―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə27/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   23   24   25   26   27   28   29   30   ...   231

56 

 

vergisi  məhsulun 60  faizini təĢkil edirdi,  xüsusi torpaq sahələrində isə əldə olunan 



məhsulun  10  faizi  xərac  vergisi  Ģəklində  ödənilməli  id i.  Verg i  alınarkən  tərk 

edilmiĢ, uzun  müddət ərzində becərilməmiĢ torpaq sahələrini becərən lərə güzəĢtlər 

edilird i.  Bu  cür  sahələrin  sahibləri  becərmən in  ilk  ilində  bütün  vergilərdən  azad 

olunurdular.  Üçüncü  ildən  etibarən,  torpaq  becərildikdən  sonra,  torpağın 

becərilməsi  çətinliyindən  asılı  olaraq  xəracın  məcmusu  tədricən  3/4,  2/3  və  1/2 

qədər  azaldılmıĢdı.  Belə  torpağı  becərən  Ģəxs  mü lk  hüququnda  həmin  torpaq 

sahəsinin sahibinə çevrilird i. 

Qazan  xan Ģəhər iqtisadiyyatının inkiĢafı üçün mühüm əhəmiyyət kəsb edən 

bir sıra islahatlar da keçirmiĢdi. Pul tədavülü üzrə, ticarət yollarının qorunması, bac 

toplanması,  ta mğa  vergisinin  yığılması  sahələrində  təsirli  tədbirlər  görülmüĢdü. 

Bütün  Hülakular  dövləti  miqyasında  sikkə  zərb  olun ması  iĢində  vahid  qayda 

bərqərar  edildi.  1301-1302-ci  illərin  islahatı  nəticəsində  dövlət  ərazisində  vahid 

ölçü  və  çəki  sistemi  tətbiq  olundu.  Təbrizdə  mövcud  olmuĢ  çəki  və  ölçü  

vahidlərindən  nümunə  kimi  istifadə  edilirdi.  Yo l  keĢikçilərinin  (rahdarların)  sayı 

artırılırdı. XIV əsrin əvvəllərində rahdarların sayı 10 min nəfərə çatmıĢdı. 

Qazan  xan ın  islahatları  A zərbaycanda Ģəhər həyatının  müəyyən  dirçəliĢinə, 

ticarətin  canlan masına  yard ım  etdi.  Lakin  bu  islahatlar  tam  Ģəkildə  həyata 

keçirilməd i.  Bunun  üçün  o  dövrdə  obyektiv  Ģərait  də  yox  id i.  Qazan  xanın  

islahatları ticarət yolların ın  təhlükəsizliyini təmin edə b ilmədi. 

Dövlət  miqyasında  tətbiq  edilmiĢ  vahid  ölçü  və  çəki  sistemi  tənəzzülə 

uğradı. 

1303-cü  ildə  Qazan  xan  hərbi  feodal  əyanlarının  mənafeyi  na minə  xüsusi 

fərman  vermiĢdi.  Bu  fərmana  əsasən  dövlət  torpaq  mülkiyyəti  (divani)  fondundan 

onlara  iqta  hüququnda  sahələr  verilməyə  baĢlandı.  Türk-monqol  mənĢəli  feodallar 

Muğan, ġirvan və Arranda geniĢ iqta sahələrinə malik oldular.  

XI-XII əsrlərdə iqta ömü rlü k Ģərti torpaq sahəsi idi. XIV əsrdə isə bu sahələr 

feodalların  irsi  istifadəsinə  keçd i.  Ġqtadar  vergi  to xunulmazlığı  hüququna  malik 

olub, iqta əra zisindəki əhali ü zərində geniĢ səlahiyyətlərdən istifadə edirdi. 1303-cü 

il fərmanına əsasən kəndlilərin bir yerdən digər yerə keçməsi qadağan olunmuĢdu. 

Kəndli  torpağa  təhkim  ed ilmiĢdi.  Lakin  qaçmıĢ  kəndlilərin  əksəriyyəti  keçmiĢ 

məskənlərinə  qayıtmadı.  Onları  zorla  qaytarmaq  isə  torpaq  sahiblərinə  müyəssər 

olmadı. 


Qazan   xanın   torpaq  islahatı  dövlətin  mərkəzləĢdirilməsi  xəttinə  zidd  id i, 

obyektiv olan proseslərin qarĢısını ala bilmədi və  XIV əsrin  30-cu illərində feodal 

separatçılığın ın güclən məsi dövlətin tənəzzülü üçün əlveriĢli zəmin yaratdı. 



57 

 

Sənətkarlıq  istehsalı.  Əsnaflar.  Monqol  iĢğalları  dövründə  əksər 

Ģəhərlərdə iqtisadiyyatın kəskin surətdə zəifləməsi yaĢayıĢ məskənlərində ticarət və 

sənətkarlıq ünsürlərin in art masına səbəb oldu. Lakin  iri, o rta, bəzi  xırda Ģəhərlərin 

əhalisinin ictimai tərkibində əsaslı dəyiĢikliklər baĢ vermədi. Sənətkarlar və tacirlər 

faiz  baxımından  Ģəhər  əhalisi  arasında  aparıcı  mövqeyə  malik  id ilər.  Hələ  XIII 

əsrin  70-ci  illərində  səyyah  Marko  Polo  qeyd  edirdi  ki,  Təbrizin  əhalisi  əsasən 

sənətkarlardan  və  tacirlərdən  ibarətdir.  XIII  əsrin  sonu və  XIV  əsrin  əvvəllərində 

Təbriz Ģəhərinə tacir və sənətkarların axın ı prosesi davam edirdi, bunun sayəsində 

Ģəhərin  qala  divarlarından  xaricdə  geniĢ  ticarət-sənətkarlıq  məhəllə ləri  meydana 

gəldi.  XIV əsrin əvvəllərində Elxanilər  iqamətgahının yerləĢdiyi  Sultaniyyə Ģəhəri 

ərazisində xeyli miqdarda tacir, sənətkar məskunlaĢdı. 

Sənətkarlığın   ən  geniĢ  yayılmıĢ  sahələrindən  biri  to xuculuq  idi. 

Toxuculuqda  pamb ıq  və  ipək  parça ların  istehsalı  mühüm  yer  tuturdu.  To xuculuq 

Təbriz,  Gəncə,  Naxçıvan,  Xoy,  Beyləqan  və  Ərdəbil  Ģəhərlərin in  iqtisadiyyatında 

əsas rol oynayırdı. 

Elxan i  hökmdarları  Çindən,  Orta  Asiyadan,  Ġrandan,  Hindistandan,  Kiçik 

Asiya və Ərəb ölkələrindən mü xtəlif  ixtisasdan olan sənətkarları Azərbaycana cəlb 

edirdilər. 

XIII əsrin sonu - XIV əsrin əvvəllərində  xeyli  xərc çəkilməklə Təbrizdə bir 

sıra  iri  sənətkarlıq  emalatxanaları  (karxanalar)  təĢkil  edild i.  Bu  karxanalarda 

monqol  xanlarının  tələbatını  ödəyən  bahalı  ipək  parçalar  hazırlan ırd ı.  Həmin 

dövrdə  zərli  parçalara  tələbat  çoxalır,  bu  cür  parçaların  istehsalı  kəskin  surətdə 

artırd ı.  Təbriz  Ģəhərinin  ətrafında  (məsələn,  Rəbi-RəĢid idə)  xeyli  to xuculuq 

karxanası fəaliyyət göstərirdi. Azə rbaycanda və dövlətin digər ərazilə rində  mövcud 

olan  karxanaların  ço x  h issəsi  dövlətin  (xəzinənin),  baĢ  vəzir  iĢləmiĢ   Fəzlullah 

RəĢidəddinin  ixtiyarında  id i.  Dövlət  (xəzinə),  iri  feodallar  bu  karxanalardan  külli 

miqdarda gəlir əldə edirdilər. 

XIII  əsrin  70-ci  illərində  Azərbaycanda olmuĢ  Marko  Polo  ġirvanı  nəzərdə 

tutaraq qeyd edirdi ki, "burada xey li  ipək var,  zərli və ipək parçalar hazırlan ır, belə 

gözəl parçalara heç b ir yerdə təsadüf etməzsiniz".  

Azərbaycan  Ģəhərlərində  to xuculuqla  əlaqədar  olan  baĢqa sənət  sahələri  də 

vardı.  Ġpək  və  pamb ıq  parçalardan  süfrələr,  çalmalar,  ipək  və  yun  parçalardan 

çadırlar  hazırlan ması,  dərzilik,  bədii  tikmə  sənəti,  boyaqçılıq  iĢi  və  s.  geniĢ 

yayılmıĢdı. 

Azərbaycan  sənətinin  mühüm  və  geniĢ yayılmıĢ   növlərindən  biri  xalçaçılıq 

idi.  Azərbaycan  xalçaları  ö lkən in  hüdudlarından  kənarda  da  məĢhur  id i.  Elxani 

xəzinəsi  və  ayrı-ayrı  feodallar  Ģəhər  və  kənd  xalçaçılarından  xüsusi  vergilər 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə