Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   18   19   20   21   22   23   24   25   ...   120

 
64 
müharibəyə  işarə  idi.  Perslər  həmişə  Elladanı  və  Makedoniyanı  ayırmaq 
istəyirdilər. Aleksandr isə buna əks olaraq “Yunanıstan” anlayışından istifadə edir. 
Persiya bununla da “ellinlərin vahid cəbhəsinə” qarşı qoyulurdu. Bu fikir sonrakı 
cümlədə öz əksini tapır: “Mən, ellinlərin başçısı kimi persləri cəzalandırmaq üçün 
Asiyaya qədəm basdım, buna məni siz məcbur etmişdiniz”. Sonra isə qəzəb tufanı 
gəlir:  “Siz  mənim  atamı  təhqir  edən  Perinfə  kömək  etdiniz.  Bizim  sahib 
olduğumuz  Frakiyaya  Persiya  çarı  çox  qoşun  göndərdi.  Mənim  atam  öləndə  siz 
məktubunuzda lovğalanırdınız ki, bu sizin işinizdir. Sən özün Baqoyun köməyi ilə 
Arsesi  öldürdün  və  ədalətsiz  olaraq,  Persiya  qanunlarının  əksinə  olaraq 
hakimiyyəti ələ keçirdin... Mənim haqqımda sən yunanlara düşmənçilik məktubları 
göndərdin  ki,  onları  mənimlə  müharibəyə  sövq  edəsən.  Sən  Spartaya  və  digər 
yunan  şəhərlərinə  pul  göndərirdin.  Spartadan  başqa  heç  bir  şəhər  onları  qəbul 
etmədi.  Sənin  elçilərin  məndən  dostlarımı  uzaqlaşdırırdı,  mənim  Elladada 
yaratdığım  sülhü  məhv  etmək  istəyirdilər.  Sənin  bu  düşmənçilik  hərəkətlərindən 
sonra mən sənin üstünə müharibə ilə getdim”. 
Aleksandr  bunlarla  kifayətlənmir,  ədəb-ərkansız  qaydada  perslərin  işinə 
qarışır,  Daranın  taxt-taca  hüququnu  şübhə  altına  alır.  O,  pers  qanunlarının  və 
adətlərinin müdafiəçisi kimi çıxış edir.  
Aleksandr  düşmənin üstünə yumruq  zərbəsi  kimi sözlər  yağdırır:  “Əvvəlcə 
mən  sənin  sərkərdələrinə  və  satraplarına  qalib  gəldim,  indi  isə  sənin  özünə  və 
qoşunlarına  və  allahlar  mənə  verdiyinə  görə  bu  torpağa  sahibəm”.  Sonra  o,  öz 
üstünlüyü  hesabına  iddialarını  bildirir:  “Sənin  döyüşdə  həlak  olmamış  yaxınların 
mənim  himayəm  altındadır  və  mən  daim  onlara  qayğı  göstərirəm.  Onlar  öz 
iradələrinin əleyhinə deyil, xoş razılıqla mənim yanımdadırlar”. Və Aleksandr sərt 
tələbə  keçir:  “Bütün  Asiyanın  həqiqi  ağası  kimi  mənim  yanıma  gəl.  Əgər 
qorxursansa ki, səninlə yaraşmayan qaydada davranacaqlar, əvvəlcə öz adamlarını 
göndər  ki,  sənin  təhlükəsizliyinə  inansınlar.  Əgər  sən  mənim  qarşımda  dayansan 
ananı,  arvadını,  uşaqlarını  alacaqsan.  Nə  arzu  etsən,  məndən  nə  xahiş  etsən  sənə 
veriləcəkdir”. Aleksandr üçün mümkün olmayanlar mümkün idi, mümkün olan isə 
qeyri-mümkün  idi  –  heç  kəs  Aleksandrı  özünə  bərabər  hesab  etmirdi.  Sonra  ona 


 
65 
tabe olmağın qaydalarını göstərir: “Gələcəkdə mənə yazanda mənə “Asiyanın çarı” 
kimi  müraciət  et.  O  fikrə  düşmə  ki,  məktubda  mənə  öz  bərabərin  kimi  müraciət 
edəsən. Əgər sənə bir şey lazım olsa, mənə öz ağan kimi müraciət et. Belə etməsən 
səni  cəzalandıracağam.  Əgər  çarlığı  məndən  geri  almaq  istəsən,  onda  dayan  və 
onun  üçün  vuruş,  qaçma,  çünki  harada  olsan  mən  səni  tapacağam”.  Onda  mistik 
özünə  inam  hissi  çox  sürətlə  inkişaf  etməyə  başladı.  Hərbi  uğurları  onun  özünə 
inamını lovğalığa, özündən razılığa keçirdi. 
Daranın  10  min  talant  məbləğində  pul  və  Halis  çayına  qədər  ərazi  təklif 
etməsi isə təkcə Aleksandrı hiddətləndirməmişdi. Düşərgədə hamı onun hiddətinə 
tərəfdar idi. Tirin mühasirəsi vaxtı isə ikinci məktub gəldi. Bu vaxt Böyük çarın İss 
yaxınlığındakı döyüşdə əsir götürülmüş arvadı Statira uşaq doğanda öldü.  Qadının 
üzünü bir dəfə də olsun görməsə də, Aleksandr onun ölümünə çox məyus olmuşdu. 
Yəqin  ki,  arvadı  və  ailəsinin  digər  üzvləri  barədə  keçirdiyi  təşviş  Daranı  ikinci 
məktubu  yazmağa  vadar  etmişdi.  Məktubun  cavabını  alanda  çar  hesab  etdi  ki, 
Aleksandr çox şey istəyir, lakin onun tələblərini azaltmaq olar. Makedoniyalıların 
onu  təqib  etməməsi  bu  fikri  möhkəmləndirirdi.  O,  Aleksandra  yeni,  həqiqətən 
möhtəşəm  təkliflərlə  müraciət  etdi.  O,  öz  dövlətini  yarı  bölüb  Aleksandra  Fərata 
qədər Aralıq dənizi hissəsini, başqa sözlə Kiçik Asiyanı, Suriya və Misiri verməyi, 
öz  çar  taxt-tacını  onunla  bölüşməyi  və  ona  öz  qızını  ərə  verməyi  təklif  edirdi. 
Əvəzində öz əsir düşmüş yaxın adamlarının geri qaytarılmasına ümid edirdi. İkinci 
məktubun məzmunu belə idi. Daranın təklifi həqiqətən dünya əhəmiyyətinə malik 
idi.  O,  dövlət  xadimi  kimi  müdrik  təklif  etmişdi.  Fərata  qədər  torpaqlar  Aralıq 
dənizi  regionuna  daxil  idi  və  burada  gələcəkdə  ellinistik  dövlətlər  yaranacaqdı. 
Doğrudan  da  gec  ellinist-Roma  epoxasında  Fərat  vilayəti  Aralıq  dənizi  ilə  Asiya 
arasında sərhəd rolunu oynayırdı. Təklif Aleksandrın düşərgəsində böyük həyəcan 
yaratdı.  Persiya  çarı  onun  atası  Filippin  həmfikri  kimi  çıxış  edirdi.  Makedoniya 
ordusundakı yunanların bir hissəsi bunu başa düşürdü, əksəriyyət isə intiqam odu 
ilə  alışıb  yanırdı  və  özlərinə  Persiya  imperiyasının  məhv  edilməsini  məqsəd 
seçmişdi. 


 
66 
Aleksandr yenidən şuranı yığdı, burada Dəməşqdən  qayıtmış  Parmenion da 
iştirak edirdi. Filippin ideyalarına sadiq olan bu təcrübəli sərkərdə təklifi müdafiə 
etdi.  Ağ  saçlı  hərbi  xadim  dedi:  “Əgər  mən  Aleksandr  olsaydım  təklifi  qəbul 
edərdim”.  Gənc  çarın  gözündə  isə  belə  qərar  müharibənin  bütün  nəticələrinin 
üstündən xətt çəkirdi. Özününkü kimi gördüyü Persiya məmləkətini onun  əlindən 
alırdı,  onun  dünya  ağalığı  arzusunu  məhv  edirdi.  Burada  iki  əks  mövqelər 
toqquşdu: bir tərəfdən mötədillik, digər tərəfdən nəhayətsiz, bütün hədləri dağıdan 
məqsəd.  Qocanın  məsləhəti  dahinin  təbiətindəki  bütün  ən  yüksək  və  müqəddəs 
olan nə var idisə, hamısını məhv edirdi. Ona görə də belə cavab verdi: “Parmenion 
olsam,  mən  də  belə  hərəkət  edərdim”.  Kallisfen  onların  mübahisəsini  belə  təsvir 
edir.  Bu  sözlər  yunanların,  həm  də  Qərbin  və  Şərqin  talelərini  qarşıdakı  bir  neçə 
yüzilliyə əvvəlcədən həll etdi. Çar Daranın təklifini rədd etdi, həm də başa düşdü 
ki, o, son, həlledici döyüşə hazırlaşmalıdır. Parmenion da bir daha orduda özünün 
nüfuzundan məhrum edilməsinin motivlərini anladı. Bu makedoniyalıların orduda 
mövqelərinin  zəifləməsini  gücləndirirdi.  Parmenion  özünü  daha  səlis  aparmağa 
başladı. Lakin Aleksandr onun oğlu Hektora hörmətlə yanaşırdı. Hektor isə Nildə 
gəmi  qəzası  vaxtı  həlak  oldu.  Çar  həm  də  öz  atasının  xatirəsinə  də  məhəl 
qoymurdu. 
Aleksandrın  şəxsiyyətində  tədricən  ikililik  meydana  gəldi.  Bir  tərəfdən  o, 
parlaq  qəhrəman,  dostları  arasında  səmimi  insan,  gözəl  sərkərdə,  döyüşçülərin 
qayğıkeş atası, digər tərəfdən – heybətli, tez özündən çıxan, ətrafa dəhşət yağdıran 
qaş-qabaqlı çar idi. Onun qəzəbini birinci növbədə düşmənləri hiss edirdilər, onlara 
qarşı o, qəddarlıq edirdi. O, adamlardan şübhələnirdi, donoslara, çuğulçulara daha 
çox inanırdı. Onun özündən razılığı şübhəliliyinin artmasına səbəb olurdu. 
Qarşıda  Misirə  yürüş  dururdu.  Misiri  uzun  müddət  öz  imperiyalarına 
birləşdirmək  heç  vaxt  perslərə  müyəssər  olmamışdı.  60  il  ərzində  Misir  öz 
azadlığını qoruyub saxlamışdı, yalnız on il əvvəl III Artakserks güclə buranı zəbt 
etmişdi.  Aleksandr  öz  niyyətini  reallaşdırmaq  istəyəndə  Memfisdəki  Persiya 
canişini ona loyal yanaşırdı. 332-ci ilin noyabrında Aleksandr Misirə gələndə Misir 
sərhəd  qalası  olan  Peluziyada  təntənəli  qəbul  edildi.  Buradan  qoşunun  bir  hissəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə