37
Bayraq ordeninə layiq görülmüşdü. Cəbhə Ali Şurasının qərarı ilə B.Abbasovun
adı daimi olaraq diviziyanın şəxsi heyəti siyahısına daxil edilmişdi.
23
1942-ci il noyabrın 19-da qızıl ordu Stalinqrad cəbhəsində hücuma keçdi.
Noyabrın 20-də isə Cənub-qərb və Don cəbhələri qoşunları düşmənə güclü zərbələr
endirdi. Hücumun beşinci günü sovet qoşunları Kalaç rayonunda faşistlərin 6-cı
ordusunun mühasirə dairəsini sıxışdırdılar. Düşmənin 22 diviziyası mühasirəyə
alındı. Hitlerçilərin mühasirəni yarmaq üçün etdikləri bütün cəhdlər boşa çıxdı.
1943-cü il fevralın 2-də düşmən təslim oldu.
24
Stalinqrad ətrafında əks-hücumlar zamanı 55-ci xüsusi tank alayının
komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş
etdirdi. 1942-ci il noyabrın 19-da onun tank alayı Barmanktsak gölü rayonunda
hücuma keçərək bir neçə saat ərzində düşmənin 4 tankını, 5 minomyot
batareyasını, bir ağır topunu, 3 piyada rotasını sıradan çıxardı və 700 hitlerçi əsgər
və zabiti əsir aldı. Həmin gün H.Aslanovun tankçıları hücumu davam etdirərək
Plodovito kəndini almanlardan təmizlədilər. Noyabrın 21-də H.Aslanovun tank
alayı Stalinqrad-Silsk dəmir yoluna çıxdı və piyadalarla birgə Abqanerovo və
Sovetski stansiyasına daxil oldu. H.Aslanovun tankçıları Kotelnikovo tərəfə
hərəkət edərək, dekabrın 16-da Verxne-Kumsk kəndi yaxınlığında düşmənin
mühasirəyə alınmış 6-cı ordusunun köməyinə 70 tankla tələsən Manşteyn
qoşununun bir qrupunun qarşısını kəsdi. Aslanov tankçıları düşmənlə 6 gün davam
edən ağır döyüşdə mətanət göstərərək, qat-qat artıq qüvvəyə malik faşistlərin 12
hücumunu dəf etdilər. Döyüşdə aslanovçular düşmənin 45 tankını, 9 minomyot
batareyasını, 14 tank əleyhinə və 12 səhra silahını, 50 avtomobilini və 700-dən çox
canlı qüvvəsini sıradan çıxardılar. 700 hitlerçini əsir götürdülər. 1942-ci il dekabrın
31-də SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı
Qəhrəmanı adı verildi. H.Aslanovun 55-ci tank alayının 100-dən çox döyüşçüsü
SSRİ-nin orden və medalları ilə təltif olundu, alay isə qvardiya alayına çevrildi.
25
Stalinqrad döyüşündə 4-cü süvari korpusunun komandir müavini
H.A.Quliyev düşmənin müdafiə xəttini yararaq 1941-ci il noyabrın 19-da Aksaysk
şəhərini azad etdi. 1942-ci ilin dekabrında Kolotnikovo rayonunda şiddətli döyüşdə
bu qoşun hissəsi Manşteynin qoşunlarının bir neçə hücumunun qarşısını aldı. Lakin
bu ağır döyüşlərdən birində general Y.Yaqubov şəhid oldu. O, ölümündən sonra
Lenin ordeni ilə təltif edildi.
26
Kəşfiyyatçı Əli Kərimov general Paulüsun qərargahının yerləşdiyi
"Univermaq" rayonuna gecə kəşfiyyatına getdi və qərargah zabitini əsir götürdü.
Paulüsun əsir alınmasında şəxsən iştirak etdi. Döyüşlərdə göstərdiyi igidliklərə
görə Ə.Kərimov "Qırmızı Ulduz" ordeni ilə təltif olundu.
38
Qvardiya baş leytenantı Həmzə Sadıxov Volqadakı döyüşlərdə fəal
iştirakına və alman general-leytenantı Paulüsun əsir alınmasında iştirakına görə
"Qırmızı Ulduz" ordeninə layiq görüldü.
27
Sovet ordusu Stalinqrad cəbhəsində faşist Almaniyasına ağır və sarsıdıcı
zərbə vurdu. Faşistlər 1,5 milyon əsgər və zabit, 3 mindən çox tank, top,
minomyot, 4,4 min döyüş və nəqliyyat təyyarəsi itirdilər. Stalinqrad qələbəsində
SSRİ-nin bütün xalqları nümayəndələrinin, o cümlədən Azərbaycan əsgər və
zabitlərinin də payı vardı. 1942-ci ilin axırında SSRİ Ali Soveti Rəyasət Heyətinin
təsis etdiyi "Stalinqradın müdafiəsi uğrunda" medalı ilə 1600-dən artıq
azərbaycanlı təltif olunmuşdu.
Volqa sahilində qələbənin böyük hərbi-strateji, tarixi və beynəlxalq
əhəmiyyəti oldu.
28
Qafqaz uğrunda da ağır döyüşlər gedirdi. Qafqaz hitlerçilərin qəsbkarlıq
planında iqtisadi, hərbi və siyasi cəhətdən əsas məntəqələrdən biri idi. Hitler
ordusu yanacağa olan böyük ehtiyacını aradan qaldırmaq üçün, ilk növbədə, qızıl
ordunu Qroznı və Bakı neftindən məhrum etmək istəyirdi. 1942-ci ilin yayında
Hitler elan etmişdi ki, Almaniya Maykop və Qroznı neftini ələ keçirməsə,
müharibəni davam etdirə bilməyəcəkdir.
Qafqazı zəbt etmək məqsədilə alman-faşist ordusunun qərargahı "Edelveys"
adlı xüsusi plan hazırlamışdı.
29
Düşmən üç istiqamətdə hücum edib qərb
istiqamətində Qara dəniz sahilinə çıxmaq və oradan Zaqafqaziyaya hücum etmək,
şərq istiqamətində Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəz istiqamətində
Böyük Qafqaz aşırımını keçərək Tbilisi və Kutaisini ələ keçirmək istəyirdi.
Qafqaz uğrunda döyüşlər 1942-ci ilin iyulunda başlandı. Qafqazı zəbt etmək
üçün faşist komandanlığı "A" ordu qrupu ilə 1-ci və 4-cü tank, 11-ci və 17-ci
piyada ordusunu ayırmışdı. Düşmən qoşunları canlı qüvvəyə görə sovet
qoşunlarından 1,5 dəfə, topların və minomyotların sayına görə 2,6 dəfə, tankların
sayına görə 9,3 dəfə, təyyarələrin sayına görə 7,7 dəfə üstün idi.
30
1942-ci il sentyabrın 9-da Zaqafqaziya respublikalarında hərbi vəziyyət elan
olundu. Sentyabrın 16-da DMK Mahaçqala, Dərbənd və Bakı ətrafında
möhkəmləndirilmiş müdafiə sədlərinin yaradılması haqqında xüsusi qərar qəbul
etdi.
1942-ci il avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist
mitinqi keçirildi. Çıxışlar və qəbul olunmuş qətnamə Zaqafqaziya xalqlarının
vətənin azadlığı və müstəqilliyi uğrunda sona qədər mübarizə əzmini nümayiş
etdirdi. Mitinqdə Səməd Vurğun demişdi: "Qoy bu gün qəlbimizdə yanan hiddət
alovu odlu lava seli kimi torpaqlarımız üzərində ölüm və viranəlik bayrağı
qaldıranların üstünə tökülsün. Gözə - göz! Ölümə - ölüm!
31
"