Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   2   3   4   5   6   7   8   9   ...   120

 

Döyüş  planlarında  da  ciddi  fərqlər  var  idi.  Spartalılar  Attika  ərazisinə 
girməyi və Afina hoplitlərini aldadıb qala divarlarından kənara çıxarmağı və onları 
həlledici  vuruşda  darmadağın  etməyi  planlaşdırırdılar.  Perikl  isə  müdafiə 
taktikasına  üstünlük  verirdi.  O,  spartalılara  döyüş  ustalığında  uduzan  Afina 
hoplitlərini  şəhərin  divarları  arxasında  yerləşdirməyi  və  spartalıların  sövq  etdiyi 
həlledici  vuruşda  iştirak  etməməyi  planlaşdırırdı.  Başlıca  zərbə  qüvvəsi  yaxşı 
silahlanmış  Afina  donanması  olmalı  idi.  Gəmilərin  göyərtəsində  həm  də  güclü 
hoplit  dəstələri  olmalı  idi.  Donanma  Peloponnesi  dənizdən  mühasirəyə  almalı, 
desant çıxarmaqla düşməni hücum gözləmədiyi yerdə əzməli idi. 
Bütün Peloponnes müharibəsi iki əsas dövrə bölünür: birinci dövr Arxidam 
müharibəsi  adlanırdı  və  431-421-ci  illərdə  getdi.  İkinci  dövr  isə  415-404-cü  illəri 
əhatə  edir.  Birinci  dövr  başlanğıcında  ümumi  orduya  rəhbərlik  edən  Sparta  çarı 
Arxidamın  adı  ilə  adlanmışdı.  Müharibə  spartalıların  müttəfiqi  olan  fivalıların 
Beotiyadakı  kiçik  Plateya  şəhərinə  gözlənilməyən  hücumu  ilə  başlandı.  Sonra 
Arxidamın qoşunları Attika ərazisinə girdi. Bu müharibəni böyük məharətlə təsvir 
edən  Fukidid  yazır  ki,  “afinalılar  tarladan  və  şəhərlərdən  qadın  və  uşaqları 
köçürməyə və digər daşınan əmlakı başqa yerə daşımağa başladılar. Hətta evlərinin 
taxta  hissələrini  məhv  edirdilər,  xırda  buynuzlu  mal-qaranı  və  yük  heyvanlarını 
onlar Evbeyaya və digər yaxın adalara aparırdılar. Peloponneslilər Attikanın kənd 
ərazisini  viranə  qoyurdular,  zəmiləri  yandırırdılar,  meyvə  ağaclarını  və 
üzümlükləri kəsirdilər ki, düşməni aldadıb, həlledici döyüşə çıxara bilsinlər”. 
Hər  iki  cəbhənin  sərkərdələrinin  həyata  və  müharibəyə  baxışında  da  ciddi 
fərqlər  var  idi.  Arxidam  spartalıları  və  onların  müttəfiqlərini  ruhlandırmaq  üçün 
onlara müraciətində demişdi: “...hər bir dövlətin rəhbər və döyüşçüsü daim özünə 
təhlükə gözləməyə borcludur. Müharibənin gedişi naməlumdur və əsasən hücumlar 
qəflətən  və  hissin  coşqunluğunda  edilir.  Çox  vaxt  az  sayda,  lakin  ehtiyatlı  olan 
qoşun  daha  çox  saylı  düşməni  uğurla  geri  oturdur,  çünki  bu  düşmən  özünə 
güvəndiyindən döyüşə hazırlaşmamışdı. Müharibədə həmişə ruhən cəsarətli olmaq, 
işdə isə ehtiyatlı olmaq lazımdır. Bu vaxt düşmən üzərinə də daha ruh yüksəkliyi 
ilə hücum etmək olar və bu həmlə təhlükəsiz olacaqdır. Biz isə müdafiəsi olmayan 


 

dövlətin üzərinə deyil, müharibəyə gözəl və hərtərəfli hazırlaşmış dövlətin üstünə 
gedirik.  Gəlin  möhkəm  əmin  olaq  ki,  afinalılar  bizimlə  döyüşə  çıxacaqlar... 
Mübarizə öz nəticəsi ilə sizin əcdadlarınıza və sizin özünüzə ən böyük şöhrət və ya 
biabırçılıq gətirəcəkdir... Hər şeydən yaxşı və hər şeydən təhlükəsiz onda olur ki, o 
vaxt kişilər çox, onlarda qayda isə bir olur”. 
Perikl isə şəhərin müdafiəsini gücləndirməyi vətəndaşlardan xahiş edirdi. O, 
spartalıların  qasidlərini  və  elçilərini  qəbul  etməkdən  imtina  etdi  və  bunu  onunla 
əsaslandırdı  ki,  artıq  onlar  Afinaya  yürüşü  başlamışlar.  O,  Sparta  çarı  Arxidamla 
dost  olduğunu  da  gizlətmirdi  və  bildirirdi  ki,  bundan  dövlətə  heç  bir  ziyan 
dəyməyəcəkdir.  O,  adamları  cəsarətli  olmağa  çağırırdı.  Bir  qayda  olaraq  Perikl 
adamlara  təlqin  etmək  istəyirdi  ki,  müharibədə  üstünlük  afinalıların  tərəfində 
olacaqdır.   
Bu  müharibəyə  qədər  afinalılar  uzun  müddət  bir-birlərindən  ayrı,  öz 
tarlalarında yaşamışdılar. Ona görə də onlara bütün  evləri  ilə birlikdə yaşadıqları 
yerdən    köçmək  çətin  idi,  həm  də  Persiya  müharibələrindən  sonra  onlar  burada 
yenidən  məskunlaşmışdılar.  Afinaya  gəlib  çatanda  olduqca  az  adamın  yerləşməsi 
üçün  bina  tapıldı,  bəziləri  öz  dostlarının  və  qohumlarının  evində  sığınacaq  tapdı. 
Əksəriyyət  isə  açıq  düzənliklərdə,  allahların  və  qəhrəmanların  müqəddəs 
yerlərində  məskunlaşdılar.  Yalnız  müharibə  adamları  belə  yaşamağa  məcbur 
etmişdi. Afinalılar isə elə bu vaxt müharibəyə hazırlaşırdılar. 
Perikl  hadisələrin  belə  inkişafını  əvvəlcədən  görmüşdü,  bu  onun  üçün 
gözlənilməz  hal  deyildi.  Əhalinin  böyük  əksəriyyəti  Afinanın  möhkəm  divarları 
arxasında  gizlədilmişdi.  Bu  divarlar  spartalılar  üçün  dəf  edilməz  idi,  çünki 
spartalılar 
qalaların 
mühasirəsi 
təcrübəsinə 
malik 
deyildi, 
Afina 
möhkəmləndirilmiş rayonu onlar üçün basılmaz bastion idi. Pirey limanı vasitəsilə 
Afina əhalisi öz müttəfiqlərindən ərzaq və sursat alırdı, zəif Pelopannes donanması 
buna mane ola bilmirdi. Lakin Attika torpaqlarının viran qoyulmasından kəndlilər 
əziyyət çəkirdilər, Afinanın ticarət-sənətkarlar dairələrindən ibarət olan əsas əhalisi 
isə  bu  hadisələrə  sakit  yanaşırdı.  Bir  ay  Attikada  qaldıqdan  sonra  Arxidam  öz 
qoşunu  ilə  Peloponnesə  qayıtdı.  427-ci  ilə  qədər  olan  sonrakı  illərdə  spartalılar 


 

müntəzəm  olaraq  Attikanı  viranə  qoyurdular  ki,  bununla  Afina  hoplitlərini 
hiddətləndirsinlər ki, onları aldadıb şəhər divarlarının müdafiəsindən çıxarsınlar və 
açıq  döyüşdə  darmadağın  etsinlər.  Spartalılar  bu  məqsədlərinə  çata  bilmədilər, 
lakin  onlar  Attikaya  təsərrüfat  cəhətdən  böyük  ziyan  vurdular.  Xüsusən  meyvə 
bağlarına və üzümlüklərə böyük ziyan dəydi, çünki onların bərpası uzun illər tələb 
edəcəkdi. 
Attikanın  xarabazara  çevrilməsi  Periklin  hərbi  planında  əvvəlcədən  nəzərə 
alınırdısa,  430-cu  ildə  qəflətən  baş  vermiş  qorxulu  epidemiya  –  səpmə  yatalaq 
(bəzi  tarixçilər  xəstəliyin  taun  olduğunu  hesab  edirlər)  afinalıların  bütün  strateji 
hesablamalarını alt-üst etdi.  Perikl və digər  Afina rəhbərləri  güman etmirdilər  ki, 
Attikadan  gələn  nəhəng  sayda  qaçqınların,  dar,  tozlu,  su  ilə  kifayət  qədər  təchiz 
edilməmiş şəhərdə toplaşması dəhşətli xəstəlik əmələ gətirə bilər. Xəstəlik 429-cu 
ildə  Periklin  özünün  də  həyatına  qəsd  etməklə,  onun  ölümündən  üç  il  sonra  da 
müəyyən  fasilələrlə  davam  etdi  və  bütün  əhalinin  dörddə  birinə  qədərini  qəbirə 
göndərdi.  Həlak  olanların  arasında  4400  hoplit  və  300  süvari  var  idi.  Epidemiya 
Afina üçün ciddi nəticələrə səbəb oldu, bu həm hərbi, həm də  mənəvi  sahəyə  aid 
idi.  Orduda  və  donanmada,  cəmiyyətdə  mənəvi  şərait  yüksək  olmadığından 
hazırlanmış planları təxirə salmaq lazım gəldi. Afina demokratiyasının rəhbəri olan 
Perikl onun qüdrətinin möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü, lakin 
artıq bu xidmətlər nəzərə alınmırdı və o, kəskin tənqidə məruz qaldı, hətta 430-cu 
ildə strateq vəzifəsinə seçilmədi, üstəlik böyük məbləğdə cərimə edildi. Tezliklə o, 
özü epidemiyanın qurbanı oldu. Plutarx yazır ki, “xəstəlik vətəndaşların bədəninə 
və  ruhuna  zərərli  təsir  göstərdi,  onlar  Periklin  üstünə  hiddətləndilər.  Xəstəlikdən 
dəli  olan  adamlar  həkimi,  ya  da  atasını  təhqir  edən  kimi,  afinalılar  Periklə  onun 
düşmənlərinin təhriki ilə pis münasibət göstərməyə başladılar. Onun düşmənləri isə 
deyirdilər  ki,  xəstəliyi  şəhərdə  kənd  əhalisinin  toplaşması  əmələ  gətirmişdir.  Yay 
dövründə  çoxları  bir  yerdə  komalarda  və  dar  tövlələrdə  yaşamağa  məcbur 
olmuşdular”.  Sparta  Afinanın  ağır  vəziyyətindən  istifadə  edib,  Afina  dəniz 
ittifaqını parçalamağa cəhd etdi, bir sıra şəhərləri bu ittifaqdan çıxmağa təhrik etdi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə