoncalığı yenidən çevrici alətlərlə 10-12 
sm dərinlikdə üzləyəndə daha yaxşı nəticə alınır.Bu cür becərmədə 
yoncanın kəsilmiş köksüz başları quruyur, nəticədə o təkrar 
cücərmə qabiliyyətini itirir. 
Suvarma şəraitində əsas şumun dərin aparılması, torpaqda nəm-
liyin və qida maddələrinin daha çox toplanmasına,  əkin qatının 
struktur vəziyyətinin yaxşılaşdırılmasına, habelə alaq otlarının, 
xəstəlik törədicilərin və  zərərvericilərin məhv edilməsinə imkan 
verir. Dərin  şum ön kotancıq  əlavə edilən iki laylı kotanla 
aparıldıqda onun səmərəliliyi daha çox artır.  Ən yaxşı  nəticə isə 
30-32 sm dərinlikdə iki layı  şum və  əlavə 10-15 sm yumşaltma 
aparıldıqda əldə edilir. 
Şumun optimal dərinliyi  ərazinin torpaq-iqlim şəraitindən, tət-
biq olunan digər aqrotexiiki tədbirlərdən və becərilən bitkinin bio-
loji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Yüksək suvar-
ma norması  tələb edən ağır qranulometrik tərkibli torpaqlar 2-3 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə