Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə120/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   112   113   114   115   116   117   118   119   120

 
359 
seçdi, Rona vadisi ilə gedən yol isə asan olmaqla uzun idi. Onun qayıtması xəbəri 
Parisdə  martın  5-nə  qədər,  Vyanada  isə  7-nə  qədər  məlum  deyildi.  Heç  kəs 
əhvalatın  belə  mühüm  əhəmiyyətli  olması  ilə  razılaşmırdı.  Bu  birdən  baş  verdi, 
lakin  bir  ovuc  adamın  XVIII  Luinin  ordusuna  uğurlu  qaydada  qarşı  duracağına 
inanılası  deyildi.  Buna  baxmayaraq,  hər  şey  onun  xeyrinə  davam  edirdi:  heyrət, 
populyar  hərarətli  münasibət,  göstərişlərinin  yavaş-yavaş  verilməsi,  onun 
nitqlərindən  qalxan  emosiyalar.  Kral  öz  müdafiəsini  Lionda  təşkil  etməyə  cəhd 
etdi, lakin qoşunlar özünü orada nümayiş etdirməsinə baxmayaraq, bir tüfəng atəşi 
də  açılmadan  o,  şəhərə  girdi.  Qrenoblda  ona  qarşı  göndərilən  qarnizon  onu 
gördükdən  və  çıxışını  dinlədikdən  sonra  onun  tərəfinə  keçdi.  “Uzurpatoru  dəmir 
qəfəsdə  gətirməyi”  vəd  edən  Ney  Şaloda  ona  qoşuldu.  O,  keçdiyi  yolun  üstündə 
ruh yüksəkliyini qaldırırdı və hər yerdə görünməmiş alqışlarla qarşılanırdı. 
Parisdə, Tyulri sarayında bu  əhvalatlar ümumi qaydada “hər kəs özü üçün” 
prinsipinə  tabe  edildi.  XVIII  Lui  19  mart  gecəsi  qaçdı.  Panika  elə  güclü  idi  ki, 
onlar  hətta  Prussiya  və  Rusiya  əleyhinə  imzaladıqları  gizli  sazişi  də  yaddan 
çıxarmışdılar. Martın 20-də Napoleon Parisə daxil oldu. 
Napoleonun birinci vəzifəsi ordunu yığmaq oldu, çünki onun ümid etdiyinin 
əksinə  olaraq  müttəfiq  dövlətlər  onun  sülh  barədəki  təkliflərini  rədd  etdilər  və 
martın  13-də  onu  “qanundan  kənar”  elan  etdilər.  Bir  tərəfdən  əsgər  toplamaq 
barədə  tələsik  dekretin  elan  olunması  xalqın  entuziazmını  qaldırmaq  üçün  kifayət 
idi, buna onun çox ehtiyacı var idi. Digər tərəfdən o, ümid edirdi ki, konstitusiyanı 
demokratik qaydada modifikasiya etdikdə, onlar bunu bəyənəcəklər. Bu iş plebistit 
vasitəsilə  həyata  keçiriləcəkdi.  Əslində  bu  sənəd  XVIII  Luinin  vəd  etdiyi 
konstitusiyadan  azacıq  fərqlənirdi  və  müqayisəli  qaydada  az  adam  referendumda 
iştirak etdi. Bu yolla ictimai rəy 1 iyun 1815-ci ildə imperatora sədaqət andı içdi. 
Yeni  müharibənin  zəruri  olduğu  fakt  səviyyəsinə  gəldikdə  xalqın  rəğbəti 
nəzərə  çarpan  dərəcədə  azaldı  və  silahlanma  çağırışı  gözlənilən  nəticəni  vermədi. 
Bir  sıra  əyalətlər  heç  cavab  vermədilər.  1815-ci  ildə  artıq  bütün  Avropa  birləşib 
Napoleona qarşı hücuma keçmişdi. Onun generallarının çoxu Napoleonun tezliklə 


 
360 
darmadağın olunmasını istəyirdi, belə əhval-ruhiyyədə isə heç bir qələbədən söhbət 
gedə bilməzdi. 
Buna  baxmayaraq,  mövcud  təlim  görmüş  ordu  ona  dərin  məftunluq  hiss 
edirdi,  onun  da  çox  hissəsi  XVIII  Luinin  yeni  rejimi  tərəfindən  tərksilah  edilmiş 
adamlar idi. Myurat özü də Napoleona qoşuldu, lakin o, o qədər də tələsik hərəkət 
etmirdi.  Neapoldan  o,  Roma,  Florensiya  və  Bolonyanı  tutduqdan  sonra 
yarımadanın  şimalına  yollandı,  lakin  mayın  3-də  Tolentinoda  məğlub  edildi, 
Fransada sığınacaq axtardı. Beləliklə, Napoleonu ikinci cəbhə imkanından məhrum 
etdi  və  bu  ərazilər  avstriyalılar  tərəfindən  işğal  edildi.  Napoleonun  yeganə  ümidi 
öz  əfsanəvi  sürətli  manevr  etməsindən  istifadə  etməsi  idi,  bu  ona  qarşı  Blyüxerin 
və Vellinqtonun təşkil etdiyi proseslərdə onların ordularını məğlub etməyə imkan 
verərdi.  Vellinqton  öz  qüvvələrini  Qentdən  başlayıb  Mona  qədər  uzanan  cəbhədə 
yerləşdirmişdi. Blyüxer isə Şarluadan Lyejə qədər olan Me vadisinə nəzarət edirdi. 
Əks  qüvvələrin  cəmləşməsinin  qarşısını  almaq  üçün  Napoleon  12  iyunda  Parisi 
tərk etdi ki, öz ordusuna qoşulsun və onu düşmənin  Mon və Şarlua arasında olan 
mövqelərini  ağuşunda  sıxmağa  aparsın.  O,  müttəfiqləri  heyrətə  gətirən  sürətlə 
hərəkət edirdi. Fransızlar 15 iyunda Şarluanı işğal etdilər. 
16-da Vellinqton və Blyüxer Liqnidə görüşdülər, burada Prussiya ordusunun 
bir  hissəsi  toplanmışdı  və  onlar  ehtiyac  yarandıqda  bir-birinə  qarşılıqlı  kömək 
edəcəklərini  vəd  etdilər.  Vellinqton  sonra  öz  qoşunlarını  Kater-Brada  yenidən 
birləşdirdi.  Günorta  hücumlar  iki  nöqtədən  eyni  vaxtda  başladı.  Fransızlar 
Napoleonun  əmri  əsasında  prussiyalıları  Liqnidə  məğlub  edirdilər,  bu  vaxt  Ney 
böyük  çətinliklə  ingilis-holland  qüvvələrini  öz  müttəfiqlərinin  köməyinə 
tələsməsinin qarşısını alırdı və onları Kater-Brada dayandırdı.  
Sabahısı  günü  Vellinqton  Brüsselə  tərəf  daha  da  şimala  çəkildi.  Blyüxer 
prussiyalıları Vavrda yenidən qruplaşdırırdı. Marşal Qruşi 30 min adamın başında 
və  süvari  dəstəsinin  bir  hissəsi  ilə  prussiyalıları  təqib  etməyə  göndərilmişdi.  O, 
onların Vellinqtonla birləşməsinin hər cür cəhdinin qarşısını almalı idi. Vellinqton 
isə, Ney Napoleona qoşulduqdan sonra axırıncı ilə vuruşacaqdı. 


 
361 
17-sinin  axşamı  güclü  tufan  zəifləyəndə  Napoleon  və  Vellinqton  Vaterloo 
yaxınlığında görüşdülər. Britaniya ordusu Mon-Sen-Jan təpəsində mövqe tutmuşdu 
və  fransızlar  düzənlikdə  yerləşmişdilər.  Bu  vaxt  Blyüxer  generallar  Byulovun  və 
Tielmanın  komandanlığı  altında  əlavə  qüvvə  köməyi  aldı  və  Vellinqton  dedi  ki, 
mümkün  qədər  tezliklə  ona  qoşulacaqdır.  Qruşi  isə  baş  verənlər  barədə  tam  və 
dəqiq  məlumat  göndərmirdi  və  sonrakı  günü  o,  Vavra  tərəf  öz  izləməsini  davam 
etdirirdi,  baxmayaraq  ki,  Prussiya  ordusunun  başlıca  hissəsi  artıq  Brüsselə  tərəf 
irəliləyirdi  (bu  həm  də  Vaterlooya  tərəf  idi).  17-nin  gecəsi  ərzində  Napoleon 
sabahısı günü Mon-Sen-Jana hücum etməyi qərara aldı. Bu bazar günü, 18 iyunda 
səhər  saat  9-da  baş  verməli  idi.  Torpaq  yağan  yağışdan  islanmışdı,  ona  görə  də 
hücumu bir saat geri çəkmək lazım gəldi. 
Saat  11-də  Neyin  komandanlığı  altında  fransızlar  şotlandlara  və  ingilis 
qoşunlarına  qarşı  birinci  həmləni  başladılar.  Onlar  təpəni  müdafiə  edirdilər  və 
artilleriya ilə hücum edənlərin cərgəsini seyrəldirdilər. Fransızlar günortaya qədər 
həmlələrini  davam  etdirdilər,  lakin  Britaniya  piyadaları  tərəfindən  hər  dəfə  geri 
oturdulurdular.  Hər  iki  tərəf  ağır  itkilər  verirdi.  Vellinqton  Blyüxeri  gözləyirdi, 
onun  müdaxiləsi  həlledici  əhəmiyyət  kəsb  edəcəkdi.  Sonra  fon  Byulovun 
komandanlığı  altındakı  ilk  kontingentin  şərqdən  irəlilədiyi  göründükdə  Napoleon 
Lobanı  onlara  mane  olmağa  göndərdi  və  Qruşi  ilə  nə  baş  verməsi  məlum  oldu. 
Axırıncı  döyüş  səsini  eşitsə  də,  Vavr  tərəfə  hərəkətini  davam  etdirirdi  və  yolun 
üstündə  prussiyalıların  dəstəsi  tərəfindən  zərbəyə  məruz  qalsa  da,  daha  çox  əmin 
olmuşdu  ki,  Blyüxerin  başçılığı  altındakı  Prussiya  qoşunlarının  dəstəsi  hələ  də 
şəhərdədir.  O,  günorta  şəhərə  gəlib  çıxanda  heç  kəsi  tapmadı  və  orada  özünə 
mövqe tutdu, daha nə etməli olduğunu bilmirdi. Nə olursa olsun, artıq çox gec idi! 
Lobanın  müdaxiləsi  Byulovun  tam  müəyyən  qədər  saxlamaq  üçün  uğurlu 
oldu,  axşam  saat  7-ə  yaxın  Neyin  və  Kellermanın  başçılığı  altında  təkrar  olunan 
hücumlar  Britaniyanın  müqavimətini  qırmağa  müvəffəq  oldu.  Fon  Byulov  isə 
Lobana  qalib  gəldi.  Digər  Prussiya  kontingenti  general  Tsietsenin  komandanlığı 
altında özünü odun içinə atmaq üçün gəlib çıxdı. Napoleon qvardiyasını işə saldı, 
lakin bu faydasız idi. İmperator qvardiyasının komandanı general Kambron bu vaxt 


 
362 
demişdi ki, “Qvardiya ölür, lakin təslim olmur”.  Blyüxer Vellinqtonun gözlədiyi 
vaxtdan  azacıq  sonra  gəlib  çıxdı,  lakin  bu  olduqca  yaxşı  vaxt  idi.  Fransız  ordusu 
darmadağın  oldu.  Bir  çox  birləşmələrin  igidlik  göstərməsinə  baxmayaraq,  ordu 
detsimatsiya  edilmiş  və  dağıdılmışdı.  Napoleonu  az  qala  ingilis  snayperi 
öldürmüşdü. Onu xilas edən Vellinqton olmuşdu. Onun üçün qaçmaqdan başqa bir 
yol qalmırdı. O, öz qaçan ordusunun daşqını ilə birlikdə əvvəlcə at belində, sonra 
isə  karetada  Sambra  qaçdı.  Bu  vaxt  Vellinqton  və  Blyüxer  la  Bell-Alyans 
yaxınlığındakı  qələbə  çölündə  bir-birini  təbrik  edirdi.  Dəmir  hersoq  buna  öz 
lakonik  icmalını  verdi:  “Napoleon  şərəf  çevrilişini  aldı.  İndi  təkcə  onu  tutmaq 
qalır” (“Napoleon has received the coup de grace! İt only remains to catch him!”). 
İmperator taqətdən düşmüş halda iyunun 21-də axşam saat 8-də Parisə gəlib çatdı.  
Nümayəndələr  Palatası  tezcənə  toplaşıb  onu  istefaya  getməyə  çağırdı, 
baxmayaraq  ki,  xalq  hələ  də  “Vive  l`Empereur!”-  “Yaşasın  imperator!”  deyə 
qışqırırdı və müdaxiləçilərə silahlı müqavimət göstərməyi tələb edirdi. 
Blyüxerin  qoşunları  nisbətən  az  döyüş  təcrübəsinə  malik  idi,  onlar 
Vellinqtonun  arxasınca  Parisə  yürüş  etdilər.  22-si  ilə  25  iyun  arasında  Avstriya, 
Bavariya və Vittemberq orduları qayıdıb Fransaya girdilər. 
22  iyunda  Napoleon  ikinci  dəfə  Roma  kralı  olan  oğlunun  xeyrinə  istefaya 
göndərildi. Ona öz xidmətlərini təklif etməyə qayıdan Fuşe heç bir maneə olmadan 
Burbonlarla onun əlaqəsinin istənilən yolu ilə bu qərarın qəbul edilməsi üçün çox 
iş gördü. Napoleon əvvəlcə yeni ümumi səfərbərlik haqqında düşünürdü ki, yaxşı 
sonluq naminə müharibəni davam etdirsin. Lakin iki daha aydın düşünən və uzağı 
görən  adam  –  onun  məsləhətçiləri  Fuşe  və  Taleyran  ona  çox  loyal  olmasalar  da, 
onu bütünlüklə istefaya getməyə inandırdılar.  
XVIII  Lui  Vellinqtonun  ardınca  yenidən  Parisə  daxil  oldu.  O,  bununla 
iğtişaşlardan  və  anarxiyadan  qaçmaq  istəyirdi.  Bunun  nəticəsi  isə  Blyüxerin 
planının  həyata  keçməsi  ola  bilərdi  –  Napoleon  əsir  götürülüb,  güllələnərdi.  29 
iyunda  imperator  bir  daha  Malmizonda  oldu.  Fuşe  onu  Roşfora  qaçmağa  sövq 
edirdi,  burada  o,  Birləşmiş  Ştatlara  gedən  freqata  otura  bilərdi.  3  iyulda  fransız 
ordusu qeyd-şərtsiz təslim oldu və Luaranın arxasına çəkildi. 


 
363 
İyulun  7-də  müttəfiqlər  Parisə  daxil  oldu,  sabahısı  günü  palataların  razılığı 
ilə  XVIII  Lui  taxt-taca  qalxdı.  Sonra  bu  Palatalar  çətinliklə  özlərinin 
buraxıldıqlarını elan etdilər. 
Yüz  günün  effekti,  –  Napoleonun  Elbadan  dönüşündən  sonrakı  hakimiyyət 
epizodu  belə  adlanırdı,  -  inqilab  və  təcavüz  qorxusunu  yenidən  təzələmişdi. 
Napoleon  Vaterloo  döyüşünü  udmuş  olsaydı  böyük  ehtimalla  ona  qarşı  duran 
müttəfiqləri  məğlub  edərdi.  Onun  qayıdışı  qalib  dövlətləri  daha  sıx  birləşdirdi. 
Britaniya, Rusiya, Avstriya və Prussiya 1815-ci ilin yanvarında bir-birinə qarşı az 
qala  müharibə  vəziyyətində  idisə,  yenidən  qüvvələri  birləşdirdilər  və  həmin  ilin 
noyabrında  artıq  onlar  Dördtərəfli  Şamon  Alyansını  təntənəli  qaydada  yenidən 
təsbit  etdilər  ki,  Bonapart  bir  daha  Fransanı  idarə  edə  bilməsin.  Həm  də 
Napoleonun  taleyində  bədbəxtliklər  dönüşü  başlanmışdı,  ona  inam  düşündüyü 
kimi  o  qədər  də  əzəmətli  deyildi.  Orduya  son  çağırışlarının  birində  planlaşdıran 
300 min əvəzinə 63 min əsgər yığıldı. İmperatorun nüfuzu tamam düşmüşdü. 
Napoleon  Roşfora  3  iyulda  gəldi,  lakin  o,  çox  gözləməli  olmadı,  limanın 
britaniyalılar tərəfindən mühasirəyə alındığını gördü. Hər şeydən çox o, Britaniya 
dəniz  qüvvələri  başçılarından  mühafizə  sənədi  xahiş  etdi.  İyulun  7-də  o,  Fuşedən 
məlumat  aldı.  Fuşe  ona  yoluna  davam  etməyi,  təhlükəsizlik  naminə  “Sal” 
freqatının göyərtəsində üzməyi xahiş edirdi. 
10-da  Napoleon  bu  vaxta  qədər  ona  loyal  olan  Savarini  və  Las  Kaz  ingilis 
gəmisi  “Bellerefont”un  göyərtəsinə  göndərdi  ki,  kapitan  Meytlenddən  özü  barədə 
mühafizə sənədi alsın. Meytlend admiral Hothamdan məsləhət istədi və 14 iyulda 
Napoleona çatdırıldı ki, o, İngiltərəyə təhlükəsiz getmək üçün ona qarantiya verir. 
Lakin  ingilis  torpağına  qədəm  qoyanda,  onunla  necə  davranılacağı  barədə  yolda 
ona heç bir vəd verilmədi. 
15-də Napoleon “Bellerefont” gəmisinə mindi, bu gəmi Torbeyə gedirdi və 
bura  24  iyulda  çatdı,  buradan  isə  Plimuta  yola  düşdü.  İyulun  31-də  ona  rəsmi 
qaydada  onun  gələcəyi  barədə  nə  planlaşdırıldığı  deyildi.  Ona  çatan  şayiələrin 
əksinə  olaraq  gəmidə  üzən  vaxtı  o,  bu  barədə  düşünməkdən  imtina  edirdi.  Onun 
kiçik Müqəddəs Yelena adasında yaşaması qərara alınmışdı. O, etiraz etdi, lakin 7 


 
364 
avqustda  “Nortumberlend”  gəmisində  həmin  adaya  aparıldı  və  iki  ay  yarımdan 
sonra o, üfüqdə öz sürgün yerinin konturlarını gördü.  
Onun yaxın silahdaşlarının aqibəti imperatorunkundan daha faciəli idi. 1804-
cü ildən Fransa marşalı olan Napoleonun bacısının əri, görkəmli süvari sərkərdəsi 
İoaxim  Myurat  2-3  may  1815-ci  ildəki  Tolentino  döyüşündə  Avstriya  ordusu 
tərəfindən  məğlub  edilmiş,  əsir  götürülərək  edam  edilmişdi.  Digər  marşal  Mişel 
Ney  imperatorun  həmyaşıdı  idi,  o,  Austerlits,  Yena  qələbələrinin  fəal 
təşkilatçılarından  biri  olmaqla  Rusiyaya  yürüşdə  xüsusi  igidlik  göstərmişdi.  “100 
gün” biabırçılıqla başa çatdıqdan sonra Ney Burbonlar tərəfindən güllələndi.  
Müqəddəs  Yelena  adası  ekvatordan  cənubda  Afrika  ilə  Cənubi  Amerikanın 
arasında  yerləşirdi.  Perimetri  35  kilometr  olan  bu  adada  5  min  adam  yaşayırdı. 
Əsas  məskunlaşdırılan  yer  Ceymstaun  idi.  Napoleonun  iqamətgahı  Klonqvudda 
idi,  burada  Britaniya  hökumətinin  xərci  hesabına  onu  əhatə  edən  sədaqətli 
ardıcılları  yaşayırdı,  onların  arasında  Las  Kaz  və  onun  oğlu,  general  Qurqod  və 
onun şəxsi həkimi doktor O`Mera var idi. Bertran və onun arvadı və ev nökərləri 
kiçik birləşdirilmiş evdə yaşayırdılar. Birlikdə onlar 51 adam idi. 
İmperator  öz  taleyini  qubernator  Hadson  Lounun  gəlişinə  qədər  sakitliklə 
qəbul  edirdi,  baxmayaraq  ki,  adanın  rütubətli  və  sağlam  olmayan  iqlimindən 
yaranan  rahatsızlıqdan  əziyyət  çəkirdi  və  siçovulların  və  həşəratların  dözülməz, 
daimi mövcudluğu sakinləri cana doydururdu. Onların bir-birindən xoşu gəlmirdi 
və  bu,  onun  bütün  ümidlərini  mülayim  modus  vivendi  ilə  razılaşmasına  gətirib 
çıxarırdı. Bu dəqiq məlumdur ki, Lou Napoleonun burada qalmasını bir qədər xoş 
etmək üçün heç bir cəhd göstərməmişdi. Sədaqətli silahdaşı Las Kaza diqtə etdiyi 
“Memorial”ında Napoleon onu bir işgəncə verən kimi təsvir edir. Adada keçirdiyi 
altı il müddətində Napoleon həyatın özünə marağını itirdi və hər kiçik söz-söhbət 
onun  üçün  dözülməz  idi.  O,  baş  ağrısından,  dizenteriyadan,  qusmaqdan,  baş 
gicəllənməsindən, çox güman ki, mədə xərçəngindən əziyyət çəkirdi. Sonra bütün 
bunların davamı kimi 1820-ci ildə o, naşı həkim Antommarçinin əlinə düşdü. Bu 
həkimi  ona  onun  dayısı,  kardinal  Fess  zəmanət  vermişdi.  Məşhur  xəstəsinin 


 
365 
əzablarını yüngülləşdirmək istiqamətindəki onun cəhdləri fayda vermirdi. 1821-ci 
ilin ilk aylarında o, öz sonunun çatdığını hiss etdi və öz vəsiyyətini hazırladı. 
Aprelin 26-da o, o qədər xəstə idi ki, ilk dəfə olaraq etiraz etmədən həkimin 
müdaxiləsini  qəbul  etdi.  3  mayda  o,  priçastiye  edilməsini  xahiş  etdi.  Napoleon 
1821-ci il mayın 5-də axşam saat 5
49
-da 52 yaşında “...ordunun başında” sözlərini 
mızıldayaraq  öldü.  Həyatdan  tarixin  ən  şərəfli  sərkərdələrindən  biri  getdi, 
Şatabrianın  sözləri  ilə  deyilsə,  dünyada  ən  böyük  nəfəs  susdu.  Onu  adada  dəfn 
etdilər,  baş  daşında  heç  yazı  da  yox  idi.  Özü  isə  vəsiyyət  etmişdi  onu  Sena 
sahilində, çox sevdiyi Fransada dəfn etsinlər. 
5  dekabr  1840-cı  ildə  Napoleonun  cəsədini  Müqəddəs  Yelena  adasından 
gətirib, Parisdəki Əlillər evində dəfn etdilər. Napoleon həmin gün öz evinə qayıtdı. 
Napoleonun  obrazını  intellektuallar  arasında  deyil,  xalq  arasında  axtarmaq 
lazımdır. Xalq onu daha böyük sayırdı. Fransızlar həm də mənəvi bir dərs aldılar. 
Onun əməlləri ağlasığmaz qaydada böyük idi. Napoleonun təsiri ilə Avropanın bir 
çox ölkələrində dövlət quruluşunda böyük dəyişikliklər baş verdi. 
Bəs  Napoleon  ailəsinin  taleyi  necə  oldu?  Onun  ən  çox  sevdiyi  qadın  olan 
Jozefina  ərindən  boşandıqdan  sonra  uzun  müddət  yaşaya  bilmədi  və  1815-ci  ildə 
elə  əri  hələ  sağ  ikən  həyatdan  getdi.  Jozefina  ərinə  sədaqətsizlik  göstərsə  də,  onu 
daim qızğın məhəbbətlə sevmiş, nikahın pozulmasını ağır faciə kimi qarşılamışdı. 
Napoleonun Mariya-Luizadan olan qanuni oğlu Jozef Fransua Şarl Bonapart atası 
Müqəddəs  Yelena  adasında  sürgünə  yollananda  4  yaşlı  uşaq  idi.  Lakin  artıq 
imperator  ilk  dəfə  taxt-tacdan  düşürüldükdə  o,  anası  ilə  birlikdə  babası  Avstriya 
imperatoru  I  Fransın  sarayında  yaşamışdı.  Napoleonun  istəklərinə  baxmayaraq 
Mariya-Luiza  nə  Elbada,  nə  də  sonrakı  100  gün  müddətində  onunla  görüşmək 
istəməmişdi.  Onların  oğlu  yeddi  yaşlı  uşaq  olarkən  Reyxştadt  hersoqu  tituluna 
layiq görülmüşdü. Lakin atasından fərqli olaraq həyatda heç nə ilə fərqlənməmiş, 
çox gənc, 21 yaşında dünyadan köçmüşdür. Mariya-Luiza isə oğlunun ölümündən 
də  15  il  sonra  vəfat  etmiş,  ərindən  bir  qədər  çox  yaşamış,  56  yaşında  həyatdan 
getmişdir. 


 
366 
Napoleonun  Mariya  Valevskayadan  olan  oğlu  Aleksandr  Florian  Jozef 
Kolona  Valevski  əvvəllər  fransız  ordusunda  xidmət  etmiş,  sonra  Florensiyada  və 
Neapolda  Fransanın  elçisi,  İspaniyada  və  Böyük  Britaniyada  səfir  olmuşdur. 
Ömrünün nisbətən orta dövründə o, xeyli müddət senator və deputat olmuş, 1855-
ci  ildə  Fransanın  xarici  işlər  naziri  təyin  edilmiş,  beş  il  bu  vəzifəni  icra  etdikdən 
sonra qanunverici orqanın prezidenti olmuşdur. Napoleonun bu qanunsuz oğlu da 
58 yaşında vəfat etmişdir. Napoleonun anası Mariya Letitsiya Romalino uzun ömür 
sürmüş,  məşhur  oğlunun  vəfatından  15  il  sonra,  86  yaşında  ölmüşdür.  O,  cavan 
yaşında dünyadan gedən əri Karlo Bonapartdan 51 il artıq ömür sürmüşdür. 
Napoleonun  böyük  qardaşı  Jozef  də  elə  həmin  dövrdə  hərbi  və  siyasi 
fəaliyyətlə  məşğul  olmuş,  imperiya  dövründə  əvvəlcə  Neapol  kralı,  sonrakı  altı  il 
ərzində isə İspaniya kralı olmuşdur. O, Napoleon devrildikdən sonra 17 il ərzində 
Birləşmiş Ştatlarda yaşamış, 1844-cü ildə 76 yaşında vəfat etmişdir. 
Napoleonun  kiçik  qardaşı  Lüsyen  500-lər  Şurasının  sədri  olanda  onun 
hakimiyyəti  ələ  keçirməsinə  köməklik  göstərmiş,  nikah  barədə  onun  iradəsi 
əleyhinə  getdiyinə  görə  sürgün  edilmiş,  Birləşmiş  Ştatlara  yollanarkən  1810-cu 
ildə ingilislər tərəfindən əsir götürülmüş, İngiltərədə dustaq kimi saxlanmış, 1814-
cü  ildə  Kanino  printsi  titulunu  almışdır.  Onun  11  uşağı  olmuşdur  və  1840-cı  ildə 
65 yaşında vəfat etmişdir. 
Napoleonun bacısı Mariya Anna, o, həm də Eliza adlanırdı, Toskana böyük 
hersoginiyası titulunu almış, məşhur qardaşından bir il əvvəl, 43 yaşında ölmüşdür. 
İmperatorun  qardaşı  Lui  1802-ci  ildə  Jozefinanın  qızı  Hortenziya  de 
Boharneyə  evlənmiş,  general  rütbəsi  almış,  Parisin  qubernatoru  olmuşdur. 
Napoleon tərəfindən Hollandiyanın kralı edilmiş, 1810-cu ildə devrilmişdir. Onun 
üçüncü  oğlu  Şarl-Lui  Napoleon  III  Napoleon  adı  altında  Fransanın  imperatoru 
olmuşdur. Lui 1846-cı ildə vəfat etmişdir. 
Napoleonun digər bacısı Mariya Poletta, o, həm də Polin adlanırdı, ilk dəfə 
Şarl  Leklerkə,  sonra  isə  prints  Kamillo  Borqezeyə  ərə  getmiş,  Quastilya 
hersoginiyası olmuşdur. 


 
367 
İmperatorun  digər  bacısı  Mariya  Annonsiad,  sonralar  Karolina 
adlandırılmışdır,  1800-cü  ildə  marşal  Joaxim  Myurata  ərə  getmiş,  onun  xeyrinə 
intriqalar aparmış, Neapol kraliçası olmuş, 1815-ci ildən Triestdə Komtala Lipona 
adı altında yaşamışdır. 
Napoleonun  ən  kiçik  qardaşı  Jerom  1803-cü  ildə  Haitidə  ekspedisiyada 
olarkən  britaniyalılardan  qaçaraq  Birləşmiş  Ştatlarda  sığınacaq  tapmış, 
Baltimordan  olan  Elizabet  Pattersona  evlənmiş,  bu  nikah  Fransa  dövlət  şurası 
tərəfindən  ləğv  edildikdən  sonra  o,  Vyurtemberq  printsessasına  evlənmiş, 
Napoleon  tərəfindən  Vestfaliya  kralı  elan  edilmişdir.  İmperatorun  istefasından 
sonra  Florensiyada  məskunlaşmış,  33  il  sonra  Fransaya  qayıtmış,  Fransa  marşalı 
rütbəsi almış, senatın sədri olmuşdur. O, ahıl yaşda 1860-cı ildə vəfat etmişdir. 
Napoleon  Müqəddəs  Yelena  adasında  dəfn  edilmişdir.  1840-cı  ildə  onun 
cəsədinin qalıqları vətəndaş kral adlanan Lui-Filippin bilavasitə göstərişi ilə vətəni 
Fransaya  gətirilmiş  və  Parisdə  Əlillər  evində  yenidən  dəfn  edilmişdir. 
Napoleondan  maddi  abidələr  kimi  Parisdəki  indiki  De  Qoll  meydanındakı  Zəfər 
Tağı və Əlillər evindəki sərdabəsi qalır. Onun ən böyük mənəvi irsi isə dünyanın 
müxtəlif  dövlətlərinin  konstitusiyalarında  öz  əksini  tapmış  Mülki  Kodeksində 
qalır. 
Napoleon adi ölçülərə sığmayan böyük şəxsiyyətdir və hətta onun qüsurları, 
ən  acı  məğlubiyyəti  belə  böyüklüyünü,  şərəfini  kiçildə  bilmir.  Napoleon  zirvəsi 
bəşər  tarixində  Avropanın  Alpdakı  ən  uca  zirvəsi  olan  Monblandan  da  yüksək 
görünür. İllər, yüz illər keçsə də Napoleon şərəfinin göz qamaşdıran parıltısı bir an 
da olsun öz cazibədarlığını itirmir.  
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə