T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
127
etməklə bərabər onlar barəsində müxtəlif yazılarla çıxışlar da
edirdi. Onun Şiller, Russo, Anatol Frans, Flober, Bayron,
Höte, Stendal, Knut Hamsun haqqında fikirləri xüsusilə maraq
doğurur.
Y.V.Çəmənzəminli Bayron qəhrəmanlarında “iradəli,
məğrur, cəmiyyətə qarşı nifrət bəsləyən bir divi” görür. Şiller
sənətindəki azadlıq duyğuları və yüksək humanizm ona daha
xoş gəlir: “O, dar millətçi deyil, alman müstəbidi Karla qarşı
nifrət bəslədiyi halda, fransız mütəfəkkiri Russonun qarşısında
diz çökür. Şiller təkcə Almaniyanın deyil, bütün insanity-
yətindir” (122, 46). Anatol Fransın özünəməxsusluğunu isə
ədib belə ümumiləşdirir: “Tarix və sənəti ədəbiyyata qoşmaq
fransız ədəbiyyatında Floberdən bəri gözəl bir irs olmuşdur.
Hüqo, Balzak və Zolya da bu yolla yaratmışlar. Frans Anatol
bu yolun ən incə sənətkarıdır. Fransın olduqca zərif və aydın
bir üslubu var, oxucuya həzz verir” (122, 49).
Floberin yaradıcılığını diqqətlə izləyən ədib onun
“Salambo” əsəri ilə “Müqəddəs Antuanın aldanması” əsərini
müqayisə edərək üstünlüyü “Salambo”ya verir. Y.V.
Çəmənzəminlinin roman janrı ilə bağlı Stendalla polemikası
da məntiqi cəhətdən diqqəti çəkməkdədir: “Stendalın fikricə,
roman nağıl etməklə məşğul olmalıdır. Fəlsəfə və düşüncələr
yürütmək yersizdir... Stendal dram üsülunu romana tətbiq
edir... Stendalın roman texnikası, məncə, mümkün deyil.
Qəhrəmanların danışığı ilə bərabər bir də düşüncələrini
göstərmək təbiidir” (122, 59).
Qeyd edək ki, Y.V.Çəmənzəminlinin Qərb mühiti və
mədəniyyəti ilə bağlı düşüncələri onun bədii əsərlərinə də
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
128
sirayət etmiş, xüsusilə “Studentlər” və “17-ci il” romanlarında
Rüstəm, Əli və s. obrazların fikir və mülahizələrində bu və ya
digər şəkildə əks olunmuşdur.
2.3. Bədii tərcümə – Qərb mədəniyyətini öyrənib
mənimsəməkdə əsas vasitə kimi
XX əsrin əvvəllərinin yaradıcı ziyalıları, xüsusilə yazıçı,
şair və tənqidçiləri Qərb ədəbiyyatının öyrənilməsində, Azər-
baycan xalqının dünya mədəniyyətinə inteqrasiya edilməsində
bədii tərcümənin mühüm vasitə olduğunu bildiklərindən,
onunla ciddi məşğul olurdular. Onların özləri rus və Qərb
dillərini öyrənib bilməklə yanaşı, bu dillərdən tərcümələr
edərək xalqın istifadəsinə də verirdilər.
Abbas Səhhət göstərirdi ki, müasir ədəbiyyatı inkişaf
etdirmək üçün rus və Qərb ədəbiyyatından mümkün qədər çox
tərcümə etmək lazımdır. Şair fikirlərini təsdiq etmək üçün
Qərbi Avropa ədəbiyyatı tarixinə müraciət edərək yazırdı:
“Qərbin tarixi, ədəbiyyatı bizə göstərir ki, onların ədəbiyyatda
bu dərəceyi-kamala yetişməsinin səbəbi qədim Roma və
Yunan ədəbiyyatını öz dillərinə tərcumə etmələri olmuşdur.
Və lakin bizlər isə, hər şeydə olduğu kimi, ədəbiyyatımızda da
haman qanuni-vüstaya yazıq bir halda qalmışıq. Bunun yeganə
səbəbi odur ki, Avropa lisanlarına aşina olanlarımız türkcə
bilməyə tənəzzül etməmişlər və həmçinin türkcə kamil bilən
şairlərimiz əcnəbi lisanlarını öyrənməyə etina etməmişlər.
Odur ki, həmin məhdud bir dairədən biz kənara çıxa bilməmi-
şik” (58, 314).
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
129
XX əsrin əvvəllərində bu və ya digər platformada
durmalarından asılı olmayaraq, demək olar ki, bütün yaradıcı
ziyalılar bədii tərcümənin ədəbiyyat və mədəniyyətimizin
dünya, xüsusilə Qərb mədəniyyəti ilə təmaslarının inkişafında
aparıcı rolunu göstərirdilər. Qeyd etmək lazımdır ki, tərcümə
üçün müraciət olunan əsərlərin seçilməsi müəllif və mütərcim-
lərin mənsub olduqları yaradıcılıq metodları və cərəyanları ilə
müəyyənləşirdi. Məsələn, XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatında romantizm meyilli şairlərin Qərb ədəbiyyatında
ən çox müraciət etdikləri ədiblər də elə romantiklər idilər.
A.Şaiq Əlibəy Hüseynzadə haqqında yazırdı ki, o, “... çox
yenilik gətirmək, ədəbiyyatı məhdud bir çərçivədən kənara
çıxarmaq istəyirdi. Bizi, gənc yazıçı və ziyalıları Qərb klassik-
lərinin sənət və yaradıcılıqları ilə tanış etməyə çalışırdı. Onun
ədəbi, ictimai-siyasi fəaliyyəti gəncliyə müəyyən təsir
göstərirdi... Əskidən bəri könlünün yeganə munisi olan alman
şairi Hötenin “Faust”undan tərcümələr edərək “İblis” mövzusu
ilə gəncliyi maraqlandırırdı. Xüsusən, o vaxta qədər bir beyt
belə yazmamış olan Hadini dilləndirirdi” (60, 201-202).
Əslində “XX əsr Azərbaycan romantiklərinin ədəbi-
estetik görüşlərinin formalaşmasında Avropa romantiklərinin
də payı vardır. Onların məqalələrində Şekspir, Hüqo, Volter,
Russo, Kant, Spenser, habelə Şatobrian, Şopenhauerin, eyni
zamanda, digər Qərb mütəfəkkirlərinin adlarına rast gəlmək
olar. Bu onu sübut edir ki, Azərbaycan romantikləri öz fəlsəfi
görüşləri ilə müəyyən mənada Qərbi Avropaya bağlı olmuşlar”
(24, 79).
“Qərbi Avropaya bağlı olmaq” isə əsasən “ötürücü”
Dostları ilə paylaş: |