Talişin seysmogen qirilmalari və onlarin tektonik mövqeyi barəDƏ BƏzi mülahizəLƏr ad. A.Əliyev, Ə.Ə. Bayramov



Yüklə 43,08 Kb.

tarix11.04.2018
ölçüsü43,08 Kb.


TALIŞIN SEYSMOGEN QIRILMALARI VƏ ONLARIN TEKTONIK MÖVQEYI  

 BARƏDƏ BƏZI MÜLAHIZƏLƏR 

 

Ad.A.Əliyev, Ə.Ə.Bayramov 

 

AMEA Geologiya İnstitutu 

 

Talış  Azərbaycanın  seysmogen  regionlarından  biridir.  Burada  Avaş-Qirkan  fay 

sürüklənməsi və Ərkivan üstəgəlməsi ayrılmışdır. Birinci boyu fasilələrlə güclü zəlzələlər baş 

verir.  Onlar  Lerik  şəhərində  daha  tez  hiss  olunur.  Bu  qırılma  Yardımlı  sinklinal  və  suayrıcı 

antiklinal  zonaları  arasında  yerləşmişdir.  Ərkivan  üstəgəlməsi  də  seysmik  fəal  qırılmadır  ki, 

onun  boyu  Burovar  antiklinal  zonasının  tufogen  mənşəli  çöküntüləri  Cəlilabad  sinklinal 

zonasının  cənub  cinahında  miosen  yaşlı  gilli  kompleksi  tektonik  örtük  altına  almışdır. 

Üstəgəlmə  altı  məkanda  möhürlənmiş  karbohidrogen  yığnaqlarının  mövcudluğunu  gözləmək 

olar. 

 

Talışın şimala qabarmış kiçik qövsdə iştirakı, Təbriz vulkano-tektonik halqavari strukturun şimal 



cinahında yer tutması, Kiçik Qafqazla Elbrus arasında yerləşməsi, qonşu geodinamik vahidlərin tektonik 

planına tabe olmaması ilə səciyyələnir. Burada vaxtaşırı güclü zəlzələlər baş vermişdir. Deyilənə misal 

olaraq  aşağıdakıları  göstərmək  olar:  24.05.1861,  22.03.1879,  04.12.1910,  19.02.1924,  12.04.1983, 

25.09.1984, 27.01.1986 və s. illərdə [Sultanova, 1969, 1986]. Geoloji ədəbiyyatdan məlumdur ki, zəlzələ 

ocaqları  əksərən  sürüklənmə  strukturları  (horizontal  yerdəyişmə)  boyu  çatlarda  intişar  edirlər.  San-

Andreas  (Kaliforniya)  və  Şimali  Anadolu  (Türkiyə)  sürüklənmələri  də  deyilənlərə  bariz  misaldır. 

İnstrumental  tədqiqatlar  göstərir  ki,  güclü  yeraltı  təkanlar  belə  strukturların  müxtəlif  hissələrində  baş 

verir. 


Müəyyən  edilmişdir  ki,  zəlzələ  bir  nöqtəni  deyil,  yer  qabığı  kütləsinin  müəyyən  həcmini  əhatə 

edir və seysmogen qırılma zonasında gərginliyin boşalması nəticəsində baş verir. Sonuncu əksər hallarda 

xətti  səciyyə  daşıyaraq  xeyli  məsafəyə  uzanır.  Belə  seysmofokal  qırılmalardan  biri  Talışda  müəlliflərin 

aşkar  etdiyi  Avaş-Qirkan  fayıdır.  Onun  şaquli  amplitudası  5-7  km  arasında  dəyişərək  60-70°  bucaqla 

şimal  istiqamətinə  yönəlmişdir.  Bu  qırılma  boyu  vaxtaşırı  yeraltı  təkanlar  baş  verir.  Onların  sırasında 

Lerik zəlzələləri: 09.07.1998 (Mpv 6,0, h 14 km), 21.10.2001 (M 4,6, h 16 km) və 11.07.2007 (M 5.0, h 

12  km)  vaxt  sıxlığına  görə  və  təmərküzləşmələri  ilə  xüsusi  maraq  doğururlar.  AMEA  Respublika 

Seysmoloji Xidmət Mərkəzinin Məlumatlarına görə bu zəlzələlər çoxsaylı afterşoklarla müşayiət edilmiş 

və ətraf ərazilərdə MSK-64 cədvəli üzrə 3-4 bal intensivliyi ilə hiss olunmuşdur. 

Qeyd edilməlidir ki, seysmogen qırılma üzrə zəlzələlərin yaranması üçün gərginliyin toplanması 

müəyyən vaxt çərçivəsində baş verir. Nəticə etibarilə təmərküzləşməkdə olan gərginlik yaxın məsafədə 

yerləşən  palçıq  vulkanlarında  qrifon-salza  fəaliyyətinin  aktivləşməsinə  səbəb  olur.  Sonuncuların  qeydə 

alınması seysmogen qırılmalarda zəlzələnin baş verəcəyini qabaqcadan xəbər verən - carçı kimi istifadəni 

mümkün edir. Deyilənlərə bariz misal kimi Durovdağ palçıq vulkanında 7 iyul 2007-ci ildə qeydə alınmış 

aktivləşməni  göstərmək  olar.  Durovdağ  palçıq  vulkanındakı  aktivləşmədən  az  sonra  Avaş-Qirkan 

seysmogen qırılmasında güclü zəlzələ baş vermişdir. RSXM-in məlumatına görə bu zəlzələ Lerikdə 5 bal 

gücündə özünü göstərmişdir. Şərh olunanlara əsaslanaraq müəlliflərin fikrincə həmin palçıq vulkanındakı 

qrifon-salza aktivləşməsi Lerik zəlzələsinin carçısı rolunu oynamışdır. Belə aktivləşmələrin başqa palçıq 

vulkanlarında  müşahidə  edilməsi  yaxın  ərazilərdə  zəlzələlərin  baş  verəcəyi  barədə  düşünməyə  imkan 

verir.  


Qeyd  etmək  yerinə  düşər  ki,  Respublikamızda  mövcud  olan  digər  palçıq  vulkanlarında  da  belə 

aktivləşmələr  baş  verməkdədir.  Onların  öyrənilməsi  Respublikada  monitorinq  sisteminin  yaradılması 

vacibliyini şərtləndirir.  

 



 

 

Şəkil.1. Qızyurdu-Cəlilabad xətti üzrə profil. 



                        

Miqyas:  üfüqi    1:500 000 

                şaquli   1:250 000 

1.  Paleosen-alt  eosen  (astara  lay  dəstəsi)  əhəngdaşı  və  tufogen  kompleksi,  2.  Orta  eosen  (kosmolyon  lay  dəstəsi) 

vulkanogenlər,  3.  Orta  eosen  (nisli  lay  dəstəsi)  tuflar  və  tuffitlər,  4.  Üst  eosen  (peştəsər  lay  dəstəsi)  vulkanogen 

törəmələr, 5. Üst eosen (ərkivan lay dəstəsi) çökmə tufogen çöküntülər, 6. Oliqosen-alt miosen (maykop lay dəstəsi) 

gilli-qumlu  çöküntülər,  7.  Orta-üst  miosen-gillər  və  qumların  növbələşməsi,  8.  Avaş-Qirkan  seysmogen  fayı,  9. 

Regional Ərkivan üstəgəlməsi, 10. Digər qırılmalar 

 

I. Suayrıcı antiklinal zonası. II. Yardımlı sinklinal zonası. III. Burovar antiklinal zonası. VI. Cəlilabad sinklinal 



zonası.  

 

Avaş-Qirkan  fayı  Suayrıcı  antiklinal  zonasını  Yardımlı  sinklinal  zonasından  ayırır.  Birinci 



strukturun geoloji quruluşunda böyük qalınlıqlı dat-eosen karbonat-tufogen-vulkanogen kompleksi intişar 

etmişdir.  Onun  tərkibinə  daxil  olan  Astara  lokal  antiklinalı  alt  paleosen  tufogenlərindən,  Kosmolyion 

çökəkliyi  eosen  yaşlı  traxibazalt-traxiandezit-traxit  formasiyasından,  Dıman  çökəkliyi  üst  eosen  yaşlı 

traxibazalt-fonolit formasiyasından təşkil olunmuşlar. Onlar üst eosen yaşlı qabbro-piroksenit və qabbro-

siyenit  intruziyaları  ilə  kəsilmişlər.  Sonuncuların  endo  və  ekzokontaktlarında  qızıl,  xalkopirit  və  optik 

kalsit təzahürləri aşkar edilmişdir. Qeyd olunanlarla yanaşı orta eosen yaşlı tufogenlərdə nəhəng Divağac 

seolit  yatağı  yerləşir.  Astara  antiklinalının  ox  müstəvisi  üzrə  uzanan  qırılma  boyunca  xlorid  tərkibli 

termal su bulaqları (temperatur 50°-yə qədərdir) mövcuddur.  

Avaş-Qirkan seysmogen qırılmasından şimalda yerləşən Yardımlı sinklinal zonası oliqosen – alt 

miosen  yaşlı  qumlu-gilli  çöküntülərdən  təşkil  olunmuşdur.  Onlar  üzvi  maddələrdən  kasad  olduqlarına 

görə neft karbohidrogenlərindən məhrumdurlar. Yardımlıdan qərbdəki miosen gilləri kiçik miqyaslı təbii 

bitum təzahürünü ehtiva edir. 

Yardımlı  sinklinal  zonasından  şimal-şərqdə  yerləşən    Burovar  antiklinal  zonası  üst  eosen  yaşlı 

çökmə  tufogenlərdən  təşkil  olunmuşdur.  Sonuncular  şimalda  Ərkivan  üstəgəlməsi  boyu  Cəlilabad 

sinklinal  zonasının  miosen  yaşlı  gillərinin  üzərinə  aşırılaraq  onları  qismən  öz  altına  almışlar.  Nəticədə 

Cəlilabad sinklinal zonasının neogen kompleksinin bir hissəsi tektonik örtük altında qalaraq güman etmək 

olar ki, möhürlənmiş neft yığımlarının yaranması üçün əlverişli termodinamik şərait kəsb etmişlər. Belə 

mülahizənin  zəminində  keçən  əsrin  ortalarında  Cəlilabad  sinklinal  zonasının  Tumarxanlı,  Şərəfxanlı, 

Cəlair  və s.  sahələrində  qazılmış  bəzi  quyularda  neft və  qaz  təzahürləri qeydə  alınması  durur.  Əfsus  ki, 

başlanmış geoloji-kəşfiyyat işləri məntiqi nəticəyə çatdırılmamışdır [Ализаде, Ахмедов, Ахмедов и др., 

1966].  

Cəlilabad  sinklinal  zonasına  yeni  baxım  onun  üstəgəlməaltı  struktur  olduğu  qənaətinə  gəlməyə 

imkan  verir.  Bu  müddəa  onu  Talışönü  çökəyin  çərçivəsində  olmasını  gündəmə  gətirir.  Məlum  olduğu 

kimi [Мехтиев, Байрамов, 1967], Talışönü çökək Kür dağarası çökəkliyin tərkib hissəsi və cənub-şərq 

davamıdır. O cənub-şərqdə Xəzərin cənub hövzəsinə qovuşur. Müəlliflərin fikrinə görə Talışönü çökəyi 



regional  Kür-Cənubxəzər  çökmə  süxur  hövzəsinin  tərkib  hissəsi  sayılmalıdır  [Bayramov,  Səmədov, 

2007].  


Qeyd olunmalıdır ki, Cəlilabad sinklinal zonası Talış qırışıqlıq qurumundan Ərkivan üstəgəlməsi 

vasitəsilə cənubdan hüdudlanır. Bu tektonik vahidlərdən  birincisi sülb faydalı qazıntı yataqlarını, ikincisi 

karbohidrogen  yığımlarını  ehtiva  edir.  Cəlilabad  sinklinal  zonası  şimal-qərbdə  Kiçik  Qafqazönü 

çökəyinin  Qazanbulaq  sinklinal  zonası  ilə  qovuşur.  Düşünmək  olar  ki,  Cəlilabad  sinklinal  zonası 

Qazanbulaq sinklinal zonasının tektonik analoqudur. Bu strukturları fərqləndirən amil onların tərkibindəki 

neft yığımlarının müxtəlif yaşlı çöküntülərdə toplanmasıdır. 

Məlum  olduğu  kimi  Qazanbulaq  strukturu  Yasamal  qırılmasından,  Cəlilabad  strukturu  Ərkivan 

üstəgəlməsindən  şimalda  yerləşmişlər.  Onlardan  birincisi  Kiçik  Qafqazönü  çökəkdə,  ikincisi  Talışönü 

çökəkdə yerləşmişlər. Müəlliflərin təbirincə hər iki struktur Kür qövslərarası çökəyin tərkib hissəsidir və 

tektonik baxımdan eyni regional xüsusiyyətə malikdirlər. Qazanbulaq sinklinal zonasında neft yataqları 

maykop  çöküntülərdə,  Cəlilabad  sinklinal  zonasında  miosen  çöküntülərində  yerləşmişlər.  Xatırlatmaq 

yerinə  düşər  ki,  Cəlilabad  sinklinal  zonasında  miosen  çöküntülərinin  dabanı  qazılmış  bütün  quyularda 

açılmamışdır.  Deməli  onların  maykop  çöküntülərinə  keçidi  və  sonuncuların  bütün  sinklinal  zona  boyu 

tam  kəsilişi  aşkarlanmamışdır.  Qeyd  edilənlərdən  aydın  olur  ki,  Cəlilabad  sinklinal  zonasında  maykop 

seriyası çöküntülərinin litofasial xüsusiyyətləri tam və müfəssəl öyrənilməmişdir.  

Məlumdur  ki,  Azərbaycanın  çökmə  süxur  hövzələrində  maykop  çöküntüləri  üzvi  maddələrlə 

zəngindir  və  neft  karbohidrogenləri  generasiya  edən  başlıca  çöküntülər  sayılır.  Bu  baxımdan  Cəlilabad 

sinklinal zonasının miosen çöküntülərinin maykop ilə müştərək-vahid neft-qaz əmələ gətirən kompleksdə 

iştirakı  təfəkkürdən  kənar  deyildir  və  bu  kompleksin  neft  və  qaz  yataqlarının  əmələ  gəlməsi  ehtimalı 

nəzərdən qaçırılmamalıdır. 

Ərkivan  üstəgəlməsinin  cənub-şərq  coğrafi  davamında  Masallı  qrupu  termal  su  bulaqları 

(Donuzütən,  Mişarsu,  Ərkivan  və  s.)  yerləşir.  Onların  yaxınlığında  Yanardağın  mövcudluğu,  həmçinin 

Kəlatan  və  Boradigah  arasında  aşkar  edilmiş  əksfayın  şimal-qərbdən  cənub-şərqə  uzanması  və  qırılma 

müstəvisinin  cənub-qərbə  gömülməsi  onun  Ərkivan  üstəgəlməsinin  davamı  sayıldığını,  sonuncunun 

regional  səciyyəli  qırılma  olduğunu  gündəmə  gətirir.  Qeyd  etmək  maraqlıdır  ki,  Kəlatan-Boradigah 

qırılması  boyu  vaxtaşırı  güclü  zəlzələlər  baş  verir.  Lakin  onların  yaxınlıqda  CŞ  Şirvanın  cənubundakı 

palçıq  vulkanları ilə  qarşılıqlı  əlaqəsi  nisbətən  zəifdir.  Düşünmək  olar  ki,  qeyd  edilən fərq  sonuncunun 

üstəgəlmə səciyyə daşımasından irəli gəlir.  

Ərkivan  üstəgəlməsinin  üfüqi  amplitudası  15  km-dən  çoxdur.  Deməli  onun  üstəgəlməaltı 

məkanında  miosen  çöküntülərinin  bərqərar  olması  təfəkkürdən  kənar  deyildir.  Üzvi  maddələrlə  zəngin 

miosen  çöküntüləri  üstəgəlmə  yarandıqdan  sonra  yeni  termodinamik  şəraitə  düşdüklərinə  görə 

karbohidrogen generasiya edən ana süxur kimi səciyyələnə bilərlər. Onların kəsilişində əlverişli struktur 

və  litoloji  şərait  mövcud  olduqda  üstəgəlməaltı  məkanda  möhürlənmiş  neft  yığımlarının  toplanması 

ehtimalı reallaşmış olar. 

Yuxarıda  qeyd  olunduğu  kimi,  Cəlilabad  sinklinal  zonasının  miosen  çöküntülərinin  alt  hissəsi 

qazılmış  quyularda  açılmamışdır  və  bu  səbəbdən  onların  maykop  çöküntüləri  tərkibində  vahid  neft 

generasiya  edən  kompleks  olduğu  gündəmə  gətirilməmişdir.  Başqa  sözlə,  burada  oliqosen-miosen 

kompleksinin  neft  karbohidrogenləri  əmələ  gəlməsi  problemi  tam  həllini  tapmamışdır.  Bu  problemin 

müsbət həlli üçün aşağıdakıları nəzərə almaq tövsiyyə olunur:  

Cəlilabad  sinklinal  zonası  cənub-şərqə  uzanaraq  Cənubi  Xəzər  hövzəsinin  mərkəz  hissəsinə 

qovuşur.  Məlum  olduğu  kimi,  Aşağı  Kür  hövzəsinin  cənub-şərq  qurtaracağında  Neftçala  neft  yatağı 

yerləşir.  O,  ümumqafqaz  istiqamətli  antiklinalın  cənub  qanadında  bərqərardır  və  Cəlilabad  sinklinal 

zonasına  müqabil  meqahövzənin  digər  qanadını  təmsil  edir.  Burada  aşkar  edilmiş  yüngül  neftlər  Aşağı 

Kür  hövzəsindəki  digər  neftlər  kimi  kamillik  dərəcəsindədir.  Bu  baxımdan  onların  miosen 

çöküntülərindən generasiya olunduğunu güman etmək olar. Şərh olunanlardan belə nəticəyə gəlmək olar 

ki, Aşağı Kür hövzəsinin hər iki cinahında neft yataqları miosen (əslində diatom) çöküntüləri ilə əlaqədar 

əmələ  gəlmişlər.  Qeyd  olunanlarla  əlaqədar  Aşağı  Kür  hövzəsinin  şimal  və  cənub  cinahlarında  neft 

pəncərəsinin müxtəlif termodinamik şəraitdə mövcudluğunu nəzərə almaq zərurətə çevrilir.  

Cəlilabad sinklinal zonasında miosen çöküntülərinin qapalı şəraitdə olması Ərkivan üstəgəlməsi 

yarandıqdan  sonra  baş  vermişdir.  Deməli  Ərkivan  üstəgəlməsi  yarandıqdan  sonra  Cəlilabad  sinklinal 

zonasının  tektonik  örtükaltı  miosen  və  maykop  çöküntüləri  yeni  termodinamik  şəraitə,  yəni  neft 

əmələgəlmə pəncərəsinə daxil olduqdan sonra burada neft-qaz generasiya etmək üçün imkan yarana bilər. 

Müəlliflər  güman  edirlər,  Ərkivan  seysmogen  üstəgəlməsinin  tektonik  örtükaltı  məkanında  perspektiv 

neft yataqlarının aşkar edilməsi gələcək geoloji-kəşfiyyat işlərinin müvəffəqiyyətindən asılıdır.  

 



Ədəbiyyat 

 

Bayramov Ə.Ə., Səmədov S.S., 2007. Talışın tektonikasına dair bəzi müddəalar. BDU Xəbərləri, 



Təbiət elmləri seriyası, №2, s. 112-118. 

Алиев  Ад.А.,  Байрамов  А.А.,  Мамедова  А.Н..  2004.  Тектоника  и  перспективы 

нефтегазоносности  грязевулканических  областей  Азербайджана  в  свете  новых  данных.  Известия 

НАНА. Наука о Земле. Изд-во «Nafta-Press». Б. №1, С. 32-43. 

Ализаде  А.А.,  Ахмедов  Г.А.,  Ахмедов  А.М.  и  др.,  1966.  Геология  нефтянных  и  газовых 

месторождений Азербайджана. Изд-во «Недра», М. 392 с. 

Мехтиев Ш.Ф., Байрамов А.С., 1953. Геология и нефтегазоносность Ленкоранской области. 

Б. Изд. АН. Азерб. ССР, 263 с. 

Мехтиев  Ш.Ф.,  Байрамов  А.С.,  1967.  О  Предталышском  прогибе  и  его  внутренном 

строении. АНХ, №4, С. 4-8. 

Султанова З.З. 1969. Землетрясения Азербайджана. Каталог землетрясений Азербайджана 

(с 1139 по 1965 гг.) Б. Гянджлик, 86 с. 



Султанова З.З., 1986. Ощутимые землетрясения Азербайджана. 1966-1982 гг. Баку «Элм», 96 с.

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə