Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   9   10   11   12   13   14   15   16   ...   120

 
37 
qüdrətli  çarının  heykəlini  aparırdılar.  Sonra  saray  əyanları  gedirdi.  Çarın  özü 
vəliəhdin  və  bəyin  arasında  addımlayırdı.  Onu  çar  mühafizəsi  əhatə  etmişdi. 
İzdiham teatra daxil oldu. Filipp qapını keçəndə sevincli şüarlar eşidildi. Bu vaxt 
elə  bil  ki,  ildırım  çaxdı.  Qatilin  paltarının  altında  gizlətdiyi  əyri  qılınc  çarın 
köksünə  sancıldı.  Filipp  ölmüş  kimi  yıxıldı.  Qatil  qaçmaq  istədi,  lakin  büdrədi, 
mühafizəçilər  üstünü  kəsib  onu  öldürdülər.  O,  saray  zabitlərindən  biri  idi.  O, 
Filippin  qiymətli  həyatına  qəsd  etmişdi.  Çarın  şəxsində  böyük  yaradıcı  həlak 
olmuşdu və öz yaratdığını o, başa çatdıra bilməmişdi. Çar onu ehtiras və tale məhv 
edənə  qədər,  bütün  məsələlərdə  həddi  bilirdi.  Lakin  gənc  gözəl  qıza  qarşı  birdən 
oyanan gur məhəbbət və bu dahiyə oğul və vəliəhd kimi Aleksandrı göndərən tale 
elə bil ki, onun qəsdinə durmuşdu. 
Filippin  vəfatı  ilə  yunanların  və  Makedoniyanın  ümumi  gələcəyə  yönəlmiş 
birləşmə  ümidləri  də  öldü.  Bu  ideya  Aleksandrda  nə  tərəfdar,  nə  də  müdafiəçi 
tapdı. Bu adamda heç bir başqa ideya ilə müqayisə edilməyən titanik bir məqsəd 
meydana  gəldi,  elə  bil  ki,  tale,  qismət  onu  bu  məqsəd  üçün  dünyaya    gətirmiş  və 
indi atasının vaxtsız və qəflətən faciəli ölümü ilə onun yolunu kəsən maneələrdən 
təmizləmişdi. Filipp dar cığırla gedirdi, ona isə dünyaya hökmranlıq etmək adlanan 
geniş bir yol lazım idi. Onun vəzifəsi də bu yol kimi geniş idi, o, bütün ölkələri və 
xalqları birləşdirməli idi. 
Rəvayətə görə Filipp Aleksandrın qolları arasında ölmüşdü. Bədbəxt hadisə 
hakimiyyəti  qətiyyətlə  ələ  götürməkdə  ona  mane  olmadı.  O,  başa  düşürdü  ki, 
Fillipin  ən  qüdrətli  yaxın  adamı  olan  Antipatrdan  çox  şey  asılıdır.  Filippin  yeni 
arvadı  da  qız  uşağı  doğmuşdu.  İndi  Filippin  nə  vaxtsa  himayəçisi  olduğu 
Amintanın  III  Perdikkanın  oğlunun  taxt-taca  iddialarından,  hüquqlarından  söhbət 
gedə bilərdi. Lakin Aleksandrın taxt-taca hüququ daha çox idi, çünki ölən çar özü 
onu vəliəhd adlandırmışdı. Antipatr bütün aspektləri nəzərə alaraq kütlə qarşısında 
Aleksandrın  xeyrinə  çıxış  etdi.  Özünə  sədaqətli  olan  döyüşçülərlə  Aleksandr 
şəhərə qayıtdı və tezliklə Makedoniya qoşun yığıncağı gənci çar elan etdi. 
İndi cinayətkarları cəzalandırmaq məsələsini həll etmək lazım idi. O, xalqın 
hiddətindən  istifadə  edib  taxt-taca  təhlükəli  olanların  hamısını  çara  sui-qəsddə 


 
38 
iştirakından  asılı  olmayaraq  məhv  etdi.  Təhqiqat  bu  fikrə  gəldi  ki,  qatil  yeni 
çariçanın  lovğa  himayəçisi  olan  Attaldan  qisas  almaq  istəmişdir,  çünki  Attal 
homoseksualist olduğundan onun ləyaqətini də təhqir etmişdir. Filippi isə ona görə 
öldürmüşdür  ki,  çar  Attalın  məhkəmə  məsuliyyətinə  cəlb  edilməsinə  imkan 
verməmişdir.  Aleksandr  isə  fürsətdən  bütünlüklə  istifadə  etdi.  Sui-qəsdlə  heç  bir 
əlaqəsi olmayan Aminta da aradan götürüldü. Aleksandrın gənc analığına, Attalar 
nəslindən  olan  Kleopatraya  qarşı  da  qəddarlıq  edildi,  gənc  gəlinin  və  onun  körpə 
qızının da aqibəti faciəli oldu. Olimpiada Pellaya qayıtdı və sonrakı ili Aleksandr 
hərbi yürüşünə yollananda körpə Yevropa anasının qucağında öldürüldü, sonra isə 
bədbəxt Kleopatra özünü öldürməyə məcbur edildi. Sonralar Aleksandr anasına bu 
qəddarlığına görə narazılığını bildirdi. Edamlar və qətllər Aleksandrın hakimiyyətə 
gəlməsi  ilə  başlanmışdı  və  onun  qoşunlarının  Persiya  döyüşünə  girməsinə  qədər 
davam  etdi.  O,  öz  qohumları  ilə  haqq-hesab  çürütməkdən  də  çəkinmirdi.  Lakin 
onun  qəzəbinə  daha  çox  Attalid  nəsli  ürcah  oldu.  Aleksandr  demək  olar  ki,  bu 
nəslin kişi cinsindən olan bütün nümayəndələrini məhv etdi. Bu dövlət zərurəti ilə 
izah olunurdu. Atasının dostu Parmenion isə elə o saatca onu tanıdı və Aleksandrın 
tacının dayağına çevrildi. 
Filippin ölümünə gəldikdə rəsmi versiyadan kəskin surətdə fərqlənən versiya 
da  mövcud  idi.  Çoxları  “Epir  cadugər  qadını”  Olimpiadadan  şübhələnirdi.  Bu 
rəsmi versiyadan daha inandırıcı görünürdü. Tarixçilər güman edirlər ki, sui-qəsdin 
təşkilində  Aleksandrın  təqsiri  yoxdur,  onun  belə  qorxaqcasına  yolla  atasına  qəsd 
etməsinə  inanmaq  istəmirlər.  Çariça  Olimpiada  isə  qisas  almaq  üçün  heç  bir 
cinayətdən  çəkinməzdi.  Yeni  çariça  artıq  uşaq  doğmuşdu  və  Filipp  öz  qızına 
məğrur  Yevropa  adını  vermişdi.  Bəs  sonra  oğlan  uşağı  doğulsa  görən  nə  baş 
verəcəkdir?  Oğlunun  taxt-taca  hüququnu  qoruyub  saxlamaq  üçün  Filipp 
öldürülməli  idi.  Vaxt  da  yaxşı  seçilmişdi,  Attal  və  Parmenion  uzaqda,  Kiçik 
Asiyada  idilər.  Bütün  bu  mülahizələr  Olimpiadadan  şübhələnməyə  əsas  verir.  Ən 
azı  bu  qadın  sui-qəsdin  hazırlanmasından  xəbərdar  idi.  Aleksandrı  şübhədən 
uzaqlaşdırmağa bir cəhət də kömək edir ki, sonrakı illərdə də çar öz hərəkətlərini 
heç  kimlə  müzakirə  etməmişdi.  O,  hakimiyyətini  məmurlarla  bölüşdürmək 


 
39 
istəmirdi, hətta imperiyaya daimi paytaxt təsis etməyi də arzu etmirdi. O, dünyanı 
təkbaşına  idarə  etməyə  can  atırdı.  O,  Atlantı  xatırladırdı,  istəyirdi  ki,  mifik 
qəhrəman göy qübbəsini çiyinlərində saxlayan kimi, özü tikdiyi dünya imperiyası 
binası onun çiyinləri üstündə qərar tutsun. Elə deyəsən bu nöqteyi-nəzərdən də o, 
sülalənin  kişi  cinsindən  olan  bütün  nümayəndələrini  aradan  götürməyə  çalışırdı. 
Sonralar  imperiyanı  tək  idarə  etmək  istədiyi  kimi  lap  əvvəldən  də  o,  çar  evinin 
yeganə  kişi  nümayəndəsi  olmağa  can  atırdı.  Onun  hakimiyyətinin  ilk  günlərinin 
qanlı hadisələri də məhz bu istəyindən irəli gəlirdi. Burada onun dəmir iradəsi işə 
düşürdü.  Atasının  ölümündən  sonra  bu  ölkə  və  bu  xalq  dünyaya  ağalıq  etmək 
planlarını həyata keçirmək üçün ona lazım idi. Çar evinə isə onun ehtiyacı yox idi, 
gələcəkdə bəlkə də bu ev onun məqsədlərinə maneə ola bilərdi. Ona ailə və sülalə 
mülahizələri  də  yad  idi,  ona  görə  də  çar  Asiyaya  yürüşü  başlamamışdan  əvvəl 
evlənməkdən  bütünlüklə  imtina  etdi.  Axı  ona  vəliəhd  nəyə  lazımdır?  Öz  “məni” 
üçün  o,  ailəsini  və  sülaləsini  qurban  verməyə  hazır  idi.  Ailədə  yalnız  qadınlar 
qalmışdı.  Bu  qadınlar  da  onunla  hakimiyyət  üstündə  rəqabət  apara  bilməzdilər. 
Aleksandr  təkcə  onlara  aman  verməmişdi,  həm  də  onları  sevirdi,  eyni  vaxtda 
kişiləri  rəhmsiz  qaydada  məhv  edirdi.  O,  anasının  südü  ilə  onun  canına  hopmuş 
əlaqələrdən  və  ənənələrdən  də  azad  olmağa  can  atırdı.  Bu  azadlıq  yeni  dünya 
yaratmaq üçün vacib idi. 
Makedoniya  çarlarının  çoxu  qətllərin,  sui-qəsdlərin  qurbanları  olmuşdu. 
Aleksandr  da  taxt-tacı  belə  sirrli  qətl  nəticəsində  əldə  etmişdi,  baxmayaraq  ki,  o, 
sui-qəsdin  təşəbbüsçüsü  və  iştirakçısı  deyildi.  Lakin  müasir  fransız  zərb-
məsələsində deyildiyi kimi “Kim cinayətdən fayda götürürsə, o da həmin cinayətdə 
günahkardır”. Axı bu qətldən ən çox qazanan da məhz Aleksandr olmuşdu və gənc 
çar  belə  məkrli  və  xəyanətkarcasına  qətllərin  təhlükəsini  heç  vaxt  yaddan 
çıxartmırdı.  Başqalarından  onun  bir  fərqi  də  var  idi,  düşmənlərindən  qorxmurdu, 
əksinə  onları  axtarırdı.  Yalnız  qəsddən  şübhələndikdə  o,  narahat  olurdu,  demək 
olar  ki,  qorxurdu,  özünü  təqib  olunan  qurban  kimi  hiss  edirdi.  Bu  dəlisov 
cəsarətlilik  və  həm  də  təhlükədən  məyusluq  hissləri  onun  davranışını  müəyyən 
edən dualizmdən xəbər verirdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə