Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   2   3   4   5   6   7   8   9   ...   120

 

dövründə  müdriklik  ilahəsinin  adını  daşıyan  şəhər  Yunanıstan  mədəni  həyatının 
mərkəzinə çevrildi. 
Afinanın  uğurlu  xarici  siyasəti  onun  rəqibi  Spartanı  və  axırıncının  yaxın 
müttəfiqi  Korinfi  ciddi  surətdə  qıcıqlandırmaya  bilməzdi.  V  əsrin  40-cı  illərinin 
sonunda  isə  afinalılar  Qara  dənizyanı  ərazidə  öz  ağalıqlarını  qurmaq  planlarını 
həyata keçirməyə başladılar. 437-ci ildə yaxşı silahlanmış eskadra və seçmə hoplit 
dəstələri  Periklin  başçılığı  altında  Ponta  göndərildi.  Səfər  çox  uğurlu  oldu,  600 
afinalı Xalq yığıncağının qərarı ilə yaşamaq üçün Sinopaya göndərildi və bu şəhər 
Qara dənizdə Afina dövlətinin dayaq nöqtəsi oldu. Afina dövlətinin nüfuzu iri Qara 
dənizətrafı  mərkəzlərdə  çox  gücləndi,  bu  geniş  əraziyə  nəzarət  onun  bol 
resurslarına  da  nəzarət  etmək  imkanı  yaradırdı.  Lakin  afinalılar  bununla 
kifayətlənmədilər  və  Böyük  Yunanıstan  yaratmaq  yolunda  öz  nəzərlərini  Cənubi 
İtaliya  və  Siciliyanın  üzərinə  saldılar.  Böyük  Yunanıstanda  Afinanın 
hegemonluğunun  qurulması  Afina  dövlətini  bütün  yunan  dünyasının  siyasi 
birliyinə  çevirməklə  yanaşı,  Spartanın  izolyasiyasına  səbəb  olacaqdı.  Bu  həm  də 
Korinfin iqtisadiyyatına ölümcül zərbə vurardı. 440-cı illərin ortalarından afinalılar 
öz  qərb  siyasətlərini  planlı  qaydada  həyata  keçirməyə  başladılar.  435-433-cü 
illərdə afinalılar Kerkira adasındakı qızışan daxili mübarizəyə cəld şəkildə qarışdı 
və  bu  varlı  adanı  Afina  dəniz  ittifaqına  qəbul  etdilər.  Yaxşı  donanması  olan  ada 
Afina ittifaqının hərbi qüdrətini gücləndirdi. Afina Cənubi İtaliyaya və Siciliyaya 
nüfuz  etmək  üçün  443-cü  ildə  maraqlı  tədbir  həyata  keçirdi.  Dağıdılmış  Sibaris 
şəhərinin  yerində  Cənubi  İtaliyada  ümumyunan  koloniyası  yaratdı.  Kifayət  qədər 
kolonistlər  yığıldı,  görkəmli  yunan  mədəniyyət  xadimləri  yeni  yaşayış  yerinə 
getmək  arzularını  bildirdilər.  Onların  sırasına  tarixçi  Herodot,  arxitektor  və 
şəhərsalan Hippodam (o, yenicə Pireyi yenidən tikib qurtarmışdı), sofist Protaqor 
və  yeni  şəhərin  qanunlarının  tərtib  edilməsinə  öz  xidmətini  təklif  edən  filosof 
Empedokl daxil idi. 
Afina  demokratiyasının  rəhbərləri  xarici  siyasət  uğurlarını  inkişaf  etdirərək 
yunanlar arasında öz rəhbərliklərini möhkəmləndirmək üçün ümumellin konqressi 
çağırmaq ideyasını ortaya atdılar. Plutarx yazır ki, “Perikl xalq qürurunu daha da 


 

oyatmaq  və  vətəndaşları  böyük  işlərə  səy  göstərməyə  təlqin  etmək  üçün  Xalq 
yığıncağına  təklif  verdi  ki,  harada,  Avropada  və  ya  Asiyada,  böyük  və  ya  kiçik 
şəhərlərdə yaşamasından asılı olmayaraq bütün ellinlər Afinadakı ümumi qurultaya 
öz  nümayəndələrini  göndərsinlər  ki,  burada  barbarlar  tərəfindən  yandırılmış  ellin 
məbədləri,  qurbanlar  barədə  məsləhətləşmə  aparsınlar.  Bu  allahlara  verilmiş  anda 
uyğun  olaraq,  Elladanın  xilasına  gətirib  çıxaracaqdı.  Onlar  barbarlarla  vuruşanda 
bu  andı  dənizdə  və  dünyada  hamının  təhlükəsiz  üzməsi  barədə  içmişdilər.  Bu 
məqsəd üçün afinalılar yaşı 50-dən yuxarı olan iyirmi adam göndərdilər”. Səfirlər 
ellinləri  Afinaya  gəlmək  və  sülh  haqqında  və  Elladanın  birgə  hərəkətləri  barədə 
müşavirələrdə iştirak etmək üçün dilə tuturdular. 
Ümumellin  konqressinin  çağırılması  hamıdan  əvvəl  Afina  üçün  faydalı  idi, 
bu  onun  Yunanıstandakı  siyasi  nüfuzunu  möhkəmləndirərdi,  ellinləri  Afinanın 
yunan dünyasında tanınmış rəhbər olması fikrinə alışdırardı. Təbiidir ki, Sparta və 
Peloponnes  ittifaqı  belə  konqressin  çağırılması  əleyhinə  çıxdı,  görülən  tədbirlər 
konqressin çağırılmasına əngəl törətdi və konqress baş tutmadı. 
Digər  tərəfdən,  Sparta  da  öz  nüfuz  dairəsini  genişləndirirdi.  Bir  çox  qonşu 
dövlətlər  Peloponnes  ittifaqına  daxil  olmuşdu,  Orta  Yunanıstanın  böyük  hissəsi 
spartalıların təsiri altında idi. 
Yunanıstanda  öz  quruluşuna  və  sosial-siyasi  istiqamətinə  görə  iki  fərqli 
yunan  polislərinin  hərbi-siyasi  blokunun  mövcudluğu  və  onların  arasındakı 
gərginliyin  artması  hökmən  müharibəyə  gətirib  çıxarmalı  idi.  Afina  və  onun 
müttəfiqləri  quldarlıq  iqtisadiyyatının  intensiv  formalarını,  sənətkarlıq  istehsalını, 
əmtəə  təsərrüfatını,  ticarəti  inkişaf  etdirməyə  can  atırdı.  Sparta  və  onun  əksər 
müttəfiqləri  isə  əksinə  əsasən  kənd  təsərrüfatının,  konservativ  natural  istehsalı 
inkişaf  etdirməyə  üstünlük  verirdi.  Biz  bunu  bizim  eranın  XIX  əsrinin  50-ci 
illərində  Birləşmiş  Ştatları  təşkil  edən  Şimal  və  Cənubun  münasibətində  də 
görürük.  Sənaye  cəhətdən  inkişaf  etmiş  Şimal  demokratiyanın  və  liberal 
iqtisadiyyatın  inkişafına,  azad  əməyə  üstünlük  verdiyi  halda,  Cənub  patriarxal 
münasibətləri  qoruyub  saxlamağa,  qul  əməyinə  əsaslanan  kənd  təsərrüfatının 
inkişafına,  quldarlığın  möhkəmlənməsinə  çalışırdı  və  bu  qütbvari  münasibətlər 


 

ölkəni  vətəndaş  müharibəsinə  gətirib  çıxardı.  Müharibə  Şimalın  qələbəsi  ilə 
bitdiyindən  Ştatlar  Birliyinin  parçalanmasının,  ölkənin  ərazi  və  inzibati 
bütövlüyünün  pozulmasının  qarşısı  alındı  və  quldarlığın  ləğvinə,  bir  daha 
bağlanması mümkün olmayan qapı açdı. 
Siyasi  sferada  Afina  və  Spartanın  ziddiyyətləri  daha  kəskin  idi.  Afinaya 
Yunanıstanda  demokratiyanın  dayağı  kimi  baxırdılar,  bu  demokratiya  geniş 
vətəndaşlıq dairələrinə, onların Xalq yığıncağındakı fəaliyyətinə əsaslanırdı. Sparta 
isə  əksinə  kübar  elementləri,  vətəndaşların  yuxarı  hissəsini  özünə  cəlb  edirdi. 
Afinanın  ən  qatı  və  barışmaz  düşmənlərindən  biri  Korinf  idi,  bu  da  V  əsrin 
ortalarında  onların  arasındakı  iqtisadi  rəqabətlə  əlaqədar  idi.  Korinf  Balkan 
Yunanıstanının  ticarət-sənətkarlıq  mərkəzi  idi  və  yunan  dünyasının  qərbində, 
Cənubi  İtaliyada  və  Siciliyada  həyati  mənafelərə  malik  idi.  Afinanın  nüfuzu 
artdıqca Korinf onun hərbi yolla məhv edilməsini israrlı qaydada tələb edirdi. Bu 
Mikena çarı Aqamemnonun başçılığı altında ellin polislərinin kiçik bir bəhanəyə - 
Menelayın  arvadı  Yelenanın  prins  Paris  tərəfindən  qaçırılmasına  görə  Kiçik 
Asiyadakı  İliona  hücum  etməsi  və  10  illik  müharibə  nəticəsində  Troyanı 
darmadağın etməyə bənzəyən  bir arzu idi. Ziddiyyətləri birdəfəlik və ən sonuncu 
siyasət vasitəsi olan müharibə ilə həll etmək üçün tarix boyu istənilən an səbəblər 
olmayanda belə, bəhanələr tapılmışdır. Tarixçi Fukidid yazır ki, “ən həqiqi bəhanə 
ondan ibarət idi ki, ...afinalılar özlərinin güclənməsi ilə lakedemonyanlara təhlükə 
təlqin edirdilər və bununla da onları müharibəni başlamağa məcbur etdilər”. 
Hər  iki  tərəf  böyük  hərbi-iqtisadi  potensiala  malik  idi,  axı  Yunanıstanın 
polislərinin əksər hissəsi ya Peloponnes, ya da Afina ittifaqının tərkibinə daxil idi. 
Onların  hərbi  qüvvələri  və  vasitələri  Afina  və  Spartanın  sərəncamında  idi. 
Peloponnes ittifaqının silahlı qüvvələri 60 min hoplitdən və 300 gəmidən ibarət idi. 
Afinanın  sərəncamında  isə  400  trier,  32  min  hoplit  və  1200  süvari  var  idi.  O 
dövrdə  bu  qüvvələr  olduqca  heybətli  görünürdü.  Yunan-pers  müharibələrindən 
sonra heç vaxt döyüş əməliyyatlarına belə böyük miqdarda döyüşçü və gəmi cəlb 
olunmamışdı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə