Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   6   7   8   9   10   11   12   13   ...   120

 
28 
Lakin  güclü  ehtiraslar  qadını  kimi  Olimpiadaya  artıq  mövcud  hakimiyyət 
kifayət  deyildi.  O,  təkcə  fərasətli  çarın  arvadı  və  qüdrətli  imperiyanın  sadəcə 
çariçası  olmaq  istəmirdi.  Filipp  də  arvadının  şöhrətpərəstliyini  onun  bütün 
miqyasında anlamağa başlamışdı. Çariça yaşa dolduqca onun hakimiyyətpərəstliyi 
və  qisasçılığı  daha  aydın  nəzərə  çarpırdı.  O,  vakxanaliyalarda  allah  Dionisin 
rəfiqəsi rolunda çıxış edirdi. Olimpiada Filippin arvadlarına və uşaqlarına da nifrət 
bəsləyirdi. Filipp ondan uzaqlaşdı və yeni arvad aldı, lakin bu gəlin uşaq doğanda 
öldü.  Olimpiada  qısqanclıqdan  əzab  çəkirdi,  saraydakı  mövqeyini  itirməkdən 
qorxurdu.  Ərinin  məhəbbətini  itirən  Olimpiada  bütün  hisslərini  oğluna  yönəltdi. 
Oğlu yalnız anasını sevməli idi. O, hələ də Makedoniya çariçası olaraq qalırdı. Ona 
Makedoniya  əyanları  da  hörmətlə  yanaşmırdılar  və  ondan  narazılıq  artırdı.  Ona 
görə də o, sarayda qalsa da özünü tam tənhalıqda hiss edirdi. Filipp və Makedoniya 
ilə  onu  yalnız  taxt-tacın  varisi  bağlayırdı.  Oğluna  isə  o,  bütün  qəlbi  ilə  bağlı  idi. 
Lakin  oğlu  ilə  atası  da  fəxr  edirdi.  Olimpiada  vəliəhdə  görə  deyəsən  hər  şeyə 
dözürdü.  Lakin  Filippin  məhəbbət  ehtirası  yenidən  cuşa  gəldikdə  elə  bil  ki,  tufan 
qopdu.  Valideynləri  arasındakı  düşmənçilik  onsuz  da  Aleksandrın  ömrünə  zəhər 
qatırdı və onu təkcə atasından deyil, həm də Makedoniya ilə birləşdirən hər şeydən 
faciəli surətdə uzaqlaşdırırdı. 
Şahzadə  körpəliyində  iki  qadını  tanımışdı,  bunlardan  biri  hökmlü  və  sərt 
Olimpiada – onu sevən anası, digəri isə onun döş dayəsi olan Lanika idi. Axırıncı 
öz gənc qardaşı, Filipp qoşununda atlıların komandiri olan Kliti də özü ilə saraya 
gətirirdi.  Atasını  az-az  gördüyündən,  Aleksandr  dünyaya  anasının  gözləri  ilə 
baxırdı. Çar uşağının tərbiyəsi ilə məşğul olmaq da anasının epirli qohumlarından 
biri olan Leonidə tapşırıldı və o, öz məşhur spartalı qəhrəman adaşını təqlid edərək 
şahzadəni  qədim  spartalıların  ruhunda  tərbiyə  etməyə  cəhd  edirdi.  Leonid  onu 
anasının  himayə  qayğılarından  uzaqlaşdırdı  və  hesab  edirdi  ki,  ən  yaxşı  səhər 
yeməyi  gecə  yürüşü,  şam  yeməyi  isə  -  kasad  səhər  yeməyidir.  O,  vəliəhdin  saray 
əyanlarının  uşaqları  ilə  birlikdə  tərbiyə  olunmasının  tərəfdarı  idi.  Aleksandr 
gələcək  silahdaşları  ilə  uşaqlığında  dostlaşmışdı.  Onların  arasında  hərdənbir 
savaşma  düşürdü  və  Aleksandr  burada  ilk  qələbələrini  qazanırdı.  Aleksandrın 


 
29 
müəllimləri  əsasən  yunanlar  idi.  Onlar  ilk  dəfə  yeniyetməni  fəlsəfi  fikirlə  tanış 
etmişdilər.  Korinfdən  olan  Demarat  isə  ona  sonralar  sevimli  atı  olan  Butsefalı 
bağışlamışdı. Makedoniyalı gənc üçün yaxşı atdan qiymətli hədiyyə ola bilməzdi. 
Elə həmin dövrdə Aleksandr bir perslə tanış olub, onun ölkəsinin cəngavər adətləri 
barədə təsəvvür əldə etmişdi. 
Əlbəttə,  tərbiyədən  heç  də  az  şey  asılı  deyildir,  lakin  əsas  məsələ  uşağın 
özünün  təbiətidir,  onun  nəyə  maraq  göstərməsidir.  Hissiyyatlı,  tez  cuşa  gələn 
Aleksandr heç bir idarəetmə yüyəninə tabe olmaq istəmirdi. Onunla məşğul olmaq 
tərbiyəçilərinə həm asan, həm də çətin idi. Aleksandra əmr etmək istəyənlərə belə 
gəlirdi  ki,  o,  tabe  olmayan,  inadkar  və  cod  bir  uşaqdır.  Ona  xoşluqla  təsir  etmək 
istəyənlər isə onda maraq oyadırdı, onun tabe olmasına nail olurdular, bəzən hətta 
onun məhəbbətini qazanırdılar. Çünki Aleksandr ehtiraslı adam idi, məhəbbətə və 
vurğunluğa meylli idi. Lakin o, həm də nifrət edə bilirdi, etiraz etməyi bacarırdı. 
Onu  asanlıqla  sevindirmək  və  ya  hiddətləndirmək  olardı.  Hər  cür  yumşaqlığı  ilə 
yanaşı onda məğrur ruh var idi, dəmir iradəyə, hətta sarsılmazlığa malik idi. Bəlkə 
də  bu  xüsusiyyətlərini  o,  anasından  əxz  etmişdi.  Kiməsə  qulluq  göstərmək  ona 
bütünlüklə yad idi. Aleksandr pul xərcləməyi sevirdi, lakin onları ağılsızcasına sərf 
etməkdən uzaq idi. O, hədiyyə verməyi sevirdi və dostlarına qarşı çar qaydasında 
bədxərclik edirdi.  
O, müəllimlərindən bilik və təcrübə əldə edirdi, lakin insani keyfiyyətlərinə 
görə onlardan çox-çox yuxarı idi. Onun öz müəllimlərinə iddialarını bildirmək və 
onlara  sual  vermək  kimi  özünəməxsus  xüsusiyyəti  də  var  idi.  Bir  dəfə  müəllimi 
ona  Platonun  ədəd  metafizikasını  izah  edə  bilmirdi.  Aleksandr  müəllimdən  tələb 
etdi  ki,  nədən  söhbət  getdiyini  qısa  şəkildə  ona  başa  salsın.  Müəllim  çıxış  yolu 
tapdı: “Həyatda iki müxtəlif yol olur: çarlar üçün gödək, adi adamlar üçün – uzun. 
Həndəsə isə istisnadır, o hamı üçün ümumi olan yalnız bir yolu göstərir”. Bu çox 
layiqli və uğurlu cavab idi. Aleksandr platonik təlimindəki kifayət qədər aydınlığın 
və  dəqiqliyin  olmadığına  diqqət  yetirməklə,  onun  zəifliyini  müəyyən  etmişdi. 
Şahzadə  təkcə  müəllimlərinə  deyil,  öyrəndiyi  fənnlərə  də  tənqidi  münasibət 
göstərirdi. Müəllim onda həqiqi maraq oyadanda o, bu elmə aludə olurdu. Onun ən 


 
30 
çox  vurğunluq  hədəfi  isə  mifik  əcdadların  igidlikləri,  Homerin  qəhrəmanları  idi. 
Bu  təxəyyül  onu  çox  uzaqlara  aparırdı,  bununla  yanaşı  o,  gerçəkliyi  iti  düşüncə 
tərzi ilə qiymətləndirirdi. Bir dəfə o, Persiya səfirinə Asiyadakı şəhərlər arasındakı 
məsafələr barədə elə suallar verdi ki, elə bil ki, uşaq deyil, çarın özü bu sorğu-sualı 
aparırdı. Hələ uşaqlığında onda gələcək böyük insanın xarakteri özünü göstərməyə 
başlamışdı.  Bir  dəfə  o,  bir  hərbi  mahnını  eşitdiyinə  görə  qılıncını  qapıb  döyüşə 
hazırlaşmışdı. 
Aleksandr  böyüdükcə,  yaşa  dolduqca  Filipp  onda  adi  oğul  məhəbbətinin 
olmadığını daha aydın hiss edirdi. Bu bəlkə də ananın təsiri altında baş vermişdi, 
uşaqlığında  və  gəncliyində  Aleksandr  atasına  daim  anasının  gözü  ilə  baxırdı  və 
Olimpiadadan, onun qısqınclığını və codluğunu götürmüşdü. Elə bu təsirin altında 
gənc yaşında Aleksandr qadın məhəbbətini tanımamışdı. O, atasının uğurlarına da 
sevinmirdi,  onları  açıq  paxıllıqla  izləyirdi.  O,  gələcəkdə  şöhrətdə  atası  ilə 
yarışmağı  arzu  edirdi.  Filipp  şıltaq  oğlunun  etibarını  və  məhəbbətini  qazanmaq 
üçün hər şeyi edirdi. Lakin oğlunun qəlbini fəth etmək ona müyəssər olmadı. 
Oğlunu anasının və onun tərəfində olan müəllimlərinin təsirindən qurtarmaq 
üçün  çar  Aleksandra  ən  tanınmış  müəllim  seçdi.  O,  Lesbos  adasına,  Aristotelə 
dəvət  göndərdi  və  filosofun  razılığını  aldı.  Aristotel  Platonun  şagirdi,  həm  də 
Akademiyanın ən görkəmli filosoflarından biri idi. 347-ci ildə Platonun ölümündən 
sonra onun qohumu məktəbə rəhbərliyi öz üzərinə götürdü. Aristotel Afinanı tərk 
etdi,  üç  ildən  sonra  isə  Lesbos  adasına  gəlib  çıxdı.  Burada  o,  öz  məktəbini 
yaratmaq istəyirdi, lakin bu vaxt Filippin dəvətini aldı. Onun atası vaxtilə Pellada 
çar  Amintanın  sarayında  həkim  işləmişdi.  Filosof  yunan  şəhəri  Stagirdən  olan 
ailədən  çıxmışdı,  bu  şəhər  müharibədə  dağılsa  da,  indi  Makedoniya  çarlığının 
ərazisində  idi.  Başlıcası  isə  Aristotel  Aleksandrda  ellinlərin  gələcək  hegemonunu 
və Avropanın ən güclü hökmdarını görürdü. Ona görə bu dəvətə çox məsuliyyətlə 
yanaşdı.  Lakin  o,  sarayın  işlərinə  qarışmaq  istəmirdi,  yalnız  ona  etibar  edilən 
qiymətli materialla – şahzadə ilə məşğul olacaqdı. 
Aristotelin  bu  vaxt  yaşı  qırxa  yaxın  idi.  O,  şagirdinin  etibarını  qazanmağa 
cəhd etdi,  çox istəyirdi ki, gənc ona formalaşmaqda  olan mütəfəkkir  kimi baxsın. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə