139
sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu!»
(111, 276).
Ədib «allah sənin başını səlamət eləsin» ifadəsi ilə
qazıların xarakteri üçün acgözlüyü ən qüvvətli cəhət
sayır, onların bütün həyat tərzini, münasibətlərini və
fərdi aləmlərini istiqamətləndirən əlamət hesab edir.
Qazı bu sözləri deyəndə böyük bir kəllə qəndi boyunca
yuxarı qaldırması onu daha gülünc vəziyyətə salır, daha
kəskin ifşa edir.
Bəzən ədib alqışları dərdli insanların qəzəb obyekti
kimi qələmə alır: «Apar da, apar bu köpəyin eşşəyini də,
apar, öldür də! Ay əlinə dönüm, Xudayarbəy, apar öldür
də! Allaha qurban olum. Çox əcəb oldu, çox yaxşı oldu»
(111, 312). Eşşəyi Xudayarbəy apardıqdan sonra Mə -
həmməd Həsən əminin ailə faciəsində İzzətin dilindən
söylənilən bu alqışlar öz-özlüyündə çarəsiz insanların
bədbəxt vəziyyətindən təsirli və hiddətli şəkildə xəbər
verməkdədir.
Obrazların nitqində fərdilik vasitəsi kimi istifadə
olunaraq müəyyən əhvalatlara münasibət bildirən alqış-
lar ədibin nəsr üslubunda xalq inamı kimi formalaşıb
inkişaf etmiş sınamalarla bağlı olub məqamında işlə nə-
rək məzmunu tamamlayır. «Xüsusi səciyyəvi yönləri
olan sınamalar hər şeydən öncə, xalqın düşüncə tərzini,
həyata baxış və münasibətini etik, etnoqrafik görüş-
lərini, adət-ənənəsini, mərasimlərini sistemli şəkildə iz-
ləmək baxımından çox dəyərlidir» (22, 11). Bu cəhət dən
«İranda hürriyyət» və «Dəllək» hekayələri çox xarak-
terikdir.
140
«İranda hürriyyət» hekayəsində ədib, mücərrəd
məfhumun (hürriyyətin) maddi, konkret məfhum kimi
qəbul edərək ondan pay uman avam, savadsız Pərinisə-
nin yuxusunu şirin bir yumorla təsvir edir: «Kərbəlayı
Məmmədəli, mən genə sənə deyirəm ki, yaxşı xəbər gə-
ləcək; onnan ötrü ki, mən yuxuda həmişə qarpız görəndə
şad oluram. Keçən həftə Sara bacım da yuxuda qarpız
görmüşdü, əri Məşədi Haqverdi gəlib mollaya Sara
bacının yuxusunu nağıl eləmişdi. Molla demişdi ki,
qarpız şadlıqdı. Mən də həmişə yuxuda qarpız görəndə,
sevinirəm (111, 420).
Xalq inamı təcrübə, müxtəlif sınamalardan çıxıb.
Onlara inam bəslənilməsi Pərinisənin yuxusunda da əks
olunur. Yuxuda ona qarpız gətirərək qonaq gələn əmi-
dostuya sevinc əlaməti olaraq alqış söylənilməsi sına-
malarla bağlıdır: «Hə… mən çıxdım rəhmətliyin qabağı-
na və dedim – indi çıxmıyım və indi demiyim – dedim:
ay əmidostu, sən həzrət Abbas, bu nə xəcalətdir ki,
mənə verirsən? Rəhmətlik gəlib məni qucaqladı. – İndi
qucaqlamasın. – O üzümdən öpdü, bu üzümdən öpdü və
qarpızların bir yekəsini gətirib verdi mənə. Allah rəhmət
eləsin, torpağı sanı yaşayasan, məni çox istərdi; indi
istəməsin» (111, 420). Qeyd etmək lazımdır ki, «indi
çıxmayım» və «indi deməyim», «indi qucaqlamasın»,
«indi istəməsin» ifadələri də sınamalarla bağlı olaraq
Pərinisənin alqışlarında özünəməxsus məzmun etibarilə
ünvanına istiqamətlənərək yerinə düşür.
Sınamalarla bağlılıq fonunda müəyyən dərəcədə
«İranda hürriyyət» əsəri ilə səsləşən «Dəllək» hekayə -
141
sində usta Hüseyn oğlunun burnunun qanını kəsmək
üçün ondan kömək istəyən Sadıq kişiyə nəsihətində
deyir: «Yazığım gəlir gününə, ay Sadıq kişi! Bilmirəm
sənin axırın nə günə qalacaq! A kişi, ya adını erməni
qoy, xalq bilsin ki, sən müsəlman deyilsən, yoxsa əgər
müsəlman olmaq istəyirsən, qardaş, bu müsəlmançılıq
deyil ki, sən eliyirsən. Kişi, utanmırsan başuvun tükünü
bu qədər uzadıb qırxdırmırsan? Hələ xəcalət çəkməyib
deyirsən ki, Məhəmməd Vəlinin burnunun qanı kəsil-
mir?! O, allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda
görsənən şeydir ki, burnunun qanı kəsilməyə?! Sənin tək
müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!»
(111, 445). «Saçın insanın həyatını, ömrünü təmin edən,
hətta öləndən sonra da onu dirildən vasitələrdən olma sı-
na dair miflər çoxdur. ...İş burasındadır ki, guya elə
adamlara da zərər onların öz saçlarından toxunulur və
bunu edən də bədxah ruhlardır. Baş ağrısı da guya saç
ruhunun narahatlığı ilə bağlıdır və bu narahatlığa səbəb
isə saçın tez-tez yuyulması, daranması, qırxılmasıdır.
Heredotun verdiyi xəbərə görə, İran hökmdarı ildə bir
kərə anadan olduğu gündə başını yuyarmış. Bəzi
yerlərdə, məsələn, Yeni Zellandiyada saçı qırxmaq üçün
xüsusi günlər təyin olunur və bu münasibətlə ayinlər
icra edilirmiş» (22, 11). Bu maraqlı fakta istinad edərək
qeyd etmək lazımdır ki, ədibin nəsrində istifadə olunan
saçla bağlı sınama tənqidi mətləblərin əsas ifadə vasitəsi
olub «həkimlik səriştəsi çox olan» usta Hüseynin «Əv-
vəla budur ki, başını vaxtından-vaxtına qırxdırmayanın
evində heç xeyir-bərəkət olmaz, ikinci budur ki, insana
142
növbənöv bədbəxtliklək üz verər» (111, 445) fikirləri ilə
fırıldaqçıların varlanma üsulları kəskin kinayə ilə ifşa
olunur. Bu fikirlərə Sadıq kişi, «Usta, allah atana
rəhmət eləsin» (111, 445) alqışı ilə yekun vurur. Təsa -
düfdən doğan zərurət isə nəsihətin eyniyyətidir: Başını
qırxdırıb evə qayıtdıqda - «Həyətə girib Sadıq kişi
gördü ki, oğlunun qanı çoxdan kəsilib. Məhəmmədvəli
bir uzun ağacdan at qayırıb minmişdi, həyəti o tərəfə
çapırdı, bu tərəfə çapırdı və hərdən bir at kimi kişnə-
yirdi» (111, 445).
Ədibin nəsrində qarğışlar nifrət və qəzəbin təzahü-
rü kimi ifadə olunaraq «əsrlər boyu həyat təcrübəsindən
yaranan, ürəyini boşaltmaq üçün insanın psixoloji alə -
mini açan ən tipik ideomatik, lakonik və hissi ifadə lər-
dir. Diqqət edilsə bu ifadələrin böyük əksəriyyəti ən
gözəl bədii yaradıcılıq nümunəsidir» (27, 388). Alqışlar-
da olan dil fərdiyyəti qarğışlarda da obrazın mənəvi və
psixoloji vəziyyətinə, xarakterinə, hadisələrin məzmu-
nuna uyğun seçilmişdir. Məsələn, «Konsulun arvadı»
hekayəsində bir arvadla kifayətlənməyən, hər küçədə
birini saxlayan İran konsulu arvadının vəfatı münasi-
bətilə ona başsağlığı verməyə gələn müəllimlərə belə
cavab verir: «Ay cəhənnəmə vəfat edib, göra vəfat edib!
Rəhmətliyin uşaqları (bizə işarə idi), əvvəl lazım gəlir
müxbir olmaq ki, aya, o ölən övrət mənim nəyimdir,
rəhmətliyin uşaqları, bəlkə bu yekəlikdə vilayətdə
mənim hər küçədə bir siğə-mütəm olacaq (burada konsul
içəri otağa tərəf baxdı), lazım dəgil məgər yəqin etmək
ki, aya, bu vəfat edən kimdir və mənim nəyimdir?»
Dostları ilə paylaş: |