T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
124
müəyyən bir mövzu belə bir-birindən zaman və məkanca ayrı
olan bir çox millətlərin arasında dolaşıb durmaqdadır” (121,
28).
B.Abdullayev Yusif Vəzirə həsr etdiyi tədqiqatının ayrıca
bir bölməsini – “Avropa folklorşünaslığı haqqında” adlandır-
mışdır. Müəllif Yusif Vəzirin rus və Qərb folklorşünaslarına,
tədqiqatçı və alimlərinə, onların ideya və nəzəriyyələrinə
yaradıcı-tənqidi münasibətini təhlil edərək göstərir ki, görkəm-
li ədib-alimə görə, “xalq ədəbiyyatını bilmək istəyən şəxs, hər
şeydən əvvəl, bir çox tarixi məlumatlar əldə etməli, xalq adət,
ayinlərini bilməli, əsatir qismini öyrənməli və onu başqa
xalqlara mənsub əsatirlərlə müqayisə etməyi bacarmalıdır. O,
Avropa alimlərinin bu baxımdan yaratdıqları nəzəriyyələrlə
tanış olmağı zəruri hesab etmiş və Azərbaycan mətbuatında bu
haqda ilk dəfə məqalə ilə çıxış etmişdir” (1, 31).
Həqiqətən, Y.V.Çəmənzəminli Qrimm qardaşlarının
yaratdığı “mifoloji məktəb”ə, Adalbeot Kun və Vilhelm Şvarts
kimi tədqiqatçılara, Maks Müllerin “Günəş nəzəriyyəsi”nə,
H.Spenser, E.Teylor, Lebbak kimi filosof və antropoloqlara,
Avropada geniş yayılmış iqtibas, yaxud Benfey nəzəriyyəsinə,
V.Stasov, A.Şifner, A.Veselovski, V.Potebnya, V.Müller kimi
rus alimlərinə göstərdliyi rəğbətli münasibətdə eyni zamanda,
dərin və hərtərəfli biliyi, habelə geniş erudisiyası ilə tənqidi
mövqedə durmağı bacarmışdır. Yusif Vəzir özünəməxsus
tədqiqatçı-alim səriştəsi ilə heç bir Qərb və rus avtoritetinin
qarşısında çəkinməmiş, yeri gəldikcə elmi polemikaya
girmişdir (1, 32-40).
Yusif Vəzir göstərirdi ki, Qrimm qardaşları, Şvarts, Kun,
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
125
Potebnya, Afanesyev kimi tədqiqatçılar tərəfindən işlənib
hazırlanmış “əsatirçilər” - “mifoloji məktəb” nəzəriyyəsinə gö-
rə folklorun nağıl, dastan, əfsanə kimi epik janrları məhz əsa-
tirlərdən törəyərək yayılmışdır. Avropa və Asiya xalqlarının
nağıl və əfsanələrindəki bənzəyiş və səsləşmələr də buradan
irəli gəlir.
Ədib bu doğru mülahizəni müdafiə etsə də belə bir fikir
ilə qəti razılaşmır ki, guya əsatirləri dünyaya ali irqə mənsub
edilən xalqlar yaymışlar. O, tutarlı bir əks məntiq irəli sürərək
“Xalq ədəbiyyatının təhlili” adlı məqaləsində yazırdı: “İbtidai
əsatir əsrlərdən bəri inkişaf edərək mürəkkəb mövzular şəklinə
düşməli idi. Bir-birindən məkanca ayrı, başqa-başqa coğrafi-
iqtisadi və ictimai mühitdə yaşayan xalqların “əcdadı”
əsatirləri hərə öz mühitinə görə təkamül etdirməli idilər.
Həqiqəti-hal isə, bunun əksini göstərir, bir çox xalqların şifahi
ədəbiyyatı bir-birinə müsahibdir” (122, 34). “Əsatirçilərin”
irqçilik qoxuyan “adi xalqlar” anlayışına qarşı çıxan müəllif
daha sonra həmin müddəanı birbaşa tənqidə cəlb edirdi:
“Tarixdən əvvəl bir-birindən ayrılmış xalqlar bu mövzuları
bütün təfsilatı ilə saxlaya bilməzdi. Sonra müəyyən və bir-
birinə bənzər mövzuları yalnız ari irqinə mənsub qövmlərdə
deyil, başqa irqlərə məxsus olanlarda da görmək olar” (16, 67).
Əsası T.Benfey tərəfindən qoyulmuş və V.Müller,
Veselovski, Stasov tərəfindən inkişaf etdirilmiş “iqtibas”
nəzəriyyəsi barədə də ədib maraqlı mülahizələr yürüdür.
Dünya folklorundakı süjet, mövzu və kompozisiya bənzəyiş-
lərinin səbəblərini xalqların tarixi-mədəni əlaqələrində görən
həmin nəzəriyyə tərəfdarlarının fikricə, Avropa folklor
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
126
süjetləri Şərqdən alınmış, əsasən və əksərən Hindistandan
iqtibas olunmuşdur. Ədib həmin nəzəriyyələrin əhəmiyyətini
onun xalq ədəbiyyatının tədqiqinə böyük yardım etməsində
görür. Məsələn, müəllif əfsanəvi Süleyman şah motivi
üzərində dayanır. Qeyd edir ki, bir əfsanə başqa bir əfsanənin
də yaranmasına təkan verir. Əfsanə öz doğulduğu məkanın
hüdudlarını aşaraq başqa ölkələr və xalqlar arasına yayılır. Bu
gün Süleyman adına bağlanan əfsanə sabah Cəmşid adıyla,
başqa vaxt isə İlyas adıyla təzahür edir. Həmin məqalədə
müəllif T.Benfey ilə polemikaya girərək, onun Şərqin Qərbə
təsirini eramızdan əvvəl X əsrlə hüdudlandıran mülahizəsi ilə
razılaşmır. O yazır: “Şərqin Qərbə təsiri Benfeyin qeyd etdiyi
zamandan daha əvvəl olmalıdır. Təsirdə şübhəsiz Zərdüşt-
lüyün rolu böyük olmuşdur. Mədəniyyət yayan, həyatın və
yaradılışın əsasını mübarizədə görən bu din xristianlıqdan on-
on beş əsr əvvəl yaxın Şərqdə böyük bir mövqe qazanmışdır...
Bunların təsiri o qədər böyük idi ki, Pompey ordusu (xristian-
lığa bir əsr qalmış) Zərdüştlüyə qapılmış və Mitra (Mehr)
allahını mənimsəmişdi” (118, 72).
Göründüyü kimi, Yusif Vəzir folklorun ümumdünya
təşəkkülü və yayılması ilə bağlı nəzəriyyələrdən danışanda
belə qədim mədəniyyətin banilərindən olan vətəni ilə fəxr edir,
onun insanlığın tarixinə bəxş etdiyi töhfələrin nəzəri
mülahizələrdə nəzərə alınmasını təkidlə vurğulayırdı.
Rus və fransız dillərini mükəmməl bilməsi sayəsində
Yusif Vəzir hələ gənc yaşlarından geniş mütaliə imkanı
qazanmış, Qərb və dünya ədəbiyyatı klassiklərinin yaradıcı-
lığına dərindən bələd olmuşdu. O, bu klassikləri mütaliə
Dostları ilə paylaş: |