T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
130
ədəbiyyatlarsız mümkün olmadığı kimi, “ötürücü” ədəbiy-
yatlar da təkcə ötürücü rol oynamaqla kifayələnməmişlər. Bu
prosesdə “M.Hadi, H.Cavid, A.Səhhət, və A.Şaiq həm də rus
və türk romantizminin nümunələrini, ənənələrini dərindən
mənimsəmiş, estetik mülahizələrində tətbiq etmişlər. Bir az
fərqləndirici mahiyyət güdsək, bu, inkar olunmaz faktdır ki,
rus romantizmi Hadiyə və Cavidə nisbətən Səhhət və Şaiqin
yaradıcılıq fəaliyyətində öz təzahürünü daha geniş tapmışdır”
(24, 84).
Lakin Qərbə heyranlıq hissi romantiklərdə şəksiz
üstünlük təşkil edirdi. Tərcümə əsərlərinin seçilməsindən
tutmuş, ədəbi-tənqidi mülahizələrə qədər romantiklər bu və ya
digər münasibətlə tez-tez Qərb ədəbiyyatına müraciət edir,
onlardan nümunələr göstərir, müqayisələr aparırdılar.
Qərb ədəbiyyatından tərcümələr, Qərbin elm və mədəniy-
yət xadimləri haqqında müxtəlif səpkili məlumatlar daha çox
“Füyuzat” jurnalında çap olunurdu. Jurnalın tərcümə əsər-
lərinin keyfiyyətinə xüsusi tələbkarlıqla yanaşması, tərcümə
zamanı orijinalın ideya-mövzu, forma və məzmun bütöv-
lüyünün, üslub xüsusiyyətlərinin qorunub saxlanmasını tələb
etməsi bu mətbuat orqanında yüksək səviyyəli bədii tərcümə-
lərin yer almasını təmin edirdi.
N.Gəncəvi, Firdovsi, A.Şiller, H.Hayne, Milton, Şekspir,
Lev Tolstoy, Lermontov, Puşkin, Ö.Xəyyam və başqa
sənətkarlardan edilən tərcümələr bu tələblər ödənildiyinə görə
bəyənilirdi. Klassik Avropa və rus ədəbiyyatından edilən
tərcümələr
sırasında
A.Cövdətin,
Ə.Hüseynzadənin,
A.Səhhətin, M.Ə.Rəsulzadənin, M.Hacınskinin tərcümələri
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
131
ayrıca hallanırdı (64, 210).
Bədii sənətkarlıq ənənələrinin zənginliyi və ideya-estetik
dəyərlərinin orijinallığı ilə maraq doğuran Avropa ədəbiyyatı,
“Füyuzat”çılara görə, həm də sənətkarın şəxsiyyətinə və onun
yaşadığı ictimai-tarixi mühitə qiymət vermək vasitəsi idi.
Tərcümə zamanı həmin məsələlərin diqqət mərkəzinə
çəkilməsi orijinal əsərlə onun tərcümə variantını, habelə
müəllif ilə tərcüməçinin qarşılıqlı müqayisəsini, mənəvi-ədəbi
ünsiyyətini araşdırmağa imkan verirdi. Bu baxımdan
Ə.Hüseynzadə A.Cövdətin tərcümələrini yüksək qiymət-
ləndirir. Məsələn, Ə.Hüseynzadə Bayron haqqında danışarkən
onu “asari-hürriyyətpərvəranə” sahibi olan “müəzzəm bir
ingilis şairi” sayır, “asari-nəfisayi-ülviyyə!” deyə qiymətlən-
dirdiyi bədii irsinin türkcəyə tərcümə edilməsini mühüm bir
ədəbi-mədəni təşəbbüs kimi nəzərə çatdırırdı. A.Cövdətin
tərcümə etdiyi “Şilyon məhbusu”ndan danışarkən Ə.Hüseyn-
zadə bildirirdi ki, “Bayronun əşarını əvvəlcə rus və Avropa
dillərində mütaliə etmiş idim. Lakin heç bir vaxt o asari-
bülənşamil məzkur dillərdə mənə öz dilimizdə olduğu qədər
zövq və ləzzət verməyəcək idi. Mən o andakı zövq və
məmnuniyyətimi tərif edəməm!.. Bayronun əşarını türkcə
oxumaq nə böyük nemət, nə böyük səadət! Abdulla Cövdət
Avropa şairlərini bəzən nəzmən, bəzən də nəsrən tərcümə edir.
Fəqət hər hansı surətlə olur-olsun, bu tərcümələr fövqəladə gö-
zəl düşür. Adətən, əslindən heç vəchlə geri qalmayır...” (134).
Qərb ədəbiyyatını, mədəniyyətini öyrənməkdə tərcü-
mənin xüsusi əhəmiyyət kəsb etdiyini bildirən bu sənət
korifeylərinin tərcüməyə tələbləri də çox yüksək olurdu.
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
132
Diqqət yetirsək, Əli bəy Hüseynzadə “Avropa şairlərini bəzən
nəzmən, bəzən nəsrən tərcümə edən” Abdulla Cövdətin
Bayrondan tərcümələrini təhlil edərkən özünəməxsus romantik
bir tərzdə həmin tərcümələrə olan çox yüksək tələblərini də
ifadə etmiş olur və məhz bu tələblərə cavab verdiyi üçün onları
tərif və təqdir edirdi. Hansılardır bu tələblər? “Şilyon məh-
busu”nu əvvəlcə rus və Avropa dillərində oxumuş olmasına
baxmayaraq, Əli bəy Hüseynzadə “o asari-bülənşamildən
məzkur (rus və Avropa – T.A.) dillərdə” "öz dilimizdə olduğu
qədər ləzzət” ala bilməmişdi. Bu romantik, bir qədər də emo-
sional təhlilin daxilində əslində tərcüməyə olan çox sərt bir
tələb irəli sürülür: “Əslindən heç vəchlə geri qalmaması”
tələbi! Nə az, nə çox! Yəni “Bayronun əşarını türkcə oxumaq”
o zaman “nə böyük nemət, nə böyük səadət” olur ki, nəinki
əslindən geri qalmasın, hətta heç vəchlə geri qalmasın! Mə-
lumdur ki, Əli bəy özü də tərcümələrinə bu tələblərlə yanaşır-
dı. Onun Hötenin “Faust”unun tərcüməsi adi bir bədii tərcümə
olmaqdan çox yüksəkdə duraraq, bu əsərin bütün bədiiyatının,
mifolojisinin, fəlsəfəsinin, hətta müəyyən mənada üslubiyyatı-
nın ədəbiyyatımıza gətirilməsi idi. Bu, təkcə Əli bəy Hüseyn-
zadənin sənət qüdrətinin hesabına olmayıb, həm də tərcümə
olunan əsərin düzgün seçilməsi hesabına idi. Çünki “Faust”
onun “əskidən bəri ruhunun yeganə munisi olan alman şairi
Hötenin” (A.Şaiq) əsəri idi, bu, birincisi; həmin əsər Əli bəyin
özünün ən sevimli əsəri idi - bu da ikincisi. Əslində, bu
deyimlər Əli bəyin tərcümə sənətinə münasibətini, ona olan
tələblərini açıqlayan məqamlardır. Tərcüməçi tərcümə üçün
seçdiyi əsərin ruhunu duymalıdır, yalnız dil elementləri
Dostları ilə paylaş: |