Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə118/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   112   113   114   115   116   117   118   119   120

 
353 
təklifləri”  adı  ilə  məşhur  olan  təkliflərini  Napoleona  göndərdi.  Bu  təkliflərə  görə 
Napoleon  Fransanı  və  taxt-tacını  saxlayacaqdı.  Bir  maddə  Britaniyanın  mümkün 
modifikasiyanı etməkdən ötəri seçim üçün açıq qalırdı.  
Napoleon  müqavilənin  detallarının  dəqiqləşdirilməsini  xahiş  etdi  və 
müvəqqəti  olaraq  qəbul  edilən  sənədi  göndərdi.  Bu  atəşkəsin  vaxt  limiti 
qurtardıqdan  sonra  (10  avqustda)  Metternixə  gəlib  çatdı  və  11-də  Avstriya 
koalisiyaya qoşulmağa tələsdi. Bir milyona qədər adam müharibə yoluna çıxmışdı. 
Hər  iki  düşərgənin  hər  biri  öz  qüvvələrini  üç  orduda  təşkil  etdi:  Berlin 
istiqamətində  Bernadott  Udino  ilə  görüşəcək,  mərkəzdə  Breslau  yaxınlığında 
Blyuxer  öz  qüvvəsini  Neyə  qarşı  sınayacaq,  sağ  tərəfə  Drezden  istiqamətində 
Şvartsenberq  Napoleona  qarşı  duracaqdı.  Öz  adətinin  əksinə  olaraq  Napoleon  bu 
vaxt vahid düşməninin üzərinə cəmlənmiş hücumu başlamağa qadir deyildi, çünki 
digər  iki  ordu  avtomatik  qaydada  Parisə  yürüş  edəcəkdi.  Amerikadakı  sürgündən 
qayıtmış  Moro  belə  məsləhət  gördü  ki,  Napoleonun  şəxsən  olmadığı  yerdə 
müttəfiqlər  hücum  etsinlər.  Təşəbbüsü  ələ  götürən  Blyüxer  gözlənilmədən  12 
avqustda  Neyə  hücum  etdi.  Napoleon  məğrurcasına  müdaxilə  etdi,  prussiyalıların 
xeyrinə  gedən  döyüşün  nəticəsini  dəyişdirməyə  müvəffəq  oldu.  Bu  vaxt 
Şvartsenberq Drezdenə tərəf irəliləyir. Napoleon Blyüxerin təqibini dayandırmağa 
məcbur  oldu  və  sürətli  yürüşlə  yolunu  öz  baş  qərargahına  tərəf  saldı.  O,  buraya 
dörd  gün sonra gəlib  çatdı.  Düşmənin  mövqeyini  qiymətləndirib,  26-da  o,  hücum 
etdi  və  Şvartsenberqi  geri  çəkilməyə  məcbur  etdi.  Düşmən  tərəfindən  təqib 
olunduğuna  görə  Vendam  və  sentyabrdakı  məğlubiyyətlərdən  əzab  çəkən  Ney 
Drezden qələbəsinin nəticəsindən silindilər. 
Sentyabr  ayı  kömək  almaqda  keçirildi.  Müttəfiqlər  Rusiya  kampaniyasının 
möhkəmlənmiş veteranlarının gəlib çıxmalarını və Napoleonun səfərbərliyə aldığı 
gənc  əsgərlərdən  başqa  heç  nəyi  olmadığını  gördülər.  Həlledici  toqquşma  16-19 
oktyabr 1813-cü ildə Leypsiqdə baş verdi. Leypsiq ətrafındakı torpaq düzənlik idi, 
Napoleon Dar ağacı təpəsi deyilən yerin üstünlüyündən istifadə etdi və ordusunun 
son  qanadını  Part  çayı  və  sağ  qanadını  isə  Pleys  çayı  üzərində  yerləşdirdi.  Onun 
257 min adama qarşı 177 min adamı var idi. Döyüş oktyabrın 16-da başlandı, hər 


 
354 
tərəfdən  2  min  top  atəş  açırdı.  Vuruşun  taleyi  18-nə  qədər  fransızların  xeyrinə 
getdiyi kimi görünürdü, lakin həmin gün Saksoniyadan və Reyn Federasiyasından 
olan qoşunlar gözlənilmədən öz müttəfiqlərinə qarşı çevrildilər. Bu sürpriz tezliklə 
qarışıqlığa və panikaya yol açdı. Sonra qaçış ümumi oldu. Napoleon Leypsiqə geri 
çəkilməyi  qərara  aldı.  Bu  onun  apardığı  ən  uzun  döyüş  idi  və  bu  döyüşdə 
müttəfiqlərin 54 mininə qarşı fransızlardan 73 mini öldürülmüş və yaralanmışdı. 
Napoleon  yenə  də  reaksiya  vermək  üçün  özündə  qüvvə  tapırdı.  Onun 
düşmənləri  hər  yerdə,  Hollandiyada,  İspaniyada  və  İtaliyada  qalib  gəlirdilər.  Öz 
taxt-tacını  xilas  etmək  üçün  Myurat  düşmənin  tərəfinə  keçməyə  hazır  idi.  Ölkə 
ciddi  iqtisadi  böhrana  məruz  qalmışdı.  Xalq  üsyan  edirdi.  Burjuaziya  və  Royalist 
partiyası  sülhə  ümid  edirdi.  İmperator  300  mindən  artıq  adam  qaldırmaq  üçün 
orduya  təzə  çağırış  başladı  və  təzə  top,  tüfəng  və  sursat  almaq  üçün  gizli  fondlar 
yaratmağı planlaşdırırdı. 
Onun reaksiyası düşməni çaş-baş saldı. Frankfurtdan Napoleon 9 noyabrda 
sülh təklifləri aldı. Onun şərtlərinə görə o, ölkəsinin təbii sərhədlərinə çəkilsəydi öz 
səltənətini  saxlayacaqdı.  Napoleon  bunu  qəbul  etdi,  lakin  holland  inqilabının 
müvəffəqiyyəti müttəfiqləri öz təkliflərini geri götürməyə sövq etdi. Belə olduqda, 
Fransa  da  özünün  razı  olmadığını  bəyan  etdi.  Napoleon  qanunverici  orqanı 
buraxdı,  bu  orqan  onu  “səhv  və  özünü  saxlaya  bilmədiyinə”  görə  məzəmmət 
etmişdi.  21  yanvar  1814-cü  ildə  o,  Papa  VII  Piyi  azad  etdi,  24-də  isə  Mariya-
Luizanı regent adlandırdı. Myuratın xəyanəti barədə təsdiqi aldıqdan sonra o, daha 
bir  dəfə  öz  ordusuna  qoşulmaq  üçün  Parisi  tərk  etdi.  Bir  ay  sonra,  21  dekabrda 
müttəfiqlər Fransaya müdaxilə etməyə başladılar. 
Strateji  cəhətdən  1814-cü  il  Fransa  kampaniyası  Napoleonun  ən  yaxşı 
kampaniyalarından  biri  idi,  baxmayaraq  ki,  o  məğlubiyyətlə  sona  çatdı.  O, 
Blyüxer, Şvartsenberq və Bernadott kimi rəqiblərə malik idi. O, Blyüxeri Brienndə 
(29  yanvar)  məğlub  etməkdən  başladı,  sonra  Şvartsenberqi  La  Rotyerdə  (1 
fevralda)  məğlub  etdi.  Lakin  onun  ordusu  ağır  itkilərdən  əziyyət  çəkirdi  və 
Troyaya  çəkilməyə  məcbur  oldu.  Müttəfiqlər  öz  qüvvələrini  böldülər  və  ayrıca 
qaydada  Parisdə  bir  nöqtədə  birləşdilər.  Biri  Marna  yolu  ilə,  digəri  isə  Sena  ilə 


 
355 
gəlmişdi.  Napoleon  narahatedici  və  gözlənilməyən  hücum  taktikalarından  istifadə 
edərək,  Blyüxeri  Şampobertdə,  Monmiralda  və  Noşampsda  (10-14  fevralda) 
təəccübləndirdi və hər dəfə qalib olurdu. 
Bu  vaxt  Şvartsenberq  Udinodan  və  Viktordan  yaxasını  qalmaqla  qurtardı. 
Axırıncıları  Napoleon  onun  fəaliyyətini  ləngitmək  üçün  göndərmişdi,  çünki  o, 
Fontenblodan  Parisə  qorxu  yaradırdı.  Napoleon  Blyüxeri  Marmonun  öhdəsinə 
qoyub, bu yeni təhlükəni qarşılamağa hazırlaşdı. 
Prussiyalılar üç tərəfdən mühasirə olunmaq təhlükəsində idi və Şvartsenberq 
atəşkəs  imzalamağı  təklif  etdi.  Napoleon  təkliflərin  Frankfurtda  icra  edilməsini 
tələb  etdi.  Blyüxer  və  Şvartsenberq  Reynə  tərəf  geri  çəkilməli  idilər.  Generallar 
bunun  qəbul  edilməz  olduğu  qənaətinə  gəldilər  və  monarxlar  –  I  Aleksandr,  II 
Frants  və  III  Fridrix-Vilhelm  9  martda  iyirmi  illiyə  öz  ittifaqlarını  yenidən 
yaratdılar. 
Şvartsenberq  Troyada  səngərlərini  qururdu.  Blyüxer  cəsarətlənib  Parisə 
yürüş  etdi.  Napoleon  onu  Marnada  dayandırmağa  tələsdi.  Lakin  düşmən  yeni 
qüvvə  aldı  və  onu  Londa  9-10  martda  məğlub  etməyə  müvəffəq  oldu.  13-də  bir 
qədər irəliləməyə nail olub Napoleon prussiyalıları Reymsə tərəf təqib edərək, 20-
də  ona  qarşı  gələn  Şvartsenberqin  90  minlik  qoşunundan  Arsi-sür-Obda  yayına 
bilmədi və Obun o biri tərəfinə geri çəkilməyə məcbur oldu. 
Burada  uğur  üçün  bir  axırıncı  şans  qalırdı.  Napoleon  qərara  aldı  ki,  Reyn 
üzərindəki  istehkam  mövqelərindəki  qoşunlara  gizli  surətdə  qoşulsun  ki,  onları 
yenidən  təşkil  edə  bilsin  və  düşmənin  aryerqardına  hücum  etsin.  O,  burada 
olmayanda  generalların  komandanlığı  altında  onun  ordusunun  bir  hissəsi 
tərəfindən  həmin  mövqe  tutulmuşdu.  Marmon  və  Mortyenin  Fer-Şampanyadakı 
heyrətamiz  qəhrəmanlığına  baxmayaraq,  müttəfiqlər  fransız  xəttlərinə  hücum 
etdilər.  Martın  2-də  Blyüxer  və  Şvartsenberq  Parisin  ətrafındakı  qəsəbələrə  gəlib 
çatdı.  Sonrakı  günü  onlar  paytaxta  hücumun  yüyənlərini  buraxdılar.  Baxmayaraq 
ki, burada heç bir istehkam yox idi, onlar qəzəbli müqavimətlə qarşılaşdılar. Jozef 
axırda  Luara  üzərindəki  Bloysda  olan  Mariya-Luizaya  və  hökumətə  qoşulmağı 
qərara  aldı.  Martın  31-də  Marmon  Parisin  təslim  olması  aktını  imzaladı.  1  aprel 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə