Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə116/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   112   113   114   115   116   117   118   119   120

 
347 
keçməyə daha çox vaxt verəcəkdir. Beləliklə, fərarilərin, taqətdən düşüb ölənlərin 
sayının çoxalmasına baxmayaraq, onlar rusların sərt müqaviməti ilə üz-üzə gəlmək 
üçün  irəliləyirdilər.  Avqustun  16-da  fransız  qüvvələri  Smolenskə  çatmamışdan 
əvvəl  başa  düşdülər  ki,  vaxt  keçdikcə  rusların  müdafiəsi  güclənir  və  onların 
qarnizonlarına  kömək  gəlir.  Qanlı  döyüşlər  baş  verməsə  də,  fransızların  itkisi  10 
min nəfər, ruslarınkı isə daha çox idi, bu yalnız rusların geri çəkilmək və şəhərləri 
alov  içərisində  tərk  etmələrinin  nəticəsi  idi.  Lakin  belə  taktika  fransızlar  üçün 
böyük  itki  vermədən  nəyəsə  nail  olmağa  imkan  vermirdi.  Rusların  ardıcıl  olaraq 
geri  çəkilməsi  ideyasını  general  Kutuzov  vermişdi,  20  iyulda  çar  əməliyyatların 
baş komandanlığını ona etibar etmişdi. Bu taktika çox sadə düşüncəyə əsaslanırdı: 
Napoleon  öz  itkilərinin  yerini  asanlıqla  doldura  bilməyəcəkdir,  ruslar  isə  bütün 
müharibə  elan  edilən  vaxtdan  adamların  sayı  sahəsindəki  böyük  üstünlüyünü 
saxlaya bilmişdi. Napoleon işğal edilmiş şəhərdə qışı keçirməyə həvəs göstərirdi, 
lakin o, bu nəticəyə gəldi ki, ordudakı yad elementlər arasındakı narazılığın hər bir 
səhnəsində  bu  ögey  münasibət  daha  da  böyüyəcəkdir.  Təkcə  yürüş,  birliyi  və 
intizamı  qoruyub  saxlayırdı.  Avqustun  25-də  qızmar  istidən  əziyyət  çəkən 
fransızlar  Moskva  yoluna  çıxdılar.  Ön  qvardiya,  Myuratın  komandanlıq  etdiyi 
süvarilər  də  daxil  olmaqla  düşmənin  arxasına,  mühafizə  edənlərlə  qalibiyyətli 
toqquşmaya  girdi  və  bu  ən  nəhayət  mənəvi  vəziyyətə  yaxşı  təsir  göstərdi.  Onlar 
ölkənin  içərilərinə  doğru  irəliləyirdi  və  ruslar  geri  çəkilməklə  yoxa  çıxırdı, 
soyğunçuluq edən kazaklar fransızları daim narahat edirdi. Nəhayət, sentyabrın 5-
də  fransız  ordusu  Borodinoya  gəlib  çıxdı.  Burada  Napoleonun  çoxdan  gözlədiyi 
döyüş  baş  tutdu.  Bura  Moskvadan  125  kilometr  aralı  idi,  burada  kampaniyanın 
həlledici döyüşü keçdi. Sentyabrın 6-da bütün günü hazırlıqlara sərf edildi. Ruslar 
səngər qazır və müdafiəçiləri təbiətin bu yerə verdiyi üstünlükləri yaxşılaşdırmağa 
qaldırırdılar. 7 sentyabrda dan yeri söküləndə fransızlar ilk hücumlarına başladılar. 
Bütün  günü  hər  iki  ordu  ümidsiz  qəzəblə  döyüşürdülər  və  fərdi  igidlik  aktları 
saysız-hesabsız  idi.  Napoleonun  itkisi  30  min,  ruslarınkı  50  min  nəfər  oldu. 
Döyüşdəki igidliyinə görə Ney Moskva printsi titulunu aldı. Axşam düşəndə böyük 
itkilərə  və  heç  bir  tərəfin  qəti  üstünlük  əldə  etməməsinə  baxmayaraq,  rus 


 
348 
ordusunun  bir  hissəsi  yaxşı  qaydada  geri  çəkilmək  iqtidarında  idi.  Rusiyalıların 
itkilərinin böyüklüyü Kutuzovu öz taktikasına qayıtmağa sövq  etdi. Sonrakı günü 
o,  döyüşdən  imtina  etdi,  13-də  Moskvanın  evakuasiyası  barədə  əmr  verdi. 
Napoleon yarı boş şəhərə daxil oldu və Kremldə məskunlaşdı. Gecə vaxtı yanğın 
başladı  və  rusların  müqəddəs  şəhərinin  demək  olar  ki,  bütün  ağac  materialından 
tikilmiş  evləri  məhv  oldu.  Yalnız  340  daş  kilsə  salamat  qaldı.  Dəyən  ziyanın 
məsuliyyəti  sonralar  Napoleonun  üzərinə  qoyuldu.  Moskva  qubernatoru  qraf 
Rostopçin  də  həmçinin  ittiham  olundu.  Bu  mümkün  idi  ki,  fransızlar  bu 
bədbəxtliyə köməklik göstərmişdilər. 
Çar  öz  xalqının  şəhərin  barbar  müdaxiləçilər  tərəfindən  dağıdılmasını 
bilməsinə  imkan  yaratdı.  Bu  hadisə  ilə  nəyin  hesabına  olursa  olsun  müqavimət 
göstərmək barədəki öz qətiyyətliliyinə dəstək aldı. 
Napoleon  sülh  barədə  bir  neçə  təklif  etdi.  Çar  bunlara  cavab  vermirdi.  O, 
özünü  təkcə  öz  ölkəsi  üçün  deyil,  bütün  Avropa  və  onun  sivilizasiyası  üçün 
müdafiəçi rolunda çıxış edən kimi göstərirdi. 
Vaxt  keçirdi,  payız  gəlib  çıxdı.  Kutuzovun  taktikası  düşmənin  bütün 
cəhdlərini  faydasız  etməklə  getdikcə  artan  dərəcədə  özünə  izah  tapan  kimi 
görünürdü.  Napoleon  öz  ordusunu yenidən  qurdu, lakin  ona qarşı  vuruşmaq  üçün 
heç kəs yox idi. Qış gəlib çatmaq üzrə idi və çətinliklər böyüməkdə davam edirdi. 
Burada bir çıxış yolu qalırdı. Ya şərəfsiz qaydada qaçmaq, yaxud da rusları onları 
qorxuzan  bir  həyati  mövqedən  vuruşmağa  məcbur  etmək  və  qəti  məğlubiyyətə 
uğratmaq. 
Ruslar Moskvadan 145 kilometr cənub-şərqə olan Kaluqada ehtiyat bazasına 
malik  idi.  Buradan  Smolenskə  yol  gedirdi  və  bu  Borodino  yaxınlığından 
keçməkdən canı qurtarırdı. Bu olduqca yaxşı əhəmiyyət daşıyırdı və 19 oktyabrda 
Böyük Ordudan nə qalmışdısa Moskvanı tərk etdi, ərzaq ehtiyatı isə yalnız 20 gün 
üçün  kifayət  idi.  24-də  Kutuzov  Kaluqa  yaxınlığında  fransızlara  hücum  etdi.  O, 
geri oturduldu, lakin Napoleon bu qənaətə gəldi ki, onun ordusu şəhəri mühasirədə 
saxlamaq iqtidarında deyil və geri çəkilmək əmrini verdi. 


 
349 
Düşməni  çətinlikdə  görən  Kutuzov  fransız  ordusu  ilə  paralel  irəliləməyə 
başladı.  Ruslar  hücum  edirdilər.  Kazak  süvariləri  qəflətən  geri  çəkilən  düşmənin 
aryerqardının  flanqlarının  üstünə  cumurdular,  onları  ağır  itki  verməyə  sövq 
edirdilər.  Napoleon  Parisdən  bir  sıra  dövlət  çevrilişləri  cəhdləri  barədə  xəbərlər 
alırdı.  Tezliklə  qar  yağması  və  soyuqlar  düşməsi  buna  qarşı  heç  bir  müdafiə 
tapılmayacağı hissi yaradırdı. Yıxılanlar bir də qalxmırdılar, əsgərlərin paltarları da 
pis  vəziyyətdə  idi,  yedək  atları  aclıq  qorxusundan  kəsilib  yeyilirdi.  Ordu 
Smolenskə  noyabrın  13-də  çatdı,  bu  vaxt  orduda  taqətdən  düşmüşlərin  sayı  50 
mindən artıq deyildi. Vəd olunan ərzaq gəlib çıxmadı, əhali və kazaklar tərəfindən 
qarət  edilmişdi  və  ya  heç  nəyə  məhəl  qoymayan  möhtəkirlər  tərəfindən  kənara 
satılmışdı.  Şayiə  yayıldı  ki,  Kutuzov  çox  yaxındadır.  Napoleon  ordunu  üç  sıraya 
bölüb tezcənə Krasnını tərk etdi. Onun arxasınca 15-də Davu, 16-da isə Ney çıxdı. 
Çox yaxınlaşmış Kutuzovu gözləmək üçün buzlu cəhənnəmdə üç sınaq günü keçdi. 
Napoleon  ləngimədən  Orşaya  çəkilmək  əmrini  verdi,  bu  vaxt  Ney  aryerqardla 
birlikdə qəhrəmanlıq möcüzəsi göstərdi, lakin o, Krasnıya gəlib çatanda Napoleonu 
çox qısa müddətdə tapmalı idi. 18-dən 19-na keçən gecə o, səpələnmiş kazakların 
hücumlarından  ehtiyat  edərək  buz  bağlamış  yolla  Dneprə  gəlib  çıxdı,  çayı  keçdi, 
bütün  yolboyu  vuruşaraq  Orşaya  cığırı  təmizlədi  və  noyabrın  20-də  orada 
Napoleona  qoşuldu.  “İgidlərin  igidi”  bütöv  Rusiya  kampaniyası  dövründə  özünü 
heyranedici  qaydada  aparmışdı.  Növbəti  maneə  Berezina  idi.  Fransızlar  bura  25 
noyabrda gəlib çıxanda yeganə körpünün dağıdıldığını gördülər. Bu vaxt və ondan 
sonrakı günlərdə fransız-polyak köməkçi qüvvələri ilə onların geriyə çəkilməsinin 
qarşısını almağa göndərilmiş iki ordu arasında vuruş getdi. 
Berezinada fransız marşalı Ney demişdi: “Əgər Napoleon bu gün başını bu 
dar  ağacı  ilgəyindən  çıxarsa,  bu  o  demək  olacaqdır  ki,  onun  daxilində  şeytan 
gizlənir”. Hələ L.N.Tolstoy etiraf etmişdi ki, Napoleon üçün Berezina məğlubiyyət 
olmamışdı.  Böyük  hərb  mütəfəkkiri  olan  alman  Klayzevits  vaxtilə  rusların 
tərəfində  Napoleona  qarşı  vuruşmasına  baxmayaraq  demişdi  ki,  “onun 
(Napoleonun) ruhunun gücü burada (Berezinada) yenə də özünü nümayiş etdirdi”. 
Napoleon ponton körpüsü tikdirib, əsgərlərin bir hissəsini çaydan keçirə bilmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə