Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   13   14   15   16   17   18   19   20   ...   120

 
49 
imkan vermirdi. Döyüşün nəticəsini isə əvvəlki kimi ağır silahlı cəngavər süvarisi 
– atlı hetayrlar həll edirdi. Atlılar dəmir geyimdə və dəbilqədə olurdular, atlar da 
zirehlə  müdafiə  olunurdu.  Aleksandrın  ordusunda  3  minə  qədər  hetayr  olurdu. 
Artilleriyada isə ox atan katapultlar var idi, bu o dövrün uzağa vuran silahlarından 
ən qorxulusu idi. Onlardan açıq düzdə və çayı keçdikdə istifadə edilirdi. Ox və daş 
atan  ağır  atıcı  vasitələrdən,  taran,  “tısbağa”,  hərəkət  edən  mühasirə  qüllələrindən 
yalnız  şəhərlərin  mühasirəsi  vaxtı  istifadə  edilirdi.  Bir  qayda  olaraq  ağır  silahlar 
mühasirə  edilmiş  şəhərlərin  divarları  yanında  qurulurdu.  Piyada  zabitləri  və 
hetayrlar kübarlardan çıxırdı. Onlar xidmətə çar sarayında paj kimi başlayırdılar. 
Aleksandr  334-cü  ilin  yazında  Asiya  yürüşünü  başlayanda  döyüşçülərin 
hamısını  götürmədi,  onların  bir  hissəsi  Antipatrın  başçılığı  altında  Balkan 
yarımadasını və Yunanıstanı mühafizə etmək üçün Makedoniyada qalmışdı. Yunan 
dövlətləri də “qisas müharibəsi”ndə iştirak etmək üçün öz qoşunlarını Makedoniya 
ordusuna  göndərmişdi.  Yunanlar  həm  də  Aleksandr  üçün  girov  rolunu  oynayırdı. 
Aleksandrın  bütün  ordusu  40  min  adamdan  ibarət  idi.  Onlardan  yalnız  30  min 
nəfərinə  bel  bağlamaq  olardı,  Aleksandr  kimi  sərkərdəyə  isə  bu  kifayət  idi  ki, 
bütün dünyanı işğal etsin. Lakin makedoniyalıların donanması yox idi. Belə müasir 
ordu yürüşə pulsuz yollanmışdı və bu onu göstərirdi ki, Aleksandr sürətli qələbəyə 
ümid  edir.  Çünki  bu  yoxsulluq  uzun  sürə  bilməzdi.  Uzun  müddət  davam  edən 
müharibəni aparmaq üçün yeganə imkan Persiya qızılını ələ keçirmək idi. Orduda 
zabitlərin  qarşılıqlı  münasibətlərinə  gəldikdə  onların  hamısı  Parmenionun 
nəzarətində idi. Onun oğlanları Filota hetayrlara, Nikanor isə hipaspistlərə (xüsusi 
seçilmiş təcrübəli döyüşçülərə) komandanlıq edirdi. Qardaşı Asandr isə süvarilərin 
başında  dururdu.  Beləliklə  Parmenion  orduda  çarın  özündən  nüfuzlu  idi. 
Aleksandrın  dostları  çox  cavan  olduqlarından,  yalnız  uşaqlıq  dostu  Qarpala 
ordunun xəzinədarı vəzifəsini vermişdi. 
Ordunun  Aleksandrın  qoşununa  çevrilməsi  sərkərdə  kimi  onun 
qabiliyyətindən asılı olacaqdı. Parmenion bu yürüşdə ona yükə çevrilmişdi. Çünki 
bu təcrübəli adam çox ehtiyatlı və hər şeyi nəzərə alan idi. Aleksandr sərkərdələri 
öz tərəfinə çəkmək üçün onları öz süfrəsinə dəvət etməkdən istifadə etdi. Bu saray 


 
50 
düşərgəsi ordunun müstəqil hissəsi kimi çıxış edirdi. Çar uzun müddət vətənindən 
kənarda olacağını planlaşdırmışdı və böyük imperiyanı idarə etmək üçün köməyinə 
ehtiyacı olanların hamısını özü ilə götürmüşdü. Dəftərxana rəisi Yevmen də daim 
onunla bir yerdə olurdu və bu göstərirdi ki, hökumət indi Pellada deyil, onun saray 
düşərgəsindədir və çar öz hakimiyyətini bütün dünyaya yaymaq istəyir. 
Aleksandr filosoflara xeyirxahlıqla yanaşırdı. Onu çoxlu filosoflar müşayiət 
edirdi,  o,  Aristoteli  də  götürmək  istəyirdi.  Lakin  Aristoteli  Afinada  daha  böyük 
işlər gözlədiyindən o, çara öz qohumu Kallisfeni götürməyi təklif etdi. Lakin çarın 
onun  igidliklərini  şöhrətləndirməsi  ümidləri  özünü  doğrultmadı.  Saray 
ədəbiyyatçılarının  əsərləri  olduqca  zəif  çıxdı.  Aleksandrı  rəssamlar  və 
heykəltəraşlar  da  müşayiət  edirdi.  Aleksandr  ümumiyyətlə  istedadlı  yunanlarla 
ünsiyyətdə olmağı və fikir mübadiləsi etməyi sevirdi. Çar onların hazırcavablığına, 
xoş  söhbət  aparmaq  maneralarına  valeh  idi.  Onların  yaltaqcasına  tərifi  də 
Aleksandra  xoş  gəlirdi,  axı  avtokratiyaya  əsaslanan  böyüklük  çox  vaxt  öz  əksini 
bəzənmiş  qaydada  görmək  istəyir.  Böyük  Aleksandra  da  bu  zəiflik  yad  deyildi. 
Yunanlar  daha  incəliklə  yaltaqlanmağı  bacarırdılar,  onların  hər  biri  özünəməxsus 
qaydada  yaltaqlanırdı.  Daha  kamil  yaşına  çatanda  bütün  dünyaya  qalib  gələn 
Aleksandrın hələ də yaltaqlıqdan xoşu gəlirdi. Böyük sərkərdənin düşərgəsində iki 
müxtəlif  üsluba  məxsus  olan  adamlar  var  idi,  biri  Filippdən  qalan  kobud  üslub, 
digəri isə yunanların təmsil etdiyi mədəni dəstə idi. Əgər yürüşdə iştirak edən ordu 
Filippin  və  Parmenionun  məhsulu  idisə,  saray  düşərgəsini  Aleksandr  özü 
yaratmışdı. 
İyirmi iki yaşlı Aleksandr Asiya torpağına qədəm qoyanda onu intiqam, ellin 
özündən  razılığı,  Asiyaya  və  barbarlara  nifrət  hissləri  idarə  edirdi.  Kifayət  qədər 
gəmisi  olmadığına  görə  o,  dəniz  döyüşlərindən  qaçırdı,  lakin  həlledici  döyüşü 
uzatmaq olmazdı. Çünki çarın pul vəsaiti, demək olar ki, yox idi. Vətənində qalmış 
Antipatrla anası Olimpiadanın əvvəlki kimi bir-birindən xoşu gəlməməsi indi daha 
da  güclənmişdi.  Olimpiada  idarəetməni  öz  əlinə  keçirmək  üçün  öz  məktublarında 
Antipatrı oğlunun gözündən salmaq istəyirdi. Nəhayət, Aleksandr öz çariça anasına 
dövlət  işlərinə  qarışmağı  qadağan  etdi  və  təhqir  olunmuş  Olimpiada  331-ci  ildə 


 
51 
Epirə  köçdü  və  tezliklə  oranın  hökmdarı  oldu.  Aleksandra  gəldikdə,  vətənində 
Antipatrdan başqa heç bir dostu qalmamışdı, onu vətənlə heç nə birləşdirmirdi və 
yola düşəndə yəqin ki, bu devizi qəbul etmişdi: Omnia mea mecum porto – “Hər 
şeyimi özümlə daşıyıram”. 
Makedoniyalılar  335-334-cü  illərin  qışının  sonunda  Hellespont  boğazını 
keçəndə heç bir müqavimətə rast gəlməyəcəklərini bilirdilər. Aleksandr qoşunlara 
vaxtilə  Kserksin  Hellespontdan  keçdiyi  yerdən  üzməyi  əmr  etdi.  Donanma 
Troyadan  azacıq  aralı  olan  limana  yaxınlaşdı.  Aleksandr  sahilə  yaxınlaşanda 
nizəsini atdı və silah Asiya torpağına sancıldı. Sonra o, sahilə tullandı və ilk olaraq 
quru torpağa ayaq basdı.  
İliona  o,  azadlıq  verdi  və  şəhəri  vergidən  azad  etdi.  Şəhəri  parlaq  gələcək 
gözləyirdi.  Aleksandr  Memnona  tabe  olan  əraziləri  qarət  etməyi  qadağan  etdi,  bu 
qadağa  digər  işğal  edilmiş  torpaqlara  da  aid  edildi.  Çünki  onları  artıq  özününkü 
hesab  edirdi.  Sonra  o,  boğazın  Asiya  tərəfində,  Abidos  ətrafındakı  yerdə  onu 
gözləyən  qoşunlarının  yanına  gəldi  və  oradan  şərqə,  pesrlərlə  görüşə  hərəkət 
etdilər. 
Perslər  düşməni  Frigiya  torpağında  qarşılamağı  qət  etmişdilər.  Hərbi 
müşavirələrdə  artıq  müdafiəyə  başçılıq  edən  baş  hərbi  rəis  olmayan  Memnonla 
Persiya  kübarları  arasında  daim  ziddiyyətlər  yaranırdı.  Yunan  öz  sürgünlük 
dövründən  Makedoniya  atlılarının  gözəl  təliminə  və  silahlarına  bələd  idi.  O,  açıq 
döyüşdən  imtina  edirdi  və  iranlıların  əcdadları  olan  sakların  istifadə  etdiyi 
strategiyanı məsləhət görürdü. Bu döyüş metodunu 120 il sonra Roma sərkərdəsi 
Fabi  Kunktator  öz  rəqibi  Hannibala  qarşı  geniş  istifadə  etmişdi  və  iri  döyüşdən 
qaçmağı, düşməni taqətdən salmağı, ona xırda zərbələr vurmağı, ehtiyatlarını məhv 
etməyi  nəzərdə  tuturdu.  Onda  düşmən  təchizatda  çətinliklərlə  üzləşib  qüvvəsini 
itirirdi,  döyüşsüz  geri  çəkilirdi.  Memnon  həm  də  bu  vaxt  donanmadan  istifadə 
etməyi,  müharibəni  adalara,  hətta  qitə  Yunanıstanına  keçirməyi  və  bununla 
Aleksandrı  geri  çəkilməyə  məcbur  etməyi  məsləhət  görürdü.  Bu  təklifində  isə 
Memnon  Hannibalı  öz  vətənində,  Zamada  məğlubiyyətə  uğradan  və  ilk  dəfə 
döyüşü  İtaliya  ərazisindən  Afrikaya  keçirməyi  təkcə  təklif  etməyən,  həm  də 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə