43
§2. BÖYÜK VƏTƏN MÜHARĠBƏSĠ GEDĠġĠNDƏ ƏSASLI DÖNÜġ
MƏRHƏLƏSĠ
Stalinqrad cəbhəsində tarixi qələbəsindən sonra qızıl ordunun Leninqraddan
Qara dənizə kimi ərazidə düşmənə qarşı əks-hücumu başlandı. Hücumda bütün
cəbhələr iştirak edirdi.
Leninqrad və Volxov cəbhələrinin qoşunları Leninqradın mühasirəsini
yarmaq məqsədilə 1943-cü ilin yanvarında geniş hərbi əməliyyata başladılar.
Şlisselburq düşməndən təmizləndi, Leninqrad ölkə ilə birbaşa quru yol əlaqəsi əldə
etdi. Leninqrad və Volxov cəbhələrindəki döyüşlərdə bir çox Azərbaycan əsgəri
fərqlənmiş, onlardan 10 azərbaycanlı snayper SSRİ orden və medalları ilə təltif
olunmuşdu. Şimal Donanmasının məşhur snayperi Məmmədəli Abbasov
hitlerçilərin qəniminə çevrilmişdi, 1943-cü ildə onun şəxsi hesabında 166 məhv
edilmiş faşist var idi.
55
Süvari kəşfiyyat vzvodunun komandiri Pirəli Səlimov Kareliya cəbhəsində
1943-cü ildə 14 dəfə düşmən arxasına kəşfiyyata getmiş və mühüm məlumatlar
əldə etmiş, faşist qarnizonunu sıradan çıxarmışdı. P.Səlimovun vzvodu hitlerçilərin
mühasirəsinə düşmüş, qeyri-bərabər döyüşdə 50 faşisti məhv etmiş, 6 pulemyot və
bir neçə minomyot ələ keçirərək mühasirəni yarmışdı. İgid komandir "Qırmızı
Bayraq" ordeni ilə təltif olunmuşdu.
56
Leninqrad uğrunda döyüşlərdə vzvod komandiri Əmir Əfəndiyev bir qrup
avtomatçı ilə sürünərək xəlvətcə düşmən səngərlərinə yaxınlaşıb atəş nöqtələrini
susdurmuşdu. O başqa bir döyüşdə üzərinə yeriyən tankı qumbaralarla məhv
etmişdi.
57
Azərbaycan şahinləri Leninqrad səmasında faşistlərlə mərdlik və rəşadətlə
döyüşürdülər. 1942-ci ilin axırlarında qəhrəmanlıqla həlak olmuş qorxmaz
təyyarəçi Əli Səmədovun yerini qardaşı Asəf Səmədov tutmuşdu. Bombardmançı
təyyarənin komandiri A.Səmədov qısa müddətdə ondan artıq düşmən obyektini
yerlə yeksan etmişdi. Leninqrad üzərindəki hava döyüşlərində Hüseyn Bağırov
mahir qırıcı təyyarəçi və kəşfiyyatçı kimi şöhrət qazanmışdı. O, 3 düşmən
təyyarəsini vurmuşdu. H.Bağırov 1944-cü ilin yayında Pribaltika səmasındakı hava
döyüşündə qəhrəmanlıqla həlak olmuşdu. Ölümündən sonra o, I dərəcəli Vətən
müharibəsi ordeni ilə təltif edilmişdi.
58
Adil Quliyev 1943-cü ilin yanvarında Staraya Rus məntəqəsi uğrunda qeyri-
bərabər döyüşdə faşist təyyarəsini vurmuş və "Qırmızı Ulduz" ordeni ilə təltif
olunmuşdu. İgid şahin A.Quliyev müharibə illəri ərzində düşmənin 18 təyyarəsini
məhv etdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
59
1943-cü ilin əvvəlində Həzi Aslanovun komandanlıq etdiyi 55-ci qvardiya
tank briqadası hücum əməliyyatlarında Mamayev Kurqan ətrafında düşməni
44
darmadağın etmişdi. Mius cəbhəsinin məhv edilməsi tapşırığını nümunəvi yerinə
yetirdiyinə görə H.Aslanov Aleksandr Nevski ordeni almışdı.
60
1943-cü ilin yayında Hitler Almaniyası sarsılmış vəziyyətini düzəltmək
üçün ümumi səfərbərlik etmiş və hərbi iqtisadiyyatını qüvvətləndirmək məqsədilə
fövqəladə tədbirlər görmüş, Qərbdə ikinci cəbhənin olmamasından istifadə edərək
Şərq cəbhəsində qəti hücuma başlamaq qərarına gəlmişdi. "Sitadel" adlanan bu
əməliyyatda düşmənin məqsədi cəbhənin dar hissəsi - Kursk çıxıntısına cənubdan
və şimaldan hücum edərək, Mərkəz və Voronej cəbhələrinin qoşunlarını
mühasirəyə salıb dağıtmaq, sonra isə Cənub-qərb cəbhəsinə arxadan zərbə
endirmək idi. Niyyətini yerinə yetirmək üçün Hitler 900 min əsgər və zabitdən
ibarət güclü qoşun qruplaşması yaratmışdı.
61
1943-cü il iyulun 5-də hitlerçilər 50 texnika, o cümlədən l6 tank və
motorlaşdırılmış diviziyalarla Oryol, Belqorod və Kursk ətrafında hücuma
başladılar. Qızıl ordu düşmənin hücumunu dəf edərək, iyulun 12-də əks-hücuma
keçdi. İkinci Dünya müharibəsinin ən irimiqyaslı döyüşlərindən olan Kursk qövsü
müharibənin gedişində əsaslı dönüş yaratdı. Təşəbbüsü öz əlinə alan qızıl ordu
faşistlərin tam məğlubiyyətinə qədər onu əldən vermədi.
62
Kursk qövsü döyüşündə sovet qoşunları tərkibində Azərbaycanın oğulları
da mərdliklə döyüşürdülər. Qvardiya kapitanı İvan İlyasov rota ilə birlikdə Kursk
vilayətinin Krutoy Luq ətrafında düşmənin tank hücumunun qarşısını almışdı.
İlyasovun rotasının təhkim olunduğu batalyona qarşı düşmən 50 tank və bir
alaydan artıq piyada göndərdi. 10 tank itirməsinə baxmayaraq, faşistlər hücumu
davam etdirirdilər. Batalyon komandirinin həlak olduğunu görən İ.İlyasov
komandanlığı əlinə alıb döyüşçüləri əks-hücuma qaldırdı. Döyüşün qızğın çağında
düşmənin ağır tankı İlyasovun olduğu səngərin üzərini örtdü. Lakin komandir
özünü itirmədi, son nəfəsinədək döyüşü telefonla idarə edə bildi. 23 saat davam
edən bu döyüşdə 40 düşmən tankı yandırılmış, 800 faşist məhv edilmişdi.
İ.İlyasova ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi.
63
Oryol istiqamətindəki vuruşlarda gənc döyüşçü Davud Quliyev 4 əsgərlə
birlikdə gecə kəşfiyyatı zamanı kəndlərdən birində düşmən qarnizonunu - 30 əsgər
və zabiti məhv etmişdi.
64
Kursk qövsü döyüşündə qızıl ordu yeni bir mühüm qələbə çaldı.
Ukrayna ərazisinin faşist işğalçılarından azad olunması uğrunda döyüşlərdə
Azərbaycan diviziyaları fəal iştirak etmişlər.
1943-cü il avqustun 27-də 416-cı diviziya düşmən müdafiəsini yararaq 20
km irəliləmiş və Cənub cəbhəsinin əsas qüvvələrinin hücumuna şərait yaratmışdı.
Bir gündə diviziya Boqaçyovka, Mokn, Vasilyevka, Petropavlovka, Çerniqovskoye
yaşayış məntəqələrini azad etmiş, düşmənin 3 minə yaxın əsgərini məhv etmiş və
əsir almış, xeyli texnikasını sıradan çıxarmışdı. Diviziya hücumlarını davam