53
1.Nəmlik çatışmayan yerlərdə torpaqda nəmliyin toplanması və
onun qorunub saxlanması.
2. Nəmlik artıq olan yerlərdə torpağın
həddindən çox nəm-
lənməsi ilə mübarizə.
Baxmayaraq ki, ölkəmizdə xalq təsərrüfatının və əhalinin birlik-
də istifadə etdikləri suyun 50%-dən çoxu kənd təsərrüfatının pa-
yına düşür, yenə də su çatışmamazlığı özünü göstərir.Odur ki, tor-
paqda nəmliyi toplamaq, onu qoruyub saxlamaq və səmərəli
istifadə etmək əsas məsələdir.
Torpaqda nəmliyi toplamaq, onu qoruyub saxlamaq bir sıra mə-
sələlərlə əlaqədardır.Ancaq onların əsasını torpağın
özünün su xü-
susiyyətlərini yaxşılaşdırmaqla əlaqədar olan məsələlər təşkil edir.
Bunlardan torpağın su keçirmə qabiliyyətini artırmaq, su qaldırma
qabiliyyətini
azaltmaq, su buxarlarının diffuziya yolu ilə torpaqdan
itməsinin qabağını almaq, alaqlar tərəfindən suyun istifadəsiin
qarşısını almaq və s-dən ibarət məsələləri göstərmək olar.Bunlar
ilk növbədə torpağın struktur halını və quruluşunu lazımı qaydada
saxlamaqdan, yəni yaxşılaşdırmaqdan ibarətdir.
Torpaq nəmliyini normal saxlamaq suvarılan rayonlarda əsas
etibarı ilə süni suvarma hesabına,
dəmyə rayonlarda isə yağmur-
ların hesabına həyata keçirilir. Buna baxmayaraq hər iki qrup ra-
yonlarda yağmurları toplamaq yollarına çox diqqət verilməlidir.
Xüsusilə dəmyə rayonlarda qarın sahədə saxlanmasına, qar şırım-
larının, zolaqlarının çəkilməsi, meşə zolaqları salmaq, qarın ərimə-
sini tezləşdirmək üçün üzərinə kül yaxud torpaq tökmək və s mə-
sələlərə diqqət yetirməli və onlardan yerli şəraitə uyğun olanları
seçib həyata keçirmək lazımdır.
Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik
çatışmadıqda suvarmaya ehtiyac yaranır.Suvarma kənd təsərrüfatı
bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizm-
lərin inkişafına imkan yaradır,
bitkilərin qida rejimini, boy və
inkişafını gücləndirir, torpağın hava rejimini nizamlayır və məh-
suldarlğı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır.
Torpaqdan suyun məsarif səbəblərini bilərək onların qabağını
almaq lazımdır.Belə ki, suyun yuxarı torpaq səthinə qalxmasının
qabağını almaq üçün torpaq səthi ilə aşağı qatlar arasındakı kapil-
54
yar əlaqəni malalamaq və s ilə qırmaq lazımdır.Buxarlandırıcı sət-
hi azaltmaq üçün istilər düşən andan torpaq səthi çox girintili-çı-
xıntılı olmasın deyə hamarlanmalıdır.Sahə hakim küləklərdən mü-
hafizə məqsədilə meşə zolaqları əhatəsində olmalıdır.Torpaq
nəmliyi mulçalama, suvarma, malalama və s yolla qorunmalıdır.
Əlbəttə su rejiminin nizamlanmasında
düzgün növbəli əkinlərin
tətbiqi bütün becərmə işlərinin, suvarma sxeminin və gübrələmə
sisteminin vaxtlı-vaxtında, norma həddində aparılması, səpin
müddəti, bitki sıxlığı, cərgələrin istiqaməti və s böyük rol oynayır.
Torpağın həddindən çox nəmlənməsi ilə mübarizə müvəqqəti və
daimi ola bilər. Çox bataqlı və daim artıq nəmlənmə meyilli olan
yerlərdə qurutma meliorativ işləri aparılmalıdır.Relyefdən asılı
olaraq meliorativ tədbirlərlə yanaşı profilaktiki tədbirlərdə görül-
məlidir. Şırımların mailliyə görə açılması, 2 m dərinlikdə artıq su-
yu yığmaq üçün xüsusi quyuların və çalaların qazılması, tirəyə
səpin aparılması və s belə tədbirlərdəndir.
Suvarma əkinçiliyində suçu əməyini azaltmaq, suvarmada əmək
məhsuldarlığını artırmaq sudan qənaətlə istifadə, torpaq struktu-
rasını qoruyub saxlamaq və artırmaq, həm də qida maddələrinin
torpaqdan yuyulub səmərəsiz itməsinin qarşısını almaq üçün
suvarmanın mütərəqqi üsullarından (yağış yağdırma, damcılarla
suvarma və s ) istifadə etmək dövrün vacib məsələlərindəndir.
AzETPİ-nun tədqiqatları göstərir ki, süni yağış yağdırmaqla
pambığı suvararkən 15-20 % suya qənaət olunur.Suvarma dövrü 2-
2,5 dəfə qısalır və suçuların əmək məhsuldarlığını 1,5-2 dəfə artı-
rır. Pambıq məhsuldarlığıda hektardan 1,1-2,8 sentner artıq
olur.(X.Əmirxanov və M.Abbasov 1980 )
Dünya üzrə suvarılan torpaqların yalnız 13%-i suvarılmayan
bütün əkin sahələri qədər məhsul verir.
Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının
80-85%-dən artığı suvarılan torpaqların payına düşür.Çayların illik
su axarının 20-30%-i suvarmaya sərf edilir.Suvarma
sistemlərinə
ildə 7-7,5 milyard m
3
-ə qədər su verilir.Onun 40%-dən çoxu
tarlalara çatmır, buxarlanaraq səmərəsiz itib-batır. (R.Məmmədov)
Odur ki, sudan qənaətlə istifadə etmək, onu toplayıb saxlamaq və
səmərəli istifadə etmək hər bir aqronomun, kənd təsərrüfatı ilə
55
məşğul olan fərdi şəxslərin ümdə borcudur.
Şoran, şorakət
torpaqlarda, şorlaşmaya meyilli sahələrdə
düzgün suvarma normaları və rejimi müəyyənləşdirilməlidir.Bütün
bu işlər meliorator mütəxəssislərlə birlikdə işlənib hazırlanmalıdır
və daim aqronom nəzarəti altında saxlanılmalıdır.
Statistik məlumatlardan aydın olur ki, hər il Xəzər dənizinə kol-
lektor-drenaj şəbəkəsi ilə 300 milyon m
3
-dən çox şoran, duzlu su
tökülür. Bunun təmizlənərək suvarmaya qaytarılması vacib məsələdir.
Buna görədə suvarma əkinçiliyinin
səmərəliliyini nəzrə alaraq
mümkün qədər onun sahələrinin genişlənməsinə diqqət artırılmalıdır.
Ayrı-ayrı regionlarda melioratıv tədbirlərə geniş yer verilməlidir.
Su çatışmazlığını nəzərə alaraq şoran torpaqların yuyulması
zamanı alınan minerallaşmış suları suvarmada şirin sular qatmaq,
yaxud onları duzlardan təmizləməklə yenidən suvarmada istifadə
etmək mümkündür.