Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə109/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   105   106   107   108   109   110   111   112   ...   120

 
326 
üzləşmişdi. Polyak diplomatları imperatorun öz həmyerliləri olan gənc qadınla bu 
sevgi  macərasına  rəğbətlə  yanaşırdılar,  çünki  onlar  ümid  edirdilər  ki,  bu  uzun 
müddət  gözlədikləri  müstəqilliyi,  “azadlıq  verən”dən  daha  asanlıqla  əldə  etməyə 
kömək  edəcəkdir.  Varşava  sevincli  günləri  qısa  müddətli  oldu.  Marşal  Lefebrə 
Dantsiqi  tutmaq  əmri  verildi,  lakin  Rusiya  komandanı  Beniqsen  80  min  adamla 
Vistulanı  keçərək  onu  gözləyirdi  və  o,  döyüş  təklif  etdi.  Napoleon  həlledici 
toqquşmanın  anı  gəlib  çıxdığını  qət  etdi.  Qoşunların  canlı  qüvvəyə  görə  sayca 
xeyli az olmasına baxmayaraq (Ney və Davunun komandanlıq etdiyi dəstələrin ona 
köməyə  gələcəyini  də  hesaba  almaqla)  8  fevral  1807-ci  ildə  Eylau  yaxınlığında 
hücuma  keçdi.  Bu  qırğın  idi.  Bütün  gün  ərzində  ruslar  Myuratın  süvariləri 
qarşısında dayanmışdılar və inadkarcasına öz sıralarını təzədən qururdular. Rusiya 
artilleriyası fransız artilleriyasına nisbətən üstünlüyünü sübut etdi, çünki gözlənilən 
kömək  gəlib çıxmamışdı. Davu rusların Prussiya  müttəfiqini haqq-hesab verməyə 
dəvət  edildi.  Axşama  yaxın  ruslar  öz  mövqelərini  verməyə  başladılar,  lakin  hələ 
tam məğlub olmamışdılar. Benniqsen hətta çara qələbə raportunu göndərdi və çar 
bunu Sankt-Peterburqda bayram etdi. 
Eylau Napoleonun qələbələri siyahısına daxil edilməlidir, təkcə ona görə ki, 
ruslar  tərəfində  ölənlərin  sayı  fransızların  itkilərindən  xeyli  çox  idi.  Lakin 
Napoleon  qət  etdi  ki,  buna  bənzər  digər  toqquşma  münaqişənin  nəticəsini  ciddi 
surətdə bərabərləşdirə bilər. Düşmən öz ordusunu asanlıqla yenidən qaldıra bilərdi. 
Öz bazalarından aralanması və iqlimin sərtliyi isə fransızlara daha böyük çətinlik 
yarada  bilərdi,  gənc  əsgərlər  hələ  veteranların  döyüş  standartında  deyildi. 
Napoleon Parisdəki dövlət çevrilişi risqindən də qaça bilməzdi, ona görə də o, sülh 
təklif etdi, lakin ruslar və prussiyalılar bu təklifi rədd etdilər. Fransızlar tərəfindən 
Dantsinqin  alınmasına  görə  onlar  peşimançılıq  çəkirdi  və  polyaklar,  Napoleon 
kampaniyasının başlanmasını gözləyəndə, 26 mayda gəlib çıxdılar. Həlledici döyüş 
bütünlüklə məğlub edilən düşməni qalibin mərhəmətinə təslim edəcəkdi. 14 iyunda 
Köniqsberqi  tutmağa  hazırlaşan  Benniqsen  Fridland  yaxınlığında  Lannenin 
komandanlığı  altında  olan  korpusla  döyüşə  girdi.  Rusiya  generalı  asan  qələbə 
çalacağına  inanırdı  və  bu  məsələdə  canlı  qüvvəsinin  böyük  üstünlüyünə 


 
327 
arxalanırdı.  Lanne  öz  strateji  mövqeyindən  məharətlə  istifadə  etdi,  günorta  başa 
çatana  qədər  rusları  saxladı,  bu  vaxt  gəlib  çıxan  digər  üç  ordu  korpusu  düşməni 
mühasirəyə  aldı  və  onları  başıpozuq  qaydada  Alle  çayına  tərəf  qovdu.  Ruslardan 
25  min  nəfər,  fransızlardan  8  min  nəfər  həlak  olmuşdu.  Bu  Marenqodakı  qələbə 
günündən yeddi il sonra baş vermişdi.  
Çar  vaxt  udmaq  üçün  sülh  barədə  xahiş  etdi.  Bundan  iki  ay  əvvəl  isə 
Bartesteyndə  onunla  birlikdə  Prussiya  kralı  III  Fridrix  Vilhelm  Napoleon 
imperiyasını  bölüşdürmək  barədə  razılığa  gəlmişdilər,  lakin  onlar  tezliklə  lovğa 
fransız  tərəfindən  məğlub  edildilər.  Napoleonla  Aleksandr  1807-ci  ilin  25 
iyununda  Tilzit  yaxınlığında,  Neman  çayının  ortasında  lövbər  salmış  bərədəki 
çadırda  görüşdülər.  Onların  orduları  müvafiq  qaydada  çayın  hər  iki  sahilində 
dayanmışdı.  Sahildə,  yağışın  altında  Prussiya  kralı  müşavirənin  nəticəsini 
gözləyirdi.  Napoleon  Rusiya  çarı  I  Aleksandrla  görüşdükdə,  onu  məğlub  olmuş 
dövlət  başçısı  kimi  deyil,  özünə  bənzər  bir  qalib  kimi  qarşıladı.  Bu,  Aleksandra 
olduqca güclü təsir göstərdi. Axı 1805-ci ildə Austerlitsdə, bir az əvvəl isə İenada 
rus  ordusu  fransızlar  tərəfindən  ağır  məğlubiyyətə  uğradılmışdı.  Yaxşı  qəbuldan 
təsirlənən  I  Aleksandr  Napoleona  dedi:  “Sir,  mən  də  Sizin  kimi  ingilislərə  nifrət 
edirəm”.  Bu  sözlərə  Napoleon  belə  cavab  verdi:  “Onda  sülh  müqaviləsi 
bağlanmışdır”.  Beləliklə,  Fransa  ilə  Rusiya  arasında  Tilzit  sülh  müqaviləsi 
bağlandı. 
Aleksandr Böyük Yekaterinanın nəvəsi idi və liberal dünyagörüşə malik idi, 
buna onun təhkimçiləri azad etmək və Avropada sülhü bərqərar etmək istəkləri də 
daxil idi. 
Napoleon  öz  ağlı  və  hərəkətləri  ilə  Aleksandrı  məftun  etmişdi.  Onların 
söhbətləri  olduqca  səmimi  idi.  Onlar  ölkələrinin  müvafiq  iqtisadiyyatları  və 
strategiyaları  barədə  söhbət  edirdilər,  onların  hər  ikisi  sülhə  ehtiyac  duyurdu. 
Napoleon  döyüş  meydanında  olan  orduların  problemləri  ilə,  qoşunlarının 
təzələnməsi  ilə,  əsgərləri  qida  rasionları  və  paltarla  təmin  etmək  qayğıları  ilə 
qarşılaşırdı.  Bu  isə  onu  düşmən  ərazilərinə  müdaxilə  etmək  planlarından  imtina 
etməyə  məcbur  edirdi.  Aleksandr  müttəfiqləri  tərəfindən  vəd  edilən  köməyin  indi 


 
328 
başqa yolla həll edilməsinə girişdi, Türkiyə ilə mübahisənin öz ixtiyarına keçməsi 
üçün  Napoleona  minnətdarlıq  etdi.  O,  həmçinin  Polşada  və  Litvada  qiyam 
qalxmasından qorxurdu. 
Danışıqlar üç saat davam etdi və iki qərar qəbul edildi. Görüş sonra Tilzitdə 
keçirildi, burada Napoleon rusiyalı qonağı üçün pay hazırlamışdı. Prussiya Avropa 
xəritəsindən uzaqlaşdırılmayacaqdı, lakin onun ərazisi yarıbayarı azaldılacaqdı, bu 
çarın düşüncələrinə incə qaydada yanaşmaq əlaməti idi. 
İki  imperatorun  hər  biri  digərini  təriflərlə  ələ  aldığına  və  asanlıqla 
aldatdığına  inanmışdı,  ona  görə  də  sülh  müqaviləsi  müttəfiqlər  planına  keçmək 
üçün uzun ömürlü olmadı. Tilzit müqaviləsinin dilinə baxmayaraq, Aleksandr başa 
düşdü  ki,  Napoleon  onun  Balkanlara  doğru  ekspansiyasına  real  kömək  etmək 
istəmir.  Üstəlik  Napoleonun  xarici  işlər  naziri  Taleyran  bu  nəticəyə  gəldi  ki, 
Napoleon öz-özünü aldadır. Bunu çox məxfi qaydada çara çatdırdı və ona məsləhət 
gördü  ki,  gözləsin.  Əlbəttə,  Taleyran  bu  vaxt  xəyanətkar  kimi  hərəkət  edirdi, 
xidmət  etdiyi  adamı  satırdı  və  Napoleonun  yıxılması  təsadüfi  üçün  özünə 
təhlükəsiz yer hazırlayırdı. Lakin o, həm də köhnə rejimin millətçi aristokratı kimi 
hərəkət  edirdi,  öz  ölkəsini  bütöv  Avropanın  yalnız  bir  hissəsi  kimi  görürdü  və 
inanırdı  ki,  müxtəlif  hissələr  arasında  zəruri  tarazlıq  olmalıdır.  Bu  sülh  Fransa 
dövlətinin üstünlüyü azaldıqda mümkün ola bilərdi. 
Rusiya öz ərazi bütövlüyünü saxladı və İsveçdən Finlyandiyanı almaq üçün 
sərbəstlik qazandı.  Bu  şərtlə  ki,  çar  Böyük  Britaniyanı  Fransa  ilə  sülh  müqaviləsi 
bağlamağa  sövq  etməyə  cəhd  edəcəkdir.  Bu  fikir  baş  tutmasa,  Rusiya  Böyük 
Britaniyanın  kontinental  blokadasına  qoşulacaqdı.  Fransa  isə  öz  tərəfindən 
Portuqaliyaya  hücum  etmək  üçün  sərbəstlik  hüququ  qazandı,  bu  ölkə  blokada 
qoyulduqdan  sonra  Britaniya  ilə  ticarətini  xeyli  artırmışdı.  Kraliça  Luizanın 
Napoleonu  şirnikləndirməsinin  əksinə  Prussiya  öz  məğlubiyyəti  üçün  baha  haqq 
ödəməli  oldu,  özünün  Polşa  torpaqlarının  böyük  hissəsindən  məhrum  edilməsi 
barədə  separat  sülh  müqaviləsi  imzalamağa  məcbur  oldu.  Bu  torpaqlar  Varşava 
Böyük  Hersoqluğuna  verildi,  hersoqluğun  özü  də  bu  niyyətlə  yaradılmışdı. 
Polşalılar  bunda  öz  ölkə  ərazilərinin  birləşdirilməsi  və  müstəqil  Polşa  barədəki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə