Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   10   11   12   13   14   15   16   17   ...   120

 
40 
Filippin  ölümündən  sonra  onun  məğlub  etdiyi  xalqların  hamısında 
makedoniyalıların  ağalığını  və  himayəsini  kənara  atmaq  istəyi  yarandı.  Lakin 
Balkanlarda  ciddi  iğtişaş  meydana  gəlmədi.  Yunanıstanda  isə  vəziyyət  başqa  cür 
idi.  Şəhərlərin  çoxunda  polis  sisteminin  tərəfdarları  baş  qaldırdı.  Filippin  ölüm 
xəbərini  alan  kimi  Demosfen  bayram  paltarı  geyindi  və  çıxışında  yeni  çarı  səfeh 
adlandırdı. Afinada bayram əhval-ruhiyyəsi hökm sürürdü. İri yunan polislərindən 
çoxu  Aleksandrı  tanımaqdan  imtina  etdi.  Yunanlar  yenidən  özlərinə  xas  olan 
xüsusiyyətlərinə  qayıtdılar  –  ani  əhval-ruhiyyənin  təsiri  ilə  və  baş  tutmayacaq 
planlar  quraraq  vaxtından  əvvəl  sevinməyə  başladılar.  Onlar  böyük  qonşunun 
qüdrətli  orduya  və  təcrübəli  sərkərdələrə  malik  olduğunu  unutdular,  yeni  gənc 
çarın hansı qabiliyyətə malik olması barədə onların heç bir təsəvvürü yox idi.  
Aleksandr  möhkəm  əllə  ölkəni  öz  arxasınca  aparırdı.  Ordu  və  xalq  onun 
dəmir  iradəsini  hiss  etməyə  başladı.  Yeni  çar  bütün  qüvvəsini  ordunun 
möhkəmlənməsinə 
və 
silahlandırılmasına, 
xeyirxahlıqla, 
nəcib 
işlərlə 
makedoniyalıların ürəyini fəth etməyə yönəltdi. Onun hakimiyyətinin ilk həftələri 
ən  xoşbəxt  günlər  idi,  çünki  bu  vaxt  çar  öz  xalqı  ilə  sıx  birlikdə  idi.  Lakin 
Yunanıstandakı hegemonluq təhlükə altında idi. Aleksandr Egidəki elçilərə bildirdi 
ki,  Korinfdə  içilən  and  təkcə  Filippə  deyil,  Makedoniya  taxt-tacında  onu  əvəz 
edənə  də  aiddir.  Bununla  o,  özünün  yunanların  qanuni  hegemonu  olduğunu  yada 
saldı. Yunanıstandan bir-birinin ardınca pis xəbərlər gələndə Aleksandr başa düşdü 
ki, ona qarşı olan ümumyunan müdafiə ittifaqının yaranmasının qarşısını hökmən 
almalıdır.  O,  Fessaliyada  ömürlük  strateq  seçildikdən  və  Fiva  qarşısında  düşərgə 
saldıqdan  sonra  Afinaya  ultimatum  göndərdi.  Qorxan  yunan  şəhərləri  çara  öz 
loyallıqlarını  bildirməyə  başladılar.  O,  da  yaxşı  münasibətini  nümayiş  etdirmək 
üçün  Korinfdə  sinedrionun  iclasını  çağırdı.  Spartalılardan  başqa,  Filipp  dövründə 
olduğu  kimi  bütün  şəhərlərin  nümayəndələri  yığışdı.  Burada  heç  bir  müqavimət 
işarəsi  olmadan  Aleksandr  ellinlərin  hegemonu  kimi  tanındı.  Onu  Filipp  kimi 
Persiyaya  qarşı  müharibədə  strateq-avtokrat  təyin  etdilər.  Çar  müharibəyə 
hazırlaşmağa əmr verdi və Makedoniyaya döndü. Hərb sənəti nöqteyi-nəzərindən 
də  Aleksandrın  bu  yürüşü  gözlənilməzliyinə  görə  seçildi.  Bu  Aleksandra  rəqibi 


 
41 
demoralizə etməyə və hər cür müqaviməti əzməyə imkan verdi. Onun hərəkətləri o 
qədər uğurlu idi ki, nə Fessaliya, nə də Fiva ona qarşı çıxış etməyə cəhd də etmədi. 
Asiyaya yürüş etmək üçün isə ona öz arxa cəbhəsini möhkəmləndirmək lazım idi. 
Qarşısına  Persiyada  böyük  məqsədlər  qoyan  adama  Avropada  da  öz  sərhədlərini 
genişləndirmək lazım idi. 335-ci il başlananda o, piyadaların hərbi əməliyyatlarına 
kömək  göstərmək  üçün  Dunaya  eskadra  göndərdi.  Makedoniyalılar  tribalları 
məğlub edib, Dunaya çatdılar.  Aleksandr Dunayı üzüb keçməyi qərara aldı. Gecə 
ərzində o, üzən vasitələrdən – üfürülmüş kisələrdən, qayıqlardan istifadə edərək öz 
qoşunlarının  böyük  hissəsini  nəhəng  çaydan  keçirdi.  Qəflətən  ildırım  kimi  o, 
qorxmuş  triballara  zərbə  vurdu  və  şimallılara  öz  ordusunun  döyüş  qüdrətini 
göstərdi. Tarixçilər onun bu əməliyyatını Qay Yuli Sezarın Reyn çayının o tərəfinə 
keçməsi  və  Britaniyaya  çıxması  ilə  müqayisə  edirlər.  Aleksandrın  qəfil 
hücumundan qorxan triballar təslim olub çara tabe oldular. İndi makedoniyalıların 
ağalığı  Dunaya  çatırdı.  Aleksandr  döyüşsüz  indiki  Bolqarıstanın  ərazisindən, 
Sofiya şəhərinin indi yerləşdiyi yerə qədər gəlmişdi. 
Sonra  Aleksandr  illiriyalılar  üzərinə  hücum  etdi.  Düşmənləri  öz  uğuruna 
arxayın  olanda,  Aleksandr  fürsəti  ələ  keçirib  gecə  dağa  çıxdı  və  qəflətən  onların 
üzərinə  həmlə  etdi,  onları  əzib  doğma  yerlərinə  qədər  təqib  etdi.  Aleksandrın 
İlliriya  yürüşü  də  belə  qalibiyyətlə  başa  çatdı.  Yürüşün  keçdiyi  bu  bir  neçə  ay 
ərzində  gənc  çar  özünün  necə  parlaq  sərkərdə  istedadına  və  dahiyanə 
improvizasiyalar qabiliyyətinə malik olduğunu göstərdi. Çayları və dağları keçmək 
məharəti,  faydalı  anı  seçməsi,  nəhayət  psixoloji  cəhətdən  düşməni  demoralizə 
etmək  bacarığı  –  bütün  bunlar  ona  həqiqi  möcüzələr  yaratmağa  imkan  verirdi. 
İyirmi  bir  yaşı  olan  bu  gənc  göstərdi  ki,  ən  çətin  şəraitlərdə  belə  o,  vəziyyətdən 
çıxmağı  bacarır  və  bu  vaxt  təcrübəli  sərkərdələrin  köməyi  olmadan  keçinə  bilir. 
Axı  bu  yürüşlər  vaxtı  Antipatr  Makedoniyada  qalmışdı,  Parmenion  isə  Kiçik 
Asiyada idi.  
Aleksandr illiriyalılar üzərində qələbəni bayram edəndə qorxulu xəbər aldı – 
Yunanıstan perslərlə ittifaqa girib üsyan qaldırmışdı. Heç bir il deyildi ki, yunanlar 
makedoniyalıların  qəti  hərəkətinə  tabe  olmuşdular.  Qiyam  isə  Persiyada  III 


 
42 
Daranın  336-cı  ildə  hakimiyyətə  gəlməsi  ilə  əlaqədar  idi.  Yeni  çar  Aleksandrın 
onun üçün necə təhlükə olduğunu o saatca anladı və Makedoniyaya qarşı çıxdı. Bu 
uzaqgörən siyasətçi iki məqsəd güdürdü: Makedoniya qoşunlarını Kiçik Asiyadan 
qovmaq  və  qitədə  olan  yunanları  öz  tərəfinə  çəkmək.  Əgər  Aleksandrın 
hakimiyyəti Balkan torpaqları ilə kifayətlənsə, onun arxasında isə düşmən ellinlər 
olsa,  heç  şübhəsiz  o,  Şərqdə  müharibə  aparmaqdan  imtina  edəcəkdir.  Bu  planın 
birinci  hissəsi  baş  tutdu.  Təcrübəli  Persiya  sərkərdəsi  Memnon  makedoniyalıları 
Kiçik Asiyada sıxışdırdı və axırda onları bu ərazidən qovdu. Bu müvəffəqiyyətlər 
perslərin  Yunanıstanda  apardıqları  təbliğatı  çox  yaxşı  möhkəmləndirirdi.  Böyük 
çar  öz  məktubunda  müraciət  edərək  Makedoniya  qoşunlarına  müqavimətə  görə 
onlara  maliyyə  yardımı  edəcəyini  və  azadlıqları  uğrundakı  mübarizədə  köməyini 
vəd edirdi. Güman ki, elə bu məktubda Persiya çarı Filippə qarşı qəsddə iştirakı və 
onun  qatilləri  ilə  əlaqəsinə  görə  özünü  tərifləmişdi.  Qeyd  etmək  lazımdır  ki, 
Şərqdən  əsən  güclü  külək  yunan  millətçiliyinin  gizlənmiş  və  közərən  odunu 
alovlandırırdı.  Perslərin  vədlərindən  onların  köhnə  nifrəti  yaxşı  qida  tapmışdı. 
Afinada Demosfen yenə də Makedoniya əleyhinə təbliğatını davam etdirirdi, hətta 
azadlıq  uğrunda  mübarizə  üçün  pers  qızılını  da  qəbul  etməyi  qərara  almışdı. 
Demosfen Aleksandrın ölməsi xəbərini də yaymışdı. 
Fivada  yeni  qiyam  baş  verdi,  bu  Aleksandrın  perslərlə  böyük  müharibə 
barədəki  ümidlərini  dəfn  edə  bilərdi.  Ona  görə  də  bir  il  əvvəl  olduğu  kimi  o, 
yunanlara bu düşmənçilikdən çəkindirmək üçün yeni yürüş başlamağı qərara aldı. 
Qoşun  qiyam  qaldırmış  Fivanın  divarları  qarşısına  gəlib  çıxdı  və  Aleksandr 
mübahisəni  silah  işlətməklə  həll  etməyə  məcbur  oldu.  Oradakı  Makedoniya 
qarnizonu  mühasirədə  idi,  üstəlik  gənc  çarın  xəbəri  olmadan  hücuma  keçən 
Perdikka  düşmənin  caynağına  düşmüşdü.  Çar  döyüşə  yeni  qüvvələr  saldı  və 
makedoniyalılar  şəhərə  girdi.  Küçə  döyüşü  gedirdi.  Ümidsiz  müdafiə  olunan 
fivalıların  dəhşətli  qırğını  başlandı.  6  min  adam  bu  qırğının  qurbanı  oldu.  Sonra 
Aleksandr bu qırğını dayandırmağı əmr etdi. 
Sinedrionda  Fivanın  taleyi  müzakirə  olunarkən  yunanların  özləri  qəddar 
hökm  verdilər:  sakinləri  qul  olmaq  üçün  satmaq,  şəhəri  bütünlüklə  dağıtmaq, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə