Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə114/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   110   111   112   113   114   115   116   117   ...   120

 
341 
öyrənmişdi. Beləliklə, siyasi zəruriyyətə görə ona ikinci vətən olan ölkədən o, heç 
vaxt geri dönməməli idi.  
Onun  dini  möminliyi  onun  sxizmatiklə,  dönüklə  nikahının  qarşısını  ala 
bilmədi,  lakin  bu  əxlaqa  hörmət  də  çox  ciddi  məsələ  idi.  Qadın  cinsinin  bir 
əyləncəsi  var  idi  və  bəyənilən  kitablar  əvvəlcədən  yoxlanılırdı.  Yaşlı  qohumlar 
daim  gənc  qızı  müşahidə  edirdi,  bu  qız  öz  vaxtının  çoxunu  arfa  çalmağa,  şəkil 
çəkməyə və gül becərməyə həsr edirdi. Demək olar ki, bütün dəbdəbələr qadağan 
olunmuşdu.  Jozefina  ilə  baş  verən  səhvləri  xatırlayaraq  Napoleon  Mariya-Luiza 
üçün qızıl qəfəs  hazırlamışdı.  İmperator  onun  ətrafında bənd yaratdı, tək  qalanda 
ona  kimisə  qəbul  etmək  qadağan  olundu.  Uşaq  doğana  qədər  ona  imperiyanın 
hersoginiyalarından  seçilmiş  qadınlar  qayğı  göstərirdi.  Onun  bədəni  və  sifəti 
Jozefinankının tam əksi idi. Arıq və uzun olan bu qız mavi gözlü idi, onun dərisi ağ 
idi və gözəl təbəssümü var idi. O, çox da gözəl deyildi, lakin ümumən gözəl qadın 
idi. İmperator birinə öz rəyini belə demişdi: “Mən alman qadınına evlənmişəm, o, 
dünyadakı ən yaxşı, xeyirxah, saxta olmayan və gül kimi təravətli qadındır”. 
Əvvəlcə  onun  gözündə  Napoleon  Avstriya  zadəganlığının  fəxr  etdiyi  nə 
varsa hamısını məhv etdiyinə görə nifrət obyekti idi. Kontinental blokada bura cəlb 
edilmiş  dövlətlər  arasında  ciddi  narazılıqları  artırmışdı.  Prussiya  öz  intiqamını 
almağa  ümid  edirdi.  Çar  uzun  müddətə  etibarlı  müttəfiq  olmadı.  Papanın  həbs 
edilməsi  kilsə  və  katoliklərlə  əlaqədar  olan  problemləri  canlandırdı.  Öz 
vəzifəsindən azad edilmiş Fuşe intiqam almaq istəyi ilə Taleyrana qoşulmuşdu. 
1808-ci  ildə  Junonu  Portuqaliyada  məğlub  etdikdən  sonra  Artur  Uelsli 
fransızlara  salamat  qaydada  geri  çəkilməyə  imkan  verdi.  Onun  bu  hərəkəti 
vətənində  bəzi  suallar  doğurdu  və  o,  Londona  çağırıldı  ki,  hökumətə  vəziyyət 
barədə  izahat  versin.  Bu  onu  Napoleonla  birbaşa  qarşılaşmaqdan  qurtardı, 
imperatorla  qəflətən  görüş  onun  yerini  tutan  adam  general  ser  Con  Moor  üçün 
fəlakətli bitdi. 
Moorun  ölümündən  sonra  və  Korunkada  gəmiyə  yüklənən  dövrdə  yaranan 
çətinliklərə görə Britaniya Uelslini geri, öz komandanlığına göndərdi ki, o, İberiya 
yarımadasında vəziyyəti yaxşılaşdırsın. Elə bu vaxt fransız qoşunlarının böyük bir 


 
342 
hissəsi  Saraqosada  və  Geronada  ağır  döyüşlərə  girdi.  General  Sult  vəziyyətə 
rəhbərlik etməyi nümayiş etdirmədi, digər tərəfdən imperator uzaqda idi, Avstriya 
işlərinə cəlb olunmuşdu. 
Bu vaxt Uelsli 22 aprel 1809-cu ildə 25 min nəfərlik ordusu ilə Lissabonda 
sahilə  çıxdı.  Orduya  adamlar  onun  öz  ifadəsinə  görə  bəşəriyyətin  “tör-
töküntüsündən”  yığılmışdı,  lakin  onlar  ram  edilə  bilməyən  igidliyə  malik  idi. 
Sultun  və  Viktorun  komandanlıq  etdikləri  iki  fransız  ordusu  Lissabona  tərəf 
hərəkət  edirdi.  Napoleonun  tətbiq  etdiyi  strategiya  Uelsliyə  tanış  idi  və  o, 
kampaniyanı kiçik detallarına qədər planlaşdırdı ki, düşməni Portuqaliyadan qova 
bilsin.  Onun  ilk  vəzifəsi  iki  fransız  ordusunu  birləşməyə  qoymamaq  idi.  Onun 
qoşununa 15 min portəgiz daxil oldu və o, Sulta qarşı yürüş etdi. 12 may 1809-cu 
ildə o, xəbərdarlıq etmədən Duro çayının yanında hücum etdi. Bu yer Oportodan o 
qədər  uzaq  deyildi  və  Uelsli  fransızları  olduqca  az  itki  hesabına  məğlub  etdi.  O, 
Viktora qarşı vuruşmaq üçün Sultu təqib etməkdən əl çəkdi. Viktor öz həmkarının 
taleyi barədə eşidib, bunu Talaveraya geri qayıtmaq üçün əlverişli saydı. Burada o, 
Jozef  Bonapartın  ordusu  formasında  köməklik  aldı.  İki  dəfə  artıq  canlı  qüvvə  ilə 
Viktor ingilis-portəgiz qoşunları ilə döyüşə girmək üçün özünü kifayət qədər güclü 
hesab edirdi. İspaniya dəstələri ilə möhkəmləndikdən sonra o, axırıncıların döyüş 
ruhuna  çox  az  inanırdı.  Lakin  Uelslinin  “tör-töküntüləri”  igidliklə  müqavimət 
göstərirdilər  və  məğlubiyyət  üçün  ilk  siqnal  fransızların  28  iyul  1809-cu  ildə geri 
çəkilməsi oldu. İspaniya xəttləri tərk edildi. Belə igidlik nümayiş etdirdiyinə görə 
britaniya hökuməti Uelslini Vellinqton hersoqu titulu ilə mükafatlandırdı. 
Vellinqtonun  ümid  etdiyi  kimi  əhvalat  İspaniyaya  girməklə  başa  çatmadı. 
Vaqramdakı  qələbə  və  Napoleonun  Avstriya  printsessası  ilə  evlənməsi  100  min 
fransız  əsgərini  İspaniyadakı  müharibə  üçün  yararlı  etdi  və  marşal  Massena  artıq 
Portuqaliyaya  müdaxiləni  planlaşdırırdı.  Britaniya  hökuməti  yenidən  gəmilərə 
yüklənmək  məsələsinə  qərar  verməkdə  Vellinqtonu  sərbəst  buraxdı,  lakin  o,  hər 
şeyi risqə qoymağı seçdi. Çünki o, Taqusla dəniz arasında öz adamları tərəfindən 
tikilən istehkam xəttinə çox bel bağlayırdı.  


 
343 
Massena  Syudad  Rodriqonu  aldıqdan  sonra  Portuqaliyaya  girdi.  O,  27 
sentyabr 1810-cu ildə Koimbradan şimalda Busakoda Vellinqtonun üstünə gəldi və 
fransızların  itkiləri  ingilis-portəgizlərinkindən  xeyli  çox  idi.  Ağıllı  hərəkət  etmək 
Vellinqtonun başlıca xüsusiyyəti idi, Massenadan fərqli olaraq o, bilirdi ki,  əlavə 
kömək  gələcəyinə  ümid  edə  bilməz,  ona  görə  də  Torres  Vedras  istehkamlarına 
tərəf  geri  çəkilməyə  üstünlük  verdi,  “yanmış  yer”  taktikasının  dəhşətli 
səmərəsindən  istifadə  edərək  beş  ay  ərzində  məhrumiyyətlərdən  demoralizə 
olunmuş fransız ordusunu İspaniyaya geri çəkilməyə məcbur etdi. 5 mart 1811-ci 
ildə Massena komandanlığı Marmona verdi. Vellinqton üçün 1812-ci il əla şəraitdə 
başladı.  O,  İspaniyaya  girdi  və  iyulda  Salamankada  Marmonu  məğlub  etdi. 
Britaniyanın qələbəsi Jozefi məcbur etdi ki, Madridi tərk etsin və marşal Saşenin 
buna qədər olduğu Valensiyaya geri çəkilsin. Avqustun 12-də Vellinqton Madridə 
daxil oldu və şadlıq edən əhali tərəfindən qarşılandı. Lakin Marmon Burqosda öz 
qoşunlarını  sürətlə  yenidən  təşkil  etdi  və  30  min  nəfərlik  kömək  alan  Jozef  öz 
intiqamını almaq üçün Valensiyanı tərk etdi. 
Oktyabrın  18-də  Vellinqton  əvvəlcə  Salamankaya,  sonra  isə  Syudad 
Rodriqoya geri çəkilməyə məcbur oldu. Jozef Madridə yenidən daxil oldu və ispan 
xalqı yenidən öz fəryadlarına qayıtdı. Bu vaxt Napoleon Moskvaya gəlib çatmışdı. 
1812-ci  il  Fransa-Rusiya  müharibəsinin  qəfləti  səbəbi  Tilzit  və  Erfurt 
müqavilələrinin  tələblərinə  baxmayaraq,  çar  I  Aleksandrın  İngiltərəyə  qarşı 
blokadaya əməl etməkdən imtinası oldu. 
Baxmayaraq  ki,  açıq  elan  olunmasa  da  Napoleonun  siyasətinin  başlıca 
məqsədi  Fransa  başda  olmaqla  Avropanı  dövlətlərin  bir  geniş  konfederasiyasında 
birləşdirmək  idi.  Üstəlik  o,  Britaniyanın  blokadasının  genişləndirilməsinə  öz 
qüvvəsinin  nümayişi  kimi  baxırdı  və  buna  azacıq  xətər  toxunmasını  və  ya 
müqaviməti  onun  zəifləməsi  kimi  qiymətləndirdi.  Öz  tərəfindən  çar  blokadadan 
geri  çəkilmək  üçün  bərabər  tutarlı  səbəblərə  malik  idi.  Bu  blokada  Rusiyanın  öz 
iqtisadiyyatına və kommersiyasına ciddi surətdə ziyan vururdu. Üstəlik, Aleksandr 
Fransa  xarici  işlər  nazirinin  davranışını  çətinliklə  qəbul  edirdi.  Axırıncı,  Rusiya-
Türkiyə  münaqişəsinin  danışıqlar  yolu  ilə  həllinin  qarşısını  almaq  üçün  hər  şeyi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə