T texniki kolleci


Dartıcı-sürət xüsusiyyətləri



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə88/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   84   85   86   87   88   89   90   91   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Dartıcı-sürət xüsusiyyətləri 
Dartıcı-sürət xüsusiyyətləri – mühərrikin xarakteristikalarını və ya aparan təkərlərin yollu 
ilişmə şərtinə görə,hərəkət sürətinə görə,hərəkət sürətinin dəyişmə diapozunun və 
avtomobilin sürətlənmə intensivliyi hədliyini müəyyən edən xüsusiyyətlər 
yaradır:Mühərrikdən aparan təkərlərə ötürülən güc hərəkətə müqaviməti dəf etməyə 
kifayət edərsə bu rejim aparan rejim adlanır.Dartıcı-sürət və tormuz xüsusiyyətləri
avtomobilin dinamik xüsusiyyətləri adlanır və verilmiş yol şəraitində ,düzxətli hərəkət 
halında,tam yüklənmiş avtomobilin maksimal orta sürətlə yük və sərnişin daşıma 
xüsusiyyətlərini xarakterizə edir. 
AVTOMOBILƏ TƏSİR EDƏN QÜVVƏLƏR. 
Şəkil 1.1-də qüvvələrin tətbiqi zamanı aşağıdakı fərziyyə qəbul edilir:avtomobilin eyni
adlı körpülərinin sağ və sol təkərləri altında yol şəraiti eynidir, buna görə də körpüyə 
təsir edən -bütün qüvvələr onun orta nöqtəsinə gətirilə bilər: uzununa oxa nəzərən 
avtomobil simmetrikdir; yolun reaksiya qüvvələrinin normal toplananının əvəzləyicisi
dayaq səthinin ortasına tətbiq olunub,onların sürüşməsi diyirlənmə müqavimət 
momentləri ilə nəzərə alınır.Avtomobilə təsir edən bütün qüvvə faktorlarını üç qrupa 
bölmək olar: hərəkət etdirici,hərəkətə müqavimət və hərəkət istiqamətinə normal 
.Birinci qrupa aparan təkərlərdə F
T
çevrəvi qüvvə; ikinci qrupa avtomobilin təkərlərinin 
M
f1
,M
f2
diyirlənmə müqavimət momentləri ,F
w
-havanın müqavimət qüvvəsi ,F
i

avtomobilin ağırlıq qüvvəsinin uzununa toplananı,F
jx
-avtomobilin kütləsininn yaratdığı 
ətalət qüvvəsi; üçüncü qrupa R
z1
,R
z2
yolun normal reaksiya qüvvələri və avtomobilin 
ağırlıq qüvvəsinin G
a
cos a normal toplananı aiddir.Bu qrupa daxil olan qüvvələr 
avtomobilin sürət vektoruna perpendukilyar olur, ona görə də onlar avtomobilin 
hərəkət dinamikasına dolayı təsir edir. Mühərrikdən aparan təkərlərə M
T
burucu 
momenti ötürülür. Təkərə ötürülən M
T
burucu momenti F
T
çevrəvi qüvvəsini (F
T = 
M

/r
0
) yaradır. Hərəkət edən avtomobilin təkərləri ilə yol arasında normal reaksiyalara 


mütənasib uzununa R
x1
,R
x2
reaksiya qüvvələri yaranır.Aparan təkərlərlə dayaq 
müstəvisi arasında yaranan uzununa reaksiya avtomobilin hərəkət istiqamətində 
yönələrək hərəkətetdirici xarakter,aparılan təkərlər altındakı uzununa reaksiya isə 
əksinə hərəkətə müqavimət xarakteri daşıyır. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə