Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə112/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   108   109   110   111   112   113   114   115   ...   120

 
335 
 Gözlənilməyən  məğlubiyyət  həmin  andaca  Napoleon  üçün  həlledici 
əhəmiyyət  kəsb  etməklə,  beynəlxalq  vəziyyəti  dəyişdi.  İspaniya  Burbonlarına  və 
Portuqaliya Braqantsaslarına dəyən taleyin zərbəsi hamını hiddətləndirmişdi, daha 
vacibi  ondan  ibarət  idi  ki,  Vyana  sarayını  təşvişə  salmışdı.  İspan  xalqının 
müqaviməti  Napoleon  mifinə  vurulan  ilk  zərbə  idi  və  bu  Avropaya  təzə  ümid 
verdi. 
Napoleon  çətin  seçim  qarşısında  qaldı:  əgər  o,  İspaniyada  üsyanı  yatırmaq 
üçün  və  ingilisləri  Portuqaliyadan  qovmaq  üçün  Böyük  Ordu  ilə  öz  yolunu 
yarımadaya  salsaydı,  öz  arxasını  Avstriya  və  Prussiyanın  hücumundan  qoruya 
bilməzdi.  Avstriya  artıq  səfərbərlik  etmişdi,  lakin  bu  an  təmiz  müdafiə  məqsədilə 
yanaşı Habsburqlar öz talelərini İspaniya və Portuqaliya kimi bitirmək istəmirdilər. 
Tilzit  müqaviləsindən  sonra  I  Aleksandra  təklif  edildi  ki,  Napoleonun  şərqdəki 
mənafelərini  qorusun,  lakin  o,  çarın  vədlərinə  o  qədər  də  inanmırdı.  Buna 
baxmayaraq, Napoleon təklif etdi ki, əvvəlki razılaşmaları möhkəmləndirmək üçün 
onlar  yenidən  görüşə  bilərlər.  Seçilmiş  yer  Tyurinqiyadakı  Erfurt  idi.  Danışıqlar 
1808-ci  ilin  27  sentyabrından  14  oktyabra  qədər  davam  etdi.  Bu  iki  imperatorun 
hər  biri  Avropanın  hər  tərəfindən  gəlmiş  hökmdarların  və  yüksək  kübarların 
qarşısında  digəri  ilə  nəzakətlə  davranmaq  və  bütöv  razılaşma  göstərmək  üçün 
istənilən  imkandan  istifadə  edirdi.  Müzakirələrin  özü  çox  çətin  gedirdi.  Napoleon 
çarı  Avstriyaya  ultimatum  göndərməyə  inandıra  bilmədi  və  o,  ittifaqın 
möhkəmlənməsinə  görə  məmnun  olmalı  idi.  Onların  hər  ikisi  Osmanlı 
imperiyasının məsələsinin həllinin sonrakı vaxta saxlanması ilə razılaşdı. Lakin çar 
Moldaviyanı, Valaxiya və Finlandiyanı işğal etmək üçün Napoleonun razılığını ala 
bildi. 
Taleyran çarın nümayiş etdirdiyi möhkəm münasibəti qətiyyən bəyənmirdi. 
Baxmayaraq ki, o, artıq xarici işlər naziri deyildi, ancaq müşavir kimi Napoleonu 
müşayiət  edirdi.  Əslində  onun  ideyaları  imperatorun  düşmənlərininki  ilə  üst-üstə 
düşürdü. O, Avropanın xeyrinə Napoleonun yüksəlməsini tormozlamağa çalışırdı. 
Onun  gələcək  uğuruna  Rusiya-Avstriya  ittifaqı  maneə  rolunu  oynaya  bilərdi. 
Bunun  üçün  Taleyran  çara,  Napoleonun  onun  bacısı  Böyük  Hersoginiya  Annaya 


 
336 
evlənməsi  ilə  onunla  əlaqəsini  daha  sıx  etmək  niyyətinə  görə  bir  qədər  ehtiyatlı 
olmağı məsləhət gördü. Hər gecə eks-yepiskop gizli olaraq çarın yanına gəlirdi ki, 
onunla beynəlxalq vəziyyəti müzakirə etsin. 
Xəyanət  mühitində  danışıqlar  öz  sonuna  yaxınlaşırdı.  Yeni  saziş  oktyabrın 
12-də imzalandı. Napoleon əmin idi ki, o, heç bir narahatçılıq olmadan İspaniyaya 
müdaxilə etmək iqtidarındadır. Çar lazım gəldikdə Avstriyaya qayğı göstərəcəkdi. 
Hər  iki  imperatorun  fikri  sonrakı  görüş  vədi  barədə  ayrıldı  və  Napoleon  Parisə 
qayıtdıqda  yeni  müharibənin  labüdlüyünü  elan  etməli  idi.  Bu  Jozef  krallığının 
taleyi  üçün  edilməli  idi.  Bu,  çətinliksiz  başa  gəlmirdi.  İctimai  rəy  müharibədən 
doymuşdu,  heç  kəs  real  qaydada  münaqişənin  əhəmiyyətini  başa  düşmürdü. 
Napoleon  bu  fikirdə  idi  ki,  İspaniyada  Fransa  hakimiyyətinin  yenidən  qurulması 
onun  anti-Britaniya  siyasəti  üçün  vacibdir.  Bundan  əl  çəkmək  britaniyalılara 
Amerikada  Portuqaliya  və  İspaniya  koloniyalarının  istehsal  etdiklərinin  hamısını 
götürməyə  imkan  verərdi.  Böyük  Ordunun  böyük  hissəsi  imperatoru  İberiya 
yarımadasında müşayiət edirdi və onun qardaşı Jozefin yığdığı qoşunlara birləşdi. 
O, İspaniyaya 19 oktyabrda gəldi və əməliyyatlara rəhbərlik etdi. “İspan üsyançı” 
qoşunlar  məğlub  edildi.  Dekabrın  4-də  Napoleon  Madridə  daxil  oldu,  o,  şəhərin 
qarət edilməsinin qarşısını aldı və İspaniya üçün yeni konstitusiyanı elan etdi. Bu 
sənəddə feodal imtiyazlar, inkvizisiya və adətlər maneələri ləğv edildi. 
Portuqaliyadan  gələn  Britaniya  təhlükəsi  tezliklə  konkret  formada  yenidən 
meydana çıxdı. Ser Con Moorun yeni komandanlığı altında 20 min nəfərlik ordu 
Burqosa yürüş etmək üçün Salamankanı tərk etdi. 
Öz adəti üzrə olduğu kimi Napoleon təhlükə ilə o saatca üz-üzə gəlməyə can 
atdı. O, öz yolunu Quadaramma dağına tərəf saldı, qış olmasına baxmayaraq dağı 
aşıb keçdi ki, Moor qoşunlarının arxasına çıxsın, bununla səkkiz il əvvəl Alpı aşıb 
keçərkən  etdiyi  manevri  təkrar  edirdi.  Moor  onun  gəlməsini  eşidib  öz  ordusunu 
Korunnaya  tərəf  apardı  və  Britaniya  donanması  ilə  birləşmək  üçün  Napoleondan 
qaçmağa cəhd göstərdi. Napoleon onu 1809-cu ilin yanvarının ilk günündə tələyə 
salmağa yaxın idi. Lakin qəflətən onun təqibini kəsməyə məcbur oldu. O, Parisdən 
xəbərlər  aldı  ki,  Fuşe  və  Taleyran  onu  devirmək  üçün  qəsd  düzəltmişlər. 


 
337 
Avstriyalılar  isə  bu  vaxt  fəal  qaydada  müharibəyə  hazırlaşırdılar.  İngilis 
qoşunlarının böyük hissəsi gəmilərin göyərtəsində təhlükəli vəziyyətdə olana qədər 
o,  britaniyalılara  hücum  etmədi.  Moor  öz  axırıncı  döyüşçülərini  gəmilərə 
yükləyəndə,  son  işlərini  görəndə  öldürüldü.  İlk  dəfə  idi  ki,  imperiya  ordusu  açıq 
qələbə qazana bilmədi. 
Napoleon Parisi güclü təbliğatın qurbanı kimi gördü. Royalist və yakobinçi 
qəsdlər,  imperial  sarayın  ağuşundakı  dönüklər  və  çətin  sakitləşdirilən  vəziyyətdə 
olan  xalqın  yorğunluğu.  Napoleonun  qəzəbi  əvvəlcə  Taleyranın  üzərinə  töküldü. 
O, hökumətin iki səhvə görə məsuliyyətini açıqca elan etmişdi və bu ən böyük əks-
səda doğurmuşdu: bu səhvlərdən biri d`Engiyen hersoqunun edam edilməsi, digəri 
isə  İspaniyada  müharibənin  başlanması  idi.  Yanvarın  26-da  Taleyran  Böyük 
Xəzinədar vəzifəsindən azad olundu, lakin ona qarşı heç nə  olmamış  kimi tez-tez 
saraya  gəlirdi  və  Napoleona  qarşı  qəsd  təşkil  etməyini  davam  etdirirdi.  Onun  ilk 
cəhdi Avstriyanı Fransa əleyhinə silahlanmaq xəttini aparmağa təhrik etmək oldu. 
Avstriya  imperatoru  hələ  müharibənin  arzu  olunan  olduğuna  inanmamışdı, 
lakin  onun  naziri  Metternix  nəhayət  onun  əlinə  öz  intiqamını  almaq  üçün  imkan 
düşdüyünü  qət  etdi.  Böyük  Ordu  İspaniyada  idi,  hər  şeydən  əlavə  Napoleonu  öz 
ölkəsinin  uzun  müddət  dəstəkləyəcəyi  hiss  olunmurdu.  Napoleon  Avstriya 
ordusunun  buraxılmasını  tələb  etsə  də,  uğur  qazanmamışdı.  O,  çarın  nə 
düşündüyünü xahiş etmişdi. Lakin heç bir kifayətləndirici nəticəyə nail olmamışdı. 
Sonra  o,  bütün  imperiyanı  silahlanmağa  çağırmışdı,  Fransadan  100  min, 
İspaniyadan  iki  diviziya,  Reyn  konfederasiyasından  100  min  alman  əsgəri 
qaldırmışdı,  üstəlik  yüz  min  fransız  və  italyan  İtaliyaya  girmək  üçün  hazır 
vəziyyətdə idi. 
Aprelin  9-da  ershersoq  avstriyalı  Lüdovik  təşəbbüsü  ələ  götürdü  və 
Bavariyaya müdaxilə etməklə düşmənçiliyi başladı. Aprelin 13-də Napoleon Parisi 
tərk etdi, dörd gün sonra Dunay üzərindəki Donauvorstdəki baş qərargahına gəldi. 
19-da və 20-də Abensberqdə və Landştatda iki az əhəmiyyətli toqquşma baş verdi. 
Həlledici  döyüş  22  apreldə  Ekmühldə  oldu,  burada  Napoleon  və  general  Davu 
birgə  manevr  edərək  Karl  Lüdovikin  xəttini  dağıtdı  və  Avstriya  qoşun  dəstələri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə