Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə18/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   14   15   16   17   18   19   20   21   ...   43

 

          

 

62 


Cəlil  Məmmədquluzadə    nəsrində  süjet  xəttinin 

quruluşunda  bəzi  mərhələlər  yerlərini  dəyişir.  Bəzən 

əsərin  sonluğu  əvvəldə  verilir,  hadisə  söylənilir  və  son 

nəticə  yenidən  qeyd  olunur.  Ədib  oxucunu  hansı  əhva-

latdan  danışacağını  və  nəticəni  əsərin  əvvəlindən  tanış 

edir.  Bu  poetik  quruluş  əsərin  süjet  xəttinə  heç  də  xələl 

gətirmir.  Süjet  xətti  mərhələlərlə  yenidən  davam 

etdirilir.  Belə  poetik  struktur  ədibin  iki  nəsr  əsərində  – 

«Zəlzələ»  və  «Toy»  hekayələrində özünü göstərir. Süjet 

xəttinin  final  və  ekspozisiya  mərhələləri  tam  vəhdətdə 

əsərlərin həm əvvəlində, həm də sonunda işlədilir. 

 

 



Final       Ekspozisiya 

    Ekspozisiya      Final  

 

 

 



 

«Zəlzələ» hekayəsini nəzərdən keçirək.  

Əhvalat  müəllifin  təhkiyəsi  ilə  başlanır:  «Zəlzələ-

dən indi düz on yeddi il keçir və hərçənd o vaxtın əhva-

latı  yadımdan  çıxıbdır,  ancaq  həmişə  zəlzələ  söhbəti 

düşəndə,  bir  yetim  uşağın  faciəsi  hər  bir  təfsilatı  ilə 

ayın-şayın  gəlib  durur  gözümün  qabağında  və  yazı 

yazdığım  yerdə  qələmi,  yainki  çörək  yediyim  yerdə 

tikəmi  gərək  qoyam  yerə  və  huş-guşumu  verəm  keçmiş 

günlərə və  çox bir dəqiqələri qara xülyalara qərq olam» 

(111, 630). 

Göründüyü  kimi,  söylənilən  əhvalat  hadisəsinin 

sonunu,  eləcə  də  başlanğıcının  özülünü  qoyur.  İlkin 

mərhələdən  sonra  hadisənin  əsas  obyekti  və    oradakı 

dağınıq  mənzərələr,  insanların  faciəsi  canlandırılır. 

щадисянин башланьыъы 

щадисянин  сону 



 

          

 

63 


Təhkiyəçi  və  yoldaşları  zəlzələdən  dağılan  Badamlı  qə-

səbəsinə  kömək  üçün  yola  düşürlər.  Zəlzələdən  əziyyət 

çəkən yüzlərlə insan kimi, müəllim Mirzə Əliqulunun da 

yaşadığı  məktəb  binası  dağılmış  və  o,  Bahadır  yüz-

başının  evində  məskunlaşmışdır.  Mirzə  Əliqulu  köməyə 

gələn  yoldaşlarını  qarşılayıb  Bahadır  yüzbaşının  evinə 

aparır:  «Zəlzələnin  qorxusundan  yüzbaşının  otaqlarına 

girib-çıxan  yox  idi.  Və  bizi  də  ehtiyat  babətindən  otağa 

aparmadılar»  (111,  631).  Əhvalatın  ən  yüksək  inkişaf 

mərhələsi  isə  «Bu  hində  oturduğum  yerdə  az  qaldı  ki, 

başım gicəllənsin, bilmədim hansı tərəfdən elə bir xırıltı 

səsi gəldi ki, yenə zəlzələ oldu və yenə dam-daş uçmağa 

başladı» (111, 632). 

Dam-daş altında  qalan insanların naləsi, Pəri arvad 

və  gecə  boyu  ağlayan  uşağının  acınacaqlı  vəziyyəti 

hadisənin  tədricən  açılmasını  və  sona  yaxınlaşdığını 

göstərir. 

Nəticə,  daha  ətraflı  təsvirlə  əsərin  əvvəlində  söylə-

nilən  müəllif fikrinin ürək  yandırıcı eyniyyətidir.  «Başı-

mı  uzatdım  daxmanın  içinə  və  burada  bir  belə  dəhşətli 

və nifrətli şey gördüm: bir balaca uşaq bir övrətin döşlə-

rini  ağlaya-ağlaya  söküşdürür,  övrət  də  gözlərini  göyə 

tərəf  dikib  baxmaqdadır.  Haman  dəqiqə  duydum  ki,  öv-

rət cansızdır. 

Oradanca qayıtdım covustana, ancaq elə sürətlə qa-

yıtdım ki, bilsə idim baxan yoxdur, uşaq kimi qaçardım.  

O  vaxtdan  on  yeddi  il  keçir  və  həmişə  gecə  vaxtı 

bir uşaq ağlamağını  eşidəndə Badamlı zəlzələsi  yadıma 

düşür.  Və  həmişə  bir  yanda  zəlzələ  söhbəti  qulağıma  ça-

tanda öz-özümə deyirəm: Ax, yazıq uşaqlar!» (111, 634). 

Hekayənin  süjet  xətti  və  mərhələlərini  qrafik  şəkil-

də belə göstərmək olar: 




 

          

 

64 


Kulminasiya 

 

 



          Zavyazka  

 

 



                    Razvyazka 

 

 



 

 

     Ekspozisiya  



 

 

 



 

 

 



       

  

  



        Final        

 

 



 

     Fina

            



 

 

 



 

 

 



Eyni  poetik    forma  «Toy»  hekayəsində  də  özünü 

göstərir. Hekayə son nəticə ilə başlayır və son nəticə ilə 

də qurtarır. «Mənim adətimdir: bir yerdə dustaqxana adı 

gələndə gərək iki ağaclığından qaçam, yox olam. 

Mən  dustaqxanadan  çox  qorxuram  və  əgər  keçən 

vaxtlarda  mənim  başıma  gələn  qəzavü  qədəri  nağıl 

eləsəm  və  siz  də  hövsələ  ilə  oxuyub  başa  çıxsanız,  o 

vədə görəcəksiniz ki, dustaqxanadan qorxmağa mən çox 

haqlıyam (111, 618). 

Hadisənin  başlanğıcı  qeyd  olunur  və  süjet  xətti 

mərhələlərlə davam etdirilir: 

 

Харабадан чыхарылан 



язилмиш Пяри арвад вя 

кюрпяси 


Йенидян зялзялянин олмасы, дам-

даш алтында галан инсанларын наляси 

Эеъя бойу кясилмяйян 

ушаг наляси 

щадисянин башланьыъы 

Зялзялядян даьылан 

Бадамлы гясябясиня эялян 

тящкийячи вя йолдашларынын 

эюрдцкляри мянзяряляр 

щадисянин  сону 

Зялзялядян  он йедди ил 

кечмясиня бахмайараг 

унудулмайан йетим ушаьын 

фаъияси 



 

          

 

65 


Kulminasiya 

 

           



           Zavyazka    

 

                  Razvyazka 



 

 

     



 

 

Ekspozisiya    



 

 

 



 

 

       



         

     


   Final             

 

 



 

Final 


  

 

 



 

 

 



Süjet  xəttinin  inkişaf  mərhələlərində  qeyd  olunan, 

fərdi  üslub  xüsusiyyətlərini  izah  edən  bütün  bu  faktlar 

eyni  zamanda  ədibin  sənətkarlıq  və  təsvir  obyektinin 

zənginliyini də göstərən mühüm bir cəhətdir. 

Ümumiyyətlə,  Cəlil  Məmmədquluzadə  nəsrində 

ideya  və  sənətkarlıq  məsələlərini  bir-birindən  ayırmaq 

çətindir.  Ədibin  bir  sıra  hekayələrində  hadisə  tamam-

lanır,  yəni  final  –  hekayənin  sonu  verilir.  Bundan  sonra 

müəllif  təsvir  və  istiqaməti  yeni  bir  sonluğu    oxucunun 

öz  təxəyyülünə  və  təsvirinə  yönəldir.  Müəllif  əsərdə 

ideyanı  bir  az  da  maraqlı  təqdim  etmək  üçün  süjet  xət-

tində  məsələləri,  hadisə  və  münasibətləri  gizli  saxla-

yaraq  bu  yolla  nəticənin  aydın  və  maraqlı  ifadəsini 

göstərir.  Bu  baxımdan  «Pirverdinin  xoruzu»,  «İranda 

Онун сящвян дустагла 

гарышыг салынмасы 

Халанын дустаг оьлу Ябдцлкяримдян 

йана бярк гцсся етмяси вя щекайя 

гящряманынын халасы оьлуну дустагхана-

дан чыхарыб эятиряъяйи барядя вердийи сюз 

Дустагхана конторунда 

мясялянин айдынлашмасы 

щадисянин башланьыъы 

Ясяр гящряманынын 

халасы гызынын тойу 

щадисянин  сону 

Дустагхана горхусу 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə