www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
13
Ulu Öndərin apardığı mübarizənin fəal iĢtirakçısı olub.
1997-ci ilin may ayında ehtiyata göndərilib. Ehtiyatda olan ElĢad ġabanov
hazırda polkovnikdir.
Xalqımızın igid oğlu polkovnik ElĢad ġabanov xidməti dövründə aĢağıdakı
mükafatlara layiq görülmüĢdür:
Vətən və Təhlükəsizlik Orqanları qarĢısındakı xidmətlərinə görə ElĢad
ġabanov “SSRĠ Dövlət Təhlükəsizliyi Komitəsinin Fəxri ƏməkdaĢı” döĢ niĢanı
və SSRĠ-nin “Qırmızı Ulduz” ordeni, “Ġgidliyə görə” medalları, “DöyüĢ
xidmətinə görə” medalı, SSRĠ Ali Sovetinin Fəxri Fərmanı, “Beynəlmiləlçi
döyüĢçüyə igidliyə və hərbi rəĢadətə görə” medalı, “Qədirbilən əfqan xalqından”
medalı, SSRĠ DTK-nın “Qüsursuz xidmətlərinə görə” medalı, Rusiya
Federasiyasının “Əfqanıstan müharibəsinin veteranı”, “Xidmətlərinə görə”
ordenləri, “Ġgidliyə və cəsarətə görə”, “PənĢir əməliyyatına görə”, “Məhəlli mü-
naqiĢələrin iĢtirakçısına”, “Xüsusi təyinatdakı xidmətlərinə görə”, “Əfqanıstan
Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə
görə” medalları, Əfqanıstan Demokratik Respublikasının “Hərbi ġöhrət” ordeni,
“Ġgidliyə görə” medalları, Müstəqil Dövlətlər Birliyinin təsis etdiyi “DöyüĢ
əməliyyatları veteranı” medalı yubiley və xatirə medalları ilə təltif olunub.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
14
Ya azad ol, ya candan keç
Ya azad ol, ya
candan keç
Ġki yoldan birini seç.
Azadlığın Ģərbətin iç,
Ġgid əsgər, möhkəm dayan!
Əziz oxucular! Bu kitab 2 ildən artıq Əfqanıstan dağlarında, sonra isə I
Qarabağ savaĢında 2 ilə yaxın Ģərəfli döyüĢ yolu keçən, dəfələrlə ölümlə üz-üzə
gələn polkovnik ElĢad Yusif oğlu ġabanovun apardığı ağır kəĢfiyyat və döyüĢ
əməliy- yatlarına və bütün gənclərə nümunə ola biləcək ləyaqətli həyat yollarına
həsr olunmuĢdur.
ElĢad ġabanov bir Ģərəfli zabit kimi həm ölümü dəfələrlə ayaqlayıb keçib,
həm də azadlığın Ģərbətini içib.
1978-ci ildə ElĢad ġabanov DTK-nın Ali məktəbini bitirdikdən sonra
xidmət etmək üçün yeni təĢkil olunan Qəbələ rayon Ģöbəsinə əməliyyat
müvəkkili vəzifəsinə göndərilir. 1977-ci ildən Qəbələ rayonunun Soltan - Nuxa
kəndi yaxınlığındakı dağda SSRĠ Müdafiə Nazirliyi tərəfindən dünyada analoqu
olmayan, SSRĠ-də yeganə xüsusi rejimli hərbi obyekt inĢa olunmağa baĢlayır.
Soltan - Nuxa, Zarağan, Kiçik Pirəlli yaxınlığında hərbi hissələr yerləĢdirilir ki,
bunlar da tikintiyə cəlb olunurlar. Zarağan kəndi yaxınlığında isə zabitlər və
onların ailələri üçün hərbi - bağlı Ģəhərcik salınır, beĢ mərtəbəli binalar inĢa
olunur.
Rusiyadan göndərilən hərbi yük AğdaĢ rayonunun Ləki stansiyasına
boĢaldılır, oradan isə gecələr Müdafiə Nazirliyi tərəfindən salınmıĢ beton yolla
tikilməkdə olan obyektə çatdırılırdı. Obyektin nə məqsədlə tikildiyi, hansı
funksiyanı yerinə yetirəcəyi sirr olaraq qalırdı.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
Tofiq Seyidzadə.
“Hər an ölümlə üzbəüz”
15
1978-ci ilin əvvəlləri obyekti inĢa edən inĢaatçı – komandirlərdən bir nəfəri
və Moskvadan gəlmiĢ nümayəndə heyəti - iki nəfər polkovnik avtomobil qəzası
nəticəsində həlak olur.
1978-ci ilin yayında Azərbaycan SSRĠ DTK-nın Qəbələ (QutqaĢen) Ģöbəsi
fəaliyyət göstərməyə baĢladı. ġöbənin qar- Ģısında duran əsas, baĢlıca məqsəd
tikilməkdə olan xüsusi rejimli hərbi obyektin ətrafında, həmçinin ona yaxın
AğdaĢ və Ġsmayıllı rayonlarının ərazisində əks-kəĢfiyyat iĢinin və tədbirlərinin
təĢkili, obyekt barəsində olan sirrlərin düĢmən əlinə - xarici kəĢfiyyatın əlinə
keçə bilməsinin qarĢısının alınması, onun yanğın və digər təxribatlardan
qorunmasının təmin edil- məsi, rayon ərazisində olan və fəaliyyət göstərən
antisovet, millətçi və digər dövlətə, konstitusiya zidd fəaliyyətlə məĢğul olmaqda
Ģübhəli bilinən Ģəxslərin üzə çıxarılaraq ifĢa edilməsi və digər dövləti
cinayətlərin törədilməsinin qarĢısının vaxtında alınması idi. Buna görə də AğdaĢ
və Ġsmayıllı rayonlarının əməliyyat Ģəraitinə nəzarət Qəbələ rayon Ģöbəsinə
həvalə edilmiĢdi.
ġöbənin rəisi mərhum Mais Hacıyev, baĢ əməliyyat müvəkkili mərhum
Vaqif Həsənov, əməliyyat müvəkkili isə onlardan 10 - 12 yaĢ kiçik olan cavan
leytenant ElĢad Yusif oğlu ġabanov idi.
ElĢad həmin ilin oktyabrında ailə həyatı qurur. O vaxtlar DTK əməkdaĢının
ailəsiz yaĢaması, yaĢı çataraq evlənməməsi Komitənin rəhbərliyi tərəfindən
müsbət hal kimi qarĢılanmırdı.
5 - 6 aydan sonra, 1979-cu ilin fevral ayında ElĢad ġabanov Azərbaycan
DTK-nın əməkdaĢları Roman Kazımov, Binnət Məmmədov və Hüseyn Əliyevlə
birlikdə DaĢkənd Ģəhərinə, SSRĠ DTK-nın yarım illik Ali Əks-KəĢfiyyat
kurslarına göndərilir. ƏməkdaĢların hər üçü ElĢaddan 3-4 yaĢ böyük idilər, lakin
Təhlükəsizlik orqanlarına yenicə qəbul edilmiĢdilər.
Ali kurslarda ElĢad ġabanov, idmançı, SSRĠ Ġdman Ustası olduğuna görə,
dinləyici - kursantlara səhər idmanı keçmək tapĢırığı alır. Və o hər səhər 150 -
200 kursanta səhər idmanı keçir. Bundan baĢqa ElĢad burada sambo güləĢi üzrə