T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə57/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   53   54   55   56   57   58   59   60   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

 qüvvəsi əldə 
edə bilər.


ASQILAR
Asqı-avt-bilin çərçivəsini(kuzovunu)körpülər və ya birbaşa təkərlərə elastik əlaqələndirir, 
təkərlər yolun nahamarlıqlarından keçdikdə yaranan təkan və zərbələri zəiflədir.Avt-bilin 
asqısı olmasaydı sürücü,sərnişinlər və daşınan yük daim yol nahamarlıqlarından 
yaranan təsirlərə məruz qalar,avt-bil hərəkət etdikdə təkanlar,zərbələr və titrəyişlər hiss 
edərdilər.Avt-bilin asqısı sərnişinlər üçün lazımi komfortluğu və yüklərin saxlanılmasını 
təmin edir.Asqı avt-bilin konstruksiyasına yoldan düşən qüvvə təsirini azaldaraq 
sınmaların baş vermə ehtimalını azaldır və təkərlərin yolla daimi kontaktını təmin 
edir.Avt-bilin yolda özünü necə aparması, yüksək sürət əldə etməsi,manevr etdikdə isə 
təhlükəsizliyin təmin olunması asqının konstruksiyasından ciddi surətdə asılıdır.Asqıların 
müxtəlif əlamətlərə görə təsnifatı verilmiıdir.Avt-bilin asaqısı elastik

istiqamətləndirici və söndürücü quruluşlardan
təşkil olunur.Bəzi asqılarda yan 
dəyanətlik stabilləşdiricisi də olur.Asqının elastik quruluşunun—vəzifəsi dinamiki 
yüklənməni azaltmaqdır.Təkər nahamarlıqla görüşdükdə asqının elastik elementi sıxılır 
və təkərdən kuzova ötürülən zərbəni xeyli azaldır. Açılaraq, o,kuzova rəqslər ötürür, 
elastik elementin uyğun xarakteristikasını seçərək, rəqslərə azru olunan xarakter 
vermək olar.
 


Elastik elementin tətbiq olunması kuzovun yolun progilinin sürətini təkrar etməsini 
istisna edir,avt-bilin hərəkət səlisliyini yaxşılaşdırır. Bununla bərabər sürücü və 
sərnişinlərdə xoşagəlməyən hiss yaratmadan hərəkət etməyə imkan verir və onların tez 
yorulmasının və daşınan yüklərin zədələnməsinin qarşəsını alır.Yaxşı hərəkət səlisliyi 
kuzovun 1-1.3Hs tezliklə rəqsi hesab olunur.Elastik quruluş bir və ya bir-neçə elastik 
elemetdən ibarətdir.Elastik elementlər metal və qeyri-metal ola bilər.Metal elastik 
elementlər ressor,spiralyay vətorsion (burulmaya işləyən mil)şəkilində hazırlanır.Qeyri-
metal rlastik elementlər rezin,pnevmatik və hidravlik elementlərə bölünür.Onlar edirlər. 
Müasir avt-rin asqılarında iki və daha çox elastik elementi(metal və qeyri –metal) 
birləşdirən kombinə edilmiş elastik elementlərdən geniş istifadə edilir.Sürətli rəqslərdən 
oturacağın yumşaq örtüyü, mühərrikin, ötürmələr qutusunun və s.-nin rezin dayaqları 
qoruyur.Asqının elastik elementləri,təkər və şinlər kuzovu alçaq rəqslərdən qorumaq 
üçündür.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə