35
yüzdən çox piyadasını məhv edərək, onu 6 yaşayış məntəqəsindən qovub
çıxarmışdı. Döyüş xidmətlərinə və komandirlik bacarığına görə N.Bağırov
"Qırmızı Ulduz" və I dərəcəli Vətən müharibəsi ordenləri ilə təltif olunmuşdu.
12
Kapitan A.Abbasovun komandiri olduğu batalyon sovet qoşunlarının
Belqorod yaxınlığındakı əks-hücumlarında iştirak edərək, 17 yaşayış məntəqəsini
faşistlərdən təmizləmişdi. Döyüşlərdə fərqlənmiş A.Abbasov "Qırmızı Bayraq"
ordeninə layiq görüldü. Tanınmış atıcı S.Quliyev Qərb cəbhəsində faşistlərin güclü
tank hücumunu dəf etdi, bir tankını vurdu. O, göstərdiyi bu igidliyə görə, "Qırmızı
Bayraq" ordeni ilə təltif olundu.
13
Moskvanın müdafiəsi dövründə alman-faşist ordusu Krım üzərinə geniş
hücuma keçdi. Oktyabrın 20-də Sevastopolun 250 gün davam edən müdafiəsi
başlandı. Sevastopolun qəhrəman müdafiəçiləri sırasında yüzlərlə azərbaycanlı
vuruşurdu. Qvardiyaçı yefreytor H.Həsənov yeddi döyüşçü ilə birlikdə sayca
üstünlük təşkil edən faşistlərin ardıcıl hücumlarını dəf edərək, onları geri
oturtmuşdu.
Bölmə başçısı B.Nağıyev düşmən səngərinə atılaraq süngüsü ilə üç faşisti
öldürmüşdü. 19 yaşlı Mirzəcəlal Yusifov sayıqlıq göstərərək öz döyüş dəstəsi ilə
birgə faşist sualtı qayığının yerini aşkarlayıb onu məhv etmişdi. Qəhrəman
Sevastopolun müdafiəsində Azərbaycanın şöhrətli qızları A.Həsənova,
Ş.Məmmədova, E.Rzayeva, L.Nazarenko mətanət və igidlik nümayiş etdirmişlər.
14
1941 -1942-ci illərin qışında sovet ordusunun Kerç yarımadasındakı desant
əməliyyatında 77-ci Azərbaycan atıcı diviziyası da iştirak edirdi. 1941-ci il
dekabrın 23-dən 1942-ci il yanvarın 8-nə qədər diviziya Taman yarımadasından
Ağ-Manay rayonuna çatdı, onun 105-ci atıcı alayı hitlerçiləri mühüm taktiki
əhəmiyyəti olan Vladislavnovkadan çıxardı. 1942-ci ilin fevralında diviziya
düşmənin 18-ci piyada diviziyasını sıxışdıraraq Jantar, Tulumçaq və Klet
kəndlərini azad etdi. Azərbaycan tank diviziyası döyüşçüləri taktiki döyüş aparmaq
ustalığı nümayiş etdirərək faşist diviziyasının 27 tankını sıradan çıxarmışdılar.
15
77-ci diviziya 1942-ci ilin martında geri çəkilməyə məcbur olan sovet
qoşunlarının Taman yarımadasına itkisiz keçməsinə şərait yaratdı. Diviziyanın
105-ci atıcı alayı Otuztəpə rayonunda 12 tankı və 200 düşmən əsgərini məhv etdi.
Krım uğrunda döyüşlərdə diviziya alayları düşmənin 34 tankını, 10 minomyot və
top batareyasını, 1500 əsgər və zabitini sıradan çıxarmışdı. 77-ci diviziya Kerçdən
Taman yarımadasına keçən son sovet hərbi hissələrindən biri oldu. Komissar
Novruz Aslanovun batalyonu Azov dənizi sahilinə desant çıxarmaq istəyən 7 faşist
qayığını batırmışdı.
77-ci diviziya Novorossiysk şəhəri uğrunda ağır döyüşlərdə də fərqlənmiş,
düşmənin 19 tankını, 15 silahla dolu maşınını, 22 minomyot batareyasını və 40-
dan çox topunu sıradan çıxarmış, 172 hitlerçini əsir götürmüşdü.
16
36
1942-ci ilin yay və payızında Böyük Vətən müharibəsinin gedişində
həlledici rol oynamış Stalinqrad döyüşlərində hər iki tərəfdən 2 milyon hərbçi
iştirak edirdi. Döyüşlərə 2 min tank, 1 min təyyarə, 26 min top və minomyot cəlb
olunmuşdu.
17
1942-ci il iyulun 14-də Stalinqrad vilayətində hərbi vəziyyət elan olundu.
Şəhər ətrafında müdafiə xətlərinin tikintisinə başlandı. Stalinqradı müdafiə edən
ordunun tərkibinə əlavə qüvvələr daxil edildi. Bütün ölkə, bütün xalq "Bir addım
da geri çəkilmək olmaz!" şüarı ilə Volqa istehkamının müdafiəsinə qalxdı. Sovet
xalqının fədakar əməyi və böyük səyi nəticəsində Volqa çayı sahili alınmaz qalaya
çevrildi.
Stalinqrad döyüşlərində sovet əsgərləri kütləvi qəhrəmanlıq nümayiş
etdirərək, son nəfəslərinədək vuruşdular. Stalinqradı ölkənin bütün xalqlarının
nümayəndələri müdafiə edirdilər. 1942-ci ilin oktyabrında leytenant Mikayıl
Qədirov 11 döyüşçü ilə strateji əhəmiyyətə malik təpəni 12 gün müdafiə etdi.
Hücuma keçən 400 faşistlə qeyri-bərabər döyüşdə düşmənin 120 canlı qüvvəsini
sıradan çıxardı.
18
Volqoqrad zəhmətkeş deputatları Soveti vilayət İcraiyyə
Komitəsinin qərarı ilə leytenant M.Qədirovun döyüşçüləri tərəfindən müdafiə
olunan bu təpəyə "On bir qəhrəman təpəsi" adı verildi.
19
İgid təyyarəçi Hüseynbala Əliyev Stalinqrad səmasını müdafiə edərkən
faşistlərin 10 tankını, 2 zirehli maşınını, 5 zenit topunu, 26 avtomobilini, 190 əsgər
və zabitini sıradan çıxarmışdı.
Stalinqrad uğrunda kişilərlə çiyin-çiyinə azərbaycanlı qadınlar da mərdliklə
vuruşurdular. İlk azərbaycanlı qadın, hərbi təyyarəçi-kapitan Züleyxa
Seyidməmmədova 40-dan artıq səma döyüşündə iştirak etmişdi. Onun döyüş
xidmətləri Vətən müharibəsi ordeninə və medallara layiq görülmüşdü.
20
Respublikanın onlarca qızı "Stalinqradın müdafiəsi uğrunda" medalı almışdı.
Stalinqrad yaxınlığında pulemyotçu Ə.Rəcəbov mühüm strateji əhəmiyyətli
təpəni az qüvvə ilə müdafiə edərək düşmənin 200-dən artıq əsgər və zabitini
öldürmüşdü. Sovet hökuməti Ə.Rəcəbovu döyüş xidmətlərinə görə Lenin ordeni ilə
təltif etmişdi.
21
Qvardiya leytenantı A.Axundovun başçılıq etdiyi pulemyotçular şəhərdə
gedən küçə döyüşlərində 525 faşisti sıradan çıxarmışdılar. Əsgəri rəşadətinə görə
A.Axundov "Qırmızı Bayraq" və "Qırmızı Ulduz" ordenləri ilə təltif olunmuşdu.
22
1942-ci ilin sentyabrında Stalinqrad cəbhəsində snayperçilik hərəkatının
təşəbbüskarı, snayper Baloğlan Abbasov 25 faşist əsgər və zabitini məhv etmişdi.
B.Abbasovun hazırladığı snayperlər 50 gün ərzində 615, özü isə 106 hitlerçini
öldürmüşdü. 1942-ci il noyabrın 19-da B.Abbasov həlak olmuş tank komandirini
əvəz edərkən, faşistlərlə ağır döyüşdə şəhid olmuş, ölümündən sonra Qırmızı