―Tarixi olduğu kimi qəbul etmək, dərk etmək



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə30/231
tarix14.04.2018
ölçüsü4,67 Mb.
#38317
1   ...   26   27   28   29   30   31   32   33   ...   231

62 

 

zəfəran, duzlan mıĢ və qurudulmuĢ balıq (Ģahmayı), nar, armud, kah ı, heyva, Ģaftalı, 



əncir, ərik, yemiĢ, sumax, ü zü m, narınc, tut, badam və s.  meyvələr qonĢu ölkələrə 

ixrac edilird i. 

Təbriz,  Ərdəbil,  Naxçıvan,  Gəncə,  Bakı,  Beyləqan,  Marağa,  ġəmkir 

Ģəhərlərində  iri  bazarlar  mövcud  id i.  Böyük  Ģəhərlərdə,  adətən,  bir  neçə  məhəllə 

bazarı  da  olu rdu.  Əsas  bazar  Ģəhərin  mərkəzi  hissəsində  yerləĢirdi.  Bazarlarda, 

adətən,  misgərlərin,  dəmirçilərin,  dulusçuların,  zərgərlərin,  bəzzazların, 

meyvəsatanların  ayrıca  ticarət  guĢələri  olurdu.  Yaxın  ġərqin  baĢqa  ölkələrind ə 

olduğu kimi, Azərbaycanda da bazarlar örtü lü id i və hasara alınırd ı. 

Karvan  ticarətinin  geniĢlən məsi  ilə  əlaqədar  olaraq  Ģəhərlərdə  və  ticarət 

yolları  üzərində  xeyli  karvansara  tikilmiĢdi.  Bu  dövrdə  tikilmiĢ  ticarət 

obyektlərindən  Təbrizdəki  Zübeydə  karvansarasını,  Culfa,  Salyan  (XIV  əsr),  Bakı 

(ĠçəriĢəhər),  Bu xara, Mu ltanı və Qa radağda mövcud olmuĢ karvansaralar göstərilə 

bilər.  Ticarət  yolları  kənarında  karvanları  qaçaq  və  quldurların  basqınından 

qorumaq üçün karvansalar adlanan xüsusi keĢikçi dəstələri qoyulurdu. 

XIII-XIV əsrlərdə A zərbaycan Çin, Hindistan, Ġran, Ġraq, Misir, Ermən istan, 

Gü rcüstan,  Dağıstan,  Rusiya  və  Avropa  ölkələri  ilə  ticarət  əlaqələri  saxlayırdı. 

Azərbaycan  xarici  ölkələrə  xam  ipək,  yun  və  pamb ıq,  neft,  du z,  q ızılı  boya, 

zəfəran, ədviyyat, Ģabalıd, düyü, zoğal, badam, mü xtəlif növdən olan zərif parçalar, 

xalça,  mis, ağac və saxsı  məmulatı  ixrac edirdi. Mənbələrdə qeyd edilir  ki,  Ġtaliya 

və Fransaya xeyli  miqdarda ġirvan ipəyi aparılırdı.  Xarici ölkələrdən Azərbaycana 

nəfis  ipək  və  zəri,  pamb ıq  parçalar,  fil  sümüyü,  metal  məmu latı,  boya,  ədviyyat, 

dərman,  mal-qara,  xəz  və  s.  id xal  edilirdi.  Marko  Po lo  məlu mat  verird i  ki, 

Hindistandan,  Bağdaddan  və  Mosuldan  Təbrizə  xey li  əmtəə  gətirilirdi.  Qərb 

ölkələri  ilə  olan  ticarətdə  venesiyalı  və  genuyalı  tacirlər  mühüm  rol  oynayırdılar. 

XIV əsrin sonlarında  Genuya tacirləri Təbrizdə,  ġamaxıda və Ba kıda olmuĢlar.  Bu 

dövrdə  Azərbaycan  Avropa  tacirlərin in  diqqətini  cəlb  edirdi.  On lar  ipək  almaq 

üçün burada  xammal  mənbəyi  və  bazar  axtarırdılar.  Genuya  və  Venesiya  tacirləri 

Xəzər dənizində də ticarət donanması saxlayırd ılar. On lar Xəzər dənizi sahillərində 

yerləĢmiĢ Ģəhərlərdə öz nümayəndəliklərini yarat mıĢdılar.  

Bakıda,  Naxçıvanda,  Beyləqanda,  ġamaxıda,  Gəncədə  aparılmıĢ  arxeolo ji 

qazıntılar nəticəsində Ġranın  Rey,  KaĢan, Sultanabad Ģəhərlərində  istehsal olunmuĢ 

saxsı  qab  qalıqları  aĢkara  çıxarılmıĢdır.  Azərbaycanın  mü xtəlif  yerlərindən  (Bakı, 

Gəncə,  ġamaxı,  Beyləqan,  Gü lüstan  qalası,  Qaleyi-Buğurd,  Naxçıvan,  Qəbələ, 

Bəndovan,  Qırxçıraq  və  s.)  Çində  hazırlan mıĢ  yüksək  keyfiyyətli  saxsı  qablar  da 

tapılmıĢdır.  Bu   qablar  XII-XIII  əsrlərdə  Orta  Asiya  və  Ġran,  ya xud  Hind  o keanı, 

Fars körfəzi və Bağdad yolu ilə Azərbaycana gətirilmiĢdir.  Bu dövrdə Azərbaycana 




63 

 

Çində istehsal olunmuĢ baĢqa məmulat da (xam ipək,  ipək parçalar,  zərlə to xunmuĢ 



dibai, saxsı qablar və s.) id xal edilirdi.  XIV  əsrdə Dağıstanda (Kubaçi) hazırlan mıĢ 

bürünc  çıraqların  Bakıda  tapılması  A zərbaycan  Ģəhərlərin in  bu  ölkə  ilə  iqtisadi 

əlaqə saxlad ığını göstərir. Azərbaycan Ģəhərləri ilə Orta  Asiya Ģəhərləri arasında da 

əmtəə mübadiləsi mövcud idi. 

XIII-XIV  əsrlərdə  Hü laku lar  dövlətin in  əhatə  etdiyi  əra zidən  keçən  ticarət 

yollarının  bir  sıra  mühüm  qolları  (Ģahralı)  Azərbaycan  ərazisindən  keçirdi.  Əsas 

Ģimal  yolu  Təbrizdən  və  Mərənddən  keçərək  Araz  çayı  sahillərinə  qədər  çatırdı. 

BaĢqa  bir  yol  Sultaniyyə,  Zəncan,  Kağəzkonan  (Xunəc),  Miyanə,  Ucan,  Təbriz, 

Sərab,  Ərdəbil,  Biləsuvar,  Mahmudabad,  Bakı,  ġamaxı  və  Dərbəndədək  uzanırdı. 

Həmin  baĢ  yolun  bir  qolu  Araz  çay ının  kənarındakı  Bəcirəvana,  Beyləqana, 

Ləmbərana,  Bərdəyə,  Gəncəyə,  ġəmkirə,  sonra  isə  Tiflisə  doğru  yönəlird i.  BaĢ 

yolun  ikinci  qolu  isə  Bərdədən  Dərbəndə,  oradan  Ģimala,  sonra  isə  K rıma  doğru 

gedirdi.  BaĢ  qərb  yolu  Təbrizdən  baĢlayıb  Mərəndə,  Xoya,  Naxçıvana,  Dəb ilə 

(Dvinə),  oradan  isə  ƏrciĢə,  Ahlata,  Malazg irdə,  Ərzuru ma,  Ərzincana,  Sivasa, 

Trabzona, Qara dəniz sahillərinə doğru uzanırdı.  Cənubla Ģərqi əlaqələndirən baĢqa 

bir  yol  Təbrizdən  baĢlayıb,  Sərab  və  Ərdəbildən  keçir,  Xəzər  dənizi  sahillərinə, 

TalıĢa istiqamətlənird i. Təbrizdən Əhərə, Bəcirəvana və Arrana doğru ayrıca b ir yol 

istiqamət alırdı. 

Azərbaycanın  cənub  əyalətlərindən  keçən  ticarət  yolları  əsasən  iki 

məntəqədən - Həmədandan və Sultaniyyədən baĢlanırdı. Hə mədandan baĢlanan yol 

Zəncana  çatdıqda  Tarom  və  Miyanə  yolları  ad lanan  iki  qola  parçalanırdı. 

Zəncandan  Taroma  gedən  yolun  bir  qolu  Xalxal  və  Ərdəbilə,  digəri  is ə  Səfidrud 

vadisinə, sonra isə  Səfıdrud sahili  ilə  Gilana və Ənzəliyə gedirdi. Ən zəli  ilə  Bakını 

I dəniz yolu da birləĢdirirdi. 

Zəncandan Miyanəyə gedən yol üç qola haçalanırdı: 1) ġimal  yolu: Ərdəbil, 

Muğan,  Beyləqan,  Bakı,  Dərbənd  (Bab  ül-Əbvab);  2)  ġimal-qərb  yolu :  Ucan, 

Urmiya  gölünün  Ģima lından  keçərə k  Er mənistana,  Qara  dəniz  sahilinə  və  Kiç ik 

Asiyaya  gedən  yol;  3)  Qərb  yolu:  Marağa,  Urmiya  gölünün  cənub u  -  Ravənduz, 

Mosul,  Hələb,  Qara  dəniz  sahillərinə  qədər  uzanırdı.  Volqa  yolu  Astara vasitəsilə 

Təbrizlə əlaqədar idi. Karvan Təbriz-Trabzon yolunu təxminən otuz gün müddətinə 

qət edirdi.  Bakı  ġamaxı  ilə tranzit ticarətdə Xəzər dənizində ən yaxĢı  liman hes ab 

olunurdu. 

Çin  və  Hindistandan  gələn  ticarət  yolu  Orta  Asiya  və  Ġrandan  keçərək 

Azərbaycana  çatır,  Xəzər  dənizi  sahili  boyunca Ģimala  doğru  yönəlir,  Qara  dəniz 

sahillərinədək u zanırd ı.  Çin və Hindistandan Orta Asiyaya, Xəzər dənizi vasitəsilə 

Azərbaycana  ticarət  yolu  vardı.  GətirilmiĢ  mallar  Kür  və  Rion  çayları  vasitəsilə 




Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə