67
göndərilmişdi.
167
Ayrı-ayrı hərbi hissələrin tərkibində də azərbaycanlılar
döyüşürdülər. Göstərdikləri əsgəri rəşadətə görə Qara Sarıyev, Aslan Aslanov,
Hacı Hacıyev, Niyaz Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları SSRİ
Ali Sovetinin 1945-ci il sentyabrın 30-da təsis etdiyi "Yaponiya üzərində qələbəyə
görə" medalı ilə təltif olunmuşdular. Minomyotçu Q.Sarıyev 1945-ci il avqustun 8-
də 6-cı Qvardiya tank ordusunun tərkibində Monqolustanın Qobu səhrasından
keçərək Xinqan aşırımının alınmasında, Mancuriyada Lyubey, Xaylar, Çan-Çun,
Xarbin və digər şəhərlərin Kvantun ordusundan təmizlənməsində iştirak etmiş, Ali
Baş Komandanın imzası ilə 1945-ci il 23 avqust tarixli əmrlə Fəxri Fərmanla təltif
olunmuşdur.
168
Sovet qoşunları Kvantun ordusunu darmadağın etdi, beləliklə, SSRİ
Yaponiya üzərində qələbədə mühüm rol oynadı. 1945-ci il scntyabrın 2-də
Yaponiya hökuməti ABŞ-ın "Missuri" xətt gəmisində təslim aktına qol çəkdi.
Bununla da İkinci Dünya müharibəsi başa çatdı.
Müharibədə Sovet İttifaqı xalqları 27 milyon nəfərdən artıq şəhid vermişdi.
Azərbaycan SSR-dən cəbhəyə getmiş 700000 nəfərə qədər döyüşçüdən 300000
nəfəri həlak olmuşdu.
169
Böyük Vətən müharibəsi cəbhələrində H.Aslanov, S.Qəniyev, M.Əbilov,
H.Hüseynov, A.Abdullayev, Y.Abduldayev, A.Abasov, Q.Zeynalov, Heybətov,
T.Əliyarbəyov, A.Vəzirov, A.Qazızadə, B.Mehdiyev, D.Nəcəfov, N.Kərimov kimi
bacarıqlı sərkərdə və komandirlər qələbəyə böyük töhfələr vermişdilər.
Hərbi rəşadətə görə Azərbaycandan olan 120 nəfərdən çox döyüşçü Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 30 nəfər azərbaycanlı döyüşçü
"Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, 170 mindən artıq əsgər və zabit ölkənin
müxtəlif orden və medalları ilə təltif olunmuşdu.
170
SSRİ müharibədən qalib çıxdı. Bunun başlıca səbəbi ölkənin, xalqın
gücünün qələbəyə uğurla səfərbər olunması idi. Ölkənin rəhbərliyi inzibati
idarəçilik metodlarını daha da möhkəmləndirib, iqtisadiyyatı qısa bir zamanda
hərbin tələbləri əsasında yenidən qura bildi. Xalqların iqtisadi, hərbi və mənəvi
qüvvələri birləşdirildi. Azərbaycan xalqı İkinci Dünya müharibəsində SSRİ-nin
qalib çıxmasına öz layiqli töhfəsini vermiş, adı XX əsrdə qəsbkarlığa və mürtəce
qüvvələrə qarşı mütərəqqi qüvvələrin tarixi salnaməsinə qızıl hərflərlə əbədi həkk
olunmuşdur.
Böyük Vətən müharibəsi İkinci Dünya müharibəsinin həlledici, mühüm
tərkib hissəsi idi. Sovet İttifaqı xalqları, o cümlədən Azərbaycan xalqı, əsasən, bu
müharibənin ağır yükünü öz çiyinlərində daşımış və faşizm üzərində tarixi qələbə
qazanılmasında mühüm rol oynamışdır.
68
III FƏSİL
SOVET QOġUNLARININ ĠRANA DAXĠL OLMASI.
CƏNUBĠ AZƏRBAYCANDA BAġ VERƏN
HADĠSƏLƏR
İran müharibədə neytral mövqedə qalacağını bəyan etsə də, Almaniya ilə
strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci
yeri tuturdu. İrandan benzin qeyri-qanuni yollarla Almaniyaya aparılırdı.
Almanlar İranın dövlət müəssisələri və hərbi idarələrində mühəndis, texnik,
məsləhətçi adları altında öz hərbi və xüsusi idarələrinin nümayəndələrini
yerləşdirir, Təbriz, Maku, Xoy, Miyanə, Mərənddəki firmalarında xüsusi xidmət
orqanları işçilərinin sayını artırırdılar. Almaniyanın müharibənin ilk illərindəki
qələbəsi İranda almanpərəst meyli gücləndirirdi. Bu ölkənin rəhbər dairələrində
SSRİ məğlub olarsa, "Zaqafqaziya və Orta Asiyanın 16 şəhərinin" İrana
birləşdirilməsi barədə planlar qurulurdu.
1
Faşist Almaniyasının SSRİ-yə hücumundan sonra, 1941-ci ilin iyun-iyul
aylarında Sovet İttifaqı İrana üç xəbərdarlıq notası vermiş, həmin ilin iyun ayında
Britaniya xarici işlər naziri İranın səlahiyyətli nümayəndəsi qarşısında "almanların
İrandakı şübhəli fəaliyyətinə" son qoyulması tələbini irəli sürmüşdü. İyulun 19-da
Britaniya Nazirlər Kabineti İranın cənubuna daxil olmaq barədə qərar qəbul
etmişdi.
2
Dövlət Müdafiə Komitəsinin qərarı ilə sovet qoşunları 1921-ci il 26 fevral
tarixli Sovet-İran müqaviləsinin altıncı maddəsinə əsasən, 1941-ci il avqustun 25-
də gecə saat 2-də İran sərhədini keçərək, Ərdəbil və Təbriz istiqamətində
irəlilədilər.
3
Hərbi əməliyyatlarda Naxçıvandan Xəzərin cənubuna doğru bütün
istiqamətlərdən SSRİ sərhəd qoşunları, 44-cü (tərkibində 77-ci Azərbaycan və 20-
ci diviziyalar) və 47-ci ordular, Xəzər donanması, Zaqafqaziyadakı 8-ci
aviakorpus, Yevlaxdakı 132-ci aviadiviziya iştirak edirdilər.
4
Sovet qoşunları ilə bir vaxtda İranın cənub və qərbindən ingilis qoşunları da
ölkəyə daxil oldu. Sovet ordu hissələri avqustun 26-da Təbriz və Ərdəbilə,
avqustun 30-da Zəncana, avqustun 31-də Qəzvinə girdilər. Sentyabrın 17-də sovet,
sentyabrın 18-də isə ingilis qoşunları Tehrana daxil oldular.
5
Sovet ordu hissələri
Uşnu-Miyandab-Zəncan-Qəzvin-Babol-Zirab-Semnan-Şahrudda,
şərqdə
isə
Əliabadda yerləşdilər. İngilis qoşunları Xanəkin-Kermanşah -Xürrəmabad-
Məscede-Süleyman-Rame-Hörmüz-Bəndər-Deyləm xəttindən cənub və qərbə
doğru olan ərazini tutdular.
6