Suvarma əKİNÇİLİYİ (Dərs vəsaiti)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#34849
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

53 
1.Nəmlik çatışmayan yerlərdə torpaqda nəmliyin toplanması və 
onun qorunub saxlanması. 
2. Nəmlik artıq olan yerlərdə torpağın həddindən çox nəm-
lənməsi ilə mübarizə. 
Baxmayaraq ki, ölkəmizdə xalq təsərrüfatının və əhalinin birlik-
də istifadə etdikləri suyun 50%-dən çoxu kənd təsərrüfatının pa-
yına düşür, yenə də su çatışmamazlığı özünü göstərir.Odur ki, tor-
paqda nəmliyi toplamaq, onu qoruyub saxlamaq və  səmərəli 
istifadə etmək əsas məsələdir. 
Torpaqda nəmliyi toplamaq, onu qoruyub saxlamaq bir sıra mə-
sələlərlə əlaqədardır.Ancaq onların əsasını torpağın özünün su xü-
susiyyətlərini yaxşılaşdırmaqla əlaqədar olan məsələlər təşkil edir. 
Bunlardan torpağın su keçirmə qabiliyyətini artırmaq, su qaldırma 
qabiliyyətini azaltmaq, su buxarlarının diffuziya yolu ilə torpaqdan 
itməsinin qabağını almaq, alaqlar tərəfindən suyun istifadəsiin 
qarşısını almaq və s-dən ibarət məsələləri göstərmək olar.Bunlar 
ilk növbədə torpağın struktur halını və quruluşunu lazımı qaydada 
saxlamaqdan, yəni yaxşılaşdırmaqdan ibarətdir. 
Torpaq nəmliyini normal saxlamaq suvarılan rayonlarda əsas 
etibarı ilə süni suvarma hesabına, dəmyə rayonlarda isə yağmur-
ların hesabına həyata keçirilir. Buna baxmayaraq hər iki qrup ra-
yonlarda yağmurları toplamaq yollarına çox diqqət verilməlidir. 
Xüsusilə dəmyə rayonlarda qarın sahədə saxlanmasına, qar şırım-
larının, zolaqlarının çəkilməsi, meşə zolaqları salmaq, qarın ərimə-
sini tezləşdirmək üçün üzərinə kül yaxud torpaq tökmək və s mə-
sələlərə diqqət yetirməli və onlardan yerli şəraitə uyğun olanları 
seçib həyata keçirmək lazımdır. 
Vegetasiya dövründə bitkinin inkişafı üçün torpaqda nəmlik 
çatışmadıqda suvarmaya ehtiyac yaranır.Suvarma kənd təsərrüfatı 
bitkilərinin suya olan tələbatını təmin edir, faydalı mikroorqanizm-
lərin inkişafına imkan yaradır, bitkilərin qida rejimini, boy və 
inkişafını gücləndirir, torpağın hava rejimini nizamlayır və  məh-
suldarlğı artırır, torpaqda çatışmayan rütubəti tamamlayır. 
Torpaqdan suyun məsarif səbəblərini bilərək onların qabağını 
almaq lazımdır.Belə ki, suyun yuxarı torpaq səthinə qalxmasının 
qabağını almaq üçün torpaq səthi ilə aşağı qatlar arasındakı kapil-


54 
yar əlaqəni malalamaq və s ilə qırmaq lazımdır.Buxarlandırıcı sət-
hi azaltmaq üçün istilər düşən andan torpaq səthi çox girintili-çı-
xıntılı olmasın deyə hamarlanmalıdır.Sahə hakim küləklərdən mü-
hafizə  məqsədilə meşə zolaqları  əhatəsində olmalıdır.Torpaq 
nəmliyi mulçalama, suvarma, malalama və s yolla qorunmalıdır. 
Əlbəttə su rejiminin nizamlanmasında düzgün növbəli əkinlərin 
tətbiqi bütün becərmə  işlərinin, suvarma sxeminin və gübrələmə 
sisteminin vaxtlı-vaxtında, norma həddində aparılması, səpin 
müddəti, bitki sıxlığı, cərgələrin istiqaməti və s böyük rol oynayır. 
Torpağın həddindən çox nəmlənməsi ilə mübarizə müvəqqəti və 
daimi ola bilər. Çox bataqlı və daim artıq nəmlənmə meyilli olan 
yerlərdə qurutma meliorativ işləri aparılmalıdır.Relyefdən asılı 
olaraq meliorativ tədbirlərlə yanaşı profilaktiki tədbirlərdə görül-
məlidir. Şırımların mailliyə görə açılması, 2 m dərinlikdə artıq su-
yu yığmaq üçün xüsusi quyuların və çalaların qazılması, tirəyə 
səpin aparılması və s belə tədbirlərdəndir. 
Suvarma əkinçiliyində suçu əməyini azaltmaq, suvarmada əmək 
məhsuldarlığını artırmaq sudan qənaətlə istifadə, torpaq struktu-
rasını qoruyub saxlamaq və artırmaq, həm də qida maddələrinin 
torpaqdan yuyulub səmərəsiz itməsinin qarşısını almaq üçün 
suvarmanın mütərəqqi üsullarından (yağış yağdırma, damcılarla 
suvarma və s ) istifadə etmək dövrün vacib məsələlərindəndir. 
AzETPİ-nun tədqiqatları göstərir ki, süni yağış yağdırmaqla 
pambığı suvararkən 15-20 % suya qənaət olunur.Suvarma dövrü 2-
2,5 dəfə qısalır və suçuların əmək məhsuldarlığını 1,5-2 dəfə artı-
rır. Pambıq məhsuldarlığıda hektardan 1,1-2,8 sentner artıq 
olur.(X.Əmirxanov və M.Abbasov 1980 ) 
Dünya üzrə suvarılan torpaqların yalnız 13%-i suvarılmayan 
bütün əkin sahələri qədər məhsul verir.  
Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsullarının 
80-85%-dən artığı suvarılan torpaqların payına düşür.Çayların illik 
su axarının 20-30%-i suvarmaya sərf edilir.Suvarma sistemlərinə 
ildə 7-7,5 milyard m
3
-ə  qədər su verilir.Onun 40%-dən çoxu 
tarlalara çatmır, buxarlanaraq səmərəsiz itib-batır. (R.Məmmədov) 
Odur ki, sudan qənaətlə istifadə etmək, onu toplayıb saxlamaq və 
səmərəli istifadə etmək hər bir aqronomun, kənd təsərrüfatı ilə 


55 
məşğul olan fərdi şəxslərin ümdə borcudur. 
Şoran,  şorakət torpaqlarda, şorlaşmaya meyilli sahələrdə 
düzgün suvarma normaları və rejimi müəyyənləşdirilməlidir.Bütün 
bu işlər meliorator mütəxəssislərlə birlikdə işlənib hazırlanmalıdır 
və daim aqronom nəzarəti altında saxlanılmalıdır. 
Statistik məlumatlardan aydın olur ki, hər il Xəzər dənizinə kol-
lektor-drenaj  şəbəkəsi ilə 300 milyon m
3
-dən çox şoran, duzlu su 
tökülür. Bunun təmizlənərək suvarmaya qaytarılması vacib məsələdir. 
Buna görədə suvarma əkinçiliyinin səmərəliliyini nəzrə alaraq 
mümkün qədər onun sahələrinin genişlənməsinə diqqət artırılmalıdır. 
Ayrı-ayrı regionlarda melioratıv tədbirlərə geniş yer verilməlidir. 
Su çatışmazlığını  nəzərə alaraq şoran torpaqların yuyulması 
zamanı alınan minerallaşmış suları suvarmada şirin sular qatmaq, 
yaxud onları duzlardan təmizləməklə yenidən suvarmada istifadə 
etmək mümkündür. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə