295
aşırıb o biri ərişin altından keçirmək üsulu ilə toxunmuşdur. Xalça ilmələri ilə toxunan
parçalar da olmuşdur. Küpdə dəfn edilmiş yeniyetmə bir qızın paltarı qədim Albaniyada
kətan parçaların olması haqqında fikir söyləməyə imkan verir: qızın qırmızı dəri
başmaqları və eynilə kəməri, parçadan tikilmiş, hər balağına iki tunc bilərzik
keçirilmiş dizliyi vardı. Dizliyin üstündən ətəklik (yubka) geymiş, beldən yuxarıda isə
əynində kofta və tor ilmələrinin izləri qalmışdı. Qollarına qolbaqlar və sapa düzülmüş
muncuqlar taxılmışdı, boynunda da muncuq çox idi. Albanlarda əl iyinin quruluşu son
dərəcə sadə idi - kələfbənd taxta ilə milə geydirilirdi. Məlumdur ki, əyirmə zamanı
kələfbəndi və ona keçirilmiş taxta mili adətən sağa hərləyirlər. Azərbaycanda bu
əyirmə üsulundan indi də istifadə edilir. Təmizlənmiş, əl ilə didilmiş yunu hər hansı bir
əşyaya bənd eləyib, ipi iyə sarıyırlar. Eramızdan əvvəl I minilliyə aid edilən sadə
toxuculuq dəzgahlarının ayrı-ayrı hissələri Mingəçevir və Babadərvişin katakomba
qəbirlərində aşkar edilmişdir. Dəzgahların ayrı-ayrı hissələri ilə yanaşı, sümük çubuqlar
da tapılmışdır. Qəbirlərdən tapılmış parça qırıqları söyləməyə irnkan verir ki,
toxuculuq antik Albaniyanın inkişaf etmiş sənətlərindən biri olmuşdur.
Bir qədər sonralar Albaniyada pambıq və ipək parçalara rast gəlinir.
Sənət növləri bunlarla bitmir. Səhih mənbələrin olmaması Qafqaz Albaniyasında
dabbağlıq, dərzilik haqqında mühakimə yürütməyə imkan vermir. Hərçənd arxeoloji
material içərisində bəzən bu sənətlərin zəif izlərinə təsadüf edilir.
Ticarət. Ticarət yolları. Antik Albaniyada iri və xırda yaşayış məntəqələri az
deyildi. Ptolemey göstərir ki, Albaniyada 30-dan artıq polis (şəhər) və kome (kənd) var
idi.
Arxeoloji qazıntılar nəticəsində antik Albaniyanm bir çox yaşayış məskənləri aşkar
edilmişdir. Mingəçevir, Çuxur-Qəbələ, Xınıslı, Təzəkənd xarabalıqları bu qəbildəndir.
Mollakənd, Qalagah, Nüydü, Hacıhətəmli yaxınlığında və digər rayonlarda qədim alban
şəhərlərinin və məskənlərinin xarabalıqları kəşf edilmişdir.
Təbiidir ki, alban şəhər və məskənlərinin əhalisi qarşılıqlı əlaqə saxlayırdı.
Müxtəlif rayonlarda xeyli miqdarda oxşar və ya eyni məmulatın mövcud olması
çoxişlənən malların ancaq fəal qarşılıqlı mübadiləsi şəraitində mümkündür. Məişət
əşyaları istehsal mərkəzlərindən istehlak rayonlarına yüz illərdən bəri istifadə edilən
ticarət yolları ilə çatdırılırdı. Yerli əhalinin Bazərgan yolu adlandırdığı tranzit yolun izləri
indi də qalmaqdadır. Bazərgan yolu Köndələndağın cənub yamacı ilə uzanıb gedirdi.
Bütün bu yol boyunca körpü, qüllə, qala və başqa tikililərin xarabalarına rast gəlinir.
Mingəçevir yaxınlığındakı bərə Kürün sağ sahilini sol sahili ilə birləşdirirdi. Qədim Qafqaz
Albaniyasının ərazisindən baş magistrallardan əlavə, Qəbələ, Mingəçevir, Şamaxı,
Torpaqqala, habelə digər məskənləri və şəhərləri birləşdirən ticarət yolları da keçirdi.
Ehtimal ki, Albaniyanın baş quru magistrallarından biri Kür çayından şimalda
yerləşən ərazidən keçir və Bakıdan Şamaxı, Göyçay, Ağdaş, Şəki, Zaqatala, Balakən
istiqamətində Laqodexiyə qədər davam edən və oradan Qərbə tərəf gedən yol ilə ayrı-
296
ayrı yerlərdə üst-üstə düşürdü. Bu yol qədim Şamaxını Qəbələ və Mingəçevir ilə
birləşdirirdi. Eyni zamanda baş magistraldan ayrılan qol yolları ilə ilin isti, yağıntısız
vaxtlarında Albaniyanın şimal vilayətlərinə getmək olurdu. Ağdaşın yaxınlığında Bakı-
Tbilisi baş magistralından Qəbələyə tərəf Savalan keçidi ilə yol ayrılır. Savalan
keçidinin bir parçası şərqə dönür. Qədim karvan yolu boyunca uçuq körpülərin
qalıqlarına rast gəlinir. Qəbələyə gedən ticarət yolu Çayboğazı qəsəbəsi yaxınlığında
şərqə və cənub-qərbə tərəf istiqamət alırdı. Birinci yol Bozdağın cənub yamacları ilə
Şamaxıdan keçir, ikinci yol isə Mingəçevirə tərəf gedirdi. Qəbələdən şərqə tərəf
Göyçaya qədər uzanan üçüncü qədim yolu əhali Əlvan yol adlandırır. Dagil, Xaçmaz,
Bum, Qutqaşen yaxınlığında olan keçidlərlə Qəbələyə Dağıstandan da getmək
mümkündür. Yollar qışda qarla örtülür, gediş-gəliş ilin yalnız isti vaxtlarında mümkün
olur. Qeyd edilir ki, Dəvə yolu (qədim Bazərgan və ya Elçi yolu belə də adlanır)
Mollaisaqlıya qədər uzanır. Şirvan öndağı ilə Şamaxıya çatır, oradan isə Kaspi sahillərilə
Duvanlıya gedirdi. Həftəran vadisinin əhalisi Şimali Qafqazda və Dağıstanda yaşayan
tayfalarla əlaqəni həm də Dərbənd keçidi və Böyük Qafqaz silsiləsinin Xaçmaz, Bum,
Qəbələ və Vəndam yaxınlığından keçən dar aşırımları vasitəsilə saxlayırdı.
Bu yollardan əlavə, Şamaxı rayonunu İsmayıllı, Qəbələ, Bum, Xaçmaz, Oğuz və
başqa yerlərlə kəndarası yollar da birləşdirir. Qədim Qafqaz Albaniyasının baş
magistrallarından biri Qazaxdan başlanan, Şəmkir, Gəncə və Mingəçevirdən keçib
Şamaxıya gedən yol ilə, həm də Bərdədən başlanan, Ağdamdan və Füzulidən keçərək
cənubda Atropatenaya və İrana gedən yol üst-üstə düşürdü. Ərəb coğrafiyaçılarının
məlumatına görə, Tbilisidən şərqə gedən yol Xunan, Şəmkir və Gəncədən keçərək
Bərdəyə qədər uzanırdı, buradan isə Bərzənc, Şamaxı, Şirvan və digər şəhərlər təriqi ilə
Dərbəndə yaxud Bərdədən çıxıb Yunan, Beyləqan, Barsan, Bəlxəb və Bərzənd təriqi ilə
Ərdəbilə getmək olardı.
Strabon yazırdı ki, İberiyaya "Albaniyadan keçid əvvəlcə qayalardan çapılmış
[yoldan ibarətdir]. Sonra [yol] Qafqazdan axan [Alazan] çayının əmələ gətirdiyi
bataqlıqdan [keçib gedir]". Onun verdiyi məlumata görə, Ermənistan, İberiya və
Albaniyanın qovşağında-nisbətən kiçik olan bu dərə-təpəlik ərazidə yollar müxtəlif
tərəflərə uzanır, həmin yolla Albaniyanın qərb darvazası sayılan keçidlə albanlar
yaşayan əraziyə getmək mümkündür.
Strabon qeyd edirdi ki, adətən "İberiyadan Albaniyaya Alazan çayının sahili ilə"
keçmək olar. İberiyadan Albaniya hüdudlarına yalnız bu yolla, dərə-təpəli Kambüsenadan
və Alazan çayının sahili ilə keçmək mümkün idi.
Qədim dövrün bir çox yazıçıları Qafqaz darvazasını səhvən Kaspi darvazası
adlandırırdılar. Ptolemeyin "Sarmat darvazası"nı Plinidəki "Qafqaz darvazası" ilə
eyniləşdirmək olar. Bütün əlamətlərdən görünür ki, Qafqaz darvazası indi Daryal dərəsi
dediyimiz dağ keçidinin eynidir. Lakin cənub vilayətlərini Qafqaz ilə birləşdirən ticarət
yolu burada da qırılmırdı. Yol davam edərək Qafqaz darvazasından şimal-qərbə, Tanaisə