T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
109
bəy Hüseynzadəyə olan böyük məhəbbəti zamanı, həm də
Əhməd bəy Ağaoğlunun məhz şərqçilik istiqamətində göstər-
diyi çox geniş miqyaslı fəaliyyəti ilə onun Avropa mədəniy-
yətinə münasibətində tarazlığı nisbətən pozması ilə bağlıdır.
Əslində, Əli bəy Hüseynzadə ilə Əhməd bəy Ağaoğlunun
Qərbə və bir çox başqa məsələlərə münasibətlərini şərtləndirən
köklü, həlledici, konseptual fikirləri çox oxşardır və Şamil
Vəliyevin yazdığı kimi: “Əsrin əvvəllərində Ə.Ağaoğlu tənqi-
di məqalələrində şərqlilərin, o sıradan Qafqaz türklərinin
romantik-mistik illüziyalara aludə olduğunu iddia edir, buna
görə də möhkəm xarakterlər və ideyalı əsərlər yaratmağın
çətin olduğunu söyləyirdi. Həmin vaxt “Asiyanın oyanması”nı
ilk olaraq nümayiş etdirən “Molla Nəsrəddin” jurnalının 1-ci
sayının üz qabığındakı şəkil bu fikri bir daha təsdiq edir.
Azərbaycan xalqının ictimai həyatında orta əsrlərdən
qalma dini-sxolastik adət və ənənələri tənqid edib İslam
yenilikçisi kimi çıxış edərkən bir sıra dəyərli mülahizələr irəli
sürən Ə.Ağaoğlu, sosial və mədəni tərəqqi yollarını şərh
etməyə çalışır, habelə gerçək həyatda güclü xarakterlərin
olmamasından və ideyasızlıqdan şikayətlənirdi. Ə.Hüseynzadə
isə həmvətənlərinin “qırmızı qaranlıqlar içində başsız”, şaşqın
halda qaçışını ideyasızlıqda görürdü. Ə.Hüseynzadə xarak-
tersizlikdən başqa şəkildə şikayət edirdi: əsasən, romantik
ədəbiyyatın estetik prinsiplərini şərhə çalışan Ə.Hüseynzadə
inqilabi fikrin sürətlə yayıldığı vaxtda “Məra ba momeno-
kafər çekər əst” – “Bizim mömin və kafirlə nə işimiz var”
fikrinə haqq qazandırır, inqilab dalğasından yaradıcı şəxsiyyəti
uzaqlaşdırmağa çalışırdı. Bir çox hallarda L.Tolstoyun əxlaqi-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
110
mənəvi təkamül ideyasına istinadla Ə.Hüseynzadə, “qırmızı
qaranlıqlar içində” inqilab və irticanın görüşünü, mübarizəsini
təsvir edərək milli inqilab və ictimai fikir tərəqqisinə bəzən
ümidsizliklə baxaraq deyirdi: “İki qüvvənin müsaliməsindən
ara-sıra hasil olan dəhşətli gurultular şirin və ləzzətli bir uyğu
içində yatan biz müsəlmanlara rahat vermiyor. İstər-istəməz
iqaz ediyor. Biz də oyanmağa, qalxmağa məcbur oluyoruz.
İbtida sərsəm bir halda bulunuyoruz. Sərsəmliğimiz ilə nə
tərəfə gedəcəyimizi şaşırıb müsalimənin içinə düşüyoruz.
Ötəmiz, bərəmiz əzilib yaralanıyoruz; bir zülmətin içində biz
də al qanlara boyanıyoruz”.
Ə.Hüseynzadənin Azərbaycan tarixinə və milli qəhrə-
manlıq ənənələrinə münasibəti və baxışı, “kvietizm-xarakter-
sizlik” tənqidini irəli sürən həmkarı Ə.Ağaoğlu İslam dinini
müasirləşdirmək iddiaları ilə sıx bağlı idi. Onun türk hissiy-
yatlı, firəng qiyafəli, İslam etiqadlı fədai yetişdirmək ideya-
sının sonralar təkmilləşdirilərək “islamlaşmaq, türkləşmək və
avropalılaşmaq” şəklində geniş təbliğ edilməsi də müəyyən
mənada Ə.Ağayevin modernist axtarışları ilə əlaqədar idi” (64,
75).
Şübhəsiz ki, bu iki milli ideoloqun, əsrin əvəllərinin iki
çox görkəmli ictimai-siyasi xadiminin, ədəbiyyat və
mədəniyyətimizin parlaq nümayəndələrinin bir sıra məsələlərə
baxışlarında bəzən ciddi fərqlər də olurdu. Lakin bunlar eyni
bir istiqamətdə axtarışlar aparan iki xadimin baxışları
arasındakı fərqlər idi və prinsipial ziddiyyət təşkil etmirdi.
XX əsrin əvvəllərində milli mədəniyyətimizin inkişafı,
onun mütərəqqi dünya mədəniyyətindən bəhrələnməsi naminə
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
111
Qərb mədəniyyəti ilə təmasların inkişafı istiqamətində fəaliy-
yət göstərdiyi çox qısa bir zaman ərzində ağılasığmaz dərəcədə
nəhəng işlər görmüş “Füyuzat” jurnalı bu coşqun, qaynar mə-
dəni-mənəvi mühitin geniş spektrində öz orijinallığı, əsl milli
ruhlu ziyalılar arasındakı nüfuzu ilə seçilirdi. Ə.Hüseynzadə-
nin özü də “intellektual və elmi-mədəni səviyyəsinə, dünya-
görüşü və erudisiyasına görə əksər müasirlərindən qibtə
ediləcək dərəcədə yüksəkdə dayanırdı. Təhsil və dünyagörüşü
cəhətdən ona yaxın olanlardan isə başqa bir üstünlüyünə görə
fərqlənirdi: “Qərbçilərdən” o, Şərqi daha dərindən bildiyinə
görə, “şərqçilərdən” isə Qərbi, onun mədəniyyətini daha də-
rindən bildiyinə görə seçilirdi. (160, 120).
“Füyuzat”ın XX əsrin əvvəlləri Azərbaycan həyatının
bütün sahələrində yeri o qədər böyük, əvəzolunmaz idi ki,
jurnalın nəşri dayandıqdan sonra, hətta yeni rejimi o qədər də
düşməncəsinə qarşılamayan ziyalılar belə, onun nəşrinin
dayanmasının nə qədər böyük bir itki olduğunu dərk edirdilər:
“Yoldaş! Əli bəy dövründə “Füyuzat” jurnalında iştirak edən
müqtədir mühərrir və şairlərimizin heç biri hazırda yoxdur;
onların kafəsi həvadisati-aləmin namüsaid təsiratı ilə ya ölmüş,
ya mənfalara sürülmüş, yainki baş götürüb bir tərəfə getmişdir.
Biz mütəəssifanə bir surətdə elan ediyoruz ki, bir də o kibi
dahilər meydana gətirə bilməriz” (146, 8).
Məhz bu “müstədir mühərrir və şairlərimizin” hesabına
idi ki, “Füyuzat”ın səhifələrində həm ictimai-siyasi fikir
tariximizi zənginləşdirən, mədəni və bədii inkişaf istiqamət-
lərimizi dərinləşdirən, həm də ədəbi əlaqələrimizi genişlən-
dirən ciddi materiallar çap edilirdi. Jurnalda dünya klassik-
Dostları ilə paylaş: |