T texniki kolleci


AVTOMOBILIN TORMOZLANMA DINAMIKAS (XÜSUSİYYƏTLƏRİ)



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə91/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

AVTOMOBILIN TORMOZLANMA DINAMIKAS (XÜSUSİYYƏTLƏRİ). 
Tormoz xüsusiyyətləri

dedikdə avtomobilin sürətini tam dayanma halına qədər tez 
azaltmaq, enişdə hərəkət etdikdə verilmiş hərəkət sürətini saxlamaq, təsadüfi qüvvələr 
təsir etdikdə isə avtomobili yerində tərpənməz saxlamaq xüsusiyyətləri nəzərdə tutulur. 
Avtomobilin sürəti və hərəkət təhlükəsizliyi tormoz xüsusiyyətlərindən əhəmiyyətli 
dərəcədə asılıdır. Hər bir avtomobil müxtəlif funksiyalı bir neçə tormoz sisteminə malik 
olur: işçi, dayanacaq, ehtiyat və köməkçi. Tormozlanma intensivliyinə görə isə qəza 
(qəfil) və xidməti tormozlama mövcuddur.
Qəza tormozlaması

verilmiş şərait üçün 
maksimal intensivliklə (yaxşı yol şəraitində 
j
τ
= 8...9 m/san
2
) həyata keçirilir. Onların 
sayı tormozlamanın ümumi sayının 5%-ə qədərini təşkil edir.
Xidməti tormozlama

avtomobilin sürətinin səlis azaldılması və ya verilmiş yerdə saxlanılması üçün istifadə 
edilir. Bu tormozlanma sürücü və sərnişinlərdə narahatlıq yaratmadan kiçik intensivliklə 
(
j
τ
= 1…3 m/san
2
) həyata keçirilir.Tormozlamanın son sürəti sıfıra bərabər olarsa o tam 
tormozlama, əks halda natamam tormozlama adlanır.Tormoz sistemləri 
qiymətləndirilərkən tormozlama maksimal intensivliklə həyata keçirilir. Tormoz yolunun 
əsas hissəsində yavaşıma təcili təxminən bərabərdir. Bu təcil 
qərarlaşmış yavaşıma 
təcili
adlanır. 
Tormoz yolu
dedikdə, tormozlamanın başlanğıcından tam dayanana 
qədər avtomobilin keçdiyi yol nəzərdə tutulur. Tormozlamanın başlanğıcı kimi sürücünün 
ayağını tormoz pedalına basma anı götürülür.Tormozlama prosesi tormoz diaqramı 
adlanan qrafiklə (şək.15) göstərilə bilər. 
t = 0 zamanında tormozlama şəraiti yaranarsa, 
sürücü şəraiti qiymətləndirərək ayağını yanacaq verilişi pedalından götürərək tormoz 
pedalına qoyur. Bu prosesin baş vermə müddəti sürücünün reaksiya vaxtı (
t
r
) adlanır. 
Sürücünün reaksiya vaxtı: psixiki reaksiya vaxtından 

t'
r
(şəraitin qiymətləndirilməsi və 
tormozlama qərarı qəbul etmə) və fiziki reaksiya vaxtından 
t"
r
(ayağın yanacaq verilişi 
pedalından götürülərək tormoz pedalına qoyulması) ibarətdir.Aparılan təcrübi tədqiqatlar 
göstərir ki, reaksiya vaxtı sürücünün şəxsi xüsusiyyətlərindən, onun psixiki və fiziki 
vəziyyətindən asılı olub 0,2...1,5 san təşkil edir. Hesablama zamanı adətən, 
t
r
= 0,8 san 
götürülür.Pedal basıldıqdan sonra müəyyən vaxt ərzində 
t
g
qüvvəsinin pedaldan tormoz 
mexanizmlərinə ötürülməsi baş verir. Bu müddət tormoz intiqalının gecikmə vaxtı 
adlanır. Bu tormoz intiqalının tipindən, onun konstruktiv xüsusiyyətlərindən, texniki 
vəziyyətindən, boruların uzunluğundan və tormoz mexanizmlərinin sayından asılıdır. 
Hesablama zamanı hidravlik intiqallı diskli tormoz mexanizmi üçün 
t

= 0,05...0,07 san, 
barabanlı tormoz mexanizmi üçün 
t
g
= 0,15...0,20 san, pnevmatik intiqal üçün 
t




0,2...0,4 san götürülür
. Şək.15. Avtomobilin tormoz diaqramı:a) yavaşıma təcilinin zaman üzrə 
dəyişməsi; b) sürətin zaman üzrə dəyişməsi 
Tormoz momenti və uyğun olaraq avtomobilin yavaşıma təcili, yavaşımanın artma vaxtı 
t
a
adlanan zaman aralığında artır. Bu müddət sürücünün tormoz pedalını basma 
intensivliyindən, həcmlərin dolma və tormoz sistemi elementlərinin deformasiya 
vaxtından asılıdır. Bu isə öz növbəsində tormoz mexanizminin və intiqalının tipindən və 
konstruksiyasından asılıdır. Avtomobilin tormoz dinamikasının hesabında adətən, 
sürücünün tormoz pedalını tez (ani) basdığı qəbul edilir. Bu zaman yavaşıma təcili xətti 
qanunauyğunluqla artır, maksimal yavaşıma isə, 
t

= 0,05...0,5 san müddətində əldə 
edilir. (
t

+ t
a


tormoz intiqalının işədüşmə vaxtı 
t
i
adlanır. Tormoz intiqalının işədüşmə 
vaxtı standartlarla reqlamentləşdirilir və 0,6 san-dan çox olmamalıdır.Müəyyən 
t
τ
müddətində avtomobil verilmiş 
j
τ
yavaşıma təcili ilə hərəkət edir. Avtomobil lazımi sürəti 
əldə etdikdən sonra sürücü tormoz pedalını buraxır. Tormozlama sona yetir, avtomobilin 
yavaşıma təcili azalır. Tormozsuzlaşma vaxtı (tormozlamanın sona çatması) 
t
s
hidravlik 
intiqalda təqribən 0,2 san, pnevmatik intiqalda isə 0,5...1,5 san təşkil edir. Tormozlama 
avtomobil dayanana qədər davam edərsə, dayanma anında yavaşıma təcili praktiki 
olaraq ani müddətdə sıfıra qədər azalır.Sürücünün maneəni gördüyü andan avtomobilin 
tam dayanana qədər keçdiyi yol 

dayanma yolu 
S
d
adlanır:

S
S
S
rg
d


,burada 
S
rg

sürücünün reaksiya vaxtı və tormoz intiqalının gecikməsi vaxtı gedilən yol; 
S
τ

tormoz 
yoludur. Tormoz yolu 

avtomobilə tormoz qüvvələri təsir etdikdə onun getdiyi yoldur. 


İşçi və ehtiyat tormoz sistemlərinin effektivliyinin qiymətləndirilmə göstəriciləri 

qərarlaşmış yavaşıma təcili jqər və minimal tormoz yoludur S
𝜏
. Avtomobil qatarları üçün 
əlavə qiymətləndirilmə göstəricisi kimi 

tormoz intiqalının işədüşmə vaxtı 
t
i
-də 
götürülür.Stend sınaqlarında cəm xüsusi tormoz qüvvəsi 
γ
T


F
tor

G
a
, işə düşmə vaxtı 
t
i
və tormoz qüvvələrinin qeyri-bərabərlik əmsalı 
)
/(
)
(
.
.
.
.
э
э
sa
tor
sol
tor
sa
tor
sol
tor
q
F
F
F
F
K



verilir. Qiymətləndirmə göstəricilərinin normativ qiymətləri avtonəqliyyat vasitələrinin 
kateqoriyalarına görə ən yaxşı modellərin uyğun parametrləri və inkişaf perspektivləri 
nəzərə alınmaqla müəyyən olunur.Mövcud normativlərə görə köməkçi tormoz sistemi 
digər tormoz mexanizmlərindən istifadə edilmədən mailliyi 
i = 0,07 olan enişdə 
avtomobilin 30 ± 2 km/saat sabit sürətli hərəkətini təmin etməlidir. Köməkçi tormoz 
sistemi kimi mühərrik əlavə qurğularsız istifadə edilərsə, sürət 30 ± 5 km/saat 
götürülür.Təzə avtomobillərin dayanacaq tormoz sistemlərinin effektivliyi onların (tam 
kütlə ilə) texniki şərtlərlə müəyyən olunan maillikdə (eniş və yoxuşda) saxlanılması ilə 
müəyyən olunur. Bu zaman mailliyin qiyməti: minik avtomobilləri və avtobuslar üçün − 
25%, yük avtomobilləri üçün − 20%, avtomobil qatarları üçün isə − 18%-dən az 
olmamalıdır. Dayanacaq tormoz sisteminin tələb olunan momenti hesablandıqda 
diyirlənmə müqaviməti nəzərə alınmır. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə