Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə119/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   112   113   114   115   116   117   118   119   120

 
356 
1814-cü ildə şəhərdə olan qaliblər tərəfindən verilən icazə əsasında senat yığıldı və 
sonrakı  gün  Napoleonun  devrildiyini  elan  etdi.  O,  Fontenbloda  idi,  buraya  31 
martda  Sen-Dizyedən  gəlmişdi.  Parisin  mühasirəyə  alındığını  eşitdikdə  o,  geriyə 
qayıtmaq istədi. Marmonun və Mortyenin başçılığı altında olan ordu korpuslarına 
yenidən qoşularaq o, Parisə hücum etməyi qərara aldı. Onun gümanına görə o, yeni 
qoşunlarla  hücum  edəcək  və  əhali  ona  dəstək  verəcəkdi.  4  apreldə  yola  düşməyə 
əmr  vermək  istəyən  vaxt  o,  öz  marşallarının  onun  yanına  gəldiyini  gördü.  Onlar 
Napoleondan  istefaya    getməyi  xahiş  etdilər.  Nəticədə  o,  onların  arqumentləri  ilə 
razılaşdı.  Ney,  Makdonald,  Kolenkor  və  Marmon  istefa  aktını  Parisdə 
məskunlaşmış çara bildirməyə getdilər. 
Taleyran  onu  inandırdı  ki,  Fransa  tərəfindən  qoyulmuş  problemlərin  nəticə 
etibarilə  həll  edilməsi,  Burbonları  taxt-taca  yenidən  bərpa  etmək  imkanı  ilə 
mümkün  ola  bilər.  Aleksandr  təslim  olanların  bu  nöqteyi-nəzəri  ilə  məsələyə  son 
qoydu. Əslində Napoleon öz oğlu, Romanın kiçik kralının xeyrinə istefa vermişdi. 
Çar sənədin məzmunundan hali olanda, hər şey yenə sual şəklində qaldı. Taleyran 
öz  rəyində  möhkəm  qalırdı:  müttəfiqlər  XVIII  Lui  ilə  rəsmi  saziş  bağladılar. 
Aleksandr razılaşmalı oldu və bildirdi ki, Napoleon taxt-tacdan həm özü, həm də 
ailəsinin  bütün  üzvləri  üçün  əl  çəkməlidir.  Bunun  müqabilində  onun  özünə  2 
milyon frank məbləğində illik pensiya, Mariya-Luizaya 1 milyon frank veriləcəkdi, 
o,  həmçinin  Parma,  Piasentsa  və  Quastiliya  hersoginiyası  titulunu  alacaqdı. 
Napoleon  yalnız  Elba  knyazlığını  alacaqdı  və  həmçinin  imperator  titulunu 
saxlayacaqdı. 
Napoleon bir həftə tərəddüd etdi, özünü zəhərləməyə cəhd etdi, xilas edildi 
və  13  aprel  1814-cü  ildə  bütün  təkliflərlə  razılaşdığını  imzası  ilə  bildirdi.  20-də 
Fontenblo qəsrindəki sarayında o, qvardiya ilə vidalaşdı və sürgünə yollandı. 28-də 
o,  Frejyuda  Britaniya  gəmisi  “Undaunted”ə  oturub,  21  topun  yaylım  atəşi  ilə 
salamlandı. Mayın 4-də o, Elba adasında sahilə çıxdı. 
XVIII Lui mayın 3-də Parisə təşrif buyurdu. Onun uzun müddət İngiltərədə 
qalması, onu konstitusiya hökuməti sisteminin faydalılığına möhkəm inandırmışdı.  


 
357 
Kralın  14  iyunda  verdiyi  Xartiya  ən  sədaqətli  ardıcıllarını  ondan 
uzaqlaşdırdı, çünki bu sənəd mülkiyyətin, malların və daşınmaz əmlakın, torpaq və 
tikililərin yeni sahiblərinin hüquqlarını təsdiq edirdi. Bu sadalanan mülkiyyətlər isə 
əvvəlcə İnqilab tərəfindən müsadirə edilmiş, sonra isə onlara Napoleon tərəfindən 
təminat  verilmişdi.  Xartiya  liberalları  da  narazı  salmışdı.  Çünki  “Kral 
konsepsiyası” xalq suverenliyi prinsipini əvəz etmişdi, elə bil ki, ümumiyyətlə heç 
vaxt inqilab baş verməmişdi. 
Birinci bərpadan sonrakı bir neçə ay ərzində Fransada tezliklə hər bir adamın 
şikayətlənməsinə  səbəb  var  idi.  Üstəlik  Fransa  özünün  1792-ci  il  sərhədlərinə 
çəkildikdən  sonra  eks-Napoleon  imperiyasının  dövlətləri  üzərinə  qoyulmuş  yeni 
status  onların  əhalisini  razı  salmamışdı  və  onların  azadlıq  və  istiqlaliyyət 
uğrundakı  istəkləri  boş  çıxmışdı.  Az  müddətdə  İspaniyanı,  İtaliya  və  Almaniyanı 
iğtişaşlar bürüdü. 
Avropadakı  siyasi  yenidən  qurulma  Yeddinci  Koalisiyanın  hökmdarları 
tərəfindən  qərara  alınmışdı,  onlar  1814-cü  ilin  sentyabrı  ilə  1815-ci  ilin  iyunu 
arasındakı müddətdə bir yerə yığışdılar. Konqressin əsas hərəkətvericisi imperator 
II  Frantsın  naziri  olan  prints  Metternix  idi.  Həm  də  burada  Avropa 
diplomatiyasının Taleyran və Vellinqton kimi ən görkəmli nümayəndələri var idi. 
Vellinqton  İspaniyadakı  kampaniyasını  da  parlaq  qaydada  başa  vurmuşdu. 
Konqressdə  həmçinin  ən  xırdaları  daxil  olmaqla  bütün  Avropa  dövlətlərinin 
hökmdarları  və  səlahiyyətli  nümayəndələri  iştirak  edirdi.  Hələ  1814-cü  ilin 
yanvarında materikə gələn İngiltərə xarici işlər naziri Robert Kaslrinin iştirakı ilə 
Rusiya,  Prussiya  ilə  Böyük  Britaniya  birlikdə  Şamon  müqaviləsini  imzalamağa 
yığışdılar.  Hər  bir  dövlət  Fransaya  qarşı  Dördtərəfli  Alyansa  özünü  20  illik 
müddətinə bağladı. Martda imzalanmış bu müqavilədən üç həftə sonra müttəfiqlər 
Parisə daxil oldular və 4 apreldə Napoleon Fontenbloda taxt-tacdan əl çəkdi. 
Müzakirələr üç başlıca məsələlər üzrə razılığa gəldi. Bunlar: Legitimasi (irs) 
prinsipi  idi,  bu  prinsipə  görə  monarxlar  İnqilab  və  Napoleon  avantyuraları 
dövründə  itirilmiş  ərazilərə  yenidən  sahib  olacaqdı;  Millətçilik  prinsipi  idi  və  bu 
prinsip  bütünlüklə  yeni  idi;  Dövlətlərin  tarazlığı  prinsipi  idi  ki,  sonuncunu 


 
358 
Taleyran təklif etmişdi ki, məğlub olan Fransayla digər Avropa dövlətləri ilə olan 
səviyyədə  davranılmasına  təminat  verilməsi  məqsədini  güdürdü.  Bu  müəyyən 
qeydlə ilk olaraq qəbul edildi, lakin hər dəfə ona etiraz ediləndə iki digər prinsipə 
Taleyran əks çıxırdı və beləliklə, o, öz yolu ilə getməkdə davam edirdi.  
İki mübahisə doğuran cəhət var idi – Saksoniyanın taleyi, bunu Prussiya irəli 
sürmüşdü və Varşava Böyük Hersoqluğunun taleyi. Sonuncuya gəldikdə Rusiya və 
Avstriya  özlərinə  birləşdirmək  istədikləri  ərazilərin  bölünməsi  məsələsi  ilə  razı 
deyildi. Tezliklə iki blok formalaşdı: bir tərəfdə Prussiya və Rusiya, digər tərəfdə 
isə  Avstriya,  Britaniya  və  Fransa  dururdu.  Bu  nöqteyi-nəzərdən  gərginlik  artaraq 
ilk dəfə idi ki, situasiyanın silahlı münaqişəyə keçməsi kimi meydana çıxırdı. Buna 
baxmayaraq  diplomatiya  nəhayət  hər  şeyi  öz  üzərinə  götürdü  və  onlar  fevralın 
sonuna razılaşmaya gəldilər. 
Napoleonun  1  mart  1815-ci  ildə  Kannda,  Juan  buxtasında  sahilə  çıxması 
xəbəri aydın səmada ildırım çaxması təsirini bağışladı. Elə bu vaxt onlar öyrəndilər 
ki,  Parisə  doğru  irəliləyişində  qoşunlar  ona  qoşulurlar.  XVIII  Lui  öz  qardaşını 
cənuba,  Napoleona  qarşı  göndərdi.  Hələ  1815-ci  ilin  fevralında  imperator  özünü 
taleyinə  etibar  edərək,  Fransaya  qayıtmağı  qərar  alanda  o,  Avropanın  hər 
tərəfindən  gələn  məlumatlara  əsaslanırdı.  O,  dövlətlər  arasındakı  gərginlikdən 
faydalanmağa ümid edirdi, lakin hətta o, öz planını həyata keçirəndə situasiya artıq 
çox  əlverişli  idi.  O,  ümid  edirdi  ki,  onun  cəhdi  əleyhdarları  arasında  narazılıq 
toxumu səpəcəkdir. Əks tərəfdən bu radikal düşmənçilik effekti yaradacaqdı. Digər 
tərəfdən, onun qayıtması xəbərinə ictimai rəyin reaksiyası barədə o, səhv etmirdi. 
Onun Elba adasında qalması buna görə imperatorluqdan getməsinin kifayət 
qədər  cazibəli  olduğunu  sübut  etmədi.  Avropadakı  hadisələr  onun  düşüncələrinin 
mərkəzində idi. 
26  fevral  1815-ci  ildə  Napoleon  700  adamla  birlikdə  “L`inconstant” 
gəmisinin  göyərtəsinə  çıxdı.  Gəmini  beş  qayıq  müşayiət  edirdi.  Britaniya  hərb 
gəmilərindən yaxasını qurtarmaq üçün o, martın 1-də günorta Kann yaxınlığındakı 
Juan buxtasında sahilə çıxdı. Sahilə ayaq basdıqdan sonra sabahısı gün o, özünün 
Parisə  yürüşünü  başladı.  O,  düz  və  sürətli  səfər  üçün  uca  dağlardan  keçən  yolu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə