Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   2   3   4   5   6   7   8   9   ...   120

 
16 
ləğv  edilməsini  tələb  etdi,  hansı  ki,  vaxtilə  bu  qanunu  özü  təklif  etmişdi.  O, 
istəyirdi  ki,  varislərinin  olmaması  ucbatından  onun  nəsli  və  adı  bütünlüklə 
kəsilməsin.  Bu  qanuna  görə  həm  atası,  həm  anası  Afina  vətəndaşı  olanlar,  Afina 
vətəndaşları hesab olunurdu. 
Yoluxucu  xəstəlik  Perikli  də  sirayətləndirdi,  lakin  xəstəlik  onda  kəskin 
xarakter  daşımırdı.  Ancaq  onun  xəstəliyi  uzanırdı.  Perikl  ölüm  ayağında  olanda 
onun yanında vətəndaşların ən yaxşıları və sağ qalmış dostları oturmuşdular. Onlar 
strateqin  yüksək  keyfiyyətləri  və  siyasi  qüdrəti  barədə  danışır,  onun 
qəhrəmanlıqlarını  və  götürdüyü  trofeylərin  miqdarını  sadalayırdılar.  Onlar  belə 
söhbət  edəndə  güman  edirdilər  ki,  o,  şüurunu  itirmişdir.  Perikl  isə  onları  diqqətlə 
dinləyirdi  və  bunların  başqa  sərkərdələrə  də  məxsus  olduğunu  bildirib  özünün  ən 
şərəfli və mühüm xidmətini yada saldı: “Heç bir Afina vətəndaşı mənə görə qara 
plaş  geyinməmişdir”.  Başqa  sözlə  onun  əməlinə  görə  heç  kəs  matəm  paltarı 
geyinməyə məcbur olmamışdı. 
Perikl  uzun  müddət  ərzində  belə  yüksək  vəzifəni  tutanda  heç  vaxt  öz 
iradəsini  nə  paxıllığa,  nə  qəzəbə  təslim  etməmişdi  və  heç  kəsə  barışmaz  düşmən 
kimi  baxmamışdı.  Olumsuzluğa  keçdikdən  sonra  afinalılar  Perikl  barədə 
məhəbbətlə  düşünürdü.  Bu  adamda  təvazökarlıq  ləyaqət  hissi  ilə,  böyüklük 
mülayimliklə vəhdətdə idi. Onun gücü dövlət quruluşunun xilas edici dayağı, bu iri 
gəminin xilas lövbəri idi. Ölkənin üzərini ağır bədbəxtliklər alanda o, igid döyüşçü 
kimi  Afina  uğrunda  qəti  mübarizəyə  girişdi,  bu  şəhər-dövlətə  “qızıl  dövrü”  bəxş 
etməklə  tarixin  ən  nəhəng  şəxsiyyətlərindən  biri  olduğunu  təsdiq  etdi.  Perikl 
inkişaf  yoluna  düşmüş  bir  xalqı  idarə  edirdi  və  bu  böyük  vəzifənin  həyata 
keçirilməsində  öz  əzəvolunmazlığını  sübut  edə  bilmişdi.  Perikl  Afinanı  nəhəng 
məbədlərlə və gözəl ictimai binalarla bəzədi. Bir insan kimi böyüklüyünü həm də 
dövlət  xadimi  kimi  əli  təmiz  olmasında  göstərdi.  Elə  bil  ki,  bütün  əməllərində  o, 
özü ilə müqayisə edilmə üçün başqa görkəmli şəxsiyyətlərə də elə bir şans qoymaq 
istəmirmiş. 
 


 
17 
Böyük Aleksandr 
 
Dünyanın və tarixin  ən  böyük sərkərdəsi,  dahi fatehi sayılan Makedoniyalı 
Aleksandr özündən sonra gələn tarixi şəxsiyyətləri elə vurğun etmişdir ki, heç kəs 
özünü onunla müqayisə etmək cəsarətində də olmamışdır. Hannibal onu tarixdəki 
ən  istedadlı  sərkərdə  hesab  etmiş.  Qay  Yuli  Sezar  İspaniyada  Aleksandrın 
heykəlini görəndə ağlamışdır ki, çox tez həyatdan gedən və dünyanı fəth edən bu 
adamla  müqayisədə  hələ  heç  nə  etməmişdir.  İsveç  kralı  XII  Karl  Aleksandr  kimi 
yaşamamağa  heyifsləndikdə,  fatehin  gənc  yaşında  olduğunu  yada  salanlara 
demişdir ki, həmin qısa müddətdə o, dünyanı zəbt edə bilmişdir. Aleksandr ilk dəfə 
müdaxilə etdiyi Persiya monarxiyasının sərhədlərindən uzağa gedərək, qarşısındakı 
bütün  maneələri  dağıtmış,  Afrikada  və  Asiyada  o  vaxta  qədər  avropalının  ayağı 
dəymədiyi ucsuz-bucaqsız torpaqları tutmuşdur. Onun nəhayətsiz iddiaları, strateji 
düşüncələri,  döyüşdə  dəlisov  igidliyi  və  inadkarlığı  min  illər  keçsə  də  adamı 
heyran  etməyə  bilmir.  Lakin  həm  də  o,  ziddiyyətli  şəxsiyyət  olmuşdur,  bəzi 
xüsusiyyətləri isə adamlarda ikrah hissləri doğurur. Bu mürəkkəb insan təbiətində 
olduqca  müxtəlif  keyfiyyətlər  birləşmişdir.  Bu  müxtəliflik  onun  şəxsiyyətinin 
titanik miqyasına uyğun gəlir.  
Makedoniya çarının həyatı və fəaliyyəti o qədər nadir hadisələrlə doludur ki, 
bu  epik  tablonu  təsəvvür  və  dərk  etmək  də  asan  iş  deyildir.  Biz  diqqət  yetirəndə 
onun fikirləri və əməllərində məntiqi əlaqəni, hər bir şəraitə və şərtlərə yalnız ona 
məxsus  olan  reaksiyanı  görürük.  Hər  bir  real  hadisədə  onun  davranış  tərzini 
öyrəndikdə,  bu  adamın  özü  qarşısında  hansı  məqsədlər  və  niyyətlər  qoyduğunu 
görə bilirik. Onun fikir, düşüncə gedişləri də böyük sərkərdə və dövlət xadiminin 
şəxsiyyətini  açmaqda  xeyli  köməklik  göstərir.  Lakin  Aleksandrı  bütünlükdə  dərk 
etmək  olduqca  çətindir,  çünki  o,  özü  nə  siyasi,  nə  mənəvi  sferalarda  şərti  hədləri 
tanımırdı,  bu  çarın  tarixi  fəaliyyəti  də  müddət  etibarilə  qısa  dövrü  əhatə  etsə  də, 
hadisələr  çoxluğuna  və  onların  tarix  və  dünya  üçün  əhəmiyyətinə  görə  onunla 
müqayisəyə yarayan ikinci bir analoq tanımır. O, Böyük Tarixə mənsubdur, qalan 
hər  şey  nisbidir.  Ona  görə  də  bu  təkrarolunmaz  şəxsiyyət  barədə  xırda  ştrixlərdə 


 
18 
tarixə  və  dünyanın  sifətinə  öz  damğasını  vurmuş  fatehin  həyatını  öyrənmək  də 
müəyyən  köməklik  edə  bilər.  Keçmişin  hadisələrinin  təsviri  isə  gələcəyə  ibrət 
məqsədini daşımağa xidmət edir. 
Elladanın  şimali-şərqində  Makedoniya  adlı  bir  ərazi  var  idi  və  burada 
yaşayan  xalq  dünyaya  bütün  dövlətin  ən  böyük  fatehlərindən  biri  olan  Böyük 
Aleksandrı  vermişdir.  Bu  vilayətin  paytaxtı  Egi  şəhəri  iki  dünyanın  –  ellin  və 
barbar  dünyasının  sərhəddində,  Avropa  ilə  Aralıq  dənizinin  arasında  yerləşirdi. 
Makedoniyalılar  bu  dünyaların  hər  ikisinə  aid  idilər.  Dəniz  isə  adamlara  səadət 
verirdi,  onları  öz  nəhayətsizliyinə  çağırırdı,  yaradıcı  insanlarda  enerji  axını 
oyadırdı.  Dəniz  mütləq  gözəllik  və  harmoniya  hissləri  təlqin  edirdi.  Bu,  şəhər 
əhalisinə xas olan ünsiyyətə şərait yaradırdı və Aralıq dənizi şəhər həyat tərzinin 
üstünlüyünü  açaraq  bəşəriyyətə  öz  qiymətli  hədiyyəsi  olan  urbanizmi  verdi. 
Egeidada  çiçəklənən  şəhərlər  meydana  gəldi.  Hər  şey  onlara  kömək  edirdi:  həm 
açıq  məkan,  həm  cazibədar  guşələri  olan  gözəl  peyzajlar.  Bütün  bunlar  birlikdə 
yüksək harmoniya yaradırdı, əməksevərlik və zəriflik, borc və azadlıq, düşüncəlilik 
və  fantaziya,  təbiilik  və  gözəllik  birlikdə  özünü  biruzə  verirdi.  Ellin 
mədəniyyətində  də  biz  sevinc  və  ehtirası,  məhəbbət  və  nifrəti  bir  yerdə  görürük. 
Bu  dövrdə  bütün  yeniliklər  doğulurdu,  görünməmiş  incilər  yaranırdı,  siyasi 
ideyalar  fədakar  igidliklərdə  təcəssüm  olunurdu,  biliklər  elmə  çevrilirdi,  sənət  və 
texnika  inkişaf  edirdi.  Hər  bir  nəsil  özündən  əvvəlkini  mənəvi  zənginlikdə, 
kamillikdə, ağıl və cəldlikdə geridə qoyurdu, insan öz inkişafının pillələri ilə daha 
yuxarıya  qalxırdı.  Bir-birilə  rəqabət  aparan  yunan  şəhər-dövlətləri  və  ya  polisləri 
bu  coşqun  fəaliyyət  və  ehtirasların  baş  alıb  getdiyi  səhnə  rolunu  oynayırdı. 
Ellinlərdə heç vaxt vahid dövlət olmamışdı. 
Makedoniya gəmi qayırmaq üçün ağac materialı verən geniş meşələrə malik 
idi və makedoniyalıların iki limanı var idi. Egeida ellin dünyasını təmsil edirdisə, 
Balkanlar  örtülü  dünyanın,  kənd  şəhərə  qarşı  duran  kimi  barbar  dünyasını  təmsil 
edirdi  və  onların  arasında  ziddiyyətlər  mövcud  idi.  Geridə  qalmış  Balkanlardan 
fərqli  olaraq  Egeida  öz  inkişaf  zirvəsinə  çatmışdı.  Onlar  zaman  və  inkişaf 
dərəcəsinə  görə  bir-birindən  fərqli  idilər.  Bu  iki  dünyanın  arasında  olanlar  daha 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə