―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə19/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   15   16   17   18   19   20   21   22   ...   231

40 

 

hədiyyələrlə  onun  yanına  gedib  öz  itaətini  bildirərək  onunla  ittifaq  bağladı.  XIV 



əsrin  son  rübündə  Cənubi  Qafqazda  baĢ vermiĢ  hadisələr  (ilk  növbədə  Teymurun 

və  ġirvanĢah  I  Ġbrahimin  fəaliyyəti)  nəticəsində  Azərbaycanın  Ģimal-qərb  sahələri 

geniĢləndi.  Tarixçi  ġərəfəddin  Əli  Yəzd inin  məlu matına  görə,  bu  dövrdə 

Azərbaycan ilə Gürcüstan arasdakı sərhəd Debed (Tebeder) çayı boyunca keçirdi. 

1387-c i  ildə Tey mur  To xta mıĢın Bu xara  və Sə mə rqənd üzərinə hücumu  ilə 

əlaqədar  Azərbaycanı  tərk  etməli  oldu.  O,  burada  öz  Ģahzadələrindən  və  yerli 

əyanlardan  ibarət  caniĢinlərini  qoydu.  Təbriz  Ģəhəri  MiranĢahın  baĢçılığı  ilə  Əmir 

Məhəmməd  Dəvati  və  Qara  Bəstama,  Sultaniyyə  Əxi  ĠranĢaha,  Marağa  ġahəliyə, 

PiĢkin Əmir  ġəbli və  Hacı Əh mədə tapĢırıldı.  Lakin tezliklə Tey murun caniĢinləri 

arasında çəkiĢmələr baĢlandı. Azərbaycanda hakimiyyəti ələ almağa çalıĢan bir sıra 

yerli  feodal  qrupları  da  mübarizəyə  qalxaraq,  həm  Tey murilərlə,  həm  də  öz 

aralarında toqquĢurdular. Sultan Əh mədin Təb rizdə hakimiyyətini bərqərar etməy ə 

çalıĢan  əmirlər,  Mah mud  Xalxalinin  idarə  etdiy i  feodal  qrupu,  Qara  Yusif in 

baĢçılığı  ilə  Qaraqoyunlular,  Marağa  hakimi  Yadigar  Ģahın  dəstələri  və 

hakimiyyətdə  möhkəmlən məyə  can  atan  Teymuri  əmirləri  bu  çəkiĢmələrin  baĢlıca 

iĢtirakçıları idi. 

1387-c i ildə Təbriz hakimlərindən olan Qara Bəstam və PiĢkin hakimi Əmir 

ġəbli  ittifaqa  girərək  Məhəmməd  Dəvatinin  üzərinə  hücum  etdilər,  onu 

məğ lubiyyətə  uğradaraq  Təbrizin  idarəsini  ö z  əllərinə  aldılar.  1388-ci  ilin 

fevralında Əlincə qalasının kutvalı Xacə  Cövhər Cəlairi əmiri A ltunun baĢçılığı  ilə 

Təbrizə qoĢun göndərdi. ġəbli Mərənddə onlara qarĢı çıxdı,  lakin  məğ lub oldu. O, 

əvvəlcə Təbrizdə, sonra isə Marağada əhalini qarət etdi.  

Təbrizdə  ġəblin in  naibi  Əmir  Dövlətyar  hökmran lıq  edird i.  Və ziyyətdən 

istifadə  edən  Məhəmməd  Dəvati  Qaraqoyunlu  Qara  Məhəmməd i  Ģəhəri  tutmağa 

çağırdı.  Həmin  ilin  may  ayının  25-də  Qaraqoyunlu  qoĢunu  Təbrizə  çatdı,  Ģəhərdə 

olan  ġahəlini  həbs  edib  ġəblin in  ardınca  getdi.  Onlar  HəĢ truddakı  vuruĢmada 

qələbə  çaldılar.  ġəbli  öldürü ldü.  Lakin  Qaraqoyunlularla  Ağqoyunlular  arasında 

vuruĢma baĢlandığı üçün Qara Məhəmmədin dəstəsi Təbrizdən çıxmalı oldu. Onlar 

Ģəhəri Qara  Bəstama və  Əmir  Caliqə tapĢırdılar. Tezliklə  Qaraqoyunlu əmirləri də 

Ģəhəri  tərk  etdilər  və  Təbriz  ġey x  Adilin  sərəncamına  keçdi.  O,  Əlincə  qalasının 

kurvalı  Cövhəri  Təbrizə  dəvət  etdi.  Cövhərin  Təbrizi  tutub  Arrana  qoĢun 

göndərməsindən narazı  qalmıĢ  Xalxal  hakimi  Mahmud  ona  qarĢı  qoĢun  yeritdi  və 

Təbrizə yürüĢ edib Ģəhəri ələ keçird i. Təbriz  5 ay  müddətində Mahmud Xalxalinin 

baĢçılıq etdiyi əmirlər qrupunun (ġeyx Hacı, SatılmıĢ, Məlik  Nizaməddin,  Xalıq və 

b.) ixtiyarında oldu.  Bundan sonra isə Ģəhər Əlincə qalasından Altunun hücumuna 

məruz  qaldı.  A ltun  Mahmud  Xalxalinin  b ir  neçə  əmirini  tutub  Əlincə  qalasına 




41 

 

göndərdi, özü isə Təbrizə daxil o ldu.  Lakin 1391-ci ildə Mah mud Xalxali yenidən 



Sultaniyyədən  Təbrizə  yürüĢ  etdi,  Altun  ilə  qanlı  vuruĢmalar  apard ı  və  qalib 

gələrək Təbrizdə hakimiyyəti ələ aldı.  O, 6 aydan sonra Əmir Məlik  Nizaməddin i 

Ģəhərdə  qoyub  Xalxala  qayıtdı.  Vəziyyətdən  istifadə  edən  Qara  Yusif  Xoydan 

Təbrizə gəldi, Ģəhəri tutdu və bir neçə gündən sonra əmirlərini burada qoyub geri 

qayıtdı.  Az  sonra  Əmir  Altun  bir  daha  Əlincə  qalasından  Təbrizə  hücum  etdi, 

Ģəhəri  ələ  keçirdi.  O  da  öz  nümayəndələrini  Ģəhərdə  qoyub  geriyə  -  Əlincəyə 

qayıtdı.  Bu  vaxt  Mah mud  Xalxali  Təbrizə  yürüĢ  edərək,  Altun  ilə  12  günlük 

vuruĢmadan sonra qələbə çaldı və Ģəhərə daxil o ldu.  Lakin o, bu dəfə də Təbrizdə 

möhkəmlənə  bilməd i.  1392-ci  ildə  Alatağ  yaylağından  Təbrizə  irəliləyən  Qara 

Yusif  Ģəhəri  tutdu,  Mahmud  Xalxala  çəkildi.  Təbriz  b ir  neçə  gündən sonra  Əmir 

Bəstam  və  onun  müttəfiqlərinin  (qardaĢı  Mənsur  və  Xalıq ın)  əlinə  keçdi.  Qara 

Yusif Ģəhərdən çıxmalı oldu. 

Bu  zaman  Marağada  da  feodal  çəkiĢ mələri  gedirdi.  Ruyendej  qalasında 

Əmir Məhəmməd Dəvatin i həbsə almıĢ Yad igarĢah Marağada hökmran lığa baĢladı 

və  bir  neçə  gündən  sonra  Təbrizə  yürüĢ  etdi.  Lakin  Ģəhəri  tutmaq  ona  müyəssər 

olmadı. 


Təbriz  Bəstam  Cakir və onun müttəfiqlərin in ixtiyarında ço x qalmad ı.  Qara 

Yusif Ģəhərə yürüĢ edib oranı tutdu və bir aya yaxın Ģəhərdə qaldıqdan sonra Əmir 

SatılmıĢı  caniĢin  təyin  edib  Ģəhərdən  çıxd ı.  Bu  xəbəri  almıĢ  Yadigar  Ģah  bir  daha 

Marağadan  Təbrizə  yürüĢ  etdi.  Bir  neçə  gün  əvvəl  baĢ  vermiĢ  vuruĢmalarda 

tərəflərdən  heç  biri  qələbə  qazana  bilmədi.  Bu  əsnada  Teymurun  qoĢunları 

Azərbaycan  sərhədlərində  göründü.  Qaraqoyunlular  Təbrizi  tərk  ed ib  öz 

vilayətlərinə  tərəf  çəkild ilər.  Yadigar  Ģah  isə  Marağaya  getdi.  Teymurun  qoĢunu 

1392-c i ildə Təbrizə da xil o ldu.  

Cəlairi sultanı  Əh mədin Azərbaycanda yeganə istinadgahı Əlincə qalası  idi. 

Cəlairilərin  xəzinəsi qalada saxlanılırdı.  Qala Su ltan Əh mədin oğlu  Sultan Tahirin  

baĢçılığı  ilə  Əmir  Altun  və  qalabəyi  Xacə  Cövhər  tərəfindən  müdafiə  olunurdu. 

Burada  Cəlairilərin  300-dən  artıq  əsgəri  var  id i.  A zərbaycanı  zəbt  etmiĢ  Tey mur 

Sultan Əh mədə tabe olmaq barədə məktub yazdı,  lakin rədd cavabı aldı. Buna görə 

də  o,  Bağdada  hücuma  keçd i,  oranı  qarət  etdikdən  sonra  geri  qayıdıb  Əlincəy ə 

qoĢun  göndərdi.  Qalanın  müdafiəçiləri  mərdliklə  döyüĢürdülər.  Teymur  qalanın  

mühasirəsini  daha  da gücləndirdi  və  bütün  giriĢ  yollarını  nəzarət  altına  aldı.  Əmir 

Teymur  Gü rcüstana  yürüĢ  etdi,  oranı  viran  qoydu və  1393-cü  ildə  ġəki  vilayətinə 

soxuldu. ġəki hakimi Seydi  Əli düĢmənə  müqavimət göstərə bilməd iyi üçün qaçdı. 

Teymur buradan Muğana qayıtdı və Mahmudabadda qıĢladı. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə